Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-24/2021 26.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlunun heyətində, X2 məhkəmə iclas katibliyi, iddiaçı "xxxx" MMC-nin direktoru X12 və onun vəkili X3, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1, üçüncü şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi X4, üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X13 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2-1(122)-21/2021 nömrəli qərarından iddiaçı "xxxx" MMC-nin direktoru X12 və onun vəkili X3 verdiyi şika yətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin direktoru X12 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 21(122)-21/2021 nömrəli qərarı ilə iddiaçı "xxxx" MMC-nin direktoru X8 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyin in cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilmişdir. Məhkəmənin qərarından narazı qalan iddiaçı "xxxx" MMC-nin direktoru X12 və onun vəkili X7 01 sentyabr 2021-ci il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2-1(122)-21/2021 nömrəli qərarının tamamilə ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin direktoru X12 və onun vəkili X7 şikayəti onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər X6 13 sentyabr 1993-cı il tarixli qərarı ilə Naxçıvan şəhəri Ağamalıoğlu küçəsi, 1 nömrəli binanın 2400 m2 həyətyanı sahəsi, ümumi tikililərin sahəsi 621.03 m2 və köməkçi sahə 222.020 m2 sahə "Aydın” (əvvəlki adı ilə) kiçik müəssisəsinin mülkiyyətinə keçirilmiş və həmin müəssisə tərəfindən həmin sahələrin satılması ilə bağlı müvafiq ödənişlər ödənilmişdir. Həmin qərarda Naxçıvan şəhər təqaüdçülər sosial xidmət ərazi mərkəzinə həmin sahələrin balansdan çıxarılmasının təmin edilməsi tapşırılmışdır. Müvafiq qərarla Naxçıvan MR Texniki inventarlaşdırma bürosundan alğı-satqı müqaviləsinə əsasən satılan yuxarıda qeyd edilən sahənin şəxsi mülkiyyət sırasına daxil edilməsi və pasportlaşdırılması xahiş edilmişdir. Qeyd edilən torpaq sahəsinin və tikililərin satılması ilə bağlı qiymət aktı tərtib edilmiş, daşınmaz əmlak qiymətləndirilmiş və müəssisə tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Sonradan həmin daşınmaz əmlakın özəlləşdirilməsi X12 tərəfindən həyata keçirilmiş və qeyd edilən torpaq sahəsinə dair pasportlaşma işi aparılmışdır. Lakin sonradan üzrlü səbəblərdən torpaq sahəsinə aid olan həmin sənəd itirilmişdir. İtirilmiş sənədlə bağlı müvafiq inzibati orqana müraciət etsə də belə bir sənədin mövcud olmaması bildirilmişdir. Məcbur qalaraq müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X6 müvafiq qərarı əsasında alğısatqı müqaviləsi həyata keçirilmiş və həmin torpaq sahəsi (tikililərlə birlikdə) şəxsi mülkiyyətə keçirilmişdir. Hal-hazırda müvafiq qərarın hüquqi qüvvəsi qalmaqda davam edir və rəsmiləşdirilmiş alğı-satqı qərarın icrasından yaranmış alğı-satqıdır. Hal-hazırda həmin torpaq sahəsi faktiki olaraq müəssisənin istifadəsində və sahibliyində deyil, hətta qeyd edilən torpaq sahəsinin müəyyən hissəsi başqaları tərəf indən zəbt olunmuş və müəyyən tikililər tikilmişdir. Müəssisə olaraq hal- hazırda mülkiyyətə verilmiş həmin həyətyanı torpaq sahəsi və tikililər müəssisənin faktiki sahibliyində və istifadəsində deyildir. Müəssisə mülkiyyətinə verilmiş qeyd edilən daşınmaz əmlaklarla bağlı mülkiyyət hüquqlarını həyata keçirə bilmir və bu hüququ kobud şəkildə pozulmuşdur. Müvafiq qərar əsasında alğı-satqı prosesi həyata keçirilmişdir. "Aydınoğlu 92” MMC hal-hazırda öz şəxsi mülkiyyətinə verilmiş qeyd edilən daşınmaz əmlakla bağlı mülkiyyət hüququnun 3 elementinin heç birindən istifadə edə bilmir. 13 sentyabr 1993-cü il tarixli, Naxçıvan şəhər XDM-nin qərarı ilə qeyd edilən torpaq sahəsi “Aydın” kiçik müəssisəsinin mülkiyyətinə verilmiş və alğı-satqı prosesi həmin qərarda öz əksini tapmışdır. Daşınmaz əmlak haqqında qanuna müvafiq olaraq bu qərar əsasında həmin daşınmaz əmlak kiçik müəssisənin hüquqi varisi “Aydınoğlu 92" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Bu qərar qeydiyyat üçün əsas sənədlər sırasındadır, hansı ki, əvvəllər həmin daşınmaz əmlak barəsində “Aydın” kiçik müəssisəsinin adına pasportlaşma aparılmışdır. Hüquqi qüvvəsi mövcud olan qərar əslində həmin daşınmaz əmlakın mülkiyyətçisinin "xxxx" MMC-nin olduğunu təsdiqləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə mülkiyyət hüququ maddi hüquqi baxımdan daşınmaz əmlakın dövlət reyestrində əmələ gəlsə də, nəzərə almaq lazımdır ki, müvafiq qərar verilən zaman həmin Məcəllə hələ qəbul olunmamış və qüvvəyə minməmişdir. Sonradan 2006-cı ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqın da" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra məhz bu qanun qüvvəyə minməmişdən əvvəl qəbul olunmuş müvafiq qərarların, aktların, qeydiyyat vəsiqələrinin və sair sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı olan sənədlər siyahısına aid edilməsi göstərilmişdir. "Aydınoğlu 92” MMC qeyd edilən daşınmaz əmlakın müvafiq qərar əsasında tam mülkiyyətçisidir. Lakin bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi və qeydiyyata alınmasından imtina edilir. Bu tamamilə mülkiyyət hüququna birbaşa olaraq müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə müvafiq qərarın 7-ci səhifəsində cavabdeh inzibati orqanın hərəkətlərinin qanuni olduğunu qeyd edir və iddia mümkün olsa da əsassız olduğundan rədd olunması qənaətinə gəlir. Müvafiq qərarla tikililər və tor paq sahəsi müəssisənin mülkiyyətinə keçirilmişdir. Eyni zamanda qiymət aktı tərtib olunmuş və beləliklə, dolayı yolla alğı-satqı prosesi həyata keçirilmişdir. Məhkəmənin müvafiq qərarda istinad etdiyi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarına münasibətdə onu qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan sənədlər siyahısında X6 qərarları da əsas yer tutmaqdadır. Həmin qərarın 9-cu səhifəsinin 3cü abzasında özəlləşmənin aparılması ilə bağlı müvafiq qərar olsa da sonrakı mərhələlərin aparılması ilə bağlı sənədlərin iş materiallarında olmadığı qeyd olunur. Məhkəməyə müraciət etməkdə məqsəd məhz müvafiq qərar əsasında tikililərin və torpaq sahəsinin məhz məhkəmə qərarı ilə öhdəliyin cavabdehin üzərinə qoyulması olmuşdur. Özəlləşmənin sonrakı mərhələsi baş tutsa və əmlak qeydə alınsaydı, o zaman məhkəməyə müraciət etməyin əhəmiyyəti olmazdı. Məhkəmənin tələb etdiyi "Aydınoğlu 92” MMC-yə verilmiş yuxarıda qeyd edilən daşınmaz əmlakla bağlı çıxarış verilməli və həmin daşınmaz əmlak müəssisənin mülkiyyətinə keçirilməlidir. Əvvəl həmin müəssisənin adı “Aydın” kiçik müəssisəsi olmuş, sonradan müəssisənin adı dəyişdirilərək "xxxx" MMC olmuşdur. "xxxx" MMC “Aydın” kiçik müəssisəsinin hüquqi varisidir. Həmin sənədlərin alınması məqsədilə müvafiq inzibati orqanlara müraciət edilsə də bunun bir nəticəsi olmamış və məcbur qalaraq məhkəməyə müraciət edilmişdir. Qeyd edilən qərar həmin daşınmaz əmlakın tam mülkiyyət hüququ ilə müəssisənin mülkiyyətinə verilməsini təsdiqləyir. Bu qərar əsasında da müvafiq alğı-satqı prosesi həyata keçirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində bu əmlak "xxxx" MMC-nin mülkiyyəti kimi qeydə alınmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və 567-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci,8-ci, 8.0.5-ci və 10-cu maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyanın 20 mart 1952-ci il tarixli Protokoluna, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə istinad edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2-1(122)21/2021 nömrəli qərarını ləğv edib, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apеllyаsiyа şikа yətinə qаrşı еtirаz dахil оlmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(108)24/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin direktoru X8 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Kollegiyadakı izahatında iddiaçı "xxxx" MMC-nin direktoru X12 və onun vəkili X7 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iş üzrə iddia tələbinin təmin olunması nı, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2-1(122)21/2021 saylı qərarın ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdilər. Kollegiyadakı izahatında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiyadakı izahatında üçüncü şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi X9 və üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X17 qanuni qərar qəbul edilməsini xahiş etdilər. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, inzibati mübahisəyə dair iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən şəxslərin izahatlar ını, qərarın ləğv edilməklə apellyasiya şikayətinin təmin edilməsi barədə iddiaçı və onun vəkilinin, məhkəmə qərarının dəyişdirilmədən saxlanılmasına dair cavabdeh təşkilatın nümayəndəsinin, qanuni qərar qəbul edilməsi barədə üçüncü şəxslərin çıxışlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə müvafiq olaraq mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxdığını nəzərə alıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apell yasiya instansiya məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiya məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətinin dəlillərini müzakirə edərək əsassız hesab edir və aşağıdakıları qeyd edir: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən vəkil Allahverdi Bağırova ünvanlanan 26 noyabr 2020-ci il tarixli, 539 nömrəli məktubdan görünür ki, “Aydın” kiçik müəssisəsinin hüquqi varisi "xxxx" MMC-nin iddia etdiyi daşınmaz əmlakın texniki pasportunun olub-olmaması haqqında Xidməti n məlumat bazasında heç bir məlumata rast gəlinməmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən "xxxx" MMC-nin direktoru Zəka Yusifova ünvanlanan 24 sentyabr 2020-ci il tarixli, 423 nömrəli məktubdan görünür ki, təqdim edilən sənədlər araşdırılmış və özəlləşdirilən obyektin dövlətə məxsus olduğu məlum olmuşdur. Dövlətə məxsus obyektlər və obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericiliyə müvafiq olaraq həmin dövrdə fəaliyyət göstərən Dövlət Əmlak Komitəsi tərəfində özəlləşdirilə biləcəyi qeyd olunmuşdur. Lakin təqdim edilən sənədlərdə istər tikilinin, istərsə də tikilinin yerləşdiyi torpaq sahəsinin Naxçıvan Şəhər Xalq Deputatları Məclisi tərəfindən özəlləşdirildiyi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dö vlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qanunvericiliyə uyğun deyildir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 15 fevral 2021-ci il tarixli, 04/103 nömrəli məktubdan görünür ki, “Aydın” kiçik müəssisəsinin iddia etdiyi əmlakın özəlləşdirilməsi ilə bağlı Xidmətdə "xxxx" MMC-nin təqdim etdiyi Naxçıvan Şəhər X6 20.04.1993-cü il tarixli, 89 nömrəli sərəncamı, 1309.1993-cü il tarixli qərarı və Naxçıvan Muxtar Respublikası Texniki İnventarlaşdırma Bürosunun tərtib etdiyi 02.09.1993-cü il tarixli, qiymət aktından başqa sənədlər mövcud deyildir. Həmin sənədlərdə obyektin dövlətə məxsus olması qeyd olunmuşdur. Təqdim olunan qərarda əmlakın qeyri-yaşayış obyekti, qiymət aktında isə mənzil kimi qeyd olunması uyğunsuzluq yaradır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlardır. Mübahisəli torpaq sahəsi dövlət idarə və təşkilatının yerləşdiyi torpaq sahəsi olduğundan dövlət mülkiyyətinə aid torpaq sahəsidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 26 may 2021-ci il tarixli, 265/2021 nömrəli məktubdan görünür ki, sözügedən mülkiyyətin özəlləşdirilməsinə b aşlanılmış, lakin yekun sənədlər (alğısatqı müqaviləsi, texniki pasport, dəyərinin ödənilməsini təsdiq edən qəbz) olmadığından özəlləşdirmə prosesinin başa çatıb-çatmadığının müəyyənləşdirilməsi mümkün olmamışdır İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 01 iyun 2021-ci il tarixli 02/63 nömrəli məktubdan görünür ki, “Aydın” kiçik müəssisəsinin hüquqi varisi "xxxx" MMC-yə aid texniki pasport, alğı-satqı müqaviləsi və ödəmə qəbzi X10 yoxdur İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 07 iyun 2021-ci il tarixli, 279/2021 nömrəli məktubdan görünür ki, məhkəmənin sorğusu araşdırılmış və Nazirliyin arxivində qeyd edilən obyektin özəlləşdirilməsinə və ya hər hansı dövlət orqanının balansında olmasına dair sənədlər aşkar edilməmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan 02 iyul 2021-ci il tarixli, **********049800 nömrəli məktubdan görünür ki, "xxxx" Kiçik Müəssisəsi 19 mart 1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 70-98/0 nömrəli şəhadətnamə ilə Dövlət qeydiyyatına alınmışdır. Müəssisənin təsisçiləri tərəfindən 18 avqust 2020-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsinin bazası əsasında onun hüquqi varisi olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi üçün müvafiq sənədlərlə Dövlət Vergi Xidmətinə müraciət olunmuşdur. Bununla əlaqədar olaraq 19 avqust 2020-ci il tarixdə orqan tərəfindən qanunvericiliyin tələbləri əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi varis olaraq ********** nömrəli VÖEN şəhadətnaməsi ilə dövlət qeydiyyatına və vergi uçotuna alınmışdır. Cəmiyyət yarandığı gündən bu günədək heç bir fəaliyyəti olmamışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan 13 iyul 2021ci il tarixli, 19/112 nömrəli məktubdan görünür ki, məhkəmənin müvafiq sorğusu barədə məlumat əldə etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilə biləcəyi tövsiyə olunmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərinə məcmu halında qiymət verərək qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır, belə ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatı üçün müəyyən tələblər qoyulmuşdur. Hazırki mübahisədə tələb "xxxx" MMC-nin yerləşdiyi torp aq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınmasıdır ki, həmin tikililərin və torpaq sahəsinin sözügedən müəssisənin adına özəlləşdirilməsi ilə bağlı müvafiq qərar olsa da, özəlləşmənin sonrakı mərhələlərinin aparılmasını təsdiq edən sənədlər iş materiallarında mövcud deyildir. İş materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından göründüyü kimi dəfələrlə iddiaçıya özəlləşmənin sonrakı mərhələlərinin aparılmasını təsdiq edən müvafiq sənədlərin - alğı-satqı müqaviləsinin, qeydiyyat vəsiqəsinin, texniki pasportun, qiymət aktına əsasən ödənilən məbləği təsdiq edən qəbzlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, iddiaçı bu kimi sənədlərin mövcud olduğunu bildirsə də, həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iş materiallarından göründüyü kimi qeyd olunan sənədlərin mövcudluğu və məhkəməyə təqdim edilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən dəfələrlə müvafiq dövlət orqanlarına sorğular verilmiş, lakin aparılan araşdırma müsbət nəticə verməmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanununun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Lakin qanunvericiliyin tələb etdiyi müvafiq sənədlər iddiaçı tərəfindən istər cavabdeh inzibati orqana müraciət edərkən, istərsə də məhkəmə icraatı za manı təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara-dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərin in, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 2050 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas ol muş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən kollegiya bildirir ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış və qanunvericiliyin müvafiq normalarına düzgün istinad edərək, kifayət qədər əsaslı qərar qəbul etmişdir. Ümumiyyətlə kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında şikayətdə göstərilmiş dəlilləri hər tərəfli öyrənərək, şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qər arının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiyada şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin direktoru X12 və onun vəkili X3 verdiyi şikayət təmin edilməməli və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2-1(122)-21/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, kollegiya q ə r a r v e r d i: Naxçıvan Muxtar Respublikası İnzib ati Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 21(122)-21/2021 nömrəli qərarından iddiaçı "xxxx" MMC-nin direktoru X12 və onun vəkili X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 21(122)-21/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərar işdə iştirak edən şəxslərə təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-24/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-24/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver