Məhkəmə qərarları › İş №2-1(108)-24/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-24/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-24/2022 22.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinin Culfa rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayınd an etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(122)-85/2022 nömrəli qərarından cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı 03 mart 2022-ci il tarixdə mübahisələndirmə haqqında iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək 05 aprel 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyi n edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli inzibati aktının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 21(122)-85/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən təqdim edilmiş 30 mart 2022-ci il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilərək İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsinə qarşı “İddiaçı 05 aprel 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli inzibati aktının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi dəyişdirilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin Culfa Rayon Şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi k imi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 21(122)-85/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsinə və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsinə həvalə edilməsinə qərar verilmişdir. Məhkəmənin qərarından narazı qalan cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsi 20 iyul 2022-ci il tarixdə şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(122)-85/2022 nömrəli qərarını ləğv edərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(122)-85/2022 nömrəli qərarı ləğv edilmədiyi təqdirdə 2017-ci il iyulun 1-dən 2022-ci il iyulun 1-dək olan dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanma formasının göstərilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət So sial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsi şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddiasının heç bir hüquqi əsası yoxdur. X6 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsinin 28 avqust 2020-ci il tarixli, 246 nömrəli qərarına əsasən 05 aprel 2020-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə 200,0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı 1963-cü il təvəllüdlüdür. Deməli iddiaçıya münasibətdə "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 2017-ci il 01 iyul tarixdən sonra qüvvədə olan redaksiyasının tələbləri tətbiq edilməlidir. Həmin tələblərdən biri də, pensiya kapitalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini də nəzərə almaq lazımdır. Həmin şərtə əməl olunmadığı halda Qanunun 9.8-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunmasına yol verilmir. İddiaçının əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən onun 2006-cı il yanvar ayının 1-dək 27 il 3 ay 20 gün ümumi, 21 il 8 ay xüsusi iş stajı və 20200,01 manat pensiya kapitalı, 01 yanvar 2006-cı il tarixdən 05 aprel 2020-ci il tarixədək isə 16917,98 manat pensiya kapital ı olmaqla, cəmi 37117,99 manat məbləğində pensiya kapitalı mövcuddur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 64 yaş 6 ay (2020-ci ilin aprel ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə pensiya yaşı) = 90 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi aylarının sayı) - 234 ay (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı xx.xx.2006-cı ilədək (20014,69+185,32) = 20200,01 manat, xx.xx.2006-cı ildən xx.xx.2020-ci ilədək isə 16917,98 manat olmaqla ümumilikdə 37117,99 (20200,01+16917,98) manat müəyyən edilmişdir. Pensiyanın minimum məbləği xx.xx.2017ci il tarixdən 110,0 manat, xx.xx.2018-ci il tarixdən 116,27 manat, xx.xx.2019-cu il tarixdən 119,76 manat, xx.xx.2019-cu il tarixdən 160,0 manat, xx.xx.2019-cu il tarixdən 200,0 manat, xx.xx.2022-ci il tarixdən 240,0 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 46800 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı 9.682,01 manat fərq ilə 37.117,99 manat təşkil etmişdir. İddiaçıya əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından iddiaçının tələbi əsassızdır. İddiaçının işləmiş olduğu müəssisə tərəfindən belə bir arayış təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilərək tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. X8 Respublikası İnzibati Məhkəməsinin qərarı qüvvədə saxlanılacaqsa, xahiş olunur bu zaman vətəndaşın pensiyasının hesablama qaydası qərarda göstərilsin. Çünki, qanunvericilikdə elə bir istinad yoxdur ki, Fond ona əsaslanıb kapital nəzərə alınmadan güzəştli şərtlərlə yaşa görə pensiya hesablaması aparsın. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasında 2017-ci ilin iyulun 1-dən fərdi hesabın sığorta hissəsində minimum pensiyay a imkan verən kapitalın olması müddəasına zidd qərar çıxarılmışdır. Şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda pensiya hüququ yaranır. Yeni dəyişikliklərdən sonra 2022-ci il iyulun 1-dən İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır. Qanunvericiliyə əsasən İddiaçı 2022-ci il iyulun 1-dən əmək pensiyası təyin etmək mümkündür. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər bir daha Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin qanuna əsaslanmayan düzgün qərar qəbul etməməsini ortaya çıxarır. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icr aatı nəticəsində onda yaranmış daxili inam əsasında düzgün qərar qəbul etməmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsinin nümayəndəsi X3 şikayəti müdafiə edərək şikayətlə eyni məzmunlu izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(122)-85/2022 nömrəli qərarını ləğv edərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatında şikayəti qəbul etməyərək şikayətin təmin olu nmamaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(122)-85/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə şikayət başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan so nra qiymətləndirilir. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati iş üzrə tərəflərin izahatını dinləyərək, şikayətdə qeyd edilən dəlilləri müzakirə edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir: X4 Respublikası İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(122)-85/2022 nömrəli qərarının ləğv edilmədiyi təqdirdə 2017-ci il iyulun 1-dən 2022-ci il iyulun 1-dək olan dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablama formasını göstərilməsi kollegiyadan xahiş edilsə də, məhkə mə kollegiyası qeyd edir ki, həmin tələb yeni tələbdir, həmin tələb birinci instansiyada işə baxılmanın predmeti olmamışdır. Ona görə də həmin tələb qəbul edilmir və ona baxılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstərici lərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin kollegiya qeyd edir ki, mübahisələndirilən inzibati aktda iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün xx.xx.2006-cı ilə qədər, azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını topladığı mübahisələndirilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlər də güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iş üzrə iddiaçı xx xxxxx 1963-cü ildə doğulub, ona xx.xx.2020-ci il tarixində 246 nömrəli qərara əsasən hüququnun yarandığı 05 aprel 2020-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 09 nömrəli İddiaçı xx.xx.2020-ci il tarixində 246 nömrəli qərara əsasən hüququnun yarandığı 05 aprel 2020-ci il tarixdən etibarən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası işinin ləğv edilməsi barədə qərarında da sadəcə İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi məbləğində pensiya kapitalı olmamasına istinad edilib. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqq ında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçının pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmalıdır. Eyni zamanda iş materiallarından məlum olur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 28 avqust 2020-ci il tarixdə hüququnun yarandığı 05 aprel 2020-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə 200 manat əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin edilən vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pen siyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 4.1.9-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilik aktlarının tələbinə əsasən 01 yanvar 2006-cı il tarixədək qanunvericilikdə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olan şəxs, 57 yaşını 01 iyul 2017-ci ildən sonra tamamlamasından asılı olmayaraq, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunmalı və mövcud qanunvericiliyin pensiya kapitalı ilə bağlı tələbi tətbiq olunmamalıdır. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi barədə mövcud qanunvericiliyin tələbi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu baxımdan cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı dəlili əsassızdır və iddiaçıya qarşı həmin tələbi irəli sürməkdə cavabdeh haqlı sayıla bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 mart 2014-cü il tarixli ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Qərarında “.... Əmək stajının bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunurdu. Xüsusi əmək stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin müddəti başa düşülür. Həmin m üddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüququnu əldə etmək imkanı verir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxsin pensiya yaşına çatmasından daha əvvəl başa çatır... Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüqu qların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır... Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır... Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publikhüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər...” kimi qeyd olunmuşdur. Şikayətdə göstərilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə istinad edilməsi, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməli olması, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə göndərilən 28 noyabr 2020-ci il tarixli məktubda bunun tövsiyə olunması dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər hazırki iş üzrə iddianın araşdırma predmetinə daxil olmadığından onlara hüquqi qiymət verilməməlidir. Belə ki, mübahisələndirilən qərar İddiaçı sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan kapitalın cəminin ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün kifayət etməməsi ilə əsaslandırılmışdır. İş üzrə iddiaçı da göstərilən əsaslandırma ilə razılaşmayaraq hazırki iş üzrə iddia ilə məhkəməyə müraciət etmiş, birinci in stansiya məhkəməsi də göstərilən əsasla qəbul edilmiş “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 09 saylı qərarının qanuniliyini və əsaslılığını araşdıraraq hüquqi qiymət vermişdir. Yəni mübahisələndirilən inzibati aktda iş üzrə iddiaçının xüsusi iş stajının təsdiq olunmamasına, güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının olmamasına istinad edilməmişdir. Ona görə də həmin məsələ mübahisə predmeti deyil. Şikayətdə göstərilən 2022-ci il iyulun 1-dən İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması, qanunvericiliyə əsasən İddiaçı 2022-ci il iyulun 1-dən əmək pensiyasının təyin edilməsinin mümkün olması dəlilinə müna sibətdə kollegiya qeyd edir ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 09 saylı İddiaçı 28 avqust 2020-ci il tarixli, 246 nömrəli qərara əsasən hüququnun yarandığı 05 aprel 2020-ci il tarixdən etibarən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası işinin ləğv edilməsi barədə qərarı qanunvericiliyin tələblərinə uyğun deyil. Ona görə də qeyd olunan sonuncu dəlilə ayrıca hüquqi qiymət verməyə zərurət yoxdur. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında şikayətdə göstərilmiş dəlilləri hərtərəfli öyrənərək, şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətdə birinci instansiya məhkəməsini n qərarının ləğvi üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi iddianı təmin edərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial M üdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(122)-85/2022 nömrəli qərarından cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(122)-85/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya qeyd olunan qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessu al Məcəlləsinin 68.2-ci maddəsinə əsasən yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Göstərilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilmə si tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(122)-85/2022 nömrəli qərarından cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin Culfa rayon şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 21(122)-85/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Bu Qərardan, qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar