Məhkəmə qərarları › İş №2-1(108)-22/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-22/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-22/2023 26.07.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Kuimova Vera Gennadiyevna və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(122)-55/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə 16 dekabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası İnzi bati Məhkəməsinə müraciət edərək ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 21(122)-55/2023 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız hesab edilərək rədd edilmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı vəkili Vəkil 25 mart 2023-cü il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 202 3-cü il tarixli, 2-1(122)-55/2023 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(108)-14/2023 nömrəli qərardadı ilə İddiaçı vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə vəkilin şikayət vermək səlahiyyətinə malik olduğunu təsdiq edən vəkalət apellyasiya şikayətinə əlavə olunmadığından apellyasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Daha sonra İddiaçı apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə 28 aprel 2023-cü il tarixdə ərizə və apellyasiya şikayəti ilə müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(122)-55/20 23 nömrəli qərarı üzrə apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmasını, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(108)-22/2023 nömrəli qərardadı ilə İddiaçı Naxçıvan MR İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(122)-55/2023 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnziba ti Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(122)-55/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət mümkün hesab edilmişdir. İddiaçı şikayətinidə göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona ünvanlanmış 22 noyabr 2022-ci il tarixli, 413-12741 nömrəli məktubdan məlum olur ki, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılımış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.1992-ci il tarixdən sonra hərbi xidmət və ordu sıraları ndan qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə “müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 95 saylı əmrdən çıxarışdan görünür ki, o, 24 mart 1992-ci il tarixdən qeydiyyata alınaraq bütün tələbatlarla təmin olunmuşdur. 3100/199 nömrəli stasionar xəstənin tibbi kartasından aydın olur ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “güllə yarası” diaqnozu ilə müalicə almışdır. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 yanvar 2023-cü il tarixli, HP-14/92 nömrəli məktubdan məlum olur ki, “Ordubad rayonunun Dəstə kənd sakini, 22 mart 1973-cü il təvəllüdlü İddiaçı” barəsində Na xçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda cinayət işi və ya araşdırma materialı olmamışdır”. Məhkəmə belə hesab etmişdir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlarının tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçməsini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa qanunvericiliyin tələblərinə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada xidmət keçməsi və tərxis olunmaması onun “döyüş əməliyyatları apara n hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda da baş verməlidir. Lakin, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Bundan əlavə, iddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə heç bir məlumat aşkar edilməmişdir. Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda dö yüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərba ycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağı rış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərb aycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeydə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərb aycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. iddiaçının hərbi hissəni özbaşına tərk etməsi və bununla əlaqədar məhkum olunması barədə heç bir sənəd olmadığından bu Əsasnamə ona şamil oluna bilməz. Məhkəmə belə bir qənaətə gəlmişdir ki, o, xidmət yerini öz başına tərk etdiyi üçün Azərbaycan Respubl ikası Silahlı Qüvvələrindən qanuni əsaslarla tərxis olunmamışdır. Bu mənada iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsinə mane olur. İddiaçı şikayətində məhkəmənin gəldiyi nəticəni yanlış hesab edərək göstərmişdir ki, onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən qanuni əsaslarla xaric olunmamağı müharibə veteran satatusunu əldə etməsinə maneə yaratmır. O, 24 mart 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Milli Müdafiə Komitəsinin 95 saylı əmrinə əsasən hərbi xidmətə çağrılmış, müharibə bölgələrində vuruşmaqla yaralanmışdır ki, bu hal onun müharibə veteranı statusu əldə etməsinə kifayət edir. Şikayətə qarşı etiraz daxil olma mışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanının nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(122)-55/2023 nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi ba rədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə hazırki iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizli yi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin forması na və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayə tinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını iddiaçının izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 22 noyabr 2022-ci il tarixli, 413-12741 nömrəli məktubda göstərilmişdir ki, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilmə si üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.1992-ci il tarixdən sonra hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. 02 avqust 2022-ci il tarixdə AR SHXÇDX-nin Naxçıvan MR Ordubad Rayon Şöbəsi tərəfindən verilmiş SX seriyalı, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətinin 20-ci səhifəsindən aydın olur ki, Əkbərov X3 MR Milli Müdafiə Komitəsini özbaşına tərk etmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli, HP01/36 nömrəli və Naxçıvan MR Hərbi Prokurorunun xx.xx.2022-ci il tarixli, HP-14/598 nömrəli məktublarına əsasən hərbi uçota götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 95 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 24 mart 1992-ci il tarixdən qeydiyyata alınaraq bütün tələbatlarla təmin olunmuşdur. Ordubad Rayon İcra Hakimiyyətinin Dəstə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli, 565 nömrəli arayışdan məlum olur ki, Ordubad rayonu, Dəstə kənd sakini İddiaçı həqiqətən, Ordubad rayonunun Dəstə kəndində yaşayır və təsərrüfat qeydiyyatında dayanır. 3100/199 nömrəli stasionar xəstənin tibbi kartasından aydın olur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “güllə ya rası” diaqnozu ilə müalicə almışdır. 1525 nömrəli stasionar xəstənin tibbi kartasından aydın olur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “sağ baldır nahiyəsinin dəlib keçən güllə yarası” diaqnozu ilə müalicə almışdır. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş 12 yanvar 2023-cü il tarixli, HP-14/92 nömrəli məktubdan məlum olur ki, Ordubad rayonunun Dəstə kənd sakini, 22 mart 1973cü il təvəllüdlü İddiaçı barəsində Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda cinayət işi və ya araşdırma materialı olmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş N yanvar 2023-cü il tarixli, 33 nömrəli arayışdan aydın olur ki, Əkbərov X3 Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 95 nömrəli əmrlə (§ 1, sıra nömrəsi 21) hərbi xidmətə qəbul edilmişdir. İddiaçı xidməti, döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. Naxçıvan Muxtar Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş 19 yanvar 2023-cü il tarixli, 3-43-69/2-19/2023 nömrəli məktubdan məlum olur ki, Ordubad rayonu, Dəstə kənd sakini, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə Ordubad Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Naxçıvan Müdafiə Komitəsinə göndərilmiş və xidmət yerini öz başına tərk etdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən qanuni əsaslarla tərxis olunmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorunun xx.xx.2006-cı il tarixli, HP-01/36 nömrəli məktubuna və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun xx.xx.2022-ci il tarixli, HP-14/598 nömrəli məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsində hərbi qeydiyyata alınmışdır. İddiaçı döyüşlərdə iştirak edib-etməməsi barədə Şöbədə heç bir məlumat yoxdur. İddiaçı adı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsində olan döyüşdə iştirak edənlərin siyahısında yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin iddia ərizəsinə etirazında göstərilmişdir ki, Azərbaycan Respublikası, Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bila vasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bənd inə əlavə olunmuş qeyddə göstərilmişdir ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilən N nömrəli, 15 oktyabr 2022-ci il tarixli arayışa əsasən iddiaçının 24 mart 1992-ci il tarixdən sonra hərbi xidməti və xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat aşkar edilməmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edirlər ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlarının tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçməsi sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da, təqdim olunmalıdır. Bundan başqa qanunvericiliyinin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada xidmət keçməsi və tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs“ statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda da baş verməlidir. Lakin, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Bundan əlavə, iddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə heç bir məlumat aşkar edilməmişdir. Hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğ unu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. İddiaçının hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. “Hərbi xidmət haqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Hərbi qulluqçuların ehtiyyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında" 23 yanvar 1996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar 1996-cı il tarixli əmrin 1-ci bəndində qeyd edilmişdir ki, 10 fevral 1996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədl əri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göründüyü kimi, müharibə dövründən sonra səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılması 1996-ci ildən başlamış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular hərbi xidmət keçmiş hesab edilməlidirlər. Belə ki, həmin dövrdə aktiv döyüş əməliyyatları aparıldığı və bu səbəbdən də hərbi xidmətdən ehtiyata buraxılma dayandırılmışdır. 10 may 1994-cü ildə atəşkəs əldə olunmuş, bundan bir müddət sonra, yəni 1996-cı il tarixdən səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılmışdır. Kollegiyada işə baxılarkən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Ordubad Rayon Bölməsi tərəfindən göndərilmiş 24 iyun 2023-cü il tarixli, 3-48-69/2-380/2023 nömrəli məktuba əlavə olunmuş sənədlərdən aydın olur ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininə ünvanlanmış məktubda İddiaçı xx.xx.1992ci il tarixdə Ordubad rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Naxçıvan Müdafiə komitəsinə göndərilməsi, xx.xx.1992-ci il tarixdə Sədərək döyüş bölgəsində sol ayağından yaralanaraq Naxçıvan Muxtar Respublikası Xəstəxanasında xx.xx.1992-ci il tarixədək müalicə olunması və bir daha hərbi xidmət yerinə qayıtmaması qeyd edilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Respublik ası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 02/340 nömrəli məktubda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1993-2015-ci illərə dair, Ordubad Rayon Məhkəməsinin 1992-2014-cü illərə dair sənəd materiallarında İddiaçı aid hər hansı bir məlumat mövcud deyil. Kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli, 3-48-4/2-1293/2023 nömrəli məktubda sorğunun aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Ordubad Rayon Bölməsinə göndərildiyi qeyd olunur. Kollegiy anın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli 12/2-30-6546 nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməmiş, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hər hansı hərbi hissədə xidmətdə olmamış şəxs (könüllü, özünümüdafiə dəstələri) barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olub-olmamasına dair məlumat verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai bi rliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə A zərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqan lara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışla r və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Kollegiya qeyd edir ki, əsasnaməyə edilmiş həmin dəyişikliyə uyğun olaraq şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsi müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri olmaqla şəxsin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməsi yalnız hərbi biletlə deyil, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə də təsdiq edilməlidir. Kollegiya iddiaçının şikayətində qeyd etdiyi məhkəmənin gəldiyi nəticəni yanlış hesab etməsi, onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən qanuni əsaslarla xaric olunmamağının müharibə veteranı statusunu əldə etməsinə maneə yaratmaması, onun 24 mart 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Milli Müdafiə Komitəsinin 95 saylı əmrinə əsasən hərbi xidmətə çağrılması, müharibə bölgələrində vuruşmaqla yaralanması, bu halın onun müharibə veteranı statusu əldə etməsinə kifayət etməsi ilə bağlı dəlillərini müzakirə edərək qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N yanvar 2023-cü il tarixli, 33 nömrəli arayışdan aydın olur ki, iddiaçı Əkbərov X3 Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 95 nömrəli əmrlə (§ 1, sıra nömrəsi 21) hərbi xidmətə qəbul edilmiş, lakin onun xidməti, döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “güllə yarası” diaqnozu və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “sağ baldır nahiyəsinin dəlib keçən güllə yarası” diaqnozu ilə müalicə alması barədə stasionar xəstənin tibbi kartasında məlumat olsa da iddiaçının həmin xəsarəti hansı şəraitdə almasını təsdiq edən sübutlar, eləcə də onun əlilliyinin müəyyən olunması barədə sübutlar, həmçinin onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair sübutlar işə baxılması zamanı müəyyən edilməmişdir. Əksinə SX seriyalı, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətinin 20-ci səhifəsindən aydın olur ki, Əkbərov X3 MR Milli Müdafiə Komitəsini özbaşına tərk etmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli, HP01/36 nömrəli və Naxçıvan MR Hərbi Prokurorunun xx.xx.2022-ci il tarixli, HP-14/598 nömrəli məktubları na əsasən hərbi uçota götürülmüşdür. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Ordubad Rayon Bölməsində saxlanılan sənədlərə əlavə edilmiş izahatında göstərmişdir ki, xx.xx.1992-ci il tarixdə Ordubad rayon hərbi komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Naxçıvan Müdafiə komitəsinə göndərilmiş, xx.xx.1992-ci il tarixdə Sədərək döyüş bölgəsində sol ayağından yaralanaraq Naxçıvan Muxtar Respublikası Xəstəxanasında xx.xx.1992-ci il tarixədək müalicə olunmuş, daha sonra Bakı şəhərində adını bilmədiyi xəstəxanada 35 gün müalicə almış, sonra evə göndərilmiş və bir daha hərbi hissəyə qayıtmamışdır. İddiaçı kollegiyada işə baxılarkən verdiyi izahatında da həmin vaxt müalicədən s onra bir daha xidmət yerinə qayıtmadığını və aldığı xəsarətlə əlaqədar ona əlillik verilmədiyini təsdiq etmişdir. Kollegiya qeyd edir ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, hərbi xidmət keçməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu ə ldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Göründüyü kimi, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar.İddiaçının isə hərbi xidmət keçməsi, döyüşlərdə iştirakı və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə hər hansı bir məlumat mövcud deyil. İddiaçının hərbi hissəni özbaşına tərk etməsi və bununla əlaqədar məhkum olunması barədə heç bir sənəd olmadığından həmin Əsasnamənin ona şamil olunmaması barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki,cavabdeh inzibati orqan iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edərkən iddiaçının qeyd etdiyi əsaslara deyil,onun xx.xx.1992-ci il tarixdən sonra hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumatın olmamasına istinad etmişdır. Kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Kollegiya qeyd edir ki, yuxarıda göstərilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə də müəyyən olunduğu kimi bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) a lma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı müvafiq inzibari aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsin ə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də İddiaçı şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(122)-55/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87.6, 87.8, 89, 90, 94.1-ci maddələrinin tələb lərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(122)-55/2023 nömrəli qərarından İddiaçı verdiyi şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 21(122)-55/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar