Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-20/2021 22.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Novruzov Əsgər Novruz oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinə və Cavabdeh2nə qarşı “19 mart 2020-ci il tarixli, 03 nömrəli bələdiyyə qərarının 2-ci bəndinin ləğv olunması, ona vurulan 29960 (iyirmi doqquz min doqquz yüz altmış) manat məbləğində ziyanın və iddiası ilə bağlı ödədiyi 10 manat dövlət rüsumunun, ümumilikdə 29970 (iyirmi doqquz min doqquz yüz yetmiş) manat maddi ziyanın Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respubl ikası İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(122)-82/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Qasımov X3 Rayon Qarabağlar Bələdiyyəsinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 mart 2020-ci il tarixli, 03 nömrəli bələdiyyə qərarının 2ci bəndinin ləğv olunması, ona vurulan 29960 (iyirmi doqquz min doqquz yüz altmış) manat məbləğində ziyanın və iddiası ilə bağlı ödədiyi 10 manat dövlət rüsumunun, ümumilikdə 29970 (iyirmi doqquz min doqquz yüz yetmiş) manat maddi ziyanın cavabdeh Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 21(122)-82/2021 nömrəli qərardadı il ə İddiaçı Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinə və Cavabdeh2nə qarşı “19 mart 2020-ci il tarixli, 03 nömrəli bələdiyyə qərarının 2-ci bəndinin ləğv olunması, ona vurulan 29960 (iyirmi doqquz min doqquz yüz altmış) manat məbləğində ziyanın və iddiası ilə bağlı ödədiyi 10 manat dövlət rüsumunun, ümumilikdə 29970 (iyirmi doqquz min doqquz yüz yetmiş) manat maddi ziyanın Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmayaraq, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin İddiaçı geri qaytarılması qərara alınmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 27 may 2021-ci il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1 (122)-82/2021 nömrəli qərardadının ləğv olunmasını və iddianın mümkünlüyünün təmin edilməsini xahiş etmişdir. İddiaçı şikayətinin məzmunu aşağıdakı kimi olmuşdur: Naxçıvan MR İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(122)-82/2021 nömrəli qərardadını əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir ona görə ki, Qarabağlar Bələdiyyəsində onun haqqında qərəzli şəkildə qəbul olunmuş 19 mart 2020-ci il tarixli, 03 nömrəli Bələdiyyə qərarı ilə onu bu günə qədər rəsmi şəkildə məsul şəxslər tanış etməmişdir. Həmin qərar qəbul olunduğu zaman keçirilən iclasa o dəvət olunmamış, qərarın imzalandığı tarixdən bu günə qədər qərarla rəsmi şəkildə tanış olmamış və qərarın bir nüsxəsi ona verilməmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinə təqdim etdiyi sübutlar bunu açıq şəkildə göstərdiyi halda sübutları yetərsiz sayaraq iddia tələbinin mümkünsüz sayılması əsassızdır. Ötən müddət ərzində Qarabağlar Bələdiyyəsinə və digər aidiyyəti təşkilatlara göndərdiyi məktublar, elektron müraciətlər və şifahi sorğular əhəmiyyətsiz sayılmaqla bəzilərinin işə daxil olunmaması qəbul olunan qərardadın qeyri obyektiv olmasından xəbər verir. Qarabağlar Bələdiyyəsinə 30 noyabr 2020-ci il, 23 fevral 2021-ci il, 10 mart 2021-ci il tarixlərdə etdiyi yazılı müraciətlər araşdırıldıqda məlum olur ki, 19 mart 2020-ci il tarixli, 03 nömrəli Bələdiyyə qərarı hələ də rəsmi şəkildə ona verilməmiş, amma göstərilən bu sübutları Naxçıvan MR İnzibati Məhkəməsi qərəzli şəkildə əsassız saymışdır. Bundan başqa Ədliyyə Nazirliyinə və Cavabdeh2nə göndərdiyi elektron müraciətlərdən aydın olur ki, Bələdiyyə qərarı ondan xəbərsiz, qərəzli şəkildə bağlandığı kimi saxlanılaraq ona təqdim olunmamışdır. 19 mart 2020-ci il tarixli, 03 nömrəli Bələdiyyə qərarı ilə rəsmi tanış olmadığına görə işin mahiyyəti haqqında dolğun informasiya əldə edə bilmədiyindən ötən müddət ərzində pozulmuş hüquqlarını bərpa etmək üçün aidiyyəti təşkilatlarla mübarizə aparmış, müsbət nəticə ala bilməmiş, iş məhkəmə həddinə çatdıqda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1 və 38.1-ci maddələrinin tələblərinə və qeyd edilən hallara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötməmişdir. Çünki 19 mart 2020-ci il tarixli, 03 nömrəli Bələdiyyə qərarı bu günə qədər rəsmi şə kildə təqdim olunmamışdır. Bunun əksinin mövcudluğunu sübut etmək vəzifəsi Qarabağlar Bələdiyyəsinin üzərinə düşür. Bundan başqa Naxçıvan MR İnzibati Məhkəməsi 20 may 2021-ci il tarixli, 2-1(122)-82/2021 nömrəli qərardadı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 58.2 və 58.7-ci maddələrinin tələblərinə ötəri yanaşmış, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 3.1, 3.3, 3.4, 3.5, 4.1, 4.2, 5.1, 5.3 və 6.1-ci bəndlərinə məhkəmə mübahisənin faktiki və hüquqi hallarını müzakirə etmədən, bununla əlaqədar olan zəruri hüquqi yardım göstərmədən, təqdim olunan sübutları tələblərə uyğun olaraq araşdırmadan, zərurət olduğu halda tərəflər arasında yazışma aparmadan qərardad qəbul etmişdir. Qarabağlar Bələdiyyəsində qərəzli şəkildə təşkil olunmuş iclasa dəvət olunmaması, qəbul olunmuş 19 mart 2020-ci il tarixli, 03 nömrəli Bələdiyyə qərarı ilə rəsmi şəkildə bu günə qədər tanış olunmaması və Qarabağlar Bələdiyyəsinin bu prosesləri gizlin saxlayaraq 1 (bir) ildən sonra 29 mart 2021-ci il tarixli 03 nömrəli məktubla bildirməsi əsas verir ki, Qarabağlar Bələdiyyəsi tərəfindən onun qanunla qorunan hüquqlarına aşkar şəkildə müdaxilə baş vermişdir və bu birmənalı şəkildə nəzərə çarpır. Pozulan hüquqlarının birbaşa onun maddi və mənəvi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə və ən əsası sağlamlığına vurduğu ziyanların təsirini azaltmaq üçün hər zaman hüquqi müdafiəyə ehtiyacı o lmuşdur. Naxçıvan MR İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(122)-82/2021 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkünlüyünün təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(122)82/2021 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda mü əyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci mad dəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, İddiaçı izahatını dinləyərək şikayətin dəlillərinə məcmu hala qiymət verərək icraatda olan mübahisə üzrə ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından aydın olur ki, İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin 19 mart 2020-ci il tarixli, 03 nömrəli qərarının 2-ci bəndinin ləğv olunması, ona vurulan 29960 (iyirmi doqquz min doqquz yüz altmış) manat məbləğində ziyanın və iddiası ilə bağlı ödədiyi 10 manat dövlət rüsumunun, ümumilikdə 29970 (iyirmi doqquz min doqquz yüz yetmiş) manat maddi ziyanın Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin üzərinə qoyulması tələbi barədə iddia qaldırılmış və birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq qanunvericiliyin tələbinə əsasən müvafiq iddia tələbi mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasınd a baxılır. Kollegiya şikayətin X1 Amar Dağbəyi oğlunun haqqında qərəzli şəkildə qəbul olunmuş 19 mart 2020-ci il tarixli, 03 nömrəli Bələdiyyə qərarı ilə onu bu günə qədər rəsmi şəkildə məsul şəxslərin tanış etməməsi, həmin qərar qəbul olunduğu zaman keçirilən iclasa onun dəvət olunmaması, qərarın imzalandığı tarixdən bu günə qədər qərarla rəsmi şəkildə tanış olmaması və qərarın bir nüsxəsinin ona verilməməsi, Naxçıvan MR İnzibati Məhkəməsinə təqdim etdiyi sübutların bunu açıq şəkildə göstərdiyi halda sübutları yetərsiz sayaraq iddia tələbinin mümkünsüz sayılması, 19 mart 2020-ci il tarixli, 03 nömrəli Bələdiyyə qərarı ilə rəsmi tanış olmadığına görə işin mahiyyəti haqqında dolğun informasiya əldə edə bilmədiyindən ötən müddət ərzində pozulmuş hüquqlarını bərpa etmək üçün aidiyyəti təşkila tlarla mübarizə aparması, müsbət nəticə ala bilməməsi, iş məhkəmə həddinə çatdıqda məhkəməyə müraciət etmək məcburiyyətində qalması, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1 və 38.1-ci maddələrinin tələbləri və qeyd edilən hallara əsasən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötməməsi, çünki 19 mart 2020-ci il tarixli, 03 nömrəli Bələdiyyə qərarının ona bu günə qədər rəsmi şəkildə təqdim olunmaması, bunun əksinin mövcudluğunu sübut etmək vəzifəsinin Qarabağlar Bələdiyyəsinin üzərinə düşməsi barədə dəlillərini müzakirə edərək həmin dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallarına əsasən İddiaçı tərəfindən mübahisələndirilməklə müvafiq hissəsinin ləğv edilməsi tələb edilən Kəngərli Rayo n Qarabağlar Bələdiyyəsinin 3 nömrəli qərarı 19 mart 2020-ci il tarixdə qəbul edilmiş və İddiaçı qeyd olunan qərarla 8 hektar torpaq sahəsinə dair bələdiyyə ilə bağladığı icarə müqaviləsinin ləğv edildiyini və həmin torpaq sahəsinin Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin ümumi istifadəsinə qaytarıldığını bilmiş, lakin mübahisələndirdiyi inzibati akt ona məlum olduğu vaxtdan 1 (bir) ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İş materiallarında olan 20 may 2021-ci il tarixli iclas protokolunda da İddiaçı sədrlik edənin sualına cavab olaraq Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin 19 mart 2021-ci il tarixli, 03 saylı qərarından həmin vaxtdan məlumatının olduğunu bildirmiş, həmçinin İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməklə iş materiallarına ə lavə edilmiş elektron məktublardan da onun 02 iyun 2020-ci il tarixdən başlayaraq Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin 19 mart 2020-ci il tarixli, 3 nömrəli bələdiyyə qərarı ilə bağlı müvafiq səlahiyyətli orqanlara müraciət etdiyi aydın olur. Azərbaycan Respublikası İPM-in 32.1-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmçinin həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət insta nsiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Beləliklə, qanunvericiliyin qeyd edilən normalarının tələblərini işin halları ilə müqayisəli təhlil edərək kollegiya belə qənaətə gəlir ki, Qasımov X3 Rayon Qarabağlar Bələdiyyəsinin 3 nömrəli, 19 mart 2020-ci il tarixli qərarı barədə məlumatlı olsa da müvafiq qərarı qanunvericiliklə müəyyən edilmiş müddətdə - 30 gün müddətində məhkəmə qaydasında mübahisələndirməmiş, yəni iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Qeyd edilənlərə əsasən kollegiya iddiaçı müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsinin iddiaçının pozulmuş hüquqlarının müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxması barədə gəldiyi nəticəsi ilə razılaşaraq məhkəmənin müvafiq mövqeyini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası İPM-in prosessual müddətlərin bərpa olunması adlanan 24.4-cü maddəsinin tələbinə əsasən təbii fəlakət və ya digə r qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparıla n hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materialla rla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarın ın 2.3, 5.1, 5.2, 6.1, 6.2, 7, 8.5 və 9-cü bəndlərində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsb it edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunveric iliyin yuxarıda sadalanan tələblərindən də göründüyü kimi, inzibati icraat qaydasında işə baxılması, yəni iddianın mümkünlüyü məsələsinin həll edilməsi üçün ilk öncə iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddətinin buraxılması məsələsi həll edilməli və yalnız bundan sonra iddianın mümkün sayılıb-sayılmaması məsələsinə hüquqi mahiyyəti üzrə baxılmalıdır. Ona görə də şikayətin iddianın əsassız olaraq mümkün sayılmaması barədə dəlilini əsassız hesab edən məhkəmə kollegiyası «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıdakı qərarında göstərilən mövqedən yanaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl edilməklə İddiaçı Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinə və Cavabdeh2nə qarşı “19 mart 2020-ci il tarixli, 03 nömrəli bələdiyyə qərarının 2-ci bəndinin ləğv olunması, ona vurulan 29960 (iyirmi doqquz min doqquz yüz altmış) manat məbləğində ziyanın və iddiası ilə bağlı ödədiyi 10 manat dövlət rüsumunun, ümumilikdə 29970 (iyirmi doqquz min doqquz yüz yetmiş) manat maddi ziyanın Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28.12.2015-ci il tarixli q ərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 201 5-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Yuxarıda istinad edilən normal arın təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarına əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı müm künsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında apellyasiya instansiyası məhkəmələrinin iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması barədə göstərilən tövsiyəyə müvafiq olaraq qeyd edir ki, 06 may 2021-ci il tarixli məhkəmə iclas protokolundan aydın olur ki, İddiaçı sədrlik edənin sualına cavab ola raq Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin 19 mart 2020-ci il tarixli, 03 saylı protokolunun və qərarının surətinin bələdiyyənin 29 mart 2021-ci il tarixli, 03 nömrəli məktubuna əlavə edilərək ona göndərildiyini bildirmiş, məhkəmədə iddia qaldırmaq üçün buraxılmış prosessual müddətin bərpa olunması ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməsi üçün məhkəmə iclasını təxirə salmağı xahiş etmiş, onun vəsatəti əsasında məhkəmə iclası təxirə salınmaqla 20 may 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı 20 may 2021-ci il tarixli həmin iclasda isə müvafiq sənədləri-elektron məktubları məhkəməyə təqdim etmiş və buraxılmış prosessual müddətin üzrlü səbəbdən olmasını təsdiq edəcək başqa sübutunun olmadığını qeyd etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tə ləbinə əsasən yardım etmək vəzifəsinə əməl etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla Naxçıvan MR İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(122)-82/2021 nömrəli qərardadının ləğv olunması üçün əsas təşkil etmədiyindən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinə və Cavabdeh2nə qarşı “19 mart 2020-ci il tarixli, 03 nömrəli bələdiyyə qərarının 2-ci bəndinin ləğv olunması, ona vurulan 29960 (iyirmi doqquz min doqquz yüz altmış) manat məbləğində ziyanın və iddiası ilə bağlı ödədiyi 10 manat dövlət rüsumunun, ümumilikdə 29970 (iyirmi doqquz min doqquz yüz yetmiş) manat maddi ziyanın Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(122)-82/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 21(122)-82/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2-1(108)-20/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-20/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver