Məhkəmə qərarları › İş №2-1(108)-2/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-2/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-2/2025 09.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qər arından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə X22 şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə 17 iyul 2023-cü il tarixdə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli 82 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə 31 oktyabr 2023-cü il tarixli ərizə təqdim edərək iş üzrə cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə X22 şəxsin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 14 aprel 2023-cü il tarixli, 82 saylı qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31 oktyabr 2023-cü il tarixli, 21(122)-750/2023 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmiş, "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi əsl cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. İddiaçı məhkəməyə 02 aprel 2024-cü il tarixli ərizə təqdim edərək, iddia tələbinə “ona 61 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 aprel 2024-cü il tarixli, 21(122)-109/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Sonradan 30 aprel 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona 61 yaşının tamam ol duğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi məhkəmənin protokol qərardadı ilə “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan MR İnziba ti Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)109/2024 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayətində göstərmişdir ki, Naxçıvan MR Dövlət Arxivi tərəfində verilmiş 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışa əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək (2 il 10 ay) Naxçıvan MR 32 nömrəli Texniki Peşə məktəb ində “armatur-qaynaqçı” peşəsi üzrə təhsil almışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (7 ay) Naxçıvan şəhər 3 nömrəli traktor briqadasında traktorçu işləmiş, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin 01 fevral 2023-cü il tarixli, 112 nömrəli arayışına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ( 2 il 2 ay) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının təqdim etdiyi 07 may 1961-ci il tarixli, əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 ay) Naxçıvan 1 nömrəli traktor briqadasında traktorçu, xx.xx.1982- ci il tarixdən xx.xx.1983-cü il tarixədək (7 ay 6 gün) X8 2-ci dərəcəli mexanik, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (1 il 3 ay) Babək rayon Mexanika Birliyinin 4 nömrəli traktor briqadasında traktorçu, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (4 ay 23 gün) 100 nömrəli Körpü Tikinti briqadasında betonçu, xx.xx.1985-cı il tarixdən xx.xx.2000-ci il tarixədək (15 il 10 ay) Babək rayon Kənd Təsərrüfatında traktorçu vəzifələrində işləmişdir. İddiaçı təqdim etdiyi 15 yanvar 2002-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (1 il 2 ay) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Flidrometrologiya İdarəsində operator, 01,04.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək (5 a y 14 gün) Meşəsalma müəssisəsində traktorçu, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (2 ay) N nömrəli hərbi hissədə təmirçi çilingər, xx.xx.2008- ci il tarixdən xx.xx.2009-cu il tarixədək (9 ay) Naxçıvan MR Nazirlər Kabineti yanında X19 İdarəsində qaynaqçı, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək (4 ay 20 gün) yenidən Naxçıvan MR Nazirlər Kabineti yanında X19 İdarəsində qaynaqçı, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (4 ay 8 gün) X9 MMC-də sürücü, xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək (16 il 1 ay 17 gün) həmin MMC-də qaynaqçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək (2 ay) Babək rayon suvarma sistemləri İdarəsində qaynaqçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək (3 il 2 ay) yenidən X9 MMC-də qaynaqçı, xx.xx. 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (5 il 5 ay) "xxxx" MMC-də qaynaqçı vəzifələrində işləmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən bu günədək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində 7ci dərəcəli qaynaqçı vəzifəsində işləyir. İddiaçı əmək kitabçasındakı qeydlərə və Naxçıvan MR Dövlət Arxivi tərəfindən təqdim edilmiş arayışa əsasən, onun əmək fəaliyyətinə başladığı 1976-cı il tarixdən 2021 -ci il tarixədək 37 il 8 ay 18 gün ümumi, 12 il 10 ay 14 gün xüsusi iş stajı vardır. Lakin iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən xüsusi iş stajları X3 Sistemi ilə qarşılıqlı yoxlanılması zamanı təsdiq olunan ümumi iş stajı 01.01 2006-cı il tarixdən 31.12 2022-ci il tarixədək 11 il 11 ay 22 gün təşkil etmişdir. Beləliklə, İddiaçı tələb olun an 25 il ümumi iş stajı təsdiq olunsa da, 12 il 6 ay xüsusi iş stajı təsdiq olunmadığı üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Cavabdeh şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci, 1.0.2-ci, 21.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il 15 may tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə, 129-cu maddəsinin 3-cü hissəsinə, 149-cu maddəsinə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci 81.1 -ci 81.2-ci 87.6-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə baxılarkən kollegiyanın xx.xx.2024-cü il tarixli, 2-1(108)-76/2024 nömrəli qərardadı ilə iş üzrə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasının mümkünlüyünün müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən yenidən inzibati icraat aparılması üçün 2 (iki) ay müddət təyin edilmiş, təyin edilmiş müddət ərzində İddiaçı iş yerindən müvafiq hesabatların alınması mümkün olmadığından cavabdeh orqan tərəfindən yenidən inzibati icraat aparılmamış, kollegiya tərəfindən işə mövcud materiallar əsasında baxılmasına davam edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)109/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-c ü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiall arını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiy yəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - 26 iyun 1979-cu il tarixli, Б seriyalı, 371405 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Naxçıvan MR 32 nömrəli Texniki Peşə məktəbində “armatur-qaynaqçı” peşəsi üzrə təhsil almışdır. - 06 aprel 2023-cü il tarixli, 1 nömrəli "xxxx" MMC tərəfindən verilmiş 04 noyabr 2019-cu il tarixli, 75 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 04 noyabr 2019-cu il tarixdən "xxxx" MMC-də qaynaqçı peşəsi üzrə işə qəbul edilmişdir. 09 aprel 2020-ci il tarixli, 18 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” maddəsinə əsasən öz ərizəsi əsasında xx.xx.2020-ci il tarixdən işdən azad olunaraq, əmək müqaviləsinə xitam verilmişdir. - “X5 Zavodu” MMC-in 19 yanvar 2023-cü il tarixli, 02 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən “X9" MMC-də sürücü vəzifəsində, xx.xx.2010-cu il tarixdən “X9" MMC-də qaynaqçı vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı ii tarixdən işin azalması ilə əlaqədar olaraq AR Əmək Məcəlləsnin 75-ci maddəsinin 2 "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixdən bağlanmış əmək müqaviləsinə əsasən “X9” MMC-də qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019cu ildə Azərbaycan Respubilkasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "ə" bəndinə müvafiq olaraq ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. - Naxçıvan MR Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirli yinin tərkibində Hidrometeorologiya İdarəsində işləmiş, dekabr 1998-ci il tarixdən mart 2003-cü il tarixədək aylar üzrə əmək haqqı almış və 2003-cü ilin mart ayından sonrakı aylarda əməkhaqqı cədvəllərində adına rast gəlinməmişdir. - Naxçıvan MR Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı X17 Stansiyasında işləmiş və müvafiq aylar üzrə əmək haqqı almışdır. Əməkhaqqı kitabları 1984-cü ildə başlayıb 1990-cı ildə bitir, 1987-ci ilə dair əməkhaqqı cədvəlləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmiş, 1988-ci ilə dair əməkhaqqı cədvəlində dekabr ayında adına rast gəlinməmişdir. - Naxçıvan MR Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı Naxçıvan Tikiş fabrikinə xx.xx.1982-ci il tarixli 133 №-li əmrlə İİ dərəcəli “mexanik” qəbul edilməsi, xx.xx.1983-cü il tarixli 57 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X17 stansiyasının əmr kitabları 1986-cı ildən başladığına görə işə qəbul edilməsi barədə məlumat vermək mümkün olmamış, lakin xx.xx.1987-ci il tarixli 165a №-li əmrlə əmək məzuniyyətindən qayıdaraq işdə hesab edilməsi əmr kitabında göstərilmişdir. Əmr kitabları 1990-cı ildə bitdiyinə görə işdən azad edilməsi haqqında məlumat mövcud deyil. - Naxçıvan MR Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixli, 25 №-li əmrlə “armatur-qaynaqçı” qəbul edilməsi və 48 №-li qrupda oxuması, xx.xx.1979-cu il tarixli, 87 №-li əmrlə məktəbi bitirməsi əmr kitablarında göstərilmişdir. - Babək rayon Dövlət A rxivinin 04 aprel 2023-cü il tarixli, 60 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayon X14 Təminat birliyində işləmiş və müvafiq aylar üzrə əmək haqqı almışdır. - Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin 02 fevral 2023-cü il tarixli, 206 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən fasiləsiz çöl şəraitində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində Vİİ dərəcəli qaynaqçı işləyir və həmin peşə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 35-ci bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyasına çıxma hüququ verir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 iyu l 2023-cü il tarixli, 1077 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - AZE seriyalı, 09006590 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı 07 may 1961-ci il tarixdə doğulmuşdur. -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin qəbul etdiyi qərardadın icrası ilə əlaqədar göndərilmiş 06 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-13002/2024 nömrəli məktubda göstərilmişdir ki, müəyyən olunmuş müddət ərzində İddiaçı Fonda dəvət edilməsinə baxmayaraq gəlməmiş və ona təklif olunmuş, həmçinin inzibati icraatın aparılması üçün zəruri olan sənədləri təqdim etməmişdir. Belə ki, son iş yerindən müvafiq hesabatların göndərilməsini təmin etməmişdir. -İddiaçı təqdim etdiyi əmək kitabçasını n surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Naxçıvan şəhər 3 nömrəli traktor briqadasında traktorçu işləmiş,həmin tarixdə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Naxçıvan 1 nömrəli traktor briqadasında traktorçu, xx.xx.1982- ci il tarixdən xx.xx.1983-cü il tarixədək X8 2-ci dərəcəli mexanik, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Babək rayon Mexanika Birliyinin 4 nömrəli traktor briqadasında traktorçu işləmişdir. -İddiaçı təqdim etdiyi 15 sentyabr 1982-ci il tarixli digər əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 100 nömrəli Körpü Tikinti briqadasında betonçu işləmiş, xx.xx.198 5-cı il tarixdə təmir emalatxanasına 4-cü dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1985-cı il tarixdə 3 nömrəli traktor briqadasına traktorçu keçirilmiş, xx.xx.2000-ci il tarixdə Babək rayon Kənd Təsərrüfatında traktorçu vəzifəsindən azad olunmuş, xx.xx.2003-cü il tarixdən xx.xx.2003cü il tarixədək N nömrəli hərbi hissədə təmirçi-çilingər vəzifəsində işləmişdir. -İddiaçı təqdim etdiyi 15 yanvar 2002-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1998-ci il tarixdən 25 may 2001-ci il tarixədək Hidrometrologiya idarəsində operator, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Hidrometrologiya İdarəsində operator, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Meşəsalma müəssi səsində 6cı dərəcəli traktorçu, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək N nömrəli hərbi hissədə təmirçi çilingər, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Naxçıvan MR Nazirlər Kabineti yanında X19 İdarəsində qaynaqçı, xx.xx.2009-cu il tarixdən xx.xx.2009cu il tarixədək yenidən Naxçıvan MR Nazirlər Kabineti yanında X19 İdarəsində qaynaqçı, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək X9 MMC-də sürücü, xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək həmin MMC-də qaynaqçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Babək rayon suvarma sistemləri İdarəsində qaynaqçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək yenidən X9 MMC-də qaynaqçı, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də qaynaqçı vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixdən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində 7-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmişdir. Kollegiya tərəfindən verilmiş müvafiq sorğuya cavab olaraq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsi tərəfindən kollegiyaya təqdim olunmuş: 12 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, İddiaçı həqiqətən əmək müqaviləsi ilə xx.xx.2008-ci il tarixli, 45 saylı əmrlə Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat idarəsində qaynaqçı vəzifəsinə təyin olunmuş və xx.xx.2009-cu il tarixli, 86 saylı əmrlə işdən azad olmuşdur. İşlədiyi dövrdən çöl və qapalı şəraitlərdə əl ilə müxtəlif tikinti obyektlərində (Ordubad rayon Y.Məmmədəliyevin ev muzeyi, Ordubad rayon Şərq Hamamı və Ordubad rayon Yeraltı abidələr) qaynaq işləri aparmışdır. İddiaçı qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarında qeyd edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin Siyahısında 35-ci hissəsində yer aldığına görə (əl ilə qaynaq aparan elektrik qaynaqçı) vəzifəsinə uyğundur. Həmçinin, Naxçıvan MR Nazirlər Kabinetinin 12 fevral 2013-cü il tarixli, 25 saylı qərarı ilə Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat idarəsi ləğv edildiyindən hüququ varis kimi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsi bu arayışı təqdim etmişdir.13 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, İddiaçı həqiqətən əm ək müqaviləsi ilə xx.xx.2021- ci il tarixli 51 saylı əmrlə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində Vİİ dərəcəli qaynaqçı.vəzifəsinə təyin olunmuş və hal-hazırda həmin vəzifədə çalışır. İşlədiyi dövrdən çöl və qapalı şəraitlərdə əl ilə müxtəlif tikinti obyektlərində (yaşayış binalarının dam örtüklərində, zirzəmilərdə, karyerdə və yanacaq doldurma avtomaşınların çənlərinin içərisində) qaynaq işləri aparmışdır. İddiaçı tutduğu qaynaqçı vəzifəsi Azərbaycan RespublikasıNazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı qərarında qeyd edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin Siyahısında 35-ci hissəsində yer aldığına görə (əl ilə qaynaq aparan elektrik qaynaqçı) vəzifəsinə uyğundur. Kollegiya tərəfindən verilmiş müvafiq sorğuya cavab olaraq “X5 Zavodu” MMC tərəfindən kollegiyaya təqdim olunmuş 04 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, İddiaçı, xx.xx.2009-cu il tarixdən əvvəlki adı “X9” MMC, indiki adı “X5 Zavodu” MMC- də əvvəl sürücü vəzifəsində işləmiş, sonra xx.xx.2010-cu il tarixdən əl ilə elektrik qaynaqçışı vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixdə işin azalması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2“ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Yenidən, xx.xx.2016-cı il tarixdən “X10” MMC-də onunla əmək müqaviləsi bağlanaraq işə əl ilə elektrik qaynaqçışı vəzifəsinə qəbul edilmiş, xx.xx.2019 -cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” b əndinə müvafiq olaraq ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabintinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bəndinin ümumi peşələr üzrə 1.12-ci yarımbəndində nəzərdə tutulan əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində 09 il 3 ay 17 gün xüsusi stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: -1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində q eydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin ed ilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1 -ci maddələrinə əsasən bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1 -dək olan dövr üzrə: "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot məlum atlarına əsasən; "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 14 aprel 2023-cü il tarixli, 82 nömrəli qərarından görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən tələb olunan 12 il 06 ay xüsusi stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdeh iddiaçının ümumi iş stajını mübahisələndirməsə də onun əmək kitabçasında olan qeydlərə əsasən xüsusi iş stajının X3 Sistemi ilə qarşılıqlı yoxlanılması zamanı xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 11 il 11 ay 22 gün təşkil etməsi və müəyyən edilmiş 12 il 6 ay xüsusi iş stajının olmaması əsası ilə iddiaçıya güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Belə xarakterli işlərdə əmək haqqı cədvəllərinin dövlə t arxivinə təhvil verilməməsi, əmək kitabçasında müvafiq qeydlərin qeyri-dəqiq aparılması, eləcə də mdss haqları üzrə məlumatların sığortaolunanın fərdi şəxsi hesabatlarında - MEİS-də öz əksini tapmaması və s. iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərlə bağlı təhvil verilməyən əmr kitabları və əmək haqqı cədvəllərinə görə iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. İşə əlavə edilmiş İddiaçı işlədiyi 2006-cı ilin yanvar ayının 1-dən sonrakı (2008-ci il yanvar-2022-ci il dekabr) dövrləri əhatə edən iş yerləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə fərdi uçot məlumatlarından (sığortaolunanın hesabı) aydın olur ki, onun 13391,82 manat pensiya kapitalı mövcuddur. Apellyasiya ş ikayətinə kollegiyada baxılan zaman qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üzrə iddiaçının fərdi uçot məlumatlarına uyğun olaraq onun xüsusi iş stajının müəyyən edilməsi məqsədilə mütəxəssis dəvət olunmuş, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müsdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin baş mütəxəssisi X7 tərəfindən təqdim edilmiş 19 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı güzəştli şərtlərə aid edilən xüsusi iş stajı aşağıdakı qaydada müəyyən edilir: X19 idarəsi; (xx.xx.2008-xx.xx.2008) - 5 ay 30 gün; X19 idarəsi; (xx.xx.2009-xx.xx.2009 ) - 30 gün; X19 idarəsi; (xx.xx.2009-x x.xx.2009 ) - 4 gün; X19 idarəsi; (xx.xx.2009-xx.xx.2009) - 1 ay; X19 idarəsi; (xx.xx.2009-xx.xx.2009) - 1 ay 16 gün; X9;(xx.xx.2010-xx.xx.2016) - 5 il 9 ay 11 gün; X9; (xx.xx.2016-xx.xx.2016) - 2 ay; Babək rayon suvarma sistemləri; (xx.xx.2016-xx.xx.2016 ) - 1 ay 28 gün; X9; (xx.xx.2016-xx.xx.2018) - 1 il 5 ay 2 gün; X9; (xx.xx.2018-xx.xx.2019) - 1 il 7 ay; Aysun inşaat; (xx.xx.2019-xx.xx.2020) - 5 ay 5 gün; Şəhərsalma və Arxitektura Komitəsi; (xx.xx.2021-xx.xx.2022) - 1 il 5 ay 19 gün. Mütəxəssis rəyi məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiqi olunmuş və İddiaçı qanunvericiliklə tələb olunan 12 il 6 ay xüsusi iş stajına qarşı 11 il 9 ay 25 gün əl ilə elektrik qaynaqçısı peşəsində xüsusi iş stajının olması müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanu nun 9.1-ci maddəsinin və 7-ci maddəsinin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunvericilikdə nəzərdə tutulmuş 60 yaşına çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı və ya azı 25 il ümumi stajı olmasa da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 21.1 və 21.2-ci madələrinin tələblərinə müvafiq olaraq “Əmək pensiyalarının təyin edil məsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarının 4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən hesablanmalıdır. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 25 ildən artıq ümumi iş stajı vardır. Lakin, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərindən biri olan ümumi iş stajının ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlar ın, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı olması şərti iddiaçıya münasibətdə mövcud deyil. Belə ki, işin hərtərəfli araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı fərdi uçot məlumatlarına əsasən onun 2006-cı ilin yanvarın 1-dən sonra iddia tələbində göstərdiyi xx.xx.2022-ci il tarixədək əl ilə qaynaqçı peşəsində işlədiyi Naxçıvan MR Nazirlər Kabineti yanında X19 İdarəsində, “X9” MMC-də, Babək Rayon Meliorasiya və Su təsərrüfatı İdarəsində, "xxxx" MMC-də və hazırda işlədiyi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində ümumilikdə 11 (on bir) il 9 (doqquz) ay 25 (iyirmi beş) gün xüsusi iş stajı mövcuddur. Cavabdeh qeyd edilən dövrlər üzrə iddiaçının fərdi uçot məlumatlarına əsasən məcburi dövlət sosi al sığorta haqlarının ödənildiyi müddətin iş stajı kimi nəzərə alındığını göstərmişdir. Kollegiya qeyd edir ki, əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək 100 nömrəli Körpü Tikinti briqadasında betonçu işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının 2-ci bəndində tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ‐mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeral tı işlərdə işləyən betonçular nəzərdə tutulmuşdu. İddiaçının məhkəmə iclasında verdiyi izahata görə o, betonçu kimi göstərilən sahələrdə və yeraltı işlərdə işləmədiyindən onun betonçu kimi işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək peniyası hüququ verən xüsusi staja aid edilməsi mümkün deyildir. Həmçinin iddiaçının 2006-cı ilin yanvarın 1-dək işlədiyi təmir emalatxanasında çilingər, Hidrometrologiya idarəsində operator, X6 mexanik peşələri həmin Siyahıda nəzərdə tutulmamışdır. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Naxçıvan şəhər 3 nömrəli traktor briqadasında, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Naxçıvan 1 nömrəli traktor briqadasında, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Babək rayon Mexanikə Birliyinin 4 nömrəli traktor briqadasında, xx.xx.1985-cı ıl tarixdən xx.xx.2000-ci il tarixədək Babək rayon Kənd Təsərrüfatında və xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Meşəsalma müəssisəsində ümumilikdə 17 il, 6 ay, 01 gün traktorçu peşəsində işləmişdir. Lakin, iddiaçının işlədiyi vaxt, yəni 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin Z bəndində kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçumaşinistlərin kişilər-55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli pensiya almaq hüququ nəzərdə tutulmuşdu. Qeyd edild iyi kimi iddiaçının traktorçu peşəsində işlədiyi müddət qanunda nəzərdə tutulmuş 20 il müddətdən az olduğundan həmin müddət güzəştli şərtlərlə yaşa görə əmək peniyası hüququ verən xüsusi staj kimi qəbul edilə bilməz.İddiaçı traktorçu peşəsində işlədiyi müddətlə digər güzəşli sahədə işlədiyi müddətin birləşdirilməklə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etsə də kollegiya qeyd edir ki, traktorçu peşəsi üzrə xüsusi staj ayrıca tənzimləndiyindən qanunvericilikdə həmin müddətlərin birləşdirilməsi nəzərdə tutulmamışdır. Beləliklə kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının 2006-cı il yanvarın 1-dək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən sahədə qanunvericilikdə nəzərdə tu tulmuş müddətdə işləmədiyinə və 2006-cı ilin yanvarın 1-dən sonra işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabintinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 35-ci bəndində ümumi peşələrə aid əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olsa da iddiaçının fərdi uçot məlumatlarında məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə əsasən qeydə alınmış xüsusi iş stajının 12 il 6 aydan az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyil. Ona görə də kollegiya hesab edir ki,cavabdehin İddiaçı güzəştli şərtlərlə yaş a görə əmək pensiyası təyin edilməsindən imtinası qanuni və əsaslıdır. Beləliklə, işin sadalanan xüsusatlarına və istinad olunan hüquq normalarına əsaslanan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması ilə bağlı iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlməmiş və qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və İPM-in 2, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən g üzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərarından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddia tələbi rə dd edilsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar