Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-23/2022 18.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinə qarşı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 22 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həva lə edilməsi tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(122)-82/2022 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin müdiri X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona 27 dekabr 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X10 şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli,01/A-14 saylı məktub) ləğv edilm əsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X10 şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(122)-82/2022 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 30 mart 2022-ci il tarixli ərizəsi təmin olunmuş, iddia tələbi dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X10 Şəxsin Culfa Rayon Şöbəsinin 08 fevral 2022ci il tarixli, 22 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi kimi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 21(122)-82/2022 nömrəli qərarı ilə (sədrlik edən: S.H.Novruzov) iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 22 nömrəli qərarı ləğv edilmiş və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsinə qərar verilmişdir. Məhkəmənin qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin müdiri X6 20 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzi bati kollegiyasına müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin müdiri X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, X7 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, xx xxxxxx 1962-ci il tarixdə anadan olmuş İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin 25 iyun 2020-ci il tarixli, 225 nömrəli qərarına əsasən 27 dekabr 2019-cu il tarixdən etibarən “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa gör ə güzəştli şərtlərlə 200,0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi 04 iyun 1984-cü il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeydlərə və arayışlara əsasən onun 25 il 29 gün ümumi, 18 il 6 ay xüsusi iş stajı vardır, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməkdədir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin m üvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi barədə qərarda göstərdiyi əsaslara münasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunu n 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi göstərilmişdir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 01 yanvar 2006-ci il tarixədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməsinə qədər, güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və iddiaçının işlədiyi peşənin Azərbaycan Res publikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında göstərilməsi. 1993-cü il yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 nömrəli Siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya o şərtlə təyin oluna bilər ki, həmin Siyahı üzrə çalışan kişilər 55 yaş ına çatmış olsunlar və azı 25 il iş stajı olmaqla bu müddətin azı 12 il 6 ayını, qadınlar isə 50 yaşına çatmış olsunlar və azı 20 il iş stajı olmaqla bu müddətin azı 10 ilini həmin işlərdə çalışmış olsunlar. Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə “bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir” müddəası bir neçə məsələni özündə ehtiva edir. İlk növbədə yalnız bu Qanunun 9-cu maddəsində göstərilən işlər nəzərdə tutulur. İkincisi Qanun qüvvəyə minənədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan insanlara tətbiq olunduğunu göstərir. Üçüncüsü 9.8-ci maddənin tətbiq dairəsi altına düşən şəxslərin yaşına və stajına tələblər artıq əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun müəyyən edilir. Qanunun 9.8-ci maddəsi ilə əlaqədar ən önəmli məqam pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir” müddəasıdır. Maddə yalnız yaşa və staja dair tələbləri əhatə edir. Maddənin əvvəlində mövcud qanunvericiliyə görə güzəştli pensiya hüququ verən işlər və müvafiq olaraq yaş və staj tələbləri qeyd olunmuşdur. Əgər “Əm ək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək şəxs güzəştli pensiya hüququ verən yerdə qanunvericiliklə müəyyən edilmiş tam staja yiyələnmişdirsə ona nisbətdə pensiya yaşı və tələb olunan staj əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən müəyyən edilir. Yaşa və staja görə tələblər dedikdə güzəştli şərtlərlə pensiya hüququ verən minimum yaş və minimum staj başa düşülür. Qeyd edilməlidir ki, iddiaçı 1962-ci il təvəllüdlüdür. Deməli iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2017-ci 01 iyul tarixdən sonra qüvvədə olan redaksiyasının tələbləri tətbiq edilməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilm əsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini də nəzərə almaq lazımdır. Həmin şərtə əməl olunmadığı halda Qanunun 9.8-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunmasına yol verilmir. İddiaçı tərəfindən təqdim edilmiş 04 iyun 1984-cü il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına və arayışlarına əsasən o, 01 dekabr 1979-cu il tarixdən 01 yanvar 1980-cı il tarixədək Kolxozlararası tikinti idarəsində, 22 aprel 1980-cı il tarixdən 06 mart 1981-ci il tarixədək Kommunal Müəssisələr Kombinatında fəhlə işlədikdən sonra 15 aprel 1981-ci il tarixdən 17 oktyabr 1983-cü il tarixədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 15 sentyabr 1983-c ü il tarixdən 17 oktyabr 1983-cü il tarixədək Culfa Rayon Taun əleyhinə şöbədə dezinfektor, 15 noyabr 1983-cü il tarixdən 01 noyabr 1986-cı il tarixədək X11 elektrik təchizatında, 10 yanvar 1987-ci il tarixdən 19 iyun 1987-ci il tarixədək qazanxanada, 19 iyun 1987-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək elektrik mantyoru vəzifəsinə işləmişdir. Beləliklə iddiaçının əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən 2006-cı il yanvar ayının 1dək 25 il 29 gün ümumi, 18 il 8 ay 17 gün xüsusi iş stajı və 18063,18 manat pensiya kapitalı, 01 yanvar 2006-cı il tarixdən 27 dekabr 2019-cu il tarixədək isə 11031,57 manat pensiya kapitalı olmaqla cəmi 29094,75 manat məbləğində pensiya kapitalı mövcuddur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanm ası aşağıdakı qaydada aparılmışdır: 64 yaş 6 ay (2019-ci ilin dekabr ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə pensiya yaşı) - 90 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi aylarının sayı) = 234 ay (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı = 29094,75: 234 = 124,33 < 200,0 (2019-ci il minumum pensiyanın məbləği). Hesablama: 25 il x 306 = 7650,0 x 2,3612 (indeks) = 18063,18 + 11031,57 (xx.xx.2006 xx.xx.2019) = 29094,75 / 234 (90+144) = 124,33< 200,0 (2019-ci il minumum pensiyanın məbləği). Beləliklə pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə (200 x 234) = 46800 manat təşkil etməli olduğu halda onun fərdi hesabının sığorta hissəsində 29094,75 manat pensiya kapitalı qeydə alınmışdır. Pensiyanın m inimum məbləği xx.xx.2017-ci il tarixdən 110,0 manat, xx.xx.2018-ci il tarixdən 116,27 manat, xx.xx.2019-cu il tarixdən 119,76 manat, xx.xx.2019-cu il tarixdən 160,0 manat, xx.xx.2019-cu il tarixdən 200,0 manat, xx.xx.2022-ci il tarixdən 240,0 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 46800 manat təşkil etməli olsa da onun qeydə alınmış pensiya kapitalı 17705,25 manat fərq ilə 29094,75 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Beləliklə iddiaçıya əmək pensiyasının tə yin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin 2.4.1-ci bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işləmiş olduğu müəssisə tərəfindən belə bir arayış təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublika sı Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilərək tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. X9 Respublikası İnzibati Məhkəməsinin qərarı qüvvədə saxlanacaqsa bu zaman vətəndaşın pensiyasının hesablama qaydasının qərarda göstərilməsi xahiş edilir. Çünki, Fondun ona əsaslanıb kapital nəzərə alınmadan güzəştli şərtlərlə yaşa görə pensiya hesablaması aparmasına dair qanunvericilikdə elə bir istinad yoxdur. Qeyd edək ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı təyin olunmasında 2017ci ilin iyulun 1-dən fərdi hesabın sığorta hissəsində minimum pensiyaya imkan verən kapitalın olması müddəası Qanunvericilik hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş, icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minmiş, təəssüflər olsun ki, dövlətin digər bir hakimiyyət orqanı olan Məhkəmə hakimiyyəti orqanının nümayəndəsi olan Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən Qanunun bu müddəalarına zidd qərar çıxarılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununda “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsind ə dəyişiklik edilərək müəyyən edilmiş xüsusi stajı toplamış şəxslərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu şərtlər isə bunlardır: Şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda pensiya hüququ yaranır. Göründüyü kimi yeni dəyişikliklərdən sonra 2022-ci il iyulun 1-dən İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır. Qanunvericiliyə əsasən İddiaçı 2022-ci il iyulun 1-dən əmək pensiyası təyin etmək mümkündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər bir daha Naxçıvan Muxtar Respublikasının İnzibati Məhk əməsinin qanuna əsaslanmayan düzgün qərar qəbul etməməsini ortaya çıxarır. Sonda cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin müdiri X2 Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2-1(122)-82/2022 nömrəli qərarının ləğv edilib, Naxçıvan Muxtar Respublikas Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 22 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2- 1(122)-82/2022 nömrəli qərarının ləğv edilmədiyi təqdirdə 2017-ci il iyulun 1-dən 2022-ci il iyulun 1-dək olan dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablam a formasının göstərilməsini kollegiyadan xahiş edir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin müdiri X6 apellyasiya şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2- 1(122)-82/2022 nömrəli qərarının ləğv edilib Naxçıvan Muxtar Respublikas Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 22 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasındakı izahatında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmaması, Naxçıvan Muxtar Respu blikası İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2- 1(122)-82/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosess ual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati mübahisəyə dair iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edib və birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya apellyasiya şikayətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarix li 2- 1(122)-82/2022 nömrəli qərarının ləğv edilmədiyi təqdirdə 2017-ci il iyulun 1-dən 2022-ci il iyulun 1-dək olan dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablama formasının göstərilməsini kollegiyadan xahiş edilməsinə münasibətdə qeyd edir ki, həmin tələb yeni tələbdir, birinci instansiyada işə baxılmanın predmeti olmamışdır. Ona görə də həmin tələb qəbul edilmir və ona baxılmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Kollegiya apellyasiya şikayətində qeyd olunan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Aparatının Audit şöbəsi tərəfindən Culfa rayon şöbə sində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı xx xxxxxx 1962-ci il tarixdə anadan olmuş İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin 25 iyun 2020-ci il tarixli, 225 nömrəli qərarına əsasən 27 dekabr 2019-cu il tarixdən etibarən “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200,0 manat məbləğində əmək pensiyası təyin edilməsinin məlum olması, İddiaçı təqdim etdiyi 04 iyun 1984-cü il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeydlərə və təqdim etdiyi arayışlara əsasən onun 25 il 29 gün ümumi, 18 il 6 ay xüsusi iş stajı olması, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi əmək pensiyasının min imum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin ışlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hi ssəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması, məhkəmənin “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi barədə qərarda göstərdiyi əsaslara münasibətdə isə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməli olması, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 01 yanvar 2006-ci il tarixədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmalı olması, bu hüququn 3 şərtə riayət edilməklə: iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında göstərilməsi ilə yaranması, 1993-cü il yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu n 13-cü maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 nömrəli Siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiyanın həmin Siyahı üzrə çalışan kişilər 55 yaşına çatmış olduqda və azı 25 il iş stajı olmaqla bu müddətin azı 12 il 6 ayını, qadınlar isə 50 yaşına çatmış olduqda və azı 20 il iş stajı olmaqla bu müddətin azı 10 ilini həmin işlərdə çalışmış olduqda təyin oluna bilməsi, Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədə k hər il 6 ay artırılması, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə “bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir” müddəası ilə ilk növbədə yalnız bu Qanunun 9-cu maddəsində göstərilən işlər nəzərdə tutulması, ikincisi Qanun qüvvəyə minənədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan insanlara tətbiq olunduğunu göstərməsi, üçüncüsü 9.8-ci maddənin tətbiq dairəsi altına düşən şəxslərin yaşına və stajına tələblərin artıq əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun müəyyən ediliməsi, Qanunun 9.8-ci maddəsi ilə əlaqədar ən önəmli məqamın pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir” müddəası olması, maddənin yalnız yaşa və staja dair tələbləri əhatə etməsi, maddənin əvvəlində mövcud qanunvericiliyə görə güzəştli pensiya hüququ verən işlər və müvafiq olaraq yaş və staj tələbləri qeyd olunması, əgər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək şəxs güzəştli pensiya hüququ verən yerdə qanunvericiliklə müəyyən edilmiş tam staja yiyələnmişdirsə ona nisbətdə pensiya yaşı və tələb olunan staj əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən müəyyən edilməsi, yaşa və staja görə tələblər dedikdə güzəştli şərtlərlə pensiya hüququ verən minimum yaş və minimum staj başa düşülməsi, iddiaçı 1962-ci il təvəllüdlü olduğundan iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2017-ci 01 iyul tarixdən sonra qüvvədə olan redaksiyasının tələbləri tətbiq edilməli olması, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini də nəzərə alınmalı olması, həmin şərtə əməl olunmadığı halda Qanunun 9.8-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunmasına yol verilməməsi, İddiaçı tərəfindən təqdim edilmiş 04 iyun 1984-cü il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına və arayışlarına əs asən onun 01 dekabr 1979-cu il tarixdən 01 yanvar 1980-cı il tarixədək Kolxozlararası tikinti idarəsində, 22 aprel 1980-cı il tarixdən 06 mart 1981-ci il tarixədək Kommunal Müəssisələr Kombinatında fəhlə işlədikdən sonra 15 aprel 1981-ci il tarixdən 17 oktyabr 1983-cü il tarixədək ordu sıralarında həqiqi hərbi xidmətdə olması, 15 sentyabr 1983-cü il tarixdən 17 oktyabr 1983cü il tarixədək Culfa Rayon Taun əleyhinə şöbədə dezinfektor, 15 noyabr 1983-cü il tarixdən 01 noyabr 1986-cı il tarixədək X11 elektrik təchizatında, 10 yanvar 1987-ci il tarixdən 19 iyun 1987-ci il tarixədək qazanxanada, 19 iyun 1987-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək elektrik mantyoru vəzifəsinə işləməsi, iddiaçının əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən 2006-cı il yanvar ayının 1-d ək 25 il 29 gün ümumi, 18 il 8 ay 17 gün xüsusi iş stajı və 18063,18 manat pensiya kapitalı, 01 yanvar 2006-cı il tarixdən 27 dekabr 2019-cu il tarixədək isə 11031,57 manat pensiya kapitalı olmaqla cəmi 29094,75 manat məbləğində pensiya kapitalı mövcud olması, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının 64 yaş 6 ay (2019-ci ilin dekabr ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə pensiya yaşı) - 90 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi aylarının sayı) = 234 ay (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı = 29094,75: 234 = 124,33 < 200,0 (2019-ci il minumum pensiyanın məbləği)hesablaması, hesablamanın 25 il x 306 = 7650,0 x 2,3612 (indeks) = 18063,18 + 11031,57 (xx.xx.2006 xx.xx.2 019) = 29094,75 / 234 (90+144) = 124,33< 200,0 (2019-ci il minumum pensiyanın məbləği) olması, pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə (200 x 234) = 46800 manat təşkil etməli olduğu halda onun fərdi hesabının sığorta hissəsində 29094,75 manat pensiya kapitalı qeydə alınması, pensiyanın minimum məbləğinin xx.xx.2017-ci il tarixdən 110,0 manat, xx.xx.2018-ci il tarixdən 116,27 manat, xx.xx.2019-cu il tarixdən 119,76 manat, xx.xx.2019-cu il tarixdən 160,0 manat, xx.xx.2019-cu il tarixdən 200,0 manat, xx.xx.2022-ci il tarixdən 240,0 manat məbləğində müəyyən olunması, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 46800 manat təşkil etməli olsa da onun qeydə alınmış pensiya kapitalı 17705,25 manat fərq i lə 29094,75 manat təşkil etməsi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməməsi,iddiaçıya əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından iddiaçının tələbi əsassız olması barədə dəlillərinə ümumilikdə qiymət verərək onları əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışa n sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun ol araq təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə ça lışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1-ci bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxı lması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı t əsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı 25 iyun 2020-ci il tarixli, 225 n ömrəli qərarına əsasən 27 dekabr 2019-cu il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilərkən vətəndaşın güzəştli şərtlərlə yaşa görə pensiya hüququ mövcud olmuşdur. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 il, 29 gün ümumi iş stajı, 18 il, 8 ay, 17 gün xüsusi iş stajı mövcud olmuşdur. Lakin inzibati orqan tərəfindən aparılmış audit yoxlaması zamanı iddiaçının yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olunduğu aşkar olunmuş, nəticədə 01 iyul 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş müvafiq əlavə və dəyişikliyin tətbiq edilməsi zərurəti yarandığı əsas gətirilərək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan təyin olunmuş pensiya inzibati orqanın 08 fevral 2022-ci il tarixli, 22 nömrəli qərarı ilə əsassız olaraq ləğv edilmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olaraq mübahisəni 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin mövcudluğu baxımından həll etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İstinad olunan normaların tələbinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajı, yəni ümumi və xüsusi stajı qazanmış olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iddiaçının 01 yanvar 2006-cı ilə qədər ümumi iş stajının azı 25 il olmaqla bunun da azı 12 il, 6 ayı güzəştli iş stajı olmalıdır. İddiaçıya münasibətdə hər iki hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş, həmçinin iddiaçının xüsusi iş stajının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında “XXİV Səhiyyə və Sosial Təminat İdarələri” bölməsində 22600000-1754a kodu altında tauna qarşı idarələrdə məşğul olan işçilər və “XXVİİİ Nəqliyyat” bölməsində 23001000-19825 kodu altında magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifələrinə uyğun gəldiyi aydın olur. İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iş stajına dair qanunun zəruri tələbləri ödənilməsi onun əmək kitabçasına və arxiv arayışlarına əsasən 01 yanvar 2006-cı ilə qədər 25 il 29 gün ümumi iş stajının, 18 il 8 ay 17 gün xüsusi iş stajının olması müəyyən olunur. Cavabdeh inzibati orqan tərəfindən pensiyanın ləğv edilməsinə səbəbi olaraq göstərdiyi yeganə əsas iddiaçının minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmaması tələbi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edildiyindən və həmin Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmadığından, əsassızdır. Kollegiya apellyasiya şikayətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin 2.4.1-ci bəndində Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməli olmasının qeyd edilməsi, iddiaçının işləmiş olduğu müəssisə tərəfindən belə bir arayış təqdim edilməməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dai r arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmasının tövsiyyə edilməsi barədə dəlilinə münasibətdə də göstərir ki, cavabdeh inzibati orqan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsi 08 fevral 2022-ci il tarixli, 22 nömrəli qərarında iddiaçının xüsusi iş stajını təsdiq edən arayışı təqdim etməməsinə əsaslanmadığından, bu hal araşdırma predmetinə daxil olmadığından həmin dəlil də əsassızdır. Ümumiyyətlə kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında apellyasiya şikayətində göstərilmiş dəlilləri hərtərəfli öyrənərək şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı təmin edərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İnzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilmədiyindən inzibati iş üzrə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinə qarşı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 22 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(122)-82/2022 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin müdiri X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(122)-82/2022 nömrəli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya qeyd olunan qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq yalnız məhkəmə icraatında tədqiq olunmuş və ba rələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81,87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinə qarşı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 22 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(122)-82/202 2 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin müdiri X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 21(122)-82/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-23/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-23/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver