Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-21/2025 06.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Şahbuz rayon Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Şahbuz rayon Cavabdehnə qarşı "Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi və Şahbuz şəhərində yerləşən ümumi sahəsi 800 kv.m olan torpaq sahəsinin özünə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(122)-927/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə şifah i məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsini və Şahbuz şəhərində yerləşən ümumi sahəsi 800 kv.m olan torpaq sahəsinin özünə qaytarılması öhdəliyinin cavabdeh Şahbuz rayon Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(122)-927/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(122)-927/2024 nömrəli qərardadının ləğv edilərək i ddia tələbinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, bələdiyyənin qərarı ona verilməmişdir. O, son vaxtlara kimi həmin qərardan xəbərdar olmamışdır. O, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edəndən sonra həmin qərarı ala bilmiş və ona məlum olmuşdur ki, həmin torpaq 2012-ci ildən başqa istifadəçiyə verilmişdir. Əgər vaxtında ona qərar təqdim edilsə idi, elə həmin qərarı iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim edərdi. Həmçinin o, 2024-cü ilin əvvəllərindən məhkəməyə müraciət etmiş,bu müddət ərzində 8 dəfə məhkəmə prosesi keçirilmiş, proseslərin cəmi birində cavabdeh tərəfdən məhkəmədə bələdiyyə sədri iştirak etmişdir. Di gər proseslərdə cavabdeh tərəfdən heç kim iştirak etməmişdir. Bu da maraq doğurur ki, məhkəmə nəyə görə ilk proseslərdə iddianın mümkün sayılmaması barədə qərar qəbul etməmişdir. Əgər iddia tələbi müddətin keçməsi səbəbindən münkün sayılmırdısa, məhkəmə bununla bağlı ilk iclaslarda qərar çıxara bilərdi. Məhkəmənin bu qədər müddət ərzində qərar çıxarmaması yolverilən deyil. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nü mayəndəsi Nümayəndə şikayəti müdafiə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(122)-927/2024 nömrəli qərardadının ləğv edilərək iddia tələbinə baxılması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 qanuni qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə d air işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayə t edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarından aydın olur ki, iddiaçı Əliyeva X2 MR İnzibati Məhkəməsində iddia qaldıraraq iddia ərizəsində Şahbuz qəsəbə İcra Nümayəndəliyinin xx.xx.1995-ci il tarixli, 07 nömrəli sərəncamı ilə Şahbuz rayonunda ümumi sahəsi 800 kv.m olan torpaq sahəsinin ona verildiyini, bununla bağlı 15 mart 1995-ci il tarixli aktın mövcud olduğunu, həmin torpaq sahəsini 2012-ci il tarixədək meyvə bağı kimi istifadə etdiyini, lakin 2012-ci il fevral ayında həmin torpaq sahəsinin qanunsuz olaraq onun əlindən alındığını, bununla bağlı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən bildirilən məlumata əsasən Şahbuz Bələdiyəsinin xx.xx.2012-ci il tarixli, 12 nömrəli qərarı ilə həmin torpaq sahəsinin digər mülkiyyətçinin istifadəsinə ayrıldığını göstərərək Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməklə Şahbuz şəhərində yerləşən ümumi sahəsi 800 kv.m olan torpaq sahəsinin özünə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsi iddianın mümkün hesab edilməməsi nəticəsinə gələrkən ona əsaslanmışdır ki, iddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi həmin torpaq sahəsini 2012-ci il tarixədək meyvə bağı kimi istifadə etmiş, 2012-ci il fevral ayında həmin torpaq sahəsinin onun əlindən alınmasını göstərmiş, mübahisələndirilən qərardan (protokoldan) xəbərdar olmuş, lakin məhkəməyə 12 il sonra müraciət etməklə İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Şikayətə baxılması ilə əlaqədar kollegiya tərəfindən Şahbuz Rayon İcra Hakimiyyətinə, Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə və Şahbuz Rayon Dövlət Arxivinə müvafiq sorğular göndərilərək Şahbuz qəsəbə icra nümayəndəsinin xx.xx.1995-ci il tarixli, 07 nömrəli sərəncamının və digər hüquqmüəyyənedici sənədlərin surətlərinin kollegiyaya təqdim edilməsi xahiş olunsa da, sorğuya cavab məktublarından görünür ki, tələb olunan hüquqmüəyyənedici sənədlər aidiyyatı orqanlarda və arxiv materiallarında mövcud deyildir. Həmçinin, kollegiyanın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 18 mart 2025-ci il tar ixli, 04/47 nömrəli sorğuya cavab məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Şahbuz qəsəbə icra nümayəndəliyinin xx.xx.1995-ci il tarixli 07 nömrəli Sərəncamı əsasında İddiaçı adına torpaq sahəsi qeydiyyata alınmamışdır. İş materiallarında olan, iddiaçının müraciətinə cavab olaraq təqdim edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28 dekabr 2023-cü il tarixli, 06/2-304 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsində qeyd etdiyi torpaq sahəsinin yerləşdiyi ərazi Cavabdeh 05 dekabr 2012-ci il tarixli 12 nömrəli qərarına əsasən digər mülkiyyətçinin istifadəsinə ayrılmışdır. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş Şahbuz Rayon Cavabdeh xx.xx.2012-ci il tari xli, 12 nömrəli protokol qərarından görünür ki, X5 Qrupunun "xxxx" MMC-nin Şahbuz Rayon İcra Hakimiyyətinə ünvanladığı yazılı müraciətinə baxılmış və "xxxx" MMC-nin Şahbuz Rayon icra Hakimiyyətinə yazılı müraciəti əsas tutularaq Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şahbuz rayon şöbəsinin və Şahbuz rayon İcra Hakimiyyəti Aparatının Tikinti və Memarlıq şöbəsinin rəylərinə və Şahbuz rayon Torpaqayırma Komissiyasının 03 dekabr 2012-ci il tarixli aktına əsasən Cavabdeh mülkiyyətində olan, Şahbuz şəhəri, H.Əliyev prospektində, “Hacı yeri” adlanan massivdəki boş ərazidən 2,22 hektar torpaq sahəsi ayrılaraq yanacaqdoldurma məntəqəsinin tikintisi üçün X5 Qrupunun "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsin ə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsasl andırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir.İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mö vcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktik i halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 2.3, 5.1, 5.2, 6.1, 6.2, 7, 8.5 və 9-cü bəndlərində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcu d olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə n ail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şər tləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.. Kollegiya iş materiallarını və apelyasiya şikayətində irəli sürülən dəlillərin hərtərəfli təhlili nəticəsində belə qənaətə gəlir ki, İddiaçı mübahisələndirdiyi Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli protokol qərarı barədə məlumatlı olmuşdur. Belə ki, iddaçının təqdim etdiyi iddia ərizəsində də göstərdiyi kimi, o, 2012-ci ilin fevral ayında həmin torpaq sahəsindən artıq istifadə imkanından məhrum edildiyini və bu tarixdən etibarən torpaqdan faktiki istifadə edə bilmədiyini bildirmişdir. Lakin iddiaçı qanunda nəzərdə tutulmuş müddət ötürüldükdən sonra xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük iddia müddətini ötürmüşdür. Kollegiya hesab edir ki, iddia müddəti buraxıldığından və bu müddətin bərpasına hüquqi əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi mümkünlük şərtinə əməl edilmədiyinə görə iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli protokol qərarının ləğv edilməsi barədə iddia mümkün hesab edilmədiyi üçün birinci instansiya məhkəməsi h aqlı olaraq hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələbi də müzakirə etmədən mümkün saymamışdır. Belə ki, iddia tələbinin ikinci hissəsi birbaşa olaraq mübahisələndirilən inzibati aktın hüquqi mövcudluğundan asılı olduğu üçün, əsas tələbin mümkün sayılmaması həmin tələbin də hüquqi baxımdan müzakirə olunmasına zərurət yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində... qaldırıla bilər. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015 -ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Kollegiya şikayətdə göstərilən “ iddiaçının ona məxsus Şahbuz şəhərində yerləşən ümumi sahəsi 800 kv.m olan torpaq sahəsinin 2012-ci ildə başqa istifadəçiyə verilməsi barədə olan Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli qərarından son vaxtlara kimi xəbərdar olmaması, yalnız Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edəndən sonra həmin qərarı ala bilməsi” ilə bağlı dəlillərini müzakirə edərək həmin dəlilləri əsassız hesab edir. Belə ki, inzibati işin materiallarını şikayətin həmin dəlilləri ilə əlaqəli şəkildə araşdıran kollegiya qeyd edir ki, İddiaçı xx.xx.2023-cü il tarixli iddia ərizəsində həmin torpaq sahəsini 2012-ci il tarixədək meyvə bağı kimi istifadə etdiyini, lakin 2012-ci ilin fevral ayında həmin torpaq sahəsinin onun əlindən alın dığını qeyd etməsi onun bu barədə 2012-ci il tarixdən məlumatlı olmasını təsdiq edir. Apellyasiya şikayətində göstərilən “iddiaçının 2024-cü ilin əvvəllərindən məhkəməyə müraciət etməsi, bu müddət ərzində 8 dəfə məhkəmə prosesi keçirilməsi, proseslərin cəmi birində cavabdeh tərəfdən məhkəmədə bələdiyyə sədrinin iştirak etməsi, digər proseslərdə cavabdeh tərəfdən heç kimin iştirak etməməsi, məhkəmənin nəyə görə ilk proseslərdə iddianın mümkün sayılmaması barədə qərar qəbul etməməsi, əgər iddia tələbi müddətin keçməsi səbəbindən münkün sayılmırdısa, məhkəmə bununla bağlı ilk iclaslarda qərar çıxara bilərdi” dəlillərini də əsassız hesab edərək kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması prinsipinə uyğun olaraq aidiyyəti dövlət orqanlarına sorğular göndər ilmiş və bu sorğuların cavablarının alınması məqsədilə məhkəmə iclasları təxirə salınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı nümayəndəsi Nümay əndə tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(122)-927/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Şahbuz rayon Cavabdehnə qarşı "Cavabdeh 05 dekabr 2012-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi və Şahbuz şəhərində yerləşən ümumi sahəsi 800 kv.m olan torpaq sahəsinin özünə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(122)-927/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayənd ə tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 21(122)-927/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-21/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-21/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver