Məhkəmə qərarları › İş №2-1(108)-21/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-21/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-21/2024 28.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X10 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıva n Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2-1(122)-574/2023 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 21(122)-574/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 21(122)-574/2023 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Cavabdeh Naxçıvan M uxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, qərar əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Belə ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 22 dekabr 2023-ci il tarixli, 2-1(122)574/2023 saylı qərarını 29 dekabr 2023-cü il tarixində rəsmi qaydada almışlar. Naxçıvan Muxtar Respublikasının inzibati Məhkəməsinin 22 dekabr 2023-ci il tarixli, 2-1(122)-574/2023 saylı qərarı ilə İddiaçı iddiası təmin edilmiş və "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsinin 27 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarı ləğv edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhd əliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. Məhkəmənin qərarı ilə razı olmayaraq hesab edir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 22 dekabr 2023-ci il tarixli, 2-1 (122)-574/2023 saylı qərarı əsassız və qanunazidd olduğundan ləğv olunmalıdır. Cavabdeh təşkilat şikayətində qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunması barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər idarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 11 oktyabr 1976-cı ildə başlamışdır. 2022-ci ildə o, güzəştli şərtlərlə əmək pensiyasına çıxmağı üçün tələb olunan sənədləri hazırlayıb "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər idarəsinə təqdim etmişdir. Lakin həmin orqan tərəfindən araşdırma aparılaraq ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Onun xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixəd ək “Soyuzsteklomontaj” Trestinin Bakı ixtisaslaşdırılmış Quraşdırma idarəsində işləməyi əmək kitabçasında öz təsdiqini tapsa da, həmin İdarənin sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı ərizəsində, ola bilər ki, həmin idarə ittifaq tabeliyində olduğundan sənədlər Rusiya dövlətinin Arxiv idarəsində saxlanıldığını bildirmişdir. İddiaçı bu işlərə nəzarət etmək səlahiyyətinə malik olmadığını bildirmiş və yuxarda göstərilənlərə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər idarəsinin 07 ap rel 2023-cü il tarixli, 76 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə vəsatət verərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu cavabdeh qismində işə qəbul edilərək iddia ərizəsinin nəticəvi hissəsində qeyd olunan "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər idarəsinə sözünün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sözü ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi hesab etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya pensiya təyinatı barədə müraciətinə imtinasının əsas dəlili əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməməsidir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlət sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Həmçinin "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli Qanununa əsasən 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərar qəbul edilərkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmamışdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiası əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd edilənləri əsas göstərərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi 22 dekabr 2023-cü il tarixli, 2-1(122)-574/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiasını təmin etmişdir. Cavabdeh təşkilat hesab edir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döv lət Sosial Müdafiə Fonduna qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. xx xxxxxx 1958-ci il tarixdə Şərur rayon Qarabağlar kəndində anadan olmuş, Naxçıvan şəhər, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə 07 aprel 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsinə müraciət etmişdir. Fondun Naxçıvan şəhər İdarəsininin pensiya təyin edən komissiyasının 23 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarı ilə ona pensiya təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi iddiaçının tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına malik olmaması, həmçinin İddiaçı təqdim etdiyi İ/İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən onun, xx.xx.1976-cı il tarixdən 01,04.1977-ci il tarixədək X7 X12 elektrik montyoru işləməsi, xx.xx.1977-ci il tarixdən 18.06.1979-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdikdən sonra, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək (“Soyuzsteklomontaj”) Bakı ixtisaslaşdırılmış Quraşdırma İdarəsində çilingər, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Vayxır Su Tikinti Quraşdırma İdarəsində betonçu, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək təkrar Bakı ixtisaslaşdırılmış Quraşdırma idarəsində 3-cü dərəcəli çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək X13 4-cü dərəcəli zaboyçu, xx.xx.1986-cı il tarixdən xx.xx.1988- ci il tarixədək 102 saylı Təmir Quraşdırma idarəs inin 5 nömrəli Trestində 4-cü dərəcəli betonçu, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Naxçıvan Kompleksləşdirmə və Təchizat İdarəsinin nəzdində olan beton plitə sexində 3-cü dərəcəli kərpic kəsən, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək X2ın Təmir Quraşdırma idarəsində 3-cü dərəcəli betonçu, xx.xx.1989cu il tarixdən xx.xx.1989- cu il tarixədək X1 Dəstədə bənna, xx.xx.1989-cu il tarixdən 13.11,1989-cu il tarixədək Naxçıvan Kompleksləşdirmə və Təchizat idarəsinin beton plitə sexində betonçu,17.11,1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək X4 4-cü dərəcəli betonçu vəzifələrində işləməsi, xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə "xxxx" daha sonra “Cahan” Sənaye kompleksində qaynaqçı vəzifəsində işləməsi təsdiqini tapmışdır. Beləliklə iddiaçının h ərbi xidmətdə olduğu və işlədiyi müddətləri cəmlədikdə əmək kitabçasında olan qeydlərə əsasən 30 il 4 ay 2 gün ümumi, 12 il 6 ay 13 gün xüsusi iş stajı yaranmış olur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə Fondun Naxçıvan şəhər İdarəsi tərəfindən ünvanlanmış sorğuya verilən 14 mart 2023-cü il tarixli, 3-48-4/2-533/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, ləğv olunmuş “Soyuzsteklomontaj” Trestin Bakı ixtisaslaşdırılmış Quraşdırma idarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Milli Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/686 nömrəli arayışda İddiaçı xx.xx.1985-ci il tarixli 39 nömrəli əmrlə X17 “zaboyçu” qəbul edilməsi əmr kitabında gös tərilsə də, 1986-cı ilin sentyabr ayına dair əmr kitabı olmadığından işdən azad olması haqqında məlumat vermək mümkün olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 23.01,2014-cü il tarixli, 13/666 nömrəli arayışdan görünür ki, iddiaçı Naxçıvan Su Tikinti İdarəsində işlədiyi 1976-il tarixdə 9 ay və 1977-ci il tarixdə 8 ay olmaqla, ümumilikdə 17 ay əmək haqqı almamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 13/666 nömrəli arayışdan görünür ki, iddiaçı Mütəlov X9 Duz Mədənində işlədiyi 1985-1986-cı il tarixlərdə hər il 3 ay olmaqla, ümumilikdə 6 ay əmək haqqı almamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/666 nömrəli arayışdan görünür ki, idd iaçı 102 nömrəli MSD-də işlədiyi 1988-ci il tarixdə 8 ay əmək haqqı almamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/666 nömrəli arayışdan görünür ki, İddiaçı X4 işlədiyi 1990-1995-ci illərdə ümumilikdə 25 ay əmək haqqı almamışdır. Arxiv arayışlarına əsəsən İddiaçı işlədiyi illərdə almadığı əmək haqqının cəmi 56 ay, yəni 4 il 8 ay təşkil etmişdir. Beləliklə iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlər olmasına baxmayaraq, əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığı üçün həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş və 25 il ümumi, 12 il 6 ay xüsusi sosial siğorta stajı tamamlanmadığı üçün ona pensiya təyin olunmasından imtina edilmişdir. Sonda, cavabdeh orqan göstərilən xüsusatlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası inzibati Məhkəməsinin 22 dekabr 2023-ci il tarixli, 2-1(122)-574/2023 saylı qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiyasının 127, 129, 149-cu maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 81.1, 81.2, 87.6-cı maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X6 izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 21(122)-574/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tu tulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial mü dafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddi a vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bild irmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 22 oktyabr 2010-cu il tarixdə verilmi ş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1958-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qarabağlar kəndində doğulmuş Mütəlov X9 şəhəri, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - ünvan 4ar İdarəsi tərəfindən verilmiş 06 may 2023-cü il tarixli, 01/0640 nömrəli arayışdan görünür ki, Mütəlov X9 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarından məlum olur ki, İddiaçı əmək kitabçasında qeyd olunan (2006-cı il tarixədək 19 il 01 ay 28 gün) stajların arxiv arayışları ilə qarşılıqlı yoxlanması zamanı təsdiq olunan staj xx.xx.2 006-cı il tarixədək 09 il 09 ay 13 gün təşkil etmişdir. Vətəndaşın xx.xx.2022-ci il tarixədək təsdiq olunan ümumi stajı 20 il 09 ay 13 gün müəyyən olunmuşdur. İddiaçı tələb olunan 25 il ümumi stajı təsdiq olunmadığından, Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarının 4.1.20-ci bəndinə əsasən 2 nömrəli əlavəni təqdim etmədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə Fondun Naxçıvan Şəhər İdarəsi tərəfindən ünvanlanmış sorğuya 14 mart 2023-cü il tarixli, 3-48-4/2-533/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, ləğv olunmuş “Soyuzsteklomontaj” Trestin Bakı İxtisaslaşdırılmış Quraşdırma İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Milli Arxivinə və Dövlət Arxiv inin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/666 nömrəli arayışdan görünür ki, iddiaçı Naxçıvan Su Tikinti İdarəsində işlədiyi 1976-cı il tarixdə 9 ay və 1977-ci il tarixdə 8 ay olmaqla, ümumilikdə 17 ay əmək haqqı almamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/666 nömrəli arayışdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Vayxır Su Tikinti idarəsinin sənədlərində İddiaçı xx.xx.1982-ci il tarixli, 85 k №li əmrlə fəhlə qəbul edilməsi, xx.xx.1982-ci il tarixli, 108 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx. xx.2019-cu il tarixli, 13/666 nömrəli arayışdan məlum olur ki, Naxçıvan Komplektləşdirmə və Təchizat İdarəsinin sənədlərində İddiaçı xx.xx.1989-cu il tarixli, 92 №-li əmrlə betonçu qəbul edilməsi, xx.xx.1989cu il tarixli, 125 №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. X8nın xx.xx.1989cu il tarixli, 133/k №-li əmrlə fəhlə qəbul edilməsi əmr kitabında göstərilmişdir. Lakin yuxarı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən işdən azad olunması haqqında məlumat yoxdur. Naxçıvan Komplektləşdirmə və Təchizat İdarəsinin 1988-ci ilə dair əmr kitabları və 1988-1989-cu illərə dair əmək haqqı cədvəlləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/666 n ömrəli arayışlarda İddiaçı 1987-1988-ci illərdə 102 nömrəli MSD-də və 1990-1995-ci illərdə X4 işlədiyi dövrdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/686 nömrəli arayışdan aydın olur ki, Naxçıvan Duz mədəninin sənədlərində İddiaçı xx.xx.1985-ci il tarixli, 39 №-li əmrlə İİİ dərəcəli “zabovşikşaxtaçı” qəbul edilməsi əmr kitabında göstərilmişdir. 1986-cı ilin sentyabr ayına dair əmr kitabı olmadığından işdən azad olunması haqqında məlumat vermək mümkün olmamışdır. Eyni tarixli digər arayışda İddiaçı X13 işlədiyi 1985-1986-cı il tarixlərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan məlum olur ki, İddiaçı "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləməklə onun əmək stajı 8 il 5 ay 2 gün təşkil edir və işlədiyi vəzifə xüsusilə zərərli və xüsusilə ağır olmaqla AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 23200000-19906 vəzifə koduna uyğundur. - “X14” MMC tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan məlum olur ki, İddiaçı “X14” MMC-də qaynaqçı vəzifəsində işləməklə onun əmək stajı 3 il 1 ay 28 gün təşkil edir və işlədiyi vəzifə xüsusilə zərərli və xüsusilə ağır olmaqla AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya 1 №-li əlavənin 23200000-19906 vəzifə koduna uyğundur. - ИT-İ se riyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən o, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək X7 X12 elektrik montyoru işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdikdən sonra, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək (“Soyuzsteklomontaj”) Bakı İxtisaslaşdırılmış Quraşdırma İdarəsində çilingər, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Vayxır Su Tikinti Quraşdırma İdarəsində betonçu, xx.xx.1982-ci il tarixdən 12.01.1 985-ci il tarixədək təkrar Bakı İxtisaslaşdırılmış Quraşdırma İdarəsində 3-cü dərəcəli çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək X13 4-cü dərəcəli zaboyçu, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 102 saylı Təmi r Quraşdırma İdarəsinin 5 nömrəli Trestində 4- cü dərəcəli betonçu, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Naxçıvan Kompleksləşdirmə və Təchizat İdarəsinin nəzdnində olan beton plitə sexində 3-cü dərəcli kərpic kəsən, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək X2 Təmir Quraşdırma İdarəsində 3-cü dərəcəli betonçu, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək X1 Dəstədə bənna, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Naxçıvan Kompleksləşdirmə və Təchizat İdarəsinin beton plitə sexində betonçu, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək X4 4cü dərəcəli betonçu vəzifələrində işləmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə “Cahan Pen", daha sonra “X14”ndə qaynaqçı vəzifəsində işləmişdir. - Naxçıvan Muxtar Respu blikası Dövlət Arxiv İdarəsinin 05 iyul 2023-cü il tarixli, 02/356 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş arxiv arayışından aydın olur ki, Naxçıvan Su Tikinti trestinin əmr kitablarında İddiaçı işə qəbul edilməsi haqqında məlumata rast gəlinməmişdir. Lakin, əməkhaqqı cədvəllərində oktyabr ayından əməkhaqqı alması göstərilmiş, xx.xx.1977-ci il tarixli, 31 №-li əmrlə isə işdən azad olunması əmr kitablarında qeyd olunmuşdur. Vayxır Su Tikinti idarəsinə xx.xx.1982-ci il tarixli, 85/k №-li əmrlə “fəhlə” qəbul edilməsi, xx.xx.1982-ci il tarixli,108 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X17 xx.xx.1985-ci il tarixli, 39 №-li əmrlə İV dərəcəli “yeraltı şaxtaçı” qəbul edilməsi əmr kitabında göstərilmişdir. Lakin, işdən azad olunması haqqında məlum ata rast gəlinməmişdir. Naxçıvan 102 №-li MSD-ə xx.xx.1986-cı il tarixli, 129 №-li əmrlə İİİ dərəcəli “betonçu fəhlə“ qəbul edilməsi, xx.xx.1988-ci il tarixli, 48a №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X8na xx.xx.1989-cu il tarixli, 133/k №-li əmrlə İİ dərəcəli "fəhlə” qəbul edilməsi, xx.xx.1994-cü il tarixli, 24 k №-li əmrlə işçilərə ehtiyac olduğundan xx.xx.1994-cü il tarixdən öz hesabına məzuniyyətdən geri çağırılaraq işdə hesab edilməsi əmr kitablarında göstərilmişdir. 1995-ci ilə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyinə görə işdən azad olunması haqqında məlumat mövcud olmamşdır. Məktuba həmçinin İddiaçı əməkhaqqı alması barədə arxiv arayışlarının və arxiv arayışlarında qeyd edilmiş əmrlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 08 avqust 2023-cü il tarixli, 02/150 nömrəli məktubdan məlum olur ki, vətəndaş İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək güzəştli şərtlərlə fərdi uçotunda olan sosial sığorta stajı 5 il 3 ay, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi uçotunda olan sığorta stajı 3 il 7 ay 22 gün təşkil edir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 17 avqust 2023-cü il tarixli, 02/435 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş arxiv arayışından görünür ki, xx.xx.1991-ci il tarixli, 1i №-li əmrlə, 16 i №-li əmrinə əsasən kombinatın nəzdində olan Avtonəqliyyat üzrə kiçik dövlət müəssisəsi yaradıldığından xx.xx.1991-ci il tarixdən avtomexanizasiya sahəsinin işçilərinin köçürülmə yolu ilə həmin müəssisəyə keçirilməsi siyahısında İddiaçı adının olması, xx.xx.1992-ci il tarixdən 7k №-li əmrlə kombinatın 02 №-li, xx.xx.1992-ci il tarixli əmrinə əsaslanaraq DBM üzrə KDM-da işlərin tam qaydasında işləməsi üçün Qum-çınqıl karxanasının işçilərinin köçürülmə yolu ilə DBM üzrə KDM-da göndərilməsi siyahısında adının olması əmr kitablarında göstərilmişdir. 1993, 1995, 1996-cı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Məktuba həmçinin İddiaçı X4 işləməsi və əməkhaqqı alması barədə arxiv arayışlarının, X8 Avtonəqliyyat üzrə Kiçik Dövlət müəssisəsinin 26 fevral 1991-ci il tarixli, 1/i və 22 yanvar 1992-ci il tarixli, 7/k nömrəli əmrlərinin təsd iq edilmiş surətləri əlavə edilmişdir. - X15 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 avqust 2023-cü il tarixli, 24 nömrəli məktubdan aydın olur ki, zaboyçu (Duz mədənlərində şaxtadan duz çıxaran fəhlə) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın 1.2.1-ci bəndinin a) yarımbəndinə uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əm ək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qan unvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -13-cü maddəsinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifə lərin və göstəricilərin, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbayc an Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi-iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmə dən ilə İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9 və 31.2-1-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi barədə 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarı qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməy ə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat dedikdə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür. Həmin maddənin məzmunundan aydın olur ki, inzibati orqanlar fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya öz təşəbbüsləri ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati akt qəbul edərkən həmin Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində inzibati icraat aparmalıdırlar. Lakin cavabdeh mübahisələndirilən inzibati aktı inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla qəbul etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. “İnzibati icraat” haqqında Qanunun 67.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçıy a təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə imtina edilməsi qanunsuz olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Həmçinin kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlət sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan, sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Həmçinin ”Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx. 2018-ci il tarixli Qanununa əsasən 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Kollegiya göstərilən hissədə də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Bununla yanaşı kollegiya qeyd edir ki, cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən hüquqi baxımdan qanunsuz olduğundan işin faktiki halları ilə əlaqədar cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, kollegiya nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən veri lmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2-1(122)-574/2023 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 07 aprel 2023-cü il tarixli, 76 nömrəli qərarının ləğv e dilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2-1(122)-574/2023 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 21(122)-574/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar