Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-22/2022 06.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Bağırova Sahilə Hümbət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(122)114/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(122)114/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının müharibə v eteranı adının və vəsiqəsinin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiası rədd edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(122)114/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qərarından narazı qalan İddiaçı 14 iyul 2022-ci il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət ed ərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixlı, 2-1(122)-114/2022 nömrəli qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(122)-114/2022 nömrəli qərarı heç bir araşdırma aparmadan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilmiş etiraz ərizəsinə istinad etməklə iddianın rədd olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin etiraz ərizəsində qeyd olunur ki, "Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqənin verilməsinə dair" ye rli icra hakimiyyəti orqanının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqənin verilməsinə dair " qeydə alınması üçün zəruri sənədləri siyahısında olması qeyd edilmişdir. İddiaçı Babək rayon Y.Buzqov kəndinin əhalisinin və yaşayış məntəqələrini erməni işğalçılarından müdafiə olunmasında döyüşən X1 rəhbərlik etdiyi könüllü dəstəsinin tərkibində iştirak etmişdir. 1992-ci ildə Babək rayon A. Buzqov kənd Sovetinin könüllülərin qeydə alınmış siyahısından da müəyyən olunur ki, o İddiaçı adı könüllülər dəstəsinin qeyd olunan siyahısında 20-ci sırada qeyd olunmuş və Babək Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(07 9)-312/2020 nömrəli qətnaməsi ilə könüllülər dəstəsinin siyahısında adının 20-ci sırada olması öz əksini tapmışdır. Əlavə olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin etiraz ərizəsində qeyd olunur ki, döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə-silahların təhkim edilməsi barədə əmrdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalı olduğu qeyd olunur. xx.xx.2020-ci il tarixli Babək rayon İcra hakimiyyəti başçısının Aşağı Buzqov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məktubunda da qeyd olunur ki, Milli Müdafiə Komitəsi yaranmadığından Babək rayon Y. Buzqov, A. Buzqov və Gərməçataq kəndlərinin əhalisini və yaşayış məntəqələrini erməni işğalçılarından müdafiə olunmasında Babək rayon Cəhri qəsəbə sakini İddiaçı və onun kimi mərd oğlanları müdafiə etmişdir. Könüllülər dəstəsinə rəhbərlik edən Babək rayon Cəhri qəsəbə sakini X3 onlara silahı verib və Milli Müdafiə komitəsinin əsgərləri postlara yerləşdirildikdən sonra təxminən 15 avqust 1992-ci il tarixdə təhvil alıb, həmin tarixdən könüllülərə ehtiyac olmadığından tərxis olunaraq evə buraxılmışlar. Qətnamənin əsaslandırıcı hissəsinin 4-cü abzasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı "Veteran adları nın müvafiq vəsiqələrin verilməsi komissiyasının xx.xx.2021-ci il tarixli iclasında baxıldığını, sənədlərə hüquqi əsas verilmədiyi üçün (döyüşlərdə iştirakını sübut edən sənədlərin olmadığını) Müharibə veteranı adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələbinə əsasən mümkün olmadığından iddia tələbi rədd edilməmişdir. Babək Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Naxçıvan MR Babək rayon Y. Buzqov kəndinin əhalisinin və yaşayış məntəqələrini erməni işğalçılarından müdafiə olunmasında döyüşən X1 rəhbərlik etdiyi könüllü dəstəsinin siyahısında o - İddiaçı olması faktı müəyyən edilmişdir. Həmin iş üzrə şahid qismində Babək rayon Cəhri qəsəbə sakini, X1, Babək rayon Cəhri qəsəbə sakini, X4, X6 ifadələrində 1992-ci ilin may-avqust aylarında Babək rayon Yux arı Buzqov kəndində gedən döyüşlərdə iştirak etməsi sübut olunmuşdur. Əlavə olaraq Babək Rayon Məhkəməsində şahid qismində iştirak edənlər şahidləri məhkəməyə çağırıb dindirməsini ərizə yazaraq xahiş etsə də Babək rayon Cəhri qəsəbə sakini X1, Babək rayon Cəhri qəsəbə sakini, X4, X6 şahid qismində çağrılıb dindirilməmiş və heç bir araşdırma aparmadan yalnız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilmiş etiraz ərizəsini əsas tutmaqla iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilmiş etiraz ərizəsində yerli icra hakimiyyəti orqanının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verildiyi qeyd edilmişdir. Babək rayon Y.Buzqov kəndinin əhalisinin və yaşayış məntəqələrini erməni işğalçılarından müdafiə olunmasında döyüşən X1 rəhbərlik etdiyi könüllü dəstəsinin tərkibində 1992-ci ildə Babək rayon A. Buzqov Kənd sovetinin verilən arayışından müəyyən olunur ki, İddiaçı adı 20-ci sırada qeyd olunmuş və Babək Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(079)-312/2020 nömrəli qətnaməsi ilə könüllülər dəstəsinin tərtib olunmuş siyahısında 20-ci sırada adının olması öz əksini tapmışdır. Naxçıvan Muxtar Respublikası ərazisində gedən döyüşlərdə özünü müdafiə dəstəsinin tərkibində Babək rayon Y. Buzqov, A. Buzqov və Gərməçataq kəndlərinin əhalisini və yaşayış məntəqələrini erməni işğalçılarından müdafiə olunmasında iştirak etmişdir, 1992-ci ilin təxminən avqust ayının 15-də hərbi hissədən tərxis olmuşdur. Şahid qismində Babək rayon Cəhri qəsəbə sakini X2, Babək rayon Cəhri qəsəbə sakini, X5, X7 dindirilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd etdiyi həmin sübutlara heç bir hüquqi qiymət verməyərək nəticədə əsassız, qərar qəbul etmişdir. Məhkəmənin qərarı əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(122)-114/2022 nömrəli qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmənin elektron məhkəmə informasiya sisteminə göndərdiyi apellyasiya şikayətinə etiraz ərizə sində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda, əmrlərdən çəxarəşlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməsi, İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığını göstərərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı apellyasiya şikayəti ilə eyni məzmunlu iza hatında şikayətinin təmin olunmaqla birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmənin elektron məhkəmə informasiya sisteminə göndərdiyi 31 avqust 2022-ci il tarixli etiraz ərizəsində işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hi ssəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhk əmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya iş üzrə İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərini iş materialları və kollegiyada tədqiq edilmiş sübutlarla əhatəli şəkildə yoxlayaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmaqla apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallar ına əlavə edilmiş; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan 09 mart 2022-ci il tarixli, Q/870 nömrəli məktubdan görünür ki, sənədlərə Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası"nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış, sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən sənədlər yoxdur) "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. Ərizədə qeyd edilən məsələ ilə əlaqədar Xidmətin Aparatı tərəfindən xx.xx.2021-ci il tarixli, Q/2133 nömrəli məktubla ətraflı cavab verilmişdir. Bu səbəbdən İddiaçı sənədləri ünvanına geri qaytarılmışdır. Azərbaycan Respublikası Müdafiə Naz irliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan 12 aprel 2021-ci il tarixli, 1-Q/9122 nömrəli məktubdan görünür ki, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsi tərəfindən Müdafiə Nazirliyi tərəf kimi maraqlı şəxs qismində iddianın baxılmasına cəlb olunmadığına və xx.xx.2020-ci il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə icrası məcburi olan heç bir öhdəlik qoyulmadığına görə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdu r. "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malik olduğu bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən İddiaçı ünvanlanan 24 mart 2020-ci il tarixli, 1081 nömrəli məktubdan görünür ki, X10 Komitəsinin Arxivdə saxlanılan "Nizami hissə üzrə əmrlər kitabı"nda İddiaçı barəsində məlumat yoxdur. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 29 iyun 2020-ci il tarixli, 9/2518-Q217 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və şəhər, rayon, nəqliyyatda polis orqanlarının arxivlərində İddiaçı Azərbaycan Respu blikasının ərazi bütövlüyü uğrunda, o cümlədən 20 may - 15 avqust 1992-ci il tarixlərdə Babək rayon Yuxarı Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunması istiqamətində aparılan döyüş əməliyyatlarında iştirakını sübut edən hər hansı əmr mövcud deyil. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsi tərəfindən İddiaçı ünvanlanan 06 aprel 2020-ci il tarixli, 244 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsinə ünvanlanan ərizənin icrasi ilə əlaqədar N nömrəli hərbi hissəyə arxiv arayışlarının alınması üçün sorğu göndərilmiş, cavab məktubunda İddiaçı barəsində X10 Komitəsinin Arxivində saxlanılan "Nizami hissə üzrə əmrlər kitabı"nda heç bir məlumat olmadığı bildirilmişdir. Babək Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(079)-312/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək Naxçıvan Muxtar Respublikası Babək rayonu, Yuxarı Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən X1 rəhbərlik etdiyi könüllü dəstənin siyahısının iş üzrə ərizəçi İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. 05 may 1983-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1964-cü ildə Babək rayonu, Cəhri kəndində doğulmuş İddiaçı xx.xx.1983cü ildən xx.xx.1985-ci ilə qədər hərbi xidmət keçmişdir. İddiaçının hərbi biletində onun döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Bab ək Rayon İcra Hakimiyyəti Aşağı Buzqov Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 sentyabr 2020-ci il tarixli, 16 nömrəli arayışdan görünür ki, daşnaq ermənilər torpaqlara hücum edən zaman 1990-1992-ci illər zamanı Muxtar Respublikanın sərhəd torpaqları və yaşayış məntəqələri həmin dövrdə nizami ordu olmadığından sərhədlər həmin yaşayış məntəqələrində yaşayan qeyrətli oğulların və Muxtar Respublikanın şəhər, rayon və kəndlərində yaradılmış könüllü müdafiə döyüşçülərinin qəhrəmanlıqları hesabına düşməndən qorunub saxlanılmışdır. Həmin dövrdə Babək rayonunun düşmənlə sərhəddə yerləşən Aşağı Buzqov, Yuxarı Buzqov və Gərməçataq kəndlərində yuxarıda göstərildiyi kimi həm yerli kənd sakinlərinin, həm də Babək rayonunun bütövlükdə qəsəbə və kəndlərində yaradılmış könüll ü müdafiə döyüşçülərinin yüksək qəhrəmanlığı və vətənpərvərliyi hesabına qorunmuşdur. İddiaçı həmin döyüşlər zamanı Yuxarı Buzqov kəndinin müdafiəsində iştirak etməsi könüllü müdafiə dəstə üzvləri və həmin vaxtı döyüşlərdə iştirak etmiş Yuxarı Buzqov sakinləri tərəfindən təsdiqlənə bilər. Lakin hazırda İddiaçı və onun kimi həmin hadisələr zamanı bu kəndlərin müdafiə döyüşlərində iştirak edənlər haqqında hər hansı rəsmi sənəd və imtiyaz vermək nümayəndəliyin səlahiyyəti daxilində deyil. Ona görə də bu haqda səlahiyyəti olan müvafiq idarələrə müraciət edilməsi xahiş edilmişdir. Ərizədə ada edilən düzəliş ilə bağlı həmin adın onun iştirak etdiyi könüllü müdafiə dəstəsinə rəhbərlik və ya komandirlik edən şəxs tərəfindən yazıldığı qeyd edilmişdir. Bu barədə qeydiyyatda olduğu nümayəndəliyə müra ciət edilməsi məsləhət görülmüşdür. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı – Azərbayc an Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş ə məliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfində n verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq vetera n vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən veril ir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi 1992-ci ildə Babək rayon A. Buzqov Kənd sovetinin verilən arayışında adının 20-ci sırada qeyd olunması və Babək Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(079)-312/2020 nömrəli qətnaməsi ilə könüllülər dəstəsinin tərtib olunmuş siyahısında 20-ci sırada adının olmasının öz əksini tapması, məhkəmənin şahidləri dindirməməsi, məhkəmənin sübutlara heç bir hüquqi qiymət verməyərək nəticədə əsassız qərar qəbul etməsi ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi işin 13-cü vərəqində olan könüllü dəstənin komandiri kimi göstərilmiş İbrahim Sultanov adlı şəxs tərəfindən tərtib olunmuş könüllü dəstənin siyahısının 20-ci sırasında adının göstərilməsi və Buzqov kən d icra nümayəndəsinin həmin siyahını tərtib edən İ.Sultanovun imzasını təsdiq etməsi onun könüllü özünümüdafiə dəstəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsini sübut edən sənəd kimi qəbul edilə bilməz. Bundan əlavə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsini sübut edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Şəxsin döyüşlərdə iştirakını sübut edən sənədlər dedikdə-silahın təhkim edilməsinə dair əmrlərdən çıxarışlar, xəsarət (yaralanma, kontuyziya,travma) alma haqqında arayışlar, onun orden və medallarla təltif olunmasına dair vəsiqələr, döyüşlərdə iştirakına dair sənədlər nəzərdə tutulur. Bundan əlavə o silahla təchiz olunmuş qaydada döyüş əməliyy atlarında iştirak etməlidir. Babək Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(079)-312/2020 nömrəli qətnaməsi ilə könüllü dəstənin siyahısının iş üzrə ərizəçi İddiaçı məxsus olması faktının müəyyən edilməsi isə onun döyüş əməliyyatlarında iştirak etməsi faktının təsdiq edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü banədinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilmə sinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. İşin araşdırılmış hallarından da göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halların müəyyən edilməsi üçün zəruri olan bütün sübutları toplamış, qanuna və ya digər normativ hüquqi aktlara əsasən sübutetm ə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq edilə bilməməsi halı nəzərə alınmaqla işdə olan sübutlara qanunun tələblərinə uyğun hüquqi qiymət vermiş və hazırda da inzibati iş üzrə apellyasiya şikayətində adları göstərilən şahidlərin dindirilməsi zərurəti yoxdur. Ona görə də kollegiya iddiaçının yuxarıda apellyasiya şikayətində göstərdiyi həmin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərt lərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən apellyasiya şikayətinin dəlillərini məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla işə düzgün nəticə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Qeyd olunanlara əsasən kollegiya belə hesab edir ki, a pellyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Buna görə də iş üzrə İddiaçı apellyasiya şikayəti təmin olunmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 81.1, 82, 87.6, 87.8, 89, 90 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(122)114/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərar inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-22/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-22/2022
06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver