Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-21/2023 14.06.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022- ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(122)-269/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı 15 fevral 2023-cü il tarixli iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 15 fevral 2023-cü il tarixli buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət So sial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi tələbi”nə dair iddia ərizəsinin mümkün sayılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(122)-269/2023 nömrəli qərardadı ilə İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə 15 fevral 2023-cü il tarixli ərizəsinin təmin edilməməsi, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublika sı Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmamasına qərar verilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(122)-269/2023 nömrəli qərardadından narazı qalan İddiaçı 18 aprel 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Mə hkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, prosessual müddətin bərpası barədə ərizədə qeyd etdiyi kimi müvafiq qərar verildikdən sonra iddiaçının Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X8 şəxsin Culfa rayon şöbəsində müvafiq qərardan şikayət verə bilməsi barədə hər hansı hüququnun olması barədə ona heç bir məlumatlandırıcı izahat verilməmiş əksinə, müvafiq qərarda fondun yığım hesabına qaytarılması tələb olunan məbləğ ondan istənmişdir ki, belə bir tələbin qanunsuz olmaqla yanaşı onun yuxarıda qeyd olunan mənada müvafiq qərardan şikayət verə bilmə imkanının və ehtimalının olduğunu düşünməmişdir. Sonradan ona məlum olmuşdur ki, (latın qrafikasını oxuya bilmədiyi üçün) qanunla tələb edildiyi halda müvafiq qərarda hansı m əhkəməyə şikayət verə biləcəyi barədə məlumat öz əksini tapmamışdır. Qeyd olunmalıdır ki, pensiya təminatı, müəyyən şərtlərlə yanaşı şəxsin müvafiq yaş dövrünə çatması ilə dövlət tərəfindən ödənilən sosial haqdır. Bu təminat şəxsin müvafiq yaş dövründə zəruri ehtiyaclarının ödənilməsində mühüm əhəmiyyətə malikdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(122)-269/2023 nömrəli qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X4 şikayəti qəbul etməyərək şikayətin təmin olunmamaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(122)269/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə uyğun olaraq Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-in 81.3-cü maddəsinə görə şikayət başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyərək, Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şika yətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Kollegiya ilk olaraq onu qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmi ş əmək pensiyasının ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gələrkən ona istinad etmişdir ki, iddiaçı iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onu n hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. İş materiallarında olan iddiaçının iddia ərizəsindən də göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə hə valə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddia hesab olunur və bu iddialara inzibati prosessual qanunvericiliyə əsasən müddət şamil olunmur. İddiaçının iddia ərizəsindən də aydın olur ki, o, inzibati orqandan ona təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38.3-cü maddəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Kollegiya qeyd edir ki, İddiaçı sosial təminat hüququ ilə bağlı iddia tələbinin mübahisələndirmə haqqında iddia kimi qəbul edilməsi və bu əsasla müddətin keçməsinə görə mümkün sayılmaması iddiaçının sosial təmin hüququndan məhrum edilməsi ilə nəticələnə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 5.1, 5.2, 5.3 və 5.4-cü bəndlərinə uyğun olaraq iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunv ericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını mübahisələndirmə haqqında iddia kimi qəbul edərək iddiaya bu çərçivədə baxaraq iddia müddətinin keçməsinə əsaslanmaqla iddianı mümkün saymamış, lakin iddiaçının hüquqi marağının Naxçıvan MR Dövlət Sosial Müdafiə X8 Şəxsinin Culfa rayon Şöbəsindən təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsinə yönəldiyini isə ümumiyyətlə nəzərə almamışdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(122)-269/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məh kəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(122)-269/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün hesab edilməli və inzibati iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məh kəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənləri və Azərbaycan Respublikasının İPM-in 87 və 99.2.6-cı maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(122)-269/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(122)-269/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Naxçıvan Muxtar Respublikası İ nzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(122)-269/2023 nömrəli qərardadı ləğv edilməli və İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün hesab edilsin və inzibati iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-21/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-21/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver