Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-2/2024 12.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı “Rüstəm-Zal" X13 Cəmiyyətinin vəkili-nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı "xxxx" X13 Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" X13 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 no yabr 2023-cü il tarixli, 2-1(122)-933/2023 nömrəli qərardadından iddiaçı "xxxx" X13 Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" X13 Cəmiyyəti cavabdehlər Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı 10 avqust 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək “Rüstəm-Zal" ATSC-nin yenidən təşkil olunaraq "xxxx" MMC kimi qeydiyyata alınması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “Rüstəm-Zal" X13 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə iddiaçı "xxxx" X13 Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" X13 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması çərçivəsində baxılmasına qərar vermişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(122)-933/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" X13 Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Ver gi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" X13 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(122)-933/2023 nömrəli qərardadından narazı qalan iddiaçı "xxxx" X13 Cəmiyyəti 15 noyabr 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(108)-933/2023 saylı qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı "xxxx" X13 Cəmiyyəti şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Azarbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasi Prezidentinin 22 mart 1997-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 202 nömrəli qərarı ilə “Azminsu" İstehsalat Birliyi ləğv edilərək onun tərkibində olan “Naxçıvan", “Badamlı”, “Sirab” və “Darıdağ” Karbon Zavodlarının sərbəst balansa keçirilməsi və özəlləşdirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin sərəncamına verilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 7 nömrəli əmri ilə "Darıdağ” karbon qazı istehsalı zavodu yaradılmış, səhmdar cəmiyyətə çevrilənədək X5 zavodun di rektoru təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 09 saylı sərəncamı ilə 04 mart 1999-cu ildə "xxxx" X13 Cəmiyyəti yaradılaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda karbon qazı istehsalı və satışı ilə məşğul olmuşdur. "xxxx" X13 Cəmiyyəti 2007-ci ilin yanvar ayınadək sahibkarlıq fəaliyyəti göstərmişdir. 2007-ci ilin yanvar ayında “Rüstəm-Zal" ATSC-nin sədri X11 Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə dəvət edilərək ATSC-nin təsis sənədləri ondan qeyriqanuni şəkildə alınmış, müəssisənin balansında olan X15 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tabeliyində olan Nəxşicahan Holdinq LTD X7 Rayon “X15" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına keçiril mişdir. "xxxx" ATSC-nin pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək üçün müəssisənin təsis sənədlərinin dublikatının təqdim edilməsi üçün rəsmi şəkildə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə müraciət etdiklərini, lakin hər iki qurum tərəfindən onlara ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" ATSC barəsində arxiv sənədlərində heç bir məlumat aşkar edilməmişdir. Burdan belə nəticəyə gəlirlər ki, qanunsuz şəkildə ATSC-in əmlakları mənimsənildiyi kimi müəssisənin sənədləri də arxivdən çıxarılaraq ləğv edilmişdir. Lakin məhkəmə bütün bu qeyd olunan hallara hüququ qiymət verməmiş, iş materialları düzgün araşdırılmamış, maddi hüquq normaları səhv təfsir edilmişdir. Belə ki, məhkəmə iş üzrə qə bul edilmiş qərardadında istinad etdiyi Müİki Məcəllənin 43.1-ci, 44.1 -ci, 48-1- ci maddələrinin, həmçinin Vergi Məcəlləsinin 10.0cı, 12.1-ci, 24.1.7-ci, 33.1-ci maddələrinin məzmununa nəzər yetirdikdə aydın olur ki, sözü gedən hüquq normalarının hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. Həmin maddələrin tənzimlədiyi münasibətlərlə, hazırkı məhkəmə mübahisəsi arasında səbəbli əlaqə yoxdur. Məhkəmə qeyd olunan normalara istinad edərək göstərmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı "xxxx" ATSC-nin qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməsinə dair sənədlər məhkəməyə təqdim edilməmiş, vergi ödəyicisinə verilmiş VÖEN məlumat bazasında aşkar edilməmiş, əvvəllər fəaliyyət göstərməsinə dair təsis sənədlərinin kserosurəti məhk əməyə təqdim edilmiş, iddia ərizəsinə dövlət qeydiyyatına alınmamış hüquqi şəxsin möhüründən istifadə edilməklə, onun sədri tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Bundan əlavə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması şöbəsinin xx.xx.2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Culfa rayon vergilər şöbəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" ATSC-nin sahibkarlıq fəaliyyətində xx.xx.2003-cü il tarixindən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə növbədənkənar vergi yoxlaması keçirilmişdir. X9 Respublikası Vergilər Nazirliyinin xx.xx.2007-ci il tarixli VN seriyalı, 120304 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar əsasında aparılmışdır. Bütün bu qeyd olunanlar onu göstərir ki, "xxxx" ATSC v ergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, 2007-ci ilədək fəaliyyət göstərmiş, lakin 2007-ci il tarixində qanunsuz olaraq ləğv edilərək, təsis və uçot sənədləri məhv edilmişdir. İddiaçı “Rüstəm-Zal" X13 Cəmiyyətinin nümayəndəsi X1 məhkəmə baxışı iclasında səhhəti ilə əlaqədar olaraq iştirak etməmiş, lakin 02 fevral 2024-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında iştirak edərək şikayətini müdafiə etməklə yanaşı şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(122)-933/2023 nömrəli qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı “Rüstəm-Zal" X13 Cəmiyyətinin vəkili-nümayəndəsi Vəkil şikayəti müdafiə edərək verdiyi izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(122)-933/2023 nömrəli qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X10 şikayəti qəbul etməyərək verdiyi izahatında şikayətin təmin olunmamaqla, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(122)-933/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci madd əsinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyərək, Azərbaycan Respublikası MP M-in 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya ilk olaraq qeyd edir ki, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğu nu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə sə lahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən apellyasiya məhkəmələri yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması istisna olmaqla, qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı iş üzrə iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı "xxxx" X13 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Ve rgi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi qərarında ona istinad etmişdir ki, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı "xxxx" X13 Cəmiyyəti qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməsinə dair sənədləri məhkəməyə təqdim etməmiş, vergi ödəyicisinə verilmiş VÖEN məlumat bazasında aşkar edilməmiş, əvvəllər fəaliyyət göstərməsinə dair təsis sənədlərinin kserosurəti məhkəməyə təqdim edilmiş, iddia ərizəsi dövlət reyestrində qeydiyyata alınmamış hüquqi şəxsin möhüründən istifadə edilməklə, onun sədri tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı da hüquqi şəxsin müvafiq icra hakimiyyəti orqanında aparılmış qeydiyyatını təsd iq edən sənədlərin əldə edilməsi mümkün olmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçını, "xxxx" ATSC-nin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsini tələb etmək hüququna sahib subyekt kimi qiymətləndirmək, yəni onu, subyektiv hüququn elementlərindən biri olan “inzibati orqandan müəyyən hərəkətlərin edilməsi (öhdəliyin icrasını) tələb etmək” hüququnun sahibi kimi qəbul etmək mümkün deyildir. Belə olan halda da, cavabdeh tərəfindən iddiaçının həmin cəmiyyət üzərində hər hansı hüququnun pozulması və onun hüquqları sferasına müdaxilə imkanı da istisna olunduğundan iş üzrə inzibati orqanını cavabdehliyi də yaranmır. Kollegiya işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə və Arxiv İdarəs inə sorğular göndərməklə iş üçün əhəmiyyət kəsb edən sənədlərin əldə olunmasını təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən göndərilmiş 15 fevral 2024-cü il tarixli, 02/161 nömrəli məktuba əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 may 2000-ci il tarixli, 103 nömrəli qərarının surətindən aydın olur ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun 08 may 2000-ci il tarixli, 05/235-2-99 saylı, Milli Təhlükəsizlik Nazirliyinin 17 mart 2000-ci il tarixli, 573 M saylı, Daxili İşlər Nazirliyinin 15 aprel 2000-ci il tarixli, h-13 saylı məktubları nəzərə alınmaqla “Darıdağ” firmasının və "xxxx" səhmdar cəmiyyətinin qanunsuz fəaliyyət göstərdikləri nəzərə alınaraq onların fəaliyyətinin dayandırılması, “Darıdağ ” firmasının və "xxxx" X13 Cəmiyyətinin özəlləşdirilməsi qeyri-qanuni hesab edilməsi və hər iki müəssisənin birləşdirilərək yenidən özəlləşdirilməsi məqsədilə satışa çıxarılmasının təmin edilməsinin Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinə tapşırılması qərara alınmışdır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən 06 fevral 2024-cü il tarixli, 02/135 nömrəli məktubla kollegiyaya təqdim edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 11 iyul 2000-ci il tarixli, 4-M-16 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Darıdağ” firmasının və "xxxx" X13 Cəmiyyətinin özəlləşdirilməsinin qeyri-qanuni hesab edilməsi və bu əsasa görə onların fəaliyyətinin dayandırılmasına dair 22 may 2000-ci il tarixli 103 sa ylı qərarının Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 39-cu maddəsinə uyğun olmasının təsdiq edilməsi barədə qərar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 may 2000-ci il tarixli, 103 nömrəli qərarının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin 30 mart 2001-ci il tarixli 129 saylı sərəncamı ilə Culfa rayon "xxxx" X13 Cəmiyyəti təsis edilmiş və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmaqla 09 aprel 2001-ci il tarixli 25-2001/K nömrəli “Dövlət Qeydiyyatı haqqında” Şəhadətnamə verilmişdir. Həmçinin kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göndərilmiş 19 fevral 2024-cü il tarixli, 239/202 4 nömrəli məktubu ilə müəyyən edilir ki, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 10 yanvar 2007-ci il tarixli 02 nömrəli sərəncamı ilə Culfa rayon "xxxx" AçıqTipli Səhmdar Cəmiyyətinin emissiya prospekti (özəlləşdirmə planı) dürüstləşdirilmiş, Cəmiyyətin idarə heyətinin sədrinə əmək kollektivinin rəyi nəzərə alınmaqla özəlləşdirmə komissiyasının yaradılması tapşırılmışdır. Hazırkı dövrə isə cəmiyyətin səhmlərinin 0,1%-i əmək kollektivinə güzəştli satışda, 69,89%-i ixtisaslaşdırılmış çek hərracında, 30,01%-i isə pullu hərraclarda satılaraq 100% təkrar özəlləşdirilməsi başa çatdırılmışdır. Kollegiya həmçinin, iddiaçı "xxxx" X13 Cəmiyyətinin şikayətində qeyd etdiyi digər dəllilərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəm ə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd olunduğu kimi “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir”. Yəni, mümkün hesab edilməyən iddiaların əsaslılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. İddiaçı tərəfindən qeyd edilən bu dəlillər iddianın əsaslılığı ilə əlaqədar olduğundan hazırkı baxışın predmetinə daxil deyil və buna görə də müzakirə olunaraq qiymətləndirilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddi anın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd edildiyi kimi iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd edilən lərə əsasən kollegiya hesab edir ki, "xxxx" X13 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(122)-933/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı "xxxx" X13 Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" X13 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 noyabr 2023-c ü il tarixli, 2-1(122)-933/2023 nömrəli qərardadından iddiaçı "xxxx" X13 Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 21(122)-933/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-2/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-2/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver