Məhkəmə qərarları › İş №2-1(108)-2/2022

Ali Məhkəmə Qərar — İş №2-1(108)-2/2022

25.02.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-2/2022 25.02.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 21(122)-89/2020 nömrəli qərarından İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 79.65 m2 sahəsi olan yaşayış sahəsinin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) m2 sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq hər kvadrat metr üçün 1000 (bir min) azn və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) azn olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) azn maddi ziyan, 15.000 (on beş min) azn mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (sədrlik edən S.H.Novruzov) 24 dekabr 2020-ci il tarixli, 2-1(122)-89/2020 nömrəli qərarı ilə iddia əsassız hesab edilərək rədd edilmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 saylı, 24.12.2020-ci il tarixli q ərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsi orqanı rolundan tamamilə uzaq mövqe nümayiş etdirməklə, iş üzrə yekun akt olan qərarda mövcud olan bütün faktlara, tərəflərin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, iddia ərizəsində qeyd olunan hallara dair məhkəmənin mövqeyini ifadə etməmiş, iş üzrə gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki, qüvvədə olan prosessual qanunvericilik işin aparılmasının əsas ağırlığını: tələblərin və sübutların təqdim edilməsi; bütün faktların araşdırılmasını; tərəflərin sübutlarının yoxlanılması və onlara qiymət verilməsini; iş üzrə əhəmiyyət daşıyan müəyyənləşdirilmiş hallar, maddi və prosess ual qanunun müddəaları əsasında qərarın qəbul edilməsini birinci instansiya məhkəmələrinin üzərinə qoymuşdur. Məhkəmə müəmmalı şəkildə Naxçıvan şəhəri, H.Əliyev prospekti, 40 nömrəli evin 7-ci mənzilinə sonradan artırılan 37 kv.m. sahənin qanunvericiliyin tələblərinə zidd şəkildə artırıldığını qeyd etsə də, qanunsuzluğun nədən ibarət olmasına, kimin tərəfindən qanunsuzluğa yol verilməsinə dair mövqeyini ifadə etməmiş, qeyd olunan məsələ ilə bağlı cavabdehin əsassız mülahizələrinə qərarda geniş yer versə də, iddiaçının mövqeyinə, əsaslandırmalarına dair heç bir cümlə belə qeyd etməmişdir. Halbuki, mülkiyyətində olan mənzilə artırılan 37 kv.m. sahə 2010-2011-ci illərdə adı çəkilən ünvanda yerləşən 40 nömrəli binada cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən təmir və fasadın üzlənməsi işləri çərçivəsində binanın ön hissəsində yerləşən mənzillərə əlavə sahələrin artırılması nəticəsində əlavə olunmuş, bu faktı təsdiqləyən Naxçıvan Şəhər Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 83s nömrəli Sərəncamı tərəfindən məhkəməyə təqdim olunsa da, məhkəmə tərəfindən işin hərtərəfli, obyektiv araşdırılmasında mühüm rol oynayan sübutun heç bir əsas olmadan iş materiallarına əlavə edilməsindən imtina edilmiş, adı çəkilən ünvanda yaşayan digər mənzillərin sakinlərinin şahid kimi dindirilməsinə dair, habelə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə sözügedən binanın tikintisi və fasadının üzlənməsi üçün ayrılmış vəsait barədə məlumat verilməsi üçün sorğu verilməsinə dair vəsatətləri əsassız olaraq təmin olunmamış, “çəkişmə”, “tərəflərin bərabərliyi”, “obyektivlik”, “ədalətlilik” kimi mühüm prosessual prinsiplərin pozuntusuna yol verilmişdir. Məhkəmə şikayət olunan qərarında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 19 oktyabr 2020-ci il tarixli, 464 saylı məktubunda qeyd olunan məlumata əsasən, İddiaçı məxsus adı çəkilən ünvanda yerləşən mənzilə əlavə olunmuş 37 kv.m. sahənin Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 dekabr 2016-cı il tarixli, 19/138 saylı məktubu əsasında qeydiyyata alındığını göstərsə də, digər tərəfdən mənzilə sonradan artırılan 37 kv.m. sahənin qanunvericiliyə zidd şəkildə mənzilə artırıldığı və müvafiq inzibati orqan tərəfindən qanuna müvafiq qaydada qeydiyyata alı nmadığı səbəbindən 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışının ləğv olunduğunu qeyd etməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Məhkəmə məhz cavabdehin qeyd olunan mənzilə artırılan sahənin qeydiyyata alınmasına dair yazılı məktubunun mövcudluğunu və həmin məktub əsasında və qanuna müvafiq qaydada tərəfindən təqdim olunan digər sənədlər əsasında qeydiyyatın aparıldığını nəzərə almamış, qeyd olunan fakta dair məhkəmə qərarında öz mövqeyini ifadə etməmiş, mübahisəyə birtərəfli yanaşmışdır. Məhkəmənin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü, 26-cı və 27-ci maddələrinə istinad etməsi də anlaşılan deyil və heç bir mötəbər sübuta əsaslanmadan qeyd olunan maddələrin hazırki iş üzrə tətbiqi ciddi hüquq pozuntusu olmaqla, qeyri-peşəkarlıq nümunəsidir. Belə ki, həmin maddələrin tələbinə görə, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır (24.1-ci maddə), yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir, qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir (26-cı maddə), bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir (27.1-ci maddə). Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 40 nömrəli binada, habelə mülkiyyətində olan mənzildə cavabdehin sifarişi və qərarı əsasında yenidən qurma işləri aparıldığından yaşayış sahəsində yenidən qurma işlərinin aparılması üçün icazə alınması və verilməsi və ya qəbul komissiyasının yaradılması və akt tərtib olunması kimi məsələlər də cavabdehin və digər aidiyyəti orqanların tərəfindən həll edilmişdir və mənzilinə əlavə sahə artırılan bir neçə mülkiyyətçidən biri kimi ona münasibətdə belə bir tələbin irəli sürülməsi yolverilməz və qəbul edilməzdir. Belə olan halda məhkəmənin heç bir əsas olmadan qeyd olunan maddələrə istinad etməklə mənzildə aparılmış tikintinin özbaşına tikinti olmasına dair mülahizələri mülkiyyət hüququnun və qanuni mənafeyinin kobud surətdə pozulmasının bariz nümunəsidir. Məhkəmənin cavabdehin məktubu əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsinin əvvəlki ölçüsünün bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsi səbəbindən hazırki iş üzrə mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin mövcud olmaması kimi qanuna zidd mövqeyi mülkiyyət hüququnun qorunmasına dair istər milli, istərsə də beynəlxalq hüquq normalarının tələbinin heçə endirilməsidir. Məhkəmə nəzərdən qaçırmışdır ki, 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 79.65 kv.m. (cavabdeh tərəfindən sökülən 37 kv.m. sahə daxil olmaqla) sahəsi olan yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur və qanuni mülkiyyətçi kimi cavabdehin qanunsuz davranışı ilə mülkiyyət hüququna edilən müdaxilənin nəticələrinə mütənasib olaraq kompensasiya ödənilməsi tələbinə dair 07 avqust 2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi davam edərkən qeydiyyat orqanının mülkiyyətçiyə heç bir məlumat vermədən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı ləğv etməsi tamamilə qanunsuz olmaqla yanaşı, cavabdehin hərəkəti nəticəsində mülkiyyət hüququnun kobud şəkildə pozulması və bununla ona əhəmi yyətli ziyan vurulması faktını heç bir halda dəyişdirə bilməz. Lakin məhkəmə “mülkiyyət hüququ”, “mülkiyyətçinin - mülkiyyətə dair ağlabatan və qanuni gözləntisi” kimi anlayışların mahiyyətinə varmadan, cavabdehin hərəkəti nəticəsində mülkiyyət hüququnun pozulması və ona əhəmiyyətli ziyan vurulması faktını düzgün qiymətləndirmədən əsassız nəticəyə gəlmişdir. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində müəyyən olunmuşdur ki, məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə görə, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərs ə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Qeyd edilən maddələrin məzmununa görə, daşınmaz əmlak məhv olduqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı yalnız maraqlı şəxsin ərizəsi əsasında məhkəmə qaydasında ləğv oluna bilər. Yəni adı çəkilən qurumun mülkiyyətçinin və ya mənzilə dair hüququ olan digər maraqlı şəxslərin ərizəsi və ya məhkəmə qərarı olmadan dövlət reyestrində qeydiyyatı və həmin qeydiyyata dair 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli Çıxarışı ləğv etmək hüququ olmamışdır və bu barədə məlumatı məhkəmə qərarı vasitəsilə əldə etdiyindən ona qanuna müvafiq qaydada məlumat verilməmişdir. Məhkəmənin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində müəyyən olunmuş və dövlətin tərəfdar çıxdığı beynəlxalq sənədlər ilə birbaşa və heç bir məhdudiyyət olmadan qorunan mülkiyyət hüququnun hazırki mübahisə üzrə mövcud olmaması və onun toxunulmazlığının təmin olunmasından söhbət belə gedə bilməməsi kimi mülahizələri tamamilə əsassız və qanunsuz olmaqla, ədalət mühakiməsinin təyinatına tamamilə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna gö rə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsində qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 2. qanuna görə həmin şəxsə məns ub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 3. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 3. rekvizisiya (təbii fəlakətlər, texniki qəzalar, epidemiyalar və digər fövqəladə hallarla bağlı əmlakın özgəninkiləşdirilməsi); 6. müsadirə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İnsan hüquqlarının və əsas azadlıqlarını n müdafiəsi üzrə Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Axverdiyev Azərbaycana qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan ə mlakı da əhatə edə bilər. Məhkəmə iddia tələbinin “vurulmuş mənəvi ziyanın əvəzi kimi 15.000 (on beş min) manat kompensasiyanın ödənilməsi” hissəsində də rədd olunmasında qanunsuzluğa yol vermiş, mənəvi zərərin ödənilməsi ilə bağlı qüvvədə olan hüquq normalarını düzgün tətbiq etməmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərişlərini nəzərə almamışdır. Belə ki, 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, adı çəkilən mənzil, o cümlədən sökülməsi nəzərdə tutulan 37 kv.m. sahə mülkiyyət hüququ ilə ona məxsusdur və orada tərəfindən əsaslı təmir işləri görülmüş, xeyli xərc çəkilmişdi. Cavabdeh tərəfindən qəflətən mənzilin yarıdan çox hissəsinin - 37 m2 sahəsi nin sökülməsi normal həyat şəraitinə çox ciddi təsir göstərməklə biri orta məktəb şagirdi, ikisi tələbə olmaqla, üç uşağın, onun və həyat yoldaşının - 5 nəfər ailə üzvünün həmin mənzildə yaşamasını, eləcə də həmin mənzildən faydalanmaq imkanlarını qeyrimümkün etmiş, onları çıxılmaz vəziyyətə salmış, çox çətin vəziyyətdə qohumlarının yanında məskunlaşmağa məcbur olmuşlar. Onun və ailə üzvlərinin mülkiyyət hüququna edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və yaşamaq üçün normal şəraitin yaradılması üçün cavabdehə ünvanlanmış kompensasiya tələbinin heç bir əsas olmadan rədd edilməsi onları ciddi əsəb, stressə məruz qoymuş, sıxıntıya düçar etmiş, bununla da cavabdehin qanunsuz davranışı ilə mənəvi ziyan vurulmuşdur. Məhkəmə isə yaşamaq üçün yeganə əmlakı olan mənzilinin xeyli hissə sinin sökülməsi və bunun müqabilində heç bir kompensasiya ödənilməməsi nəticəsində iddiaçının və onun ailə üzvlərinin hansı mənəvi və psixoloji iztirablara, narahatlıq, məyusluq və ədalətsizliyə məruz qaldığını nəzərə almamış, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensa siya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarında izah olunmuşdur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakter li hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal, ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkə nin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 18 sentyabr 2009-cu il tarixli, “Maksimov Rusiyaya qarşı” iş üzrə 18 mart 2010-cu il tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı o lan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tətbiqinə dair Avropa Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, məhkəmələr tərəfindən mənəvi zərərin ödənilməsi vəzifəsi şəxsin çəkdiyi mənəvi əziyyətin, iztirabın əvəzi kimi müəyyən olunur. Mənəvi ziyanın təbiəti dəqiq hesablamanın tətbiq edilməsini istisna edir. Əgər məhkəmə mənəvi ziyanın ödənilməsini zəruri hesab edərsə, işin hallarından asılı olaraq ədalətli qiymətləndirmə aparılmalıdır. Birinci instansiya məhkəməsi məhkəmə qərarının (qətnaməsinin) əsaslandırılması tələbini kobud surətdə pozaraq dövlət adından çıxarılan və iş üzrə yekun akt olan qərarın əhəmiyyətini, mübahisənin həllindəki rolunu heçə endirmişdir. Qərar (Qətnamə) o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qərarda göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının cavab verməli olduğu tələbləri şərh edərkən göstərmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qərarda göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ə dalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin məhkəmə tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Ə.Xıdırov, hakimlər: S.Qarayev və M.Allahverdiyev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali M əhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1405/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası 12 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1405/2021 nömrəli qərarında göstərmişdir ki, hazırkı iş üzrə cavabdeh iddiaçının mülkiyyət hüququna müdaxilənin legitimliyini, müdaxilə zamanı cəmiyyətin ümumi m araqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənildiyini, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasibliyin mövcudluğunu əsaslandırmalı olduğu halda bunu etməmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi isə bu hala qiymət verməmişdir. Həmçinin, sökülmənin legitimliyi və mütənasibliyi iddiaçıya dəymiş ziyanın aradan qaldırılmasını istisna etmir, əks hal, mülkiyyət hüququnun qanunsuz və əsassız pozuntusu kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 2-1(122)-89/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 izahatında şikayəti qəbul etmədiyini bildirərək şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 2-1(122)-89/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, İddiaçı Naxçıvan Muxtar Respublikası İnzi bati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 79.65 m2 sahəsi olan yaşayış sahəsinin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) m2 sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq hər kvadrat metr üçün 1000 (bir min) azn və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) azn olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) azn maddi ziyan, 15.000 (on beş min) azn mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 6-c ı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan mü əyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensa siya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, ünvan 1 ünvan ında yerləşən, 79.65 m2 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3669 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 16 dekabr 2016-cı il tarixli, 9455 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 40 nömrəli binanın 7 nömrəli mənzili İddiaçı adına qeydiyyata alınmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 15 mart 2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1970-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş və ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi məhkəmənin müəmmalı şəkildə Naxçıvan şəhəri, H.Əliyev prospekti, 40 nömrəli evin 7-ci mənzilinə sonradan artırılan 37 kv.m. sahənin qanunvericiliyin tələblərinə zidd şəkildə artırıldığını qeyd etsə də, qanunsuzluğun nədən ibarət olmasına, kimin tərəfindən qanunsuzluğa yol verilməsinə dair mövqeyini ifadə etməməsi, qeyd olunan məsələ ilə bağlı cavabdehin əsassız mülahizələrinə qərarda geniş yer versə də, iddiaçının mövqeyinə, əsaslandırmalarına dair heç bir cümlə belə qeyd etməməsi, halbuki, mülkiyyətində olan mənzilə artırılan 37 kv.m. sahənin 2010-2011-ci illərdə adı çəkilən ünvanda yerləşən 40 nömrəli binada cavabdeh Naxçıvan Ş əhər İcra Hakimiyyətinin sifarişi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən təmir və fasadın üzlənməsi işləri çərçivəsində binanın ön hissəsində yerləşən mənzillərə əlavə sahələrin artırılması nəticəsində əlavə olunması, bu faktı təsdiqləyən Naxçıvan Şəhər Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 83s nömrəli Sərəncamı tərəfindən məhkəməyə təqdim olunsa da, məhkəmə tərəfindən işin hərtərəfli, obyektiv araşdırılmasında mühüm rol oynayan sübutun heç bir əsas olmadan iş materiallarına əlavə edilməsindən imtina edilməsi, adı çəkilən ünvanda yaşayan digər mənzillərin sakinlərinin şahid kimi dindirilməsinə dair, habelə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə sözügedən binanın tikintisi və fasadın ın üzlənməsi üçün ayrılmış vəsait barədə məlumat verilməsi üçün sorğu verilməsinə dair vəsatətlərinin əsassız olaraq təmin olunmamasına dair dəlilərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texnik i pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edi lməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq olunmuş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəf indən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanan 16 iyun 2020-ci il tarixli ərizənin surətindən məlum olur ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana qanunvericiliyə müvafiq olaraq sökülməsi nəzərdə tutulan sahələrin müqabilində ədalətli kompensasiya ödənilməsi barədə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanan 10 iyul 2020-ci il tarixli, 27/M-16 saylı məktubdan məlum olur ki, İddiaçı 16 iyun 2020-ci il tarixli çoxmənzilli binada həyata keçiriləcək təmir işləri ilə əlaqədar daxil olmuş ərizəsinə baxılmışdır. Naxçıvan Muxtar Respublikasında, eləcə də onun paytax tı Naxçıvan şəhərində aparılan kompleks quruculuq işləri ilə yanaşı yenidənqurma, şəhər və rayonların abadlaşdırılması, bu sahədə görülən bütün tədbirlər əhalinin rahat və təhlükəsiz həyat şəraitinin təmin edilməsinə xidmət edir. Çoxmənzilli binada ümumi mülkiyyətin qorunmasının, yararlı vəziyyətə salınmasının, qurğuların dayanıqlılığının, yükdaşıyan rigellərin uzunömürlülüyünün və zəlzələyə davamlılığının təmin edilməsi məqsədilə şəhərin mərkəzi küçəsində yerləşən yaşayış binasının müəyyən edilmiş qaydada müasir üslubda təmir olunması nəzərdə tutulmuşdur. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 sentyabr 2020-ci il tarixli, 22/143 nömrəli məktubundan aydın olur ki, ünvan 1 ünvanında yerləşən 42.65 m2 olan mənzilin qeyri-yaşayış sahəsi olan balkonuna dirəklər quraşdırı laraq yaşayış sahəsi üçün daşıyıcı divara təhlükə yaradan artırma edilərək sonradan 37 (otuz yeddi) m2 genişləndirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının müddəalarının tələblərinə əməl edilmədən, İddiaçı yaşayış sahəsini genişləndirmək məqsədi barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinə məlumat vermədən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş təqdimat olmadan ona məxsus ünvan 1 ünvanında yerləşən 42.65 m2 sahəsi olan yaşayış sahəsinə 2011-ci ildə 37 (o tuz yeddi) m2 sahədən ibarət olan əlavə tikinti apararaq yenidən qurma və texniki yeniləşdirmə işləri həyata keçirmiş və qeyri-qanuni tikinti aparılan genişləndirilmiş sahədən istifadə edərək kommunal xidmətlərə görə ödəniş etməmişdir. Beləliklə, iddiaçı qanunsuz olaraq 2011-ci ildə nəzarətsizlik şəraitində tikinti-quraşdırma işləri apararaq binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinə səbəb olmaqla tikinti normalarına əməl olunmadan, müvafiq orqan və təşkilatlarla razılaşdırılmadan binanın qurğularının dayanaqlılığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü azaldan tikinti işləri həyata keçirməklə binada yaşayan vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozaraq sakinlərin həyat və sağlamlığına təhlükə yaratmışdır. Müvafiq icra hakimiyyəti orqanı "Daşınmaz əmlakın dövlə t reyestri haqqında” Qanunun müddəalarının tələblərini pozaraq Qanunun 8-ci maddəsində göstərilən sənədlərin heç biri təqdim edilmədən mövcud yaşayış sahəsinə qanunsuz tikilmiş artırmaları əsassız olaraq dövlət qeydiyyatına almışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 07 dekabr 2020-ci il tarixli, 553 saylı məktubundan aydın olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 avqust 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında İddiaçı məxsus, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 40 nömrəli binanın 7 nömrəli mənzilinə sonradan əlavə olunmuş 37 m2 sahə haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv olunmuş və bu barədə hüquq sahibinə 20 oktyabr 2020-ci il tarixdə müvafiq qaydad a bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanan 10 sentyabr 2020-ci il tarixli, 164 saylı məktubdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus 2 otaqlı evin sahəsi 42.65 m2 olmuşdur. 2011-ci ildə həmin mənzilin sahəsi 37 m2 artırılaraq mənzildən istifadəyə görə kommunal xidmət haqları ödənilməmişdir. Belə ki, mənzilin artırılmamış sahəsindən istifadəyə görə 537 (beş yüz otuz yeddi) manat, artırılan sahəyə görə 826 (səkkiz yüz iyirmi altı) manat, ümumilikdə mənzildən istifadəyə görə vətəndaşın 1363 (bir min üç yüz altmış üç) manat kommunal borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsə lələri üzrə Dövlət Xidmətinin 19 oktyabr 2020-ci il tarixli, 464 saylı məktubundan görünür ki, İddiaçı məxsus Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40-da 7 nömrəli mənzilə əlavə olunmuş 37 m2 sahə Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 dekabr 2016-cı il tarixli, 19/138 nömrəli məktubu əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Məcəllənin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2020-ci ildə araşdırma aparmış, müvafiq icazə alınmadan yerinə yetirilən yenidənqurma və yenidən planlaşdırma işlərində Mənzil Məcəlləsinin 25.1.3 və 25.1.6-cı maddələrində nəzərdə tutulmuş hallar aşkar edilmişdir. Məcəllənin 27.2.2-ci maddəsinə müvafiq olaraq yaşayış sahəsi və sahənin yerləşdiyi bina əvvəlki vəziyyətinə qaytarılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 avqust 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq dü zəlişlər olunmaqla yaşayış sahələrinin əvvəlki ölçüsü bərpa edilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və qanunvericiliyin tələbindən də İddiaçı məxsus, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 40 nömrəli binanın 7 nömrəli mənzilinin tikinti norma və qaydalarına riayət edilmədən və yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə 37 (otuz yeddi) m2 genişləndirildiyi aydın olur. Həmçinin iş materiallarından da görünür ki, qeyd edilən mənzilə 37 m2 sahə artırılarkən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun hər hansı qərarının olması, mütəxəssislərdən ibarət komissiyanın texniki rəy verməsi, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatmasını təsdiqləyən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı və s. sənədlər mövcud deyil. Buna görə də kollegiya belə hesab edir ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 40 nömrəli binanın 7 nömrəli mənzilinə özbaşına olaraq iddiaçı tərəfindən 37 m2 sahə artırılmışdır. Bununla da kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya məxsus mənzilə özbaşına olaraq artırılmış 37 m2 sahənin sökülməsi ilə iddiaçının mülkiyyət hüququ pozulmamışdır. Kollegiya həmçinin iddiaçının yuxarıda göstərilən digər dəlilləri ilə əlaqədar qeyd edir ki, birinci instansiya məhkəməsində aparılan şifahi məhkəmə iclaslarının protokollarından iddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 83s nömrəli Sərəncamının məhkəməyə təqdim olunması, adı çəkilən ünvanda yaşayan digər mənzillərin sakinlərinin şahid kimi dindirilməsi, habelə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə sözügedən binanın tikintisi və fasadının üzlənməsi üçün ayrılmış vəsait barədə məlumat verilməsi üçün sorğu verilməsinə dair vəsatətlər verməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. İnzibati mübahisəyə dair işin materiallarından aydın o lur ki, iddiaçı Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 83s nömrəli Sərəncamının məhkəməyə təqdim olunması, lakin bu sübutun iş materiallarına əlavə edilməsindən imtina edilməsi, digər vəsatətlərinin əsassız olaraq təmin edilmədiyini bildirsə də, iddiaçı məhkəmə iclaslarının bütün mühüm anlarını əks etdirən məhkəmə iclasının protokolu ilə tanış olmaq üçün birinci instansiya məhkəməsinə müraciət etməmiş və onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim etməmişdir. Göstərilənlərə əsasən kollegiya iddiaçının yuxarıda göstərilmiş bu dəlillərini əsassız hesab edir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi məhkəmənin şikayət olunan qərarında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xi dmətinin 19 oktyabr 2020-ci il tarixli, 464 saylı məktubunda qeyd olunan məlumata əsasən, İddiaçı məxsus adı çəkilən ünvanda yerləşən mənzilə əlavə olunmuş 37 kv.m. sahənin Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 dekabr 2016-cı il tarixli, 19/138 saylı məktubu əsasında qeydiyyata alındığını göstərsə də, digər tərəfdən mənzilə sonradan artırılan 37 kv.m. sahənin qanunvericiliyə zidd şəkildə mənzilə artırıldığı və müvafiq inzibati orqan tərəfindən qanuna müvafiq qaydada qeydiyyata alınmadığı səbəbindən 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışının ləğv olunduğunu qeyd etməklə ziddiyyətli mövqe nümayiş etdirməsinə dair dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, qeyd edilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torp aq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanladığı 09 dekabr 2016-cı il tarixli, 19/138 nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan şəhərində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar bir sıra ictimai yaşayış binalarında əsaslı təmir və yenidənqurma işləri aparılmış, aparılan işlər zamanı Heydər Əliyev prospekti 10; 22; 24; 26; 29; 31; 40; 44; 54; 58a; İstiqlal küçəsi 82; 87; 91; 93; 94; 99; 105; 111; Şadlinski küçəsi 1; 2; Bektaşi küçəsi 1; 2; Nizami küçəsi 40; 53; Atatürk küçəsi 20; Həsən Əliyev küçəsi 11 nömrəli ictimai yaşayış binalarının mənzillərində yaşayış və ümumi sahələrdə dəyişikliklər olmuşdur. Məktubda Naxçıvan Şəhər İcra Hakimiyyəti ünvanları göstərilən binalardakı mənzillərin yaşayış və ümumi sahələrində əmələ gələn dəyişikliklərin sənədləşmə zamanı nəzərə alınmasın ı xahiş etmişdir. Həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanladığı 21 avqust 2021-ci il tarixli, 19/107 nömrəli məktubunun surətindən aydın olur ki, məktubda Naxçıvan şəhərində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar bir sıra ictimai yaşayış binalarında əsaslı təmir və yenidənqurma işləri aparıldığı, aparılan işlər zamanı Heydər Əliyev prospekti 40 və Nizami küçəsi 40 nömrəli ictimai yaşayış binalarının mənzillərində artırmalar aparıldığı üçün həmin artırmaların şəhərin arxitekturasını pozmaqla eyni zamanda binanın dayanıqlılığına mənfi təsir etməsi və binanın qəzalı vəziyyətə düşməsinə şərait yaratması qeyd olunmuş, Naxçıvan Şəhər İcra Hakimiyyəti qeyd olunan binalardakı artırmaların s öküldüyünü nəzərə alaraq həmin mənzillərə dair verilmiş sənədlərə müvafiq düzəlişlər aparmaqla əvvəlki vəziyyətinə qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Kollegiya Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanladığı 09 dekabr 2016-cı il tarixli, 19/138 nömrəli məktubu ilə əlaqədar qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində bir sıra yaşayış binalarının mənzillərinin yaşayış və ümumi sahələrində dəyişikliklər edilməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə məktub ünvanlaması Heydər Əliyev prospekti 40 nömrəli binada təmir və yenidənqurma işlərinin Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən apa rılmasına dəlalət etmir, ümumiyyətlə həmin məktub əsasında qeyd edilən ünvanda təmir və yenidənqurma işlərinin hansı orqan tərəfindən aparılması qənaətinə gəlmək mümkün deyil. İşin yuxarıda araşdırılmış hallarından da göründüyü kimi Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının mübahisələndirdiyi qeyd olunan ünvanda yerləşən 7 nömrəli mənzilin 37 kvadratmetrdən ibarət artırma hissəsinin sökülməsi ilə əlaqədar hər hansı qərarın qəbul edilməsi və təmir tikinti işlərinin onun tərəfindən onun sifarişi əsasında aparılması sübut olunmamış və bununla əlaqədar İddiaçı tərəfindən hər hansı sübutlar təqdim olunmamışdır. Kollegiya apellyasiya şikayətində göstərilmiş Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 40 nömrəli binada, habelə mülkiyyətində olan mənzildə cavabdehin sifarişi v ə qərarı əsasında yenidən qurma işləri aparıldığından yaşayış sahəsində yenidən qurma işlərinin aparılması üçün icazə alınması və verilməsi və ya qəbul komissiyasının yaradılması və akt tərtib olunması kimi məsələlərin də cavabdehin və digər aidiyyəti orqanların tərəfindən həll edilməsi və mənzilinə əlavə sahə artırılan bir neçə mülkiyyətçidən biri kimi ona münasibətdə belə bir tələbin irəli sürülməsinin yolverilməz və qəbul edilməz olması ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı qeyd edilmiş ünvanda yenidənqurma işlərinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən aparılmasını sübut edə bilmədiyindən yenidənqurma işlərinin aparılması üçün icazə alınması və verilməsi və ya qəbul komissiyasının yaradılması və akt tərtib olunması kimi məsələlərin də cavabdeh və digər aidiyyəti orqanlar tərəfindən həll edilməsi ilə bağlı dəlillərini də əsassız hesab edir. Kollegiya apellyasiya şikayətində göstərilmiş məhkəmənin “mülkiyyət hüququ”, “mülkiyyətçinin - mülkiyyətə dair ağlabatan və qanuni gözləntisi” kimi anlayışların mahiyyətinə varmadan, cavabdehin hərəkəti nəticəsində mülkiyyət hüququnun pozulması və ona əhəmiyyətli ziyan vurulması faktını düzgün qiymətləndirmədən əsassız nəticəyə gəlməsi ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının özünə məxsus mənzil sahəsinə hər hansı icazə almadan, qanunvericiliyin tələblərini pozmaqla, qeyd edilən binada yaşayan digər sakinlərin həyat və sağlamlığına təhlükə törətməklə özbaşına olaraq artırdığı əlavə (37 m2) sahənin sökülməsi onun mülkiyyət hüququnu pozmadığından iddiaçıya ziyan vurulması da əsaslı hesa b edilə bilməz. Kollegiya iddiaçının bu dəlilini də əsassız hesab edir. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 40 nömrəli binanın 7 nömrəli mənzilinə 37 m2 sahə özbaşına olaraq artırıldığından iddiaçının həmin sahənin sökülməsi nəticəsində mülkiyyət hüququ pozulmamış və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçının 37 m2 sahənin sökülməsi nəticəsində cavabdeh tərəfindən ona kompensasiya ödənilməsinə dair tələbi təmin edilməmişdir. Kollegiya apellyasiya şikayətində göstərilmiş məhkəmənin iddia tələbinin “vurulmuş mənəvi ziyanın əvəzi kimi 15.000 (on beş min) manat kompensasiyanın ödənilməsi” hissəsində də rədd olunmasında qanunsuzluğa yol verməsi, mənəvi zərərin ödənilməsi ilə bağlı qüvvədə olan hüquq normalarını düzgün tətbiq etməməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərişlərini nəzərə almaması, 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, adı çəkilən mənzil, o cümlədən sökülməsi nəzərdə tutulan 37 kv.m. sahənin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması və orada tərəfindən əsaslı təmir işləri görülməsi, xeyli xərc çəkilməsi, cavabdeh tərəfindən qəflətən mənzilin yarıdan çox hissəsinin - 37 m2 sahəsinin sökülməsi normal həyat şəraitinə çox ciddi təsir göstərməklə biri orta məktəb şagirdi, ikisi tələbə olmaqla, üç uşağın, onun və həyat yoldaşının - 5 nəfər ailə üzvünün həmin mənzildə yaşamasını, eləcə də həmin mənzildən faydalanmaq imkanlarını qeyri-mümkün etməsi, onları çıxılmaz vəziyyətə salması, çox çətin vəziyyətdə qohumlarının yanında məskunlaşmağa məcbur olmaları, onun və ailə üzvlərinin mülkiyyət hüququna edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və yaşamaq üçün normal şəraitin yaradılması üçün cavabdehə ünvanlanmış kompensasiya tələbinin heç bir əsas olmadan rədd edilməsinin onları ciddi əsəb, stressə məruz qoyması, sıxıntıya düçar etməsi, bununla da cavabdehin qanunsuz davranışı ilə mənəvi ziyan vurulması ilə əlaqədar dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mən əvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fizi ki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozu lması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Kollegiya yuxarıdakı dəlillərlə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz davranışı nəticəsində ona mənəvi ziyan vurulduğunu və buna görə 15.000 (on beş min) manat ödənilməsini tələb etmişdir. Yuxarıda qeyd edilmiş qərarlardan da görünür ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Lakin iddiaçının mənzilinə artırılan 37 m2 sahənin sökülməsi nəticəsind ə iddiaçının hüququnun pozulması müəyyən olunmur. Buna görə də iddiaçının mənəvi zərər vurulmasına dair tələbi də birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Kollegiya işin qeyd olunan hallarına əsasən iddiaçının bu dəlillərini də əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, «məhkəmə» üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtə rəfli araşdırmaq öhdəliyi yaradır. Kollegiya işin hallarını tam və hərtərəfli araşdırdıqdan sonra belə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam aydınlaşdırmış, sübutlara düzgün hüquqi qiymət vermişdir. Buna görə də İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərinə əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 2-1(122)-89/2020 nömrəli qərarının ləğv edilməsi üçün işdə əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi b irinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya işin yuхarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Naхçıvan Muхtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi tərəfindən işə baхılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qərarı qanuni və əsaslı olduğundan İddiaçı apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxta r Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 21(122)-89/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar