Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-23/2023 05.07.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Kuimova Vera Gennadiyevna və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(1N)-23/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı 27 oktyabr 20N-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona Azərbaycan Respublikasının "müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 21(1N)-23/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı 08 may 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(1N)-23/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, o, xx.xx.1966-cı ildə Naxçıvan rayon Qahab kəndində anadan olmuş, 21 oktyabr 1984-cü il tarixdə Babək rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmiş, 24 oktyabr 1986-cı ildə keçmiş SSRİ ordusunun tərkibində Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vurub ehtiyyata buraxılaraq əmək fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 1992-ci ilin may ayının 23-də Naxçıvan MR Babək rayon hərbi komissarlığı tərəfindən səfərbər olunaraq X9 Komitəsinin sərəncamına göndərilmiş, NDM komitəsinin səfərbər etdiyi əsgərləri və döyüş yoldaşlar ilə birlikdə Sədərək rayon ərazisindəki 4 nömrəli postda torpaqları müdafiə edərək döyüşmüş, Sədərək ərazisində müvəqqəti atəşkəs olduqda i sə Müdafiə Komitəsinin sədri Elman Abbasov və Qulu müəllim onları postdan endirərək orada vəziyyət sakitləşdiyindən Babək rayonu Gərməçataq və Buzqov kəndlərinə Ermənistan tərəfindən hücum olunduğuna görə ora köməyə getmələrini demiş, onlar oradan birbaşa Gərməçataq kəndinə gedərək aktiv döyüşlərdə iştirak etmişlər. Həmin vaxt Buzqov kəndinin müdafiəsi zamanı X6 şəhid olmuş, onlar bir ay ərzində çətinliklə də olsa şəhid vermək bahasına belə vətəni qoruyaraq düşmənin irəliləməsinə imkan verməmişlər. Sonradan mərhum X13 X10 Ali Məclisinin sədri kimi geniş danışıqlar aparmış, ordu qurmaq məqsədi ilə müəyyən atəşkəslər olmuş və onlar geri qayıtmışlar. Həmin bir ay müddətində döyüşdə olduğu üçün 2 qat əmək haqqı almışdır. Veteranlar haqqında Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublika sının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N sentyabr 1995-ci il tarixli Qərar ilə təsdiq edilmiş müharibə veteranı və silahlı qüvvələr veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 9.10.1991-ci il tarixdən 10 may 1994-cü ilədək döyüş əməliyyatları aparan hərbi hissələr və orqanlar tərkibində hərbi xidmət etmiş şəxslərə bərabər tutularaq müharibə veteranı adı almaq üçün Müdafiə Nazirliyinə və digər qurumlara müraciət etsə də nədənsə müsbət cavab ala bilməmiş, məcburiyyət qarşısında qalaraq Naxçıvan Muxtar Respublikasının inzibati məhkəməsində iddia qaldırmış, lakin bütün dəlil və sübutların olm asına baxmayaraq iddiası təmin olunmamışdır. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və Naxçıvan Naxçıvan MR İnzibati Məhkəməsinin 18 a prel 2023-cü il tarixli, 2-1(1N)-23/2023 nömrəli qərarının tamamilə ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə g örə şikayət başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildiri lməlidir. Kollegiya iddiaçının izahatını dinləyərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, o, xx.xx.1966-cı ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N oktyabr 2019-cu il tarixli, 3958 nömrəli arayışın surətindən aydın olur ki, Hüseynov X8 Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1992- ci il tarixli, 155 nömrəli əmrlə (§ 1, sıra nömrəsi 40) Babək rayon Hərbi Komissarlığından səfərbərliklə xidmətə qəbul edilib və müvəqqəti olaraq X5n sərəncamına göndərilmişdir İş materiallarında olan Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/815 nömrəli arayışda İddiaçı Naxçıvan 5 №-li Tikinti trestindən çağırış müddətində aylar üzrə aldığı əməkhaqqlarının məbləğini əks etdirən cədvəl göstərilmişdir. Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/815 nömrəli arayışdan görünür ki, Naxçıvan 5 №-li Tikinti Trestinin sənədlərində İddiaçı xx.xx.1992-ci il tarixli, 26 K №-li əmrlə Babək Rayon Hərbi Komissarlığının verdiyi arayış əsasında xx.xx.1992-ci il 1150, 1151 №-li, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixlə rədək hərbi çağırışa əsasən ümumi qanuna əsasən əmək haqqı ödənilməsi əmr kitabında göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 663 nömrəli məktubundan məlum olur ki, İddiaçı X9 Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 155 nömrəli əmrlə Babək rayon Hərbi Komissarlığından səfərbərliklə xidmətə qəbul edilib, müvəqqəti olaraq X3 sərəncamına göndərildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 5073 nömrəli Azərbaycan Respublikası Vətən X2 vəsiqəsində İddiaçı “Veteranlar haqqında” Qanuna əsasən müharibə veteranlarına aid edilmiş bütün imtiyaz və güzəştlərdən istifadə etmək hüququna malik olduğu göstərilmişdir. İşə əlavə edilmiş ******* nömrəli hərbi biletin 7-ci səhifəsində İddi açı 1992-сi ilin may, iyun aylarında qoşun tərkibində əsgər kimi Gərmaçataq Sədərək döyüşlərində iştirak etməsi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.20N-ci il tarixli, 240 nömrəli arayışdan aydın olur ki, 1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1992-ci ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən təlim toplantısına çağrılaraq Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinə təhvil verilmişdir. Naxçıvan Muxtar Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 dekabr 20N-ci il tarixli, 909 nömrəli məktubdan məlum olur ki, xx.xx.1966-cı il təvəllüdlü Babək rayonunun, Qahab k ənd sakini İddiaçı xx.xx.1992-ci il tarixdə Babək Rayon Hərbi Komissarlığı tərəfindən təlim toplanışına çağrılaraq Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinə təhvil verilmişdir. Məktuba həmçinin xx.xx.1992-ci il tarixli, 443 nömrəli adlı siyahının təsdiq olunmuş surəti, N nömrəli hərbi hissənin xx.xx.2019-cu il tarixli, 3958 nömrəli arxiv arayışının təsdiq olunmuş surəti və N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixli arayışının təsdiq olunmuş surəti əlavə edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixli arayışının surətindən aydın olur ki, İddiaçı 25 may 1992-ci il tarixdən 23 iyun 1992-ci il tarixədək Gərməçataq zastavasında qulluq etmişdir. İnzibati işin materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 05 ok tyabr 20N-ci il tarixli, 4/3-11074 nömrəli məktubdan məlum olur ki, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.20N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. X7 Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və hərbi qulluqçu statusuna malik olub-olmamağı barədə məlumat olmadığına görə ona "müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadl ıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edi lir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia ərizəsinə etirazında göstərilmişdir ki, Azərbaycan Respublikası, Nazirlər Kabinetinin 1995-ci il N sentyabr tarixli 2N nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Qərara dəyişiklik edi məsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 4N nömrəli Qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli 4 №-li əmri ilə təsdiq olunmuş «Müharibə veteranı» «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi Qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndindən görünür ki, «müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olması nı sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o,1992-ci ildə Naxçıvanda yaradılmış Dövlət Müdafiə Komitəsinin tərkibində Sədərək rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın N iyul 20N-ci il tarixli, 4/3-8543 nömrəli məktubuna əsasən idddiaçının xidmət etdiyi X7 Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısına daxil edilməmişdir, iddiaçıya müharibə veteranı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edil ə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N sentyabr 1995-ci il tarixli, 2N saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”yə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tov uz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqç ulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşl ərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçının xidmət etdiyi X5 Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısına daxil edilməmiş, həmçinin idddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrindən qanuni əsaslarla tərxis olunması faktı öz təsdiqini tapmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarq qeyd edir ki, işə baxılarkən sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N iyun 2023-cü il tarixli, A-748 nömrəli arxiv arayışında göstərilmişdir ki, Hüseynov X8 Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 155 (§ 1, sıra nömrəsi 40) nömrəli əmrlə Babək rayon Hərbi Komissarlığından səfərbərliklə xidmətə qəbul edilib və müvəqqəti olaraq X3 sərəncamına göndərilib, lakin onun xidməti, döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. Kollegiya qeyd edir ki, iddiaçıya məxsus hərbi biletdə onun 1992-сi ilin may, iyun aylarında qoşun tərkibində əsgər kimi Gərmaçataq, Sədərək döyüşlərində iştirak etməsi barədə qeyd olsa da yuxarıda sadalanan normaların tələbinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı təsdiq edən hərbi bilet yalnız şəxsin hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda veteran adının verilməsi üçün əsas sayıla bilər. İşin araşdırılması zam anı belə bir halın olması (hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları) müəyyən edilməmiş, həmçinin iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarına əlavə olunmuş arxiv arayışında İddiaçı xx.xx.1992-ci il tarixdə Babək Rayon Hərbi Komissarlığı tərəfindən təlim toplanışına çağrılaraq Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinə təhvil verilməklə müvəqqəti olaraq X3 sərəncamına göndərilməsi öz təsdiqini tapsa da, onun hərbi xidmət keçməsi, döyüşlərdə iştirakı, hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə hər hansı bir məlumat mövcud deyil. Şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, hərbi xidmət keçməsini, həm də qanunla müəyyən edilmiş qaydad a hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Cavabdeh inzibati orqan iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinasını X3 Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması və iddiaçının hərbi qulluqçu statusuna malik olub olmaması barədə məlumatın olmaması ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən fa ktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.İddiaçı müvafiq inzibari aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də İddiaçı şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(1N)-23/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(1N)-23/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 21(1N)-23/ 2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-23/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-23/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver