Məhkəmə qərarları › İş №2-1(108)-21/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-21/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-21/2022 22.11.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi) ilə, Allahverdiyev Əli Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən "N nömrəli hərbi hissənin (X5 Ordusunun) MaddiTexniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesa b olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən "N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin RaketArtilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 14 iyun 2021-ci il tarixli ərizə göndərərək iddia tələbinə dəqiqləşdirmə verməklə "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən "N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi” çərçivəsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 21(122)-124/2021 nömrəli qərardadı ilə iddia tələbinə həmin çərçivədə baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 21(122)- 124/2021 nömrəli qərarı ilə (sədrlik edən X4) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən "N nömrəli hərbi hissənin (X5 Ordusunun) MaddiTexniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi tələbi”n ə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Məhkəmənin həmin qərarı ilə razılaşmayan İddiaçı 02 noyabr 2021-ci il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(122)124/2021 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, göstərdiyi səbəblərdən məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(122)-124/2021 saylı qərarı ləğv edilməli və onun iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iddia tələbini rədd etməyini onunla əsaslandırmağa çalışmışdır ki, "... iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X14 Komandanının xx.xx.2021-ci il tarixli, 072 nömrəli əmrini mübahisələndirməmiş, bununla da həmin əmrlə razılaşmışdır. İddiaçı hazırda X14 Komandanının xx.xx.2021-ci il tarixli, 0N saylı əmrinə əsasən N saylı hərbi hissənin istehsalat rəisi-istehsalat bölməsinin rəisi vəzifəsində xidmət etdiyindən və qeyd olunan əmr bu günədək ləğv olunmadığından iddiaçının N nömrəli hərbi hissənin Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən ehtiyata buraxılması mümkün deyil... İddiaçı şikayətində göstərmişdir ki, məhkəmə qərarında onu da qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsində n "Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən ehtiyata buraxılması üçün zəruri ilkin şərt qeyd olunan əmrin ləğv edilməsidir. Lakin iddiaçı qeyd olunan əmrlə başqa vəzifəyə keçirildiyini bilməsinə baxmayaraq əmri bu günədək mübahisələndirməmişdir. Bununla da o, əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür...” Məhkəmənin gəldiyi bu fikrə münasibətdə iddiaçı bildirmək istəyir ki, qeyd edilən əsasla məhkəmənin iddia tələbini rədd etməsi əsassız və qanunsuzdur. Belə ki, iddiaçının iddia tələbi xx.xx.2021-ci il tarixli raportuna əsasən 100 saylı h\h-nin Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə ə sasən ehtiyata buraxılmağı ilə bağlıdır. Məhkəmə isə cavabdehin onu təxris etməməklə bağlı hərəkətsizliyinə münasibət bildirmədən onun başqa vəzifəyə keçməsilə bağlı məsələyə münasibət bildirmiş və hesab etmişdir ki, N nömrəli hərbi hissənin Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən "Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən ehtiyata buraxılmağı üçün zəruri ilkin şərt xx.xx.2021-ci il tarixli, 0N saylı əmrin ləğv edilməsidir. İlk olaraq iddiaçı onu qeyd edir ki, məhkəmə məhz hansı əsasla (müvafiq normalara istinad etməklə) bu nəticəyə gəldiyini öz qərarında əsaslandırmamışdır. Halbuki, məhkəmə gəldiyi nəticəni əsaslandırmağa borcludur. İddia ərizəsində qeyd etdiyi kimi o xx.xx.2021-ci ildə təxrislə b ağlı Raport yazmış, cavabdeh isə onu təxris etməmişdir. Onun iddiası Raportu əsasında təxris edilmək hüququnun cavabdeh tərəfindən pozulması ilə bağlıdır. Bu hüquq ona "Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "j” bəndi ilə verilib. Cavabdehin bu hüququ pozduğu aşkardır. Məhkəmədən məhz pozulmuş hüququnun bərpa edilməsini xahiş etmiş, məhkəmə isə bu hüququn pozulmasını bərpa etmək əvəzinə, pozuntu ilə əlaqəsi olmayan başqa hala istinad edərək iddianı rədd etmişdir. Məhkəmə tərəfindən həll edilməli məsələ onun iddiasında qeyd etdiyi hüququnun cavabdeh tərəfindən pozulub-pozulmamasını müəyyən etmək idi. Məhkəmə isə bunu müəyyən etmədən, sanki əsas sualı gözarda vurmaqla iddianın predmetinə birbaşa aid olmayan məsələni əsas gətirərək iddiasını rədd etmək qərarına gəlmişdir. Mə hkəmənin "...N nömrəli hərbi hissənin Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən ehtiyata buraxılması üçün zəruri ilkin şərt xx.xx.2021-ci il tarixli, 0N saylı əmrin ləğv edilməsidir” fikrinə münasibətdə bildirir ki, məhkəmə "zəruri ilkin şərt” hesab etdiyi halın iddianın rədd olunmasına əsas olduğunu hər hansı normativ hüquqi aktla əsaslandıra bilməmişdir. Çünki bu barədə qanunvericilikdə heç bir tələb yoxdur. Əvvəlki vəzifəsində olduğu zaman yazdığı raportun cavabdeh tərəfindən icra olunmaması səbəbindən bunun məcburi icrasını məhkəmədən tələb etməyinin başqa vəzifədə olduğu üçün mümkünsüz olduğu barədə məhkəmənin qənaəti məntiqsiz və qanunsuzdur. Elə ca vabdehin məqsədi də bu kimi yollarla xx.xx.2021-ci il tarixli Raportunun icrasından yayınmaq olmuşdur. Onun da məhkəmədən istəyi bu qanunsuzluğun aradan qaldırılması, pozulmuş hüquqlarının bərpa olunması idi. Əgər hər hansı cavabdeh bu kimi texniki yollarla şəxslərin hüquqlarını pozmağa nail olurlarsa, o halda ədalət mühakiməsinin cəmiyyət arasında hansı nüfuzundan danışmaq olar? Məhkəmənin gəldiyi bu fikir o halda əsaslı olardı ki, iddiaçı təxrislə bağlı Raportunu xx.xx.2021-ci il tarixli, 0N saylı əmrlə N saylı hərbi hissənin istehsalat rəisi-istehsalat bölməsinin rəisi vəzifəsinə təyin edildikdən sonra yazardı və Raportunda cari vəzifədən deyil, əvvəlki vəzifəsindən təxris olunmağı tələb edərdi. Lakin işin hallarından da göründüyü kimi iddiaçı təxrislə bağlı Raportunu sonuncu vəzifəsind ə olarkən deyil, xx.xx.2021-cil il tarixində 100 saylı h\h-nin Maddi-Texniki Təminat İdarəsinin Raket- Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsində xidmət etdiyi vaxtda yazmışdır. Hazırki iddia tələbinin predmeti də məhz xx.xx.2021-ci il tarixli Raportu üzrə cavabdehin öhdəliklərini icra etməməsindən (iddiaçını təxris etməməsindən) irəli gəlir. Cari vəziyyətdə onun Raport yazdığı zaman olduğu vəzifədə olub-olmadığı cavabdehi qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin icrasından azad etmir. Həmçinin məhkəmənin qeyd etdiklərinin əksinə olaraq bildirir ki, məhkəmə pozulmuş hüququnu bərpa edərək xx.xx.2021-ci il tarixli Raportu əsasında təxris olunmağını cavabdehə bir vəzifə kimi həvalə etmiş olsaydı qeyd edilən qərarın icra edilməsi məqsədilə cavabdehin özü tərəfindən xx.xx.2021-ci il tarixli, 0N saylı əmr ləğv ediləcəkdi. İndiki halda isə məhkəmə təxrislə bağlı qərarını verməklə həmin əmri ləğv etmək məsələsini cavabdehin öhdəsinə buraxmaq əvəzinə cavabdehin xx.xx.2021-ci il tarixli, 0N saylı əmr ləğv edə bilməyəcəyi qənaətinə gələrək məhkəmənin özünün verməli olduğu qərarı (təxrislə bağlı) verməmişdir. Qısa desə, cavabdeh məhkəmənin qərarının mötəbərliyini nəzərə almalı olduğu halda, məhkəmə öz mötəbərliyini sanki cavabdehin öhdəliklərinin icrasında yarana biləcək "çətinliklərə” güzəştə getmişdir. Qeyd etdiklərindən göründüyü kimi təxrislə bağlı Raportunun cavabdeh tərəfindən icra edilməməsinə onun hər hansı başqa vəzifəyə keçməyi və bununla bağlı əmri mübahisələndirməməsi ilə haqq qazandırıla bilməz. İddiaçının hər hansı başqa vəzifədə olmağı pozulmuş hüq uqunu bərpa etməklə bağlı hüquqlarının məhdudlaşdırılması anlamına gəlmir. Məhkəmə "zəruri ilkin şərt” hesab etdiyi hala aydınlıq gətirməli, həmin tələbin (xx.xx.2021-ci il tarixli, 0N saylı əmrin də ləğv edilməsi tələbinin) mövcudluğunun vacibliyini bildirməklə iddiaçı olaraq tərəfindən iddia tələbinə əlavə edib-etməməyi, mübahisələndirib-mübahisələndirməməyi müəyyənləşdirməli və bu istiqamətdə ona yardım etməli idi. Lakin qeyd edilən normalarının tələblərinə zidd olaraq, məhkəmə "zəruri ilkin şərt” hesab etdiyi halla bağlı heç bir dəqiqləşmə aparmayaraq iddianı rədd etmək üçün sanki bu məqamdan bəhanə kimi istifadə etmək yolunu seçmişdir. Əgər məhkəmə işə obyektiv baxaraq cavabdehin iddiaçını təxris etmədiyinin qanunsuz olduğunu müəyyənləşdirmiş olsaydı, "zəruri ilkin şərt” hesab etdiyi halı - xx.xx.2021-ci il tarixli, 0N saylı əmri də iddia tələbindən kənara çıxaraq ləğv edə bilərdi. Qeyd etdiyi normaların tələbindən göründüyü kimi məhkəmə işə baxarkən iddia tələbindən kənara çıxaraq xx.xx.2021-ci il tarixli, 0N saylı əmri də ləğv etməklə Raportu əsasında təxris olunmağını cavabdehin üzərinə bir vəzifə olaraq qoya bilərdi. Lakin məhkəmə əsas pozuntunu (Raport əsasında təxris olunmaq hüququnun təmin olunmamasını) aradan qaldırmaq, ədaləti bərpa etmək əvəzinə, bu hüququnu texniki xarakter daşıyan məqamla əlaqələndirməklə iddia tələbini əsassız olaraq rədd etmişdir. Raportu əsasında cavabdeh onu təxris etməməklə Azərbaycan Respublikası "Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "j” bəndinin, həmçinin "Hərbi vəzifə və hərbi xidmət Haqqında AR Qanunu”nun 41.0. 9-cu maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Şikayətində göstərdiyi normaların tələblərindən göründüyü kimi Raportu əsasında iddiaçını təxris etmək cavabdehin vəzifəsidir. Lakin vəzifəsini hansı səbəbdən icra etməməsini məhkəmədə əsaslandıra bilməmiş, buna baxmayaraq, məhkəmə əsaslı iddiasını rədd etmişdir. İddiaçı şikayətində məlumat üçün əlavə olaraq bildirmişdir ki, tərəfindən xx.xx.2021-ci il tarixli Raport yazdıqdan sonra cavabdeh onu cəzalandırmaq məqsədilə xx.xx.2021-ci il tarixli, 0N saylı əmrlə eyni vəzifə hesab olunsa da, daha aşağı əmək haqqılı vəzifəyə keçirməklə məhz onun həmin vəzifədən Raport yazaraq təxris edilməyini, bununla da onun gələcək pensiya təminatına zərər vurmaq məqsədi güdmüşdür. Bu hal onunla öz təsdiqini tapır ki, qeyd etdiyi aşağı əmək haqqılı vəzif əyə keçiriləndən dərhal sonra ondan Raport yazmağını və çox asanlıqla təxris oluna biləcəyini bildirmişlər. Cavabdeh tərəfindən ona vurula biləcək digər zərərləri də nəzərə alaraq iddiaçı həmin vəzifədə olarkən yenidən Raport yazmış və onu xx.xx.2021-ci il tarixli, 01554 saylı əmrlə təxris etmişlər. Bununla da, cavabdeh onu xx.xx.2021-ci il tarixdəki Raportu ilə təxris etməməklə planlaşdırdığı qanunsuz əməllərini reallaşdırmış olmuşdur. Nəticədə onun daha aşağı pensiya məbləği ilə təxris olunmağına "nail olmuşdur”. İşin yuxarıda sadaladığı tarixçəsindən göründüyü kimi, xx.xx.2021-ci il tarixdə Raport yazdıqdan sonra cavabdehin onu təxris etmək əvəzinə daha aşağı təminatlı başqa vəzifəyə keçirməyinin səbəbi məhkəmə iclasında və ona ünvanlanan məktublarda qeyd edildiyi kimi onu yüksək ixtisa slı kadr olaraq orduya lazımlı kadr olmağı deyil, onu bu yolla cəzalandırmaları olmuşdur. Məhkəmə isə bütün bu qanunsuzluqlara nəzər yetirmədən, işin faktiki hallarını araşdırmadan, heç bir normativ akta istinad etmədən formal mülahizəsi əsasında iddiasını rədd etmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixli Raportu əsasında onu ehtiyata buraxmamaqla Əsasnamənin 157-ci maddəsinin, eyni zamanda "Hərbi vəzifə və hərbi xidmət Haqqında Azərbaycan Respublikası Qanunu”nun 41.0.9-cu maddəsinin tələblərinin cavabdeh tərəfindən kobud surətdə pozulmasına baxmayaraq işə baxan məhkəmə tərəfindən bu pozuntular nəzərə alınmamaqla pozulmuş hüquqları bərpa edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən də yuxarıda qeyd etdiyi maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası İPM-in 12.1, 13, 48.1, 69.4, 73.1, 73.2, 78-ci və digər prosessual normalarının tələbləri kobud surətdə pozulmuşdur. İddiaçı şikayətində Azərbaycan Respublikası İPM-in 1.2, 12.1, 13, 48, 69.4, 73.2, 78, Azərbaycan Respublikası MPM-in 15.2, 218.3-cü maddələrinə, həmçinin "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 3.5-ci, Azərbaycan Respublikası "Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "j” bəndinə, eyni zamanda "Hərbi vəzifə və hərbi xidmət Haqqında Azərbaycan Respublikası Qanunu”nun 41.0.9-cu maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası tərəfindən baxılaraq 07 dekabr 2021-ci il tarixli, 2-1(108)-28/2021 nömrəli qərardadla (hakimlər X8-sədrlik edən və m əruzəçi, X12 və X11) Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilərək, iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının həmin qərardadı ilə razılaşmayan İddiaçı və onun müdafiəçisi Vəkil kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 21(108)-28/2021 nömrəli qərardadının ləğv edilərək, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(1 02)-411/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 21(108)-28/2021 nömrəli qərardadı ləğv edilərək, işə yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinə yenidən baxılması üçün inzibati iş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına daxil olmuşdur. İş üzrə İddiaçı 25 iyul 2022-ci il tarixdə kollegiyanın ünvanına ərizə göndərərək qeyd etmişdir ki, hazırki ərizənin yazılması məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-411/2022 saylı Qərarında formalaşdırdığı hüquqi məqamlarla bağlıdır və işə baxarkən bu məqamların da nəz ərə almasını xahiş edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)411/2022 saylı Qərarında formalaşan hüquqi mövqeyə əsasən;

7. Ali Məhkəmə Qərarının 21-ci bəndində qeyd edir ki, “..mübahisəyə baxan məhkəmə yardım etmək vəzifəsi çərçivəsində və obyektiv araşdırma prinsipinin tələbləri baxımından iddiaçının hüquqi marağının məzmununu müəyyən etməli və onun məqsədinin nədən ibarət olduğunu araşdırmalıdır.. ” Ali Məhkəmənin bu mövqeyinə uyğun olaraq bildirmək istəyir ki, iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi onun xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun xx.xx.2021-ci il tarixli raportuna əsasən 100 saylı h\h-nin X19 İdarəsinin R aket-Artilleriya Silahlan Xidməti rəisinin müavini vəzifəsindən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması olub. İddiaçı qeyd etmişdir ki, hazırda ordu sıralarından təxris olunmuş, lakin hüquqları pozulmaqla təxris olunmuşdur. Əsas da odur ki, yuxarıda qeyd etdiyi kimi xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli raportları əsasında 100 saylı h\h-nin X19 İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən yox, təxrislə bağlı raportu olmasına baxmayaraq əsassız olaraq xx.xx.2021-ci il tarixli, 0N saylı əmrlə daha aşağı təminatlı olan N saylı hərbi hissənin istehsalat rəisi-istehsalat bölməsinin rəisi vəzifəsinə yeri dəyişdirildikdən sonra təxris edilməsidir. Məhz raportu əsasında 100 saylı h\h-nin X19 İ darəsinin RaketArtilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən yox, daha aşağı maaşlı vəzifə olan N saylı hərbi hissənin istehsalat rəisi-istehsalat bölməsinin rəisi vəzifəsinə yeri dəyişdirilərək həmin vəzifədən təxris etməkdə cavabdehin məqsədi onu “cəzalandırmaq” olmuşdur. Ona bu formada verilən “cəza”nın mahiyyəti odur ki, əsassız olaraq ilk mərhələdə aşağı maaşlı vəzifəyə keçirmək, sonra həmin vəzifədən təxris etməklə ona təyin olunacaq pensiya məbləğinin aşağı olmasına nail olmaq olub. Müqayisəli şəkildə qeyd etdikdə müəyyən etmək olur ki, 100 saylı h\h-nin X19 İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsində olarkən onun vəzifə maaşı 870 manat olduğu halda, qanunsuz olaraq təyin edildiyi N saylı hərbi hissənin istehsalat rəisi-istehsalat bölməs inin rəisi vəzifəsində aldığı vəzifə maaşı 700 manat olub. Pensiya təyinatı məhz sonuncu vəzifədə alınan əmək haqqıya əsasən təyin edildiyi üçün hazırda ona təyin edilən pensiya da təbii ki, təxris olunmasını tələb etdiyi vəzifəyə nisbətdə aşağıdır. Raportu əsasında təxris edilsəydi, təxris edildikdən sonra 1610 manat pensiya alacaqdı. Lakin hazırki halda daha aşağı maaşlı vəzifəyə keçirilərək təxris olunduğu üçün təbii ki, daha aşağı pensiya təyin edilib. (1340 manat). Cavabdeh məhkəməni yanıltmaq və qanunsuz əməllərinə “haqq qazandırmaq” məqsədilə məhkəmə məlumat verə bilər ki, “.. iddiaçı artıq təxrisə buraxılıb, istəyi nəzərə alınıb və s..” Lakin bir daha qeyd etmək istəyir ki, onun tələbi xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli raportları əsasında 100 saylı h\h-nin X19 İd arəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən təxris edilməyidir ki, bunun da səbəbini yuxarıda qeyd etmişdir. İşə baxarkən onun istəyinin və iddia təbinin əsasını məhz xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli raportları əsasında 100 saylı h\h-nin X19 İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən təxris edilməyinin bir vəzifə olaraq cavabdehə həvalə edilməsi olduğunu nəzərə alınmasını xahiş edir.

2. Ali Məhkəmə Qərarının 23-cü bəndində qeyd edir ki, "nəzərə almaq lazımdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisəni n düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur...” Ali Məhkəmənin bu mövqeyinə uyğun olaraq bildirmək istəyir ki, cavabdehin onu xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli raportları əsasında 100 saylı h\h-nin X19 İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən təxris etməməklə 2 istiqamətdə hüquqları pozulub:

1. Təxris etməməklə bu prosesi yubatmaq, qanunvericiliyin ona verdiyi hüquqları məhdudlaşdırmaq;

2. Daha aşağı təminatlı vəzifəyə keçirib həmin vəzifədən təxris etməklə gələcək pensiya təminatının daha aşağı olmasına nail olmaqla bu istiqamətdə də hüquqlarını məhdudlaşdırmaq. Təxris olunmağını tələb etdiyi üçün bu yolla “cəzalandırmaq". İşin hallarından da göründüyü kimi xx.xx.2019-cu il tarixli və xx.xx.20 21-ci il tarixli raportları əsasında təxris etməməklə cavabdeh hər iki istiqamətdə qanunsuz və əsassız olaraq hüquqlarını kobud surətdə pozub. Hazırda tək ordu sıralarından təxris edilməyi onun pozulmuş hüquqlarının bərpası deyil. Pozulmuş hüquqları o zaman tam bərpa olunacaq ki, məhz o, xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli raportları əsasında 100 saylı h\h-nin X19 İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən təxris edilmiş olacaq. Ali Məhkəmənin 23-cü bənddə qeyd edilən mövqeyinə uyğun olaraq işə baxarkən qeyd etdiyi halları da nəzərə alaraq araşdırılmasını və ədalətli qərar verilməsini xahiş edir.

3. Ali Məhkəmə Qərarının 26-cı bəndində qeyd edir ki, “..Bu baxımdan ehtiyata buraxılmaya nail olmaq və öz məqsədinə çatmaq üçün iddiaçı tərəfind ən əvvəlcə onun vəzifəyə təyin olunması barədə xx.xx.2021-ci il tarixli, 0N saylı əmrin mübahisələndirilməsi zərurəti mövcud deyil. İddiaçının başqa vəzifəyə təyin olunması onun hərbi xidmətdən ehtiyata buraxılması barədə tələb irəli sürməsinə və bununla bağlı hüquqlarının müdafiəsinə maneçilik törədə bilməz..” İddiaçı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin Qərarının məzmunundan göründüyü kimi məhkəmə iddia tələbini rədd edərkən məhz qeyd edilən əmrin tərəfindən mübahisələndirilmədiyini əsas gətirmişdir. Qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Ali Məhkəmə qeyd edilən mövqeyi ilə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni əsassız hesab etmişdir! Birinci instansiya məhkəməsi qərarında iddia tələbini rədd etməsini başqa hər hansı əsasla əsaslandırmamışdır. Tək əsası qeyd etdiyi hal olmuşdur ki, onu da Ali Məhkəmə əsassız hesab edib. Apellyator sonda apellyasiya şikayətində, eyni zamanda ərizədə qeyd edilənləri, həmçinin qanunvericiliyin və Ali Məhkəmənin mövqeyini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(122)-124/2021 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun xx.xx.2021-ci il tarixli raportuna əsasən 100 saylı h\h-nin X19 İdarəsinin Raket-Artilleriya Silahlan Xidməti rəisinin müavini vəzifəsindən “Hərbi Xidmətk eçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar verilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin İddiaçı kollegiyanın ünvanına ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq verdiyi apellyasiya şikayətinə işdə olan sübutlar əsasında onun iştirakı olmadan baxaraq apellyasiya şikayətinin təmin edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62. 3-cü maddəsinin tələbinə uyğun olaraq icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onlara iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Bunu nəzərə alan kollegiya iş üzrə şifahi məhkəmə baxışı iclaslarının iddiaçının, onun vəkili və nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı iş üzrə cavabdeh təşkilatın nümayəndəsi X16 verdiyi izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İcraatda olan inzibati mübahisə üzrə i lə bağlı ilk öncə aşağıdakılar qeyd olunmalıdır: Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansi ya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qə rardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, cavabdeh təşkilatın nümayəndəsinin izahatını və iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətini vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) vermişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci maddəsi). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kollegiya iş üzrə İddiaçı verdiyi apellyasiya şikayətini və şikayətdə göstərilən dəlillərini qismən əsaslı hesab edir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. A zərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-411/2022 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 21(108)-28/2021 nömrəli qərardadı ləğv edilərkən həmin qərarın əsaslandırıcı hissəsində apellyasiya instansiya məhkəməsində işə yenidən baxılan zaman bir sıra göstərişlər müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya tərəfindən apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərinə qiymət verilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının qərarında şərh edilən göstərişlər nəzərə alınmış və apellyasiya baxışı zamanı iş üzrə hərtərəfli araşdırma aparılmışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iş üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi qeyd etmişdir ki, "məhkəmə iddia tələbini rədd etməyini onunla əsaslandırmağa çalışmışdır ki,... iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X14 Komandanının xx.xx.2021-ci il tarixli, 072 nömrəli əmrini mübahisələndirməmiş, bununla da həmin əmrlə razılaşmışdır. İddiaçı hazırda X14 Komandanının xx.xx.2021-ci il tarixli, 0N saylı əmrinə əsasən N saylı hərbi hissənin istehsalat rəisi-istehsalat bölməsinin rəisi vəzifəsində xidmət etdiyindən və qeyd olunan əmr bu günədək ləğv olunmadığından iddiaçının N nömrəli hərbi hissənin Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən ehtiyata buraxılması mümkün deyil... İddiaçı şikayətində göstərmişdir ki, məhkəmə qərarında onu da qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin Madd i -Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən "Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən ehtiyata buraxılması üçün zəruri ilkin şərt qeyd olunan əmrin ləğv edilməsidir. Lakin iddiaçı qeyd olunan əmrlə başqa vəzifəyə keçirildiyini bilməsinə baxmayaraq əmri bu günədək mübahisələndirməmişdir. Bununla da o, əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür...” Məhkəmənin gəldiyi bu fikrə münasibətdə iddiaçı bildirmək istəyir ki, qeyd edilən əsasla məhkəmənin iddia tələbini rədd etməsi əsassız və qanunsuzdur. Belə ki, iddiaçının iddia tələbi xx.xx.2021-ci il tarixli raportuna əsasən 100 saylı h\h-nin Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən ehtiyata buraxılmağı ilə bağlıdır. Məhkəmə isə cavabdehin onu təxris etməməklə bağlı hərəkətsizliyinə münasibət bildirmədən onun başqa vəzifəyə keçməsilə bağlı məsələyə münasibət bildirmiş və hesab etmişdir ki, N nömrəli hərbi hissənin Maddi -Texniki Təminat İdarəsinin Raket- Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən "Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən ehtiyata buraxılmağı üçün zəruri ilkin şərt xx.xx.2021-ci il tarixli, 0N saylı əmrin ləğv edilməsidir. İlk olaraq iddiaçı onu qeyd edir ki, məhkəmə məhz hansı əsasla (müvafiq normalara istinad etməklə) bu nəticəyə gəldiyini öz qərarında əsaslandırmamışdır. Halbuki, məhkəmə gəldiyi nəti cəni əsaslandırmağa borcludur. İddia ərizəsində qeyd etdiyi kimi o xx.xx.2021-ci ildə təxrislə bağlı Raport yazmış, cavabdeh isə onu təxris etməmişdir. Onun iddiası Raportu əsasında təxris edilmək hüququnun cavabdeh tərəfindən pozulması ilə bağlıdır. Bu hüquq ona "Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "j” bəndi ilə verilib. Cavabdehin bu hüququ pozduğu aşkardır. Məhkəmədən məhz pozulmuş hüququnun bərpa edilməsini xahiş etmiş, məhkəmə isə bu hüququn pozulmasını bərpa etmək əvəzinə, pozuntu ilə əlaqəsi olmayan başqa hala istinad edərək iddianı rədd etmişdir. Məhkəmə tərəfindən həll edilməli məsələ onun iddiasında qeyd etdiyi hüququnun cavabdeh tərəfindən pozulub-pozulmamasını müəyyən etmək idi. Məhkəmə isə bunu müəyyən etmədən, sanki əsas sualı gözarda vurmaqla iddianın predmetinə birbaşa aid olmayan məsələni əsas gətirərək iddiasını rədd etmək qərarına gəlmişdir. Məhkəmənin "...N nömrəli hərbi hissənin Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən ehtiyata buraxılması üçün zəruri ilkin şərt xx.xx.2021-ci il tarixli, 0N saylı əmrin ləğv edilməsidir” fikrinə münasibətdə bildirir ki, məhkəmə "zəruri ilkin şərt” hesab etdiyi halın iddianın rədd olunmasına əsas olduğunu hər hansı normativ hüquqi aktla əsaslandıra bilməmişdir. Çünki bu barədə qanunvericilikdə heç bir tələb yoxdur. Əvvəlki vəzifəsində olduğu zaman yazdığı raportun cavabdeh tərəfindən icra olunmaması səbəbindən bunun məcburi icrasını məhkəmədən tələb etməyinin başqa vəzifədə olduğu üçün mümkünsüz olduğu barədə məhkəmənin qənaəti məntiqsiz və qanunsuzdur. Elə cavabdehin məqsədi də bu kimi yollarla xx.xx.2021-ci il tarixli Raportunun icrasından yayınmaq olmuşdur. Onun da məhkəmədən istəyi bu qanunsuzluğun aradan qaldırılması, pozulmuş hüquqlarının bərpa olunması idi. Əgər hər hansı cavabdeh bu kimi texniki yollarla şəxslərin hüquqlarını pozmağa nail olurlarsa, o halda ədalət mühakiməsinin cəmiyyət arasında hansı nüfuzundan danışmaq olar? Məhkəmənin gəldiyi bu fikir o halda əsaslı olardı ki, iddiaçı təxrislə bağlı Raportunu xx.xx.2021-ci il tarixli, 0N saylı əmrlə N saylı hərbi hissənin istehsalat rəisi-istehsalat bölməsinin rəisi vəzifəsinə təyin edildikdən sonra yazardı və Raportunda cari vəzifədən deyil, əvvəlki vəzifəsindən təxris olunmağı tələb edər di. Lakin işin hallarından da göründüyü kimi iddiaçı təxrislə bağlı Raportunu sonuncu vəzifəsində olarkən deyil, xx.xx.2021-cil il tarixində 100 saylı h\h-nin Maddi-Texniki Təminat İdarəsinin Raket- Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsində xidmət etdiyi vaxtda yazmışdır. Hazırki iddia tələbinin predmeti də məhz xx.xx.2021-ci il tarixli Raportu üzrə cavabdehin öhdəliklərini icra etməməsindən (iddiaçını təxris etməməsindən) irəli gəlir. Cari vəziyyətdə onun Raport yazdığı zaman olduğu vəzifədə olub-olmadığı cavabdehi qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin icrasından azad etmir. Həmçinin məhkəmənin qeyd etdiklərinin əksinə olaraq bildirir ki, məhkəmə pozulmuş hüququnu bərpa edərək xx.xx.2021-ci il tarixli Raportu əsasında təxris olunmağını cavabdehə bir vəzifə kimi həvalə etmiş olsaydı qeyd edilən qərarın icra edilməsi məqsədilə cavabdehin özü tərəfindən xx.xx.2021-ci il tarixli, 0N saylı əmr ləğv ediləcəkdi. İndiki halda isə məhkəmə təxrislə bağlı qərarını verməklə həmin əmri ləğv etmək məsələsini cavabdehin öhdəsinə buraxmaq əvəzinə cavabdehin xx.xx.2021-ci il tarixli, 0N saylı əmr ləğv edə bilməyəcəyi qənaətinə gələrək məhkəmənin özünün verməli olduğu qərarı (təxrislə bağlı) verməmişdir. Qısa desə, cavabdeh məhkəmənin qərarının mötəbərliyini nəzərə almalı olduğu halda, məhkəmə öz mötəbərliyini sanki cavabdehin öhdəliklərinin icrasında yarana biləcək "çətinliklərə” güzəştə getmişdir. Qeyd etdiklərindən göründüyü kimi təxrislə bağlı Raportunun cavabdeh tərəfindən icra edilməməsinə onun hər hansı başqa vəzifəyə keçməyi və bununla bağlı əmri mübahisəl əndirməməsi ilə haqq qazandırıla bilməz. İddiaçının hər hansı başqa vəzifədə olmağı pozulmuş hüququnu bərpa etməklə bağlı hüquqlarının məhdudlaşdırılması anlamına gəlmir. Məhkəmə "zəruri ilkin şərt” hesab etdiyi hala aydınlıq gətirməli, həmin tələbin (xx.xx.2021-ci il tarixli, 0N saylı əmrin də ləğv edilməsi tələbinin) mövcudluğunun vacibliyini bildirməklə iddiaçı olaraq tərəfindən iddia tələbinə əlavə edib-etməməyi, mübahisələndirib-mübahisələndirməməyi müəyyənləşdirməli və bu istiqamətdə ona yardım etməli idi. Lakin qeyd edilən normalarının tələblərinə zidd olaraq, məhkəmə "zəruri ilkin şərt” hesab etdiyi halla bağlı heç bir dəqiqləşmə aparmayaraq iddianı rədd etmək üçün sanki bu məqamdan bəhanə kimi istifadə etmək yolunu seçmişdir. Əgər məhkəmə işə obyektiv baxaraq cavabdehin iddiaçını təxris etmədiyinin qanunsuz olduğunu müəyyənləşdirmiş olsaydı, "zəruri ilkin şərt” hesab etdiyi halı - xx.xx.2021-ci il tarixli, 0N saylı əmri də iddia tələbindən kənara çıxaraq ləğv edə bilərdi. Qeyd etdiyi normaların tələbindən göründüyü kimi məhkəmə işə baxarkən iddia tələbindən kənara çıxaraq xx.xx.2021-ci il tarixli, 0N saylı əmri də ləğv etməklə Raportu əsasında təxris olunmağını cavabdehin üzərinə bir vəzifə olaraq qoya bilərdi. Lakin məhkəmə əsas pozuntunu (Raport əsasında təxris olunmaq hüququnun təmin olunmamasını) aradan qaldırmaq, ədaləti bərpa etmək əvəzinə, bu hüququnu texniki xarakter daşıyan məqamla əlaqələndirməklə iddia tələbini əsassız olaraq rədd etmişdir. Raportu əsasında cavabdeh onu təxris etməməklə Azərbaycan Respublikası "Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 1 56-cı maddəsinin "j” bəndinin, həmçinin "Hərbi vəzifə və hərbi xidmət Haqqında AR Qanunu”nun 41.0.9-cu maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Şikayətində göstərdiyi normaların tələblərindən göründüyü kimi Raportu əsasında iddiaçını təxris etmək cavabdehin vəzifəsidir. Lakin vəzifəsini hansı səbəbdən icra etməməsini məhkəmədə əsaslandıra bilməmiş, buna baxmayaraq, məhkəmə əsaslı iddiasını rədd etmişdir. İddiaçı şikayətində məlumat üçün əlavə olaraq bildirmişdir ki, tərəfindən xx.xx.2021-ci il tarixli Raport yazdıqdan sonra cavabdeh onu cəzalandırmaq məqsədilə xx.xx.2021-ci il tarixli, 0N saylı əmrlə eyni vəzifə hesab olunsa da, daha aşağı əmək haqqılı vəzifəyə keçirməklə məhz onun həmin vəzifədən Raport yazaraq təxris edilməyini, bununla da onun gələcək pensiya təminatına zərər vur maq məqsədi güdmüşdür. Bu hal onunla öz təsdiqini tapır ki, qeyd etdiyi aşağı əmək haqqılı vəzifəyə keçiriləndən dərhal sonra ondan Raport yazmağını və çox asanlıqla təxris oluna biləcəyini bildirmişlər. Cavabdeh tərəfindən ona vurula biləcək digər zərərləri də nəzərə alaraq iddiaçı həmin vəzifədə olarkən yenidən Raport yazmış və onu xx.xx.2021-ci il tarixli, 01554 saylı əmrlə təxris etmişlər. Bununla da, cavabdeh onu xx.xx.2021-ci il tarixdəki Raportu ilə təxris etməməklə planlaşdırdığı qanunsuz əməllərini reallaşdırmış olmuşdur. Nəticədə onun daha aşağı pensiya məbləği ilə təxris olunmağına "nail olmuşdur”. İşin yuxarıda sadaladığı tarixçəsindən göründüyü kimi, xx.xx.2021-ci il tarixdə Raport yazdıqdan sonra cavabdehin onu təxris etmək əvəzinə daha aşağı təminatlı başqa vəzifəyə keçirməy inin səbəbi məhkəmə iclasında və ona ünvanlanan məktublarda qeyd edildiyi kimi onu yüksək ixtisaslı kadr olaraq orduya lazımlı kadr olmağı deyil, onu bu yolla cəzalandırmaları olmuşdur. Məhkəmə isə bütün bu qanunsuzluqlara nəzər yetirmədən, işin faktiki hallarını araşdırmadan, heç bir normativ akta istinad etmədən formal mülahizəsi əsasında iddiasını rədd etmişdir”. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 21(122)-124/2021 nömrəli qərarının məzmunundan da görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni iddiaçının apellyasiya şikayətində qeyd etdiyi faktlarla əsaslandırmışdır. Kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiyi bu dəlillərlə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfində n işə baxılarkən iddiaçının hüquqi marağı ilə bağlı araşdırma aparılmamış, iddiaçının hüquqi marağının məzmununu və iddianı qaldırmaqda onun məqsədinin konkret olaraq nədən ibarət olduğu müəyyən edilməmişdir. Belə ki, iddiaçının tələbinin mahiyyətinə nəzər saldıqda aydın olur ki, onun tələbində hüquqi marağı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması və məhz 07 mart 2021-ci il tarixli raportuna əsasən N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasə n (öz arzusu ilə) ehtiyata buraxılması buraxılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan ehtiyata buraxılmaya nail olmaq və öz məqsədinə çatmaq üçün iddiaçı tərəfindən əvvəlcə onun N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunması barədə 29 may 2021-ci il tarixli, 072 nömrəli əmrin mübahisələndirilməsi zərurəti mövcud deyildir. İddiaçının başqa vəzifəyə təyin olunması onun hərbi xidmətdən ehtiyata buraxılması barədə hüquqlarının müdafiəsinə hər hansı bir maneə törədə bilməz. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, 29 may 2021-ci il tarixli, 072 nömrəli əmrə qarşı yönəlmiş mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçının hazırda arzuladığı məqsədə çatması prinsipcə mümkün deyildir. Belə ki, həmin qərarı mübahisələndirdiyi və hətta uğ ur qazandığı halda belə, iddiaçı hərbi xidmətdə qalmaqda davam edəcək və hərbi xidmətdən ehtiyata buraxılması üçün yenidən məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etməli olacaqdı. Belə yanaşma isə məhkəmə baxışının səmərəliliyi və prosessual məhkəmə qənaəti prinsipləri baxımından yolverilməzdir. Eyni zamanda o da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə kollegiyası apellyatorun şikayətində qeyd etdiyi dəlillərlə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mübahisəyə səhv mövqedən yanaşılmaqla mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam araşdırılmamış və sadalanan səbəblərdən maddi və prosessual hüquq normalarının tətbiqində yanlışlığa yol verilmişdir. Bütün bu sadalanan hallar isə apellyasiya şikayəti verən İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlillərin əsaslı olmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinin tələbinə əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərarının tam ləğv edilməsi üçün əsasdır. Belə ki, həmin maddənin tələbinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiy ası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən yol verilmiş yuxarıda qeyd olunan pozuntular səbəbindən qərarın tam ləğv olunması nəticəsinə gəlindiyindən Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinin tələbinə uyğun olaraq hazırki vəziyyətdə işə yenidən baxılaraq birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qərar qəbul edilməlidir. Beləliklə, apellyasiya kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında göstərdiyi mövqeyi də nəzərə alaraq ilk növbədə iş üzrə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən onun iddia qaldırmaqda hüquqi marağının və iddianı qaldırmaqda məqsədinin nədən ibarət olduğunu aydınlaşdırmış və iddia ərizəsinin məzmunundan və məhkəmə qarşısında qoyulan tələbdən, eyni zamanda apellyasiya baxışı zamanı kollegiyaya iddiaçı tərəfindən ünvanlanmış ərizənin məzmunundan məlum olmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavab landırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən "N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir ki, tələbin hüquqi mahiyyətinə nəzər saldıqda aydın olur ki, məhkəmə qarşısında qoyulan tələb mahiyyətcə 3 hissədən ibarətdir:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması,

2. Onun 07 mart 2021-ci il tarixli raportuna əsasən "N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması” vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi, 3.Hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi”. Beləliklə İddiaçı məhkəmə qarşısında irəli sürdüyü tələbdən də aydın göründüyü kimi, onun iddia qaldırmaqda əsas hüquqi marağı və arzus u məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması və onun 07 mart 2021-ci il tarixli raportuna əsasən "N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması” vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsinə nail olmaqdan ibarət olmuşdur. İş üzrə İddiaçı qaldırdığı iddia tələbinin birinci hissəsi olan “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 deka br 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması”na dair hissədə kollegiya qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş 16 dekabr 2019-cu il tarixli raportunun məzmunundan aydın olur ki, həqiqətən polkovnik-leytenant İddiaçı N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin RaketArtilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsində xidmət edərkən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə göstərilən tarixdə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, raportun surətindən də göründüyü kimi, iddiaçının qeyd olunan raportu 18 dekabr 2019-cu il tarixdə 5078 daxil olan nömrə ştampı ilə X7 Nizami bölməsində qeydiyyata alınmış və bununla bağ lı müvafiq qeyd aparılmışdır.(İş səh.5) Azərbaycan Respublikası Silahlı X2 117-ci maddəsində qeyd olunur ki, komandir (rəis) verilən təkliflərə (ərizələrə, şikayətlərə) üç gün müddətində baxmalı və əgər təkliflər (ərizələr, şikayətlər) düzgündürsə, onun həll edilməsi, yaxud şikayətçinin (ərizəçinin) xahişinin yerinə yetirilməsi üçün dərhal tədbir görməlidir. Təklifləri (ərizələri, şikayətləri) alan komandirin (rəisin) bu təklifləri həll etmək və şikayətçinin xahişini təmin etmək üçün hüquqları kifayət etmirsə, o bu təklifləri (ərizələri, şikayətləri) dərhal komanda üzrə və ya müvafiq idarəyə (müəssisəyə) göndərməlidir. Həmin Nizamnamənin 118-ci maddəsinə əsasən hərbi qulluqçuların təklifləri (ərizələri, şikayətləri) birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orq anının idarələrində-daxil olduğu vaxtdan 15 gün ərzində, hissələrdə və idarələrdə (müəssisələrdə)-təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. Daxil olan təkliflər, ərizələr baxılıb həll olunması üçün xüsusi yoxlama aparılması tələb olunduğu hallarda məsələnin həll edilməsi ən çoxu 15 günədək uzadıla bilər. Bu barədə şikayətçiyə məlumat verilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ var dır. “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən öz arzusu ilə ehtiyata buraxılırlar. Əsasnamənin 162-ci maddəsində qeyd olunur ki, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yer i müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə-bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən... Apellyasiya baxışı ilə bağlı aparılan araşdırma zamanı iş üzrə cavabdeh təşkilatın nümayəndəsinin izahatından və işin tədqiq olunmuş hallarından aydın olmuşdur ki, İddiaçı ilk dəfə 16 dekabr 2019-cu il tarixli raportla Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları xidmətinin rəisinə müraciət edərək onun ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Təqdim olunan həmin raportun surətinə əsasən görünür ki, Raket-Artilleriya Silahları xidmətinin rəisi Fərhad İbra himov tərəfindən raport imzalanaraq yuxarı komandanlıq qarşısında (X1rşısında) vəsatət qaldırılması MaddiTexniki Təminat İdarəsinin rəisindən xahiş olunmuşdur. Nümayəndənin izahatından aydın olmuşdur ki, Fərhad İbrahimov birbaşa ordu komandanlığı qarşısında vəsatət qaldıra bilməzdi və instansiya üzrə Maddi-Texniki Təminat İdarəsinin rəisinə müraciət etməli, eyni zamanda idarə rəisi ordu komandanlığı qarşısında raportla vəsatət qaldırmalı idi. Lakin, həmin raport Maddi-Texniki Təminat İdarəsinin rəisi tərəfindən imzalanmamış və bu barədə Müdafiə nazirinin müavini-X1rşısında vəsatət qaldırılmamışdır. İşin araşdırılmış hallarından məlum olmuşdur ki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 162-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçıla qanunvericiliyin tələbinə uyğun söhbət aparılmalı old uğu halda onunla hər hansı söhbət aparılmamış, eyni zamanda yuxarıda da qeyd olunduğu kimi, vəzifəli şəxslər tərəfindən raportun icrasına dair hərəkətsizlik ifadə olunmuşdur. İddiaçı təşkilatın nümayəndəsi izahatında həmin raportla bağlı Maddi-Texniki Təminat İdarəsinin rəisi tərəfindən iş üzrə İddiaçıla söhbət aparıldığını, aparılmış söhbətdən sonra onun ehtiyata buraxılmaq istəməsi ilə bağlı fikrini dəyişərək öz xidmətinə davam etmək istədiyini iddia etsə də, bu faktları təsdiq edəcək hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, həqiqətən də İddiaçı 16 dekabr 2019-cu il tarixli ilkin raportu baxılmamış və ya cavablandırılmasında hərəklətsizliyə yol verilmişdir. İddiaçı mübahisələndirdiyi ikinci, yəni 07 mart 2021-ci il tarixli raporta m ünasibətdə kollegiya qeyd edir ki, istər iddia ərizəsinə əlavə olunmuş, istərsə də apellyasiya baxışı zamanı nümayəndənin təqdim etdiyi həmin raportun surətindən (iş səh.6) məlum olur ki, iddiaçının bu müraciəti N daxil olan nömrə ilə qeydiyyata alınmaqla, X14 Komandanı tərəfindən “Vətən Müharibəsindən sonra perspektivli, peşəkar zabitlərə ehtiyac olduğundan zəruri hesab etmirəm" dərkənarı qoyularaq raport X15-Texniki Təminat üzrə müavininə yazılmışdır. İşin araşdırılmış hallarından məlum olmuşdur ki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 162-ci maddəsinin tələbinə uyğun olaraq verilmiş 07 mart 2021-ci il tarixli raportla bağlı da İddiaçıla qanunvericiliyin tələbinə uyğun söhbət aparılmalı olduğu halda, onunla yenə də hər hansı söhbət aparılmamış, eyni zamanda yuxarıda da qeyd olunduğu kimi, vəzifəli şəxslər tərəfindən raporta dair hərəkətsizlik göstərilmişdir. Beləliklə, kollegiya iddiaçının tələbində təmin edilməsini arzu etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması hissəsində tələbi əsaslı sayır və hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Kollegiya iş üzrə İddiaçı iddia tələbinin 07 mart 2021-ci il tarixli raportu əsasında "N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi hissəsini də araşdıraraq tələbin həmin hissədə də əsaslı olması qənaətinə gəlir və hesab edir ki, tələb bu hissədə də təmin edilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddia tələbinin hüquqi mahiyyətindən aydın olur ki, iş üzrə İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərkən "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunmasını xahiş etsə də, məhz 07 mart 2021-ci il tarixli raportuna əsasən "N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəis inin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qeyd olunduğu kimi, iş materiallarına əsasən görünür ki, iş üzrə İddiaçı X5 Ordusunun Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsində işləyərkən 07 mart 2021-ci il tarixli raportlarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı vəzifəli şəxsə raportla müraciət etmiş, iddiaçının bu müraciəti N nömrəli hərbi hissədə N daxil olan nömrə ilə qeydiyyata alınmışdır. İşin hərtərəfli və tam apaşdırılmasını təmin etmək məqsədilə apellyasiya baxışı zamanı İddiaçı “Şəxsi iş ”i (Xidmət dəftərçəsi)tələb olunaraq öyrənilmiş və həmin “Şəxsi iş”dəki (Xidmət dəftərçəsindəki) materiallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 22 iyul 2000-ci il tarixli 0365 nömrəli əmri ilə İddiaçı ilkin “leytenant” hərbi rütbəsi verilməklə müvafiq vəzifəyə təyin olunmuş və xidmətə başlamış, Müdafiə nazirinin 18 oktyabr 2021-ci il tarixli, 01554 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. “Şəxsi iş” materiallarından və cavabdeh təşkilatın nümayəndəsinin izahatından məlum olur ki, İddiaçı ümumilikdə 20 ildən artıq həqiqi hərbi xidmətdə olmuş, xidmət etdiyi müddət ərzində ona münasibətdə tərtib olunmuş təqdimatlarda və attestasiya vərəqələr ində müsbət xarakterizə olunmuş, davamlı olaraq tutduğu vəzifələr üzrə irəli çəkilmişdir. Lakin məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş 28 may 2021-ci il tarixli təqdimatın təsdiq olunmuş surətindən (iş səh.68) aydın olur ki, X14 Komandanının Maddi-Texniki Təminat üzrə müavini Elxan Əlibəyov tərəfindən polkovnik-leytenant İddiaçı 10 iyul 2019-cu il tarixdən tutduğu X3 Heyətində Maddi-Texniki Təminat İdarəsinin RaketArtilleriya Silahları Xidməti rəisinin raketlər üzrə müavini vəzifəsindən N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunması barədə vəsatət qaldırılmış, həmin vəsatətdə İddiaçı işgüzar keyfiyyətləri, bilik və bacarığı nəzərə alınıb, hərbi qulluqçudan daha məqsədyönlü şəkildə istifadə olunması məqsədi ilə digər hərbi hissədə bərabər vəzifəyə, yəni X3 Heyətində Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin raketlər üzrə müavini vəzifəsindən, N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunması məqsədəuyğun hesab edilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X14 Komandanının 29 may 2021-ci il tarixli, 072 nömrəli əmri ilə həmin vəzifəyə təyin olunmuşdur. İş materiallarına əsasən o, 01 iyun 2021-ci il tarixdə yeni vəzifəsinin icrasına başlamış və bundan dərhal sonra, yəni 07 iyun 2021-ci i tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı N nömrəli hərbi hissənin İstehsalat rəisiİstehsalat bölməsinin rəisi vəzifəsində xidmət edərkən 01 oktyabr 2021-ci il tarixdə N nömrəli hə rbi hissə komandirinə raportla müraciət edərək həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, həmin raport 01 oktyabr 2021-ci ildə 236 daxil olan nömrəsi ilə N nömrəli hərbi hissədə qeydiyyata alınmışdır. Təqdim olunmuş sübutlardan aydın olur ki, sonuncu raportla bağlı “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 162-ci maddəsinin tələbinə uyğun olaraq onunla 01 oktyabr 2021 və 07 oktyabr 2021-ci il tarixlərdə söhbətləşmə aparılmış, bundan sonra təqdimat yuxarı komandanlığa təqdim edilmiş və son nəticədə o, Azərbaycan Respublikası Müdafiə nazirinin 18 oktyabr 2021-ci il tarixli, 01554 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. İşin araşdırılmış hallarından məlum olur ki, 28 may 2021-ci il tarixli təqdimatla X14 Komandanı nın Maddi-Texniki Təminat üzrə müavini Elxan Əlibəyov tərəfindən polkovnikleytenant İddiaçı 10 iyul 2019-cu il tarixdən tutduğu X3 Heyətində Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin raketlər üzrə müavini vəzifəsindən N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunması barədə vəsatət qaldırılarkən həmin vəsatətdə onun digər hərbi hissədə bərabər vəzifəyə, yəni X3 Heyətində Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin raketlər üzrə müavini vəzifəsindən, N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunmasının məqsədəuyğunluğu qeyd olunsa da, bu vəzifənin dəyişdirilməsi iddiaçının sonda daha az maaşlı vəzifəyə keçirilməsi və daha sonra isə sonuncu xidməti vəzifəsindən ehtiyata buraxılması ilə nəticələnmişdir. Halbuki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu 18 dekabr 2019-cu il və 07 mart 2021-ci il tarixlərdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. Onun həmin tarixlərdə vəzifəsi isə N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-A rtilleriya Silahları Xidməti rəisinin müavini olmuşdur. Sözügedən raport N nömrəli hərbi hissədə müvafiq olaraq N və N daxil olan nömrə ilə qeydiyyata alınmış, lakin, müraciət əsasında iddiaçının özü ilə söhbət aparılmadan Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X14 Komandanının 29 may 2021-ci il tarixli, 072 nömrəli əmri ilə o, digər vəzifəyə-N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh tərəfindən iddiaçının müraciəti (raportu) üzrə inzibati icraat aparılmamış, onun ehtiyata buraxılması məsələsi araşdırılmamışdır. İddiaçı 10 ildən artıq zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi Silahlı Qüvvələrdən ehtiyata buraxılması hüququ olduğu h alda, cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan tələbləri pozulmuşdur. Beləliklə yuxarıda da qeyd olunduğu kimi, kollegiya iddiaçının iddia tələbində təmin olunmasını xahiş etdiyi 07 mart 2021-ci il tarixli raportu əsasında "N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi hissəsində də əsaslı olması və tələbin bu hissədə də təmin olunması qənaətinə gəlir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi A.Q.Hacıyev kollegiyaya sübut qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəis müavini Elçin Xəlilov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1/5618 nömrəli arayışı təqdim etmişdir ki, həmin arayışda qeyd olunmuşdur ki, “2020-ci ilin sentyabr-noyabr aylarında “Vətən müharibəsi” zamanı işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçular tərəfindən itirilmiş, düşmən atəşi nəticəsində yararsız və ya nasaz vəziyyətə düşmüş silah, sursat, optik cihazlar və digər vasitələrin axtarışının aparılması üçün müvafiq ixtisaslı zabitlərin bu işlərdə rolu nəzərə alınaraq 2021-ci ilin yanvar ayında həmin ixtisaslı zabitlərin xəstəliyə görə ehtiyata buraxılması halları istisna olmaqla digər əsaslara görə ehtiyata buraxılmamaları barədə şifahi qərar qəbul edilmişdir”. Cavabdehin nümayəndəsi A.Q.Hacıyev məhz arayışda göstərilən bu əsasa görə iddiaçı nın 07 mart 2021-ci il tarixli raportu əsasında ehtiyata təxris olunmadığını, bu qərarın Müdafiə nazirinin diskression səlahiyyəti olduğunu bildirmiş və arayışın mötəbər sübut kimi nəzərə alınmasını xahiş etmişdir. Kollegiya cavabdehin nümayəndəsinin təqdim etdiyi həmin sübuta münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər dedikdə qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi nəzərdə tutulur. “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi isə təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrindən öz arzusu ilə ehtiyata buraxılmasını onların hüququ olmaqla imperativ norma k imi müəyyən etmişdir. Əsasnamənin qeyd olunan bu maddəsi imperativ norma kimi müəyyən edildiyindən kollegiya hesab edir ki, bu halda hər hansı diskression səlahiyyətin mövcudluğundan söhbət gedə bilməz. Eyni zamanda o da qeyd olunmalıdır ki, təqdim olunan həmin arayışın məzmunundan da görünür ki, belə bir qərar verilmiş olsa belə, bu qərarın konkret olaraq kim tərəfindən verilməsi, həmçinin qərarın rəsmi olaraq yazılı əmr şəklində deyil, şifahi qərar kimi olması göstərilmişdir. Belə olan halda isə kollegiya bu sübut növünü iddianın rəddi üçün əsas hesab etmir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi A.Q.Hacıyev eyni zamanda İddiaçı N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsində xidmət edərkən 01 oktyabr 2021-ci il tarixdə N nömrəli hərbi hissə ko mandirinə raportla müraciət edərək həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etdiyini, vəsatət verilərkən və həmin raport əsasında onunla söhbət aparılarkən onun əvvəlki raportlarına münasibət bildirməyərək könüllü olaraq həmin tarixdən ehtiyata təxris olunmaq istədiyini bildirməsinə dair izahatında göstərdiklərinə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi, iş materiallarından görünür ki, 28 may 2021-ci il tarixli təqdimatla X14 Komandanının Maddi-Texniki Təminat üzrə müavini Elxan Əlibəyov polkovnik-leytenant İddiaçı X3 Heyətində Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin raketlər üzrə müavini vəzifəsindən, N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsa lat bölməsinin rəisi vəzifəsinə təyin olunması məqsədəuyğun hesab etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X14 Komandanının 29 may 2021-ci il tarixli, 072 nömrəli əmri ilə həmin vəzifəyə təyin olunmuşdur. İş materiallarına əsasən İddiaçı 01 iyun 2021-ci il tarixdə yeni vəzifəsinin icrasına başlamış və bundan dərhal sonra, yəni 07 iyun 2021-ci i tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən "N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətke çmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Yəni mübahisənin tədqiq olunan hallarından da göründüyü kimi, iş üzrə iddiaçı yeni təyin olunduğu vəzifəsinin icrasına başladıqdan dərhal sonra hazırki tələblə məhkəməyə müraciət etmiş və 01 oktyabr 2021-ci il tarixdə ehtiyata buraxılması ilə bağlı raport verdiyi zaman isə, onun hazırki iddia tələbi məhkəmənin icraatında olmuşdur. Belə olan halda isə cavabdehin nümayəndəsinin izahatında qeyd etdiyi iddiaçının özünün könüllü olaraq məhz 01 oktyabr 2021-ci il tarixli raportla ehtiyata təxris olunmaq istəməsini kollegiya ağlabatan hesab etmir. Kollegiya iddia tələbinin “hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi”nə dair hissəsini araşdıraraq tələbin bu hissədə əsassız olması qənaətinə gəlir. Belə ki, tədqiq olunmuş iş materiallarından görünür ki, iş üzrə İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən iddia tələbinin həcminin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərkən həmin ərizədə hüquqi yardıma görə ödədiyi 300 manat pulun da ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmiş və bunu təsdiq edən sübut növü kimi ərizəyə xx.xx.2021-ci il tarixli mədaxil qəbzi əlavə etmişdir. Həmin qəbzdə X17 tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi qeyd olunsa da, adı çəkilən şəxsin hansı prosessual s tatusla iddiaçıya hüquqi yardım göstərməsi və digər bu faktı təsdiq edəcək sübutlar iş materiallarına əlavə edilməmişdir. Buna görə də kollegiya hesab edir ki, iddia tələbi hüquqi yardıma görə tələb olunan hissədə öz təsdiqini tapmadığından həmin hissədə rədd olunmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə kollegiya işin apellyasiya baxışı zamanı tədqiq olunmuş hallarına əsaslanmaqla belə hesab edir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərarından İddiaçı verdiyi şikayət qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərarı tam ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən "N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi”nə dair hissəsində iddia təmin edilməli, iddia hüquqi yardıma görə ödənilmiş 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi”nə dair hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 87.6, 89, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r v e r d i: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 21(122)-124/2021 nömrəli qərarından İddiaçı verdiyi şikayət qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 21(122)-124/2021 nömrəli qərarı tam ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən "N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidm əti rəisinin müavini” vəzifəsindən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi”nə dair iddia tələbi qismən təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyi qeyriqanuni hesab olunsun. İddiaçı 07 mart 2021-ci il tarixli raportu əsasında N nömrəli hərbi hissənin (X5 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisin in müavini vəzifəsindən ehtiyata buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. İddia tələbi hüquqi yardıma görə ödənilmiş 300 manat pulun İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsinə dair hissədə rədd edilsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar