Məhkəmə qərarları › İş №2-1(108)-22/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-22/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-22/2024 29.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X5 ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli, 4/3-1085 nömrəli imtina məktubunun əsassız hesab edilməsi və ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(122)-46/2 024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 04 aprel 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli, 4/31085 nömrəli imtina məktubunun əsassız hesab edilməsi və ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tari xli, 21(122)-46/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli, 4/31085 nömrəli imtina məktubunun əsassız hesab edilməsi və ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 21(122)-46/2024 nömrəli qərarından narazı qalan İddiaçı 02 fevral 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(122)-46/2024 nömrəli qərarının ləğv olunması və ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(122)-46/2024 saylı qərarı ilə iddia tələbi mümkünsüz hesab edilərək təmin edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qərar çıxararkən ona əsaslanmışdır ki, iş materiallarına əlavə olunmuş hərbi bilet əvəzi 3 №-li arayışa əsasən o-xx.xx.1972-ci il təvəllüdlü ehtiyatda olan hərbi vəzifəli İddiaçı xx.xx.2022-ci ildən Azərbaycan Respublikası Səfərbərlik və Hər bi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsində (şöbəsində, bölməsində) hərbi qeydiyyatdadır. xx.xx.1992-ci il tarixli, 198-№-li əmrlə X8 təyin olunsa da onun döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılmağı barədə məlumat yoxdur, həmçinin o 758-№-li hərbi hissədə müddətli hərbi xidmətdə olduğu dövrlərdə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarının aparıldığı vaxt hərbi hissəni özbaşına tək edərək xidmət yerinə qayıtmamağına görə fərari əsgər kimi hərbi hissənin qeydiyyatından çıxarılmışdır. Əlavə olaraq məhkəmə yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödəni ldiyi təqdirdə verildiyini və müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıdığını bildirmiş, onun döyüş əməliyyatlarında iştirak etməyi öz təsdiqini tapmadığını və yuxarıda istinad edilən normalarda nəzərdə tutulmuş dispazisiya şərtləri baxımından ona müharibə veteranı adının və vəsiqəsinin qanunvericiliyin tələblərinə zidd olduğunu bildirərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinasını qanunvericiliyin tələblərinə uyğun olduğunu bildirərək iddia tələbini mümkünsüz hesab etmişdir. O, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(122)-46/2024 nömrəli qərarı ilə razı dey il və aşağıda göstərilənlərə görə qərarı əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Belə ki, məhkəmə baxışı iclasları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan keçirilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən təqdim olunmuş sorğuya cavab məktubuna əsasən cavabdeh orqanın mənafeyinə uyğun qərar qəbul etmişdir. Qeyd olunan sorğuya cavab məktubunda onun döyüş əməliyyatlarının aparıldığı və sonrakı dövrlərdə hərbi hissəni özbaşına tərk etdiyi, döyüşlərdə iştirakı və sonrakı xidməti haqqında məlumat olmadığını formal olaraq qeyd edərək məhkəməyə bununla bağlı hər hansı bir əsaslı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Prokurorluğu Naxçıvan Hərbi Prokurorluğundan verilmiş cavab məktubunda isə barəsi ndə hər hansı bir cinayət işi və ya araşdırma materialının olmadığı bildirilmişdir. Bildirir ki, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il 216 saylı Qərarının 1ci bəndinin 9-cu abzasında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tər tər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonların ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçimiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyy atlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X7 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəs arət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin 12-ci abzasının qeyd 1-də göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmayə, fərariliyə yə ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd etmək istəyir ki, o 1992-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılaraq X12 Komitəsinin xx.xx.1992-ci il tarixli, 198-№-li əmri ilə X8 təyin edilərək xx.xx.1994-cü il tarixdə atəşkəs elan olunan tarixədək Şərur (Kəngərli) rayon Qıvraq qəsəbəsinə yerləşən və döyüş əməliyyatları aparan Qıvraq Polkunun tərkibində Şərur rayon ərazisində yerləşən Ağbulaq, Bəysal və Eyvazxan döyüş postlarında Azərbaycan Respu blikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında fədəkarlıqla iştirak etmiş, və müvafiq qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində 1 gün hərbi xidmət keçmiş şəxşlərə müharibə veteranı adının və müvafıq vəsiqənin verilməsi göstərilmişdir. Qeyd olunanlara əsasən bildirir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə atəşkəs elan olunan günədək 1 il 10 ay 9 gün ərzində Şərur (Kəngərli) rayon Qıvraq qəsəbəsinə yerləşən və döyüş əməliyyatları aparan Qıvraq Polkunun tərkibində Şərur rayon ərazisində yerləşə n Ağbulaq, Bəysal və Eyvazxan döyüş postlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında fədakarlıqla iştirakı nəzərə alınaraq ona müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsini qanunun tələblərinə uyğun hesab edir. Əlavə olaraq bildirir ki, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1996-ci il tarixədək həqiqi hərbi xidmətdə olmağı və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə atəşkəs elan olunan günədək Şərur (Kəngərli) rayon Qıvraq qəsəbəsinə yerləşən və döyüş əməliyyatları aparan Qıvraq Polkunun tərkibində Şərur rayon ərazisində yerləşən Ağbulaq, Bəysal və Eyvazxan döyüş postlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyya tlarında iştirakının şahid ifadələri ilə də təsdiq edilməsi üçün iddia ərizəsinə sənədləri əlavə olunmuş şahidlərin məhkəmə baxışı iclasına çağırılaraq dindirilməsinin təmin olunmasını məhkəmədən xahiş edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab et mişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, şikayətinin təmin edilməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(122)-46/2024 nömrəli qərarının ləğv edilməsini və ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən e dilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, Azərbaycan Respublikası MPM-in 372.7- ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan R espublikası Müdafiə Nazirliyinin iddia ərizəsinə etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə istinad edilərək bildirilmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxı lmasıdır. Şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlədə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdi r. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4309 nömrəli arayışa əsasən iddiaçının döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması barədə heç bir məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Cavabdeh etirazında həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kol legiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatilqtisadi Kollegiyasının 20 iyun 2N7-ci il tarixli, 2-1(102)-1161/2N7 nömrəli iş üzrə qərarına istinad etmiş və göstərilənləri nəzərə alıb, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi h issə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının X üsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2N8-ci il tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Kollegiya qeyd edir ki, göstərilən Əsasnaməyə uyğun olaraq şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsi müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri olmaqla şəxsin döyüş əməliyyatları aparan hərbi hissənin tərkib ində xidmət keçməsi yalnız hərbi biletlə deyil, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə də təsdiq edilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı Seyidov X1 Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 198 №-li əmrlə X8 təyin olunmuş, onun döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması bəradə məlumat yoxdur. Həmçinin o, N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olduğu dövrdə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarının aparıldığı vaxt hərbi hissəni özbaşına tərk edib, xidmət yerinə qayıtmadığına görə fərari əsgər kimi hərbi hissənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi iddiaçının hərbi xidmətd ən ehtiyata qanunla müəyyən edilmiş qaydada buraxıldığına dair sübut yoxdur. İddiaçının barəsində cinayət işi və hər hansı təqsirləndirici materialın olmaması faktına istinad etməsi isə yuxarıda qeyd olunan normaların müddəaları baxımından onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunduğunu özü-özlüyündə ehtiva etmir. Hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərtinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını ə saslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4309 nömrəli arxiv arayışında göstərilmişdir ki, Seyidov X1 Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 198 nömrəli əmrlə X8 təyin olunub. İddiaçı döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. İş materiallarında olan İddiaçı Naxçı van Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən verilmiş hərbi bilet əvəzi 03 nömrəli müddətsiz arayışdan görünür ki, həmin arayış verilir 1972-ci il təvəllüdlü ehtiyatda olan hərbi vəzifəli İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.2022-ci ildən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsində (şöbəsində, bölməsində) hərbi qeydiyyatdadır. Hərbi rütbəsi: əsgər HUİ: 050N6, hərbi xidmətə yararlılıq dərəcəsi: yararlı, hərbi xidmət keçməsi: xx.xx.1992ZZ, Hərbi bilet əvəzi arayışın verilmə səbəbi: 50 yaşının tamam olmasıdır. Arayışın arxa tərəfində aparılmış qeyddən görünür ki, N saylı hərbi hissənin xx.xx.2022-ci il tarixli, 4309 nömrəli arxiv arayışına əsasən, xx.xx.199 2-ci il tarixdə Şərur regional qərərgahına təyin olunub, İddiaçı döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən birinci instansiya məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 noyabr 2023-cü il tarixli, 4871 nömrəli məktubunda qeyd olunur ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı, əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının apa rıldığı dövrdə (1991-ci ilin oktyabrın 09-dan, 1994-cü ilin may ayının 10-dək) hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Vətəndaş İddiaçı N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olduğu dövrdə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarının aparıldığı vaxt hərbi hissəni özbaşına tərk edib, xidmət yerinə qayıtmadığına görə fərari əsgər kimi hərbi hissənin qeydiyyatından çıxarılıb. Yuxarıda sözügedən qərarın tələblərinə uyğun olaraq ona arxiv arayışının verilməsi qanunauyğun hesab edilmir. Əlavə olaraq bildirilir k i, vətəndaş İddiaçı 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə və X9 müraciət edib döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk edib xidmət yerinə qayıtmadığına görə ona xidməti barədə arxiv arayışının verilməsi qanunauyğun hesab edilməmiş, bu barədə özünə və müvafiq ünvanlara məlumat göndərilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinasını N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 4309 nömrəli arayışına əsasən iddiaçının döyüşlərdə iştirakı və ehtiyata buraxılmağı barədə məlumatın olmaması ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İşin araşdırılmış hallarından da göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halların müəyyən edilməsi üçün zəruri olan bütün sübutları toplamış, qanuna və ya digər normativ hüquqi aktlara əsasən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq edilə bilməməsi halı nəzərə alınmaqla işdə olan sübutlara qanunun tələblərinə uyğun hüquqi qiymət vermiş və hazırda da inzibati iş üzrə apellyasiya şikayətində adları göstərilən şahidlərin dindirilməsi zərurəti yoxdur. Ona görə də kollegiya iddiaçının yuxarıda apellyasiya şikayətində göstərdiyi həmin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəll əsinin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(122)46/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə kom issiya"nın xx.xx.2023-cü il tarixli, 4/3-1085 nömrəli imtina məktubunun əsassız hesab edilməsi və ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(122)-46/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 21(122)-46/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar