Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-22/2025 13.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 21(122)-1062/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı pensiya kapitalına ödənilməyən vəsaitin (pulun) ödənilməsi və yenidə n hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək pensiya kapitalına ödənilməyən vəsaitin (pulun) ödənilməsi və yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 26 noyabr 2024-cü il tarixli, 2-1(122)-1062/2024 nömrəli qərardadı ilə İddiaçı iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsi nin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən norm anın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam fa ktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddia tələbi həmin iddiaya cavab verməli olmayan inzibati orqana qarşı irəli sürülmüşdür. Belə ki, iddia tələbinin birinci hissəsi İddiaçı (işçi) X8 MMC (işəgötürən) tərəfindən hesablanmış əməkhaqqına ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları ilə bağlı xüsusi hüququn predmeti olan əmək mübahisəsidir. İddia tələbinin ik inci hissəsi isə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid inzibati hüquqi məsələdir. Bununla bağlı məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri olan məhkəmənin yardım etmək vəzifəsi çərçivəsində həmin tələb təmin edilə bilərdi. Lakin hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı əmək pensiyasının artımla hesablanılmasına yönəldiyindən tələbin birinci hissəsi həll edilmədən tələbin ikinci hissəsinin təmin edilməsi həmin istiqamətdə məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsaslarını və işin faktiki hallarını tam aydınlaşdırmadan, iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığını tam dolğun aydınlaşdırmadan, iddiaçıya tam dolğun hüquqi yardım göstərmədən iddianı mümkün saymamışdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı 1977-ci ildən X4 işləmiş, 2014-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 2021ci ilin avqust ayının 23-nə qədər X4 əmək fəaliyyətini davam etdirmiş dir. İddiaçı işdən azad olunduqdan sonra əmək pensiyasının yenidən hesablanması ilə bağlı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə müraciət etmiş, yenidən hesablanma zamanı 2021-ci ilin müvafiq ayları üçün məcburi dövlət sosial sığorta haqları (sığortaedən, yəni işəgötürən tərəfindən ödənilməli olan 22 faiz) ödənilmədiyi üçün həmin aylar nəzərə alınmamışdır. Məhkəmə kollegiyası tərəfindən 2021-ci ilin müvafiq ayları üçün İddiaçı görə sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməməsinin səbəbi araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçının işləmiş olduğu müəssisənin, yəni “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti əsasında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 5s nömrəli sərəncamı ilə Cəmiyyətin 2021-ci il üzrə yaranmış 573416 manat məcburi dövlət sosial sığorta haqları borcu silinmiş, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu və “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır. İddiaçı qeyd edir ki, 2021-ci ilin iyun, iyul və avqust ayları üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və pensiyanın yenidən hesablanması ilə bağlı həmin qurumlara müraciətlər etsə də, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi səbəbindən onun müraciətinin təmin edilməsi mümkün olmamışdır. “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 5s nömrəli sərəncamını əsas gətir ərək, onun həmin dövr üçün borcunun silindiyini bildirmiş və ödənişi həyata keçirməkdən imtina etmişdir. Həmin sərəncamla 500 nəfərdən artıq şəxsin hüquqları pozulmuş, aidiyyəti orqanlara kollektiv müraciətlər olsa da nəticəsi olmamışdır. İddiaçı ilkin olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu və “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin məsləhəti ilə iddiasını geri götürmüş və pensiya kapitalına ödənilməyən vəsaitin (pulun) ödənilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə yenidən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraci ət etmişdir. Hesab edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının yığılmasına nəzarət Dövlət Vergi Xidməti tərəfindən həyata keçirildiyindən öhdəlik onun üzərinə qoyulmalıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifəsidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tər əfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Həmin Qanunun 29-cü maddəsinə əsasən sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “j” bəndinə əsasən işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarının vaxtın da və tam həcmdə ödənilməsini təmin etmək işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən işçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, «Sosial sığorta haqqında», “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 307.4-cü maddəsinə əsasən işçilərin sosial sı ğorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 34-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir. Həmin Konstitusiyanın 35-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, A zərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. Həmin Konstitusiyanın 39-cu maddəsinə (Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri) əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti: muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir; muxtar respublikanın büdcəsini icra edir; muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir; nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir; Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyət lərinə aid etdiyi digər məsələləri həll edir. Həmin Konstitusiyanın 40-cı maddəsinə (Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları) əsasən ümumi qaydalar müəyyən etdikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları başqa qayda müəyyən edilməmişsə, dərc edildiyi gündən qüvvəyə minir. Normativ hüquqi aktlar haqqında Naxçıvan Muxtar Respublikasının Qanunun 3-cü maddəsinə (qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi) əsasən konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır. Qeyri-norm ativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. Qeyrinormativ hüquqi aktlara aşağıdakılar aiddir: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarları; Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin sərəncamları; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamları; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları; bu maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər hüquqi aktlar. İddiaçı həmçinin qeyd edir ki, hazırkı iş üzrə onun hüquqi marağı təkcə 2021-ci ilin müvafiq ayları üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və pensiyasının yenidən hesablanması ilə kifayətlənmir. Ona 2014-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək p ensiyası təyin edilmiş, lakin 2021-ci ilin avqust ayının 23-nə qədər X4 əmək fəaliyyətini davam etdirmişdir. 2014-2021-ci illər aralığında bəzi aylarda da məcburi dövlət sosial sığorta haqları ödənilməmiş, bəzi aylarda ödənilsədə DSMF bunu nəzərə almamış və bu halları birinci instansiya məhkəməsinin diqqətinə çatdırsada məhkəmə qərardadında bu məsələlərə qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmalı idi. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddiaçının digər hüquqi marağı ondan ibarətdir ki, 2021-ci ilin müvafiq ayları üçün məcburi dövlət sosial sığorta haqları ödənilsin və həmin dövr onun sığorta stajına daxil edilməklə nəticədə pensiyası yenidən hesablansın. Lakin nəzərə alınmalıdır ki, “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti əsasında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 5s nömrəli sərəncamı ilə Cəmiyyətin 2021-ci il üzrə yaranmış 573416 manat məcburi dövlət sosial sığorta haqları borcu silinmişdir. Borcun silinməsi bu qənaətə gəlməyə əsas verir ki, 2021-ci ilin müvafiq ayları üçün “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqı borcu artıq mövcud deyil və onun tərəfindən hər hansı ödəniş həyata keçirilməyəcəkdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu hal iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmamalıdır. Çünki borc silinmiş olmasaydı “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsi və mübahisəli dövrün iddiaçının əmək pensiyasının yenidən hesablan masına əsas verən iş stajına daxil edilməsi imkanları mövcud olacaqdı. Nəzərə alınmalıdır ki, iddiaçı həmin aylar üzrə əmək haqqı almış, işçi kimi tərəfindən ödənilməli olan aylıq əmək haqqısının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənişləri həyata keçirilmiş, bununla da həmin ayların sığorta stajına daxil edilməsi üçün öz üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Sığortaedən, yəni işəgötürən tərəfindən ödənilməli olan 22 faiz sığorta haqqı ödənişinin həyata keçirilməməsi iddiaçının təqsiri ilə bağlı olmamışdır. Bu mənada 2021-ci ilin müvafiq ayları üçün “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqları borcunun Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən silinməsi məntiqi nəticə etibarilə həmin dövrün iddiaçının iş stajına sayılmasının hüquqi təminatı kimi şərh edilməlidir. Başqa cür yanaşma artıq iddiaçının hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxaracaqdır ki, bu da qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Belə olan halda, iddiaçının “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hesablanmış əməkhaqqına ödənilməli olan, lakin ödənilməyən və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 5s nömrəli sərəncamı ilə silinmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı xüsusi hüququn predmeti olan əmək mübahisəsi açmasına zərurət yoxdur. Bununla bağlı birinci instansiya məhkəməsinin göstərmiş olduğu hüquqi yardım işin hallarına uyğun deyildir. İddiaçının hüquqi marağının təmin edilməsi üçün 2021-ci ilin müvafiq ayları nəzərə alınmaqla əmə k pensiyasının yenidən hesablanması tələbi ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə, həmçinin onun qərarından narazı qaldığı təqdirdə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Ona görədə iddiaçıya bu istiqamətdə hüquqi yardım göstərilməsi məqsədəmüvafiqdir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərardad qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddiaçıya düzgün istiqamətdə hüquqi yardım göstərməmiş, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 noyabr 202 4-cü il tarixli, 2-1(122)-1062/2024 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 21(122)-1062/2024 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-22/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-22/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver