Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-25/2021 30.09.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxrəddin Rüstəm oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev İlqar Məhərrəm oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı İsgəndər oğlunun iştirakı ilə, İddiaçı İsgəndər oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən onlara məxsus, inventar nömrəsi 2775 olan texniki pasportun alınıb ona verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tari xli, 2-1(122)-88/2021 nömrəli qərardadından İddiaçı İsgəndər oğlu tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İsgəndər oğlu cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə qarşı 21 aprel 2021-ci il tarixdə 2775 №-li texniki pasportun alınıb ona verilməsi tələbi barədə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən onlara məxsus, inventar nömrəsi 2775 olan texniki pasportun alınıb ona verilməsinə köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2-1(122)-88/2021 nömrəli qərardadı ilə İddiaçı İsgəndər oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən onlara məxsus, inventar nömrəsi 2775 olan texniki pasportun alınıb ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmamış, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı İsgəndər oğluna qaytarılmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı İsgəndər oğlu 08 sentyabr 2021ci il tarixdə şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Şikayət üzrə keçirilmiş 23 sentyabr 2021-ci il tarixli şifahi məhkəmə baxışı iclasında İddiaçı İsgəndər oğlu tərəfindən verilmiş şikayət mümkün hesab edilmişdir. Şikayətdə iddiaçı Məmmədəliyev X3 Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2-1(122)-88/2021 nömrəli qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsgəndər oğlunun şikayətinin məzmunu aşağıdakı kimi olmuşdur: Məmmədəliyev X3 Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 sentyabr 2021ci il tarixli, 2-1(122)-88/2021 nömrəli qərardadını əsassız hesab edir və rədd edir. O üzrlü səbəbdən məhkəmədə iştirak etməmişdir, buna baxmayaraq cavabdeh şəxs məhkəmədə iştirak etməmişdir. Bütün sübutları məhkəməyə təqdim etmişdir. Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilən sənəd, Naxçıvan şəhər İnventar Bürosu tərəfindən olan sənəd. Qeyd edir ki, onun iddiası əsasında Naxçıvan Şəhər Məhkəməsində yaşadığı mülk mərhum babası X2 adına hüquqi fakt təsdiq olunub. Notarius tərəfindən həmin mülkə sahib çıxmışdır. Lakin onlara məxsus olan evin texniki pasportunun inventar nömrəsi 2775 ola-ola həmin inventar nömrəsini 29 saylı evə tərtib ediblər. Ona isə onların ev dəftərində qeydə alınmayan X4 məxsus 2232 nömrəli inventar olan texniki pasportu veriblər. Bu isə qanuna ziddir. Ev dəftərində mərhum babasının adı ilə açılan sənəddə ilkin nömrə Firdovsi 46 olub, sonradan Firdovsi küçəsi nömrə 50 olub. Ancaq hakim Səxavət Novruzov bu sübutlara əhəmiyyət verməmişdir. Həmin nömrəli evlər Naxçıvan Şəhər Polis idarəsində qeydə alınmışdır. Ancaq bu barədə heç bir tədbir görülməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı İsgəndər oğlu ərizə təqdim etməklə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən onlara məxsus, inventar nömrəsi 2775 olan texniki pasportun alınıb ona verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2-1(122)-88/2021 nömrəli qərardadından verdiyi şikayətindən imtina edərək apellyasiya şikayətinin geri götürülməsi və şikayəti üzrə apellyasiya icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, iddiaçının аpеllyаsiyа şikаyətinin geri götürülməsi b arədə ərizəsini nəzərdən keçirərək hеsаb еdir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinn 88.1-ci maddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 88.4-cü maddəsinə əsasən, şikayətin geri götürüldüyü hallarda məhkəmə xərcləri haqqında məhkəmə tərəfindən qərardad çıxar ılır. Azərbaycan Respublikası İPM-in 89-cu maddəsinə əsasən şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İPM-in 81.3-cü maddəsində göstərilir ki, bu fəsildə (Apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraat) başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin geri götürülməsi qanunazidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddiaçının ərizəsi qəbul edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İPM-in 88.1, 81.3, 89, 90.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barə də ərizə qəbul edilsin. İddiaçı İsgəndər oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən onlara məxsus, inventar nömrəsi 2775 olan texniki pasportun alınıb ona verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2-1(122)-88/2021 nömrəli qərardadından İddiaçı İsgəndər oğlu tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə A zərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-25/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-25/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver