Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-25/2024 06.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X3 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Culfa Rayonu Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Culfa Rayonu Cavabdehnə qarşı “Bənəniyar üzümçülük sovxozunun 30 dekabr 1995-ci il tarixli, 67 nömrəli əmri əsasında ona verilmiş 35 ( otuz beş) m2 torpaq sahəsinin Cavabdeh balansından çıxarılıb özünə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2-1(122)-266/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bənəniyar üzümçülük sovxozunun 30 dekabr 1995-ci il tarixli, 67 nömrəli əmri əsasında ona verilmiş 35 (otuz beş) m2 torpaq sahəsinin Cavabdeh balansından çıxarılıb özünə qaytarılması öhdəliyinin cavabdeh Culfa Rayonu Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 22 yanvar 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında İddiaçı ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 21(122)-266/2024 nömrəli qərardadı ilə İddiaçı Culfa Rayonu Cavabdehnə qarşı “Bənəniyar üzümçülük sovxozunun 30 dekabr 1995-ci il tarixl i, 67 nömrəli əmri əsasında ona verilmiş 35 ( otuz beş) m2 torpaq sahəsinin Cavabdeh balansından çıxarılıb özünə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası 22 yanvar 2024-cü il tarixli ərizəsi ilə geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 21(122)-266/2024 nömrəli qərardadından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı şikayətinin məzmunu aşağıdakı kimi olmuşdur: İddiaçı bildirir ki, 06 noyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə, Culfa rayonu Cavabdehnə qarşı Bənəniyar üzümçülük savxozunun 30 dekabr 1995-ci il tarixli, 67 nömrəli əmri əsasında ona verilmiş 35 (otuz beş) m2 torpaq sahəsinin Cavabdeh balansından çıxarılıb özünə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir. 10 yanvar 1997ci il Ümummilli Liderimizin 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqların kompleks yer quruluşu layihəsinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İddiaçı şikayətinin davamında qeyd edir ki, neçə illərdir ki, mülkiyyətində olan 35 (otuz beş) m2 torpaq sahəsindən istifadə etməsinə, tikinti aparmasına Bənəniyar kənd Bələdiyyə sədri Elşən Cəfərli imkan verməyərək həmin 35 (otuz beş) m2 torpaq sahəsini Cavabdeh balansına keçirmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti 21 iyul 2023cü il tarixdə məktuba cavab olaraq bildirir ki, Bənəniyar kəndində torpaq islahatı keçirilmiş, ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə aid edilmiş və buna görə də, 35 (otuz beş) m2 torpaq sahəsi bələdiyyə mülkiyyətidir. İslahatlar aparılan zaman sovxozun əmrlər kitabı qaytarılmamış, kitab islahat aparan şəxsə verilmişdir. Ona verilmiş 35 (otuz beş) m2 torpaq sahəsinin əsl sənədi Culfa Rayon Dövlət Arxivində saxlanılır. İddiaçı şikayətinin davamında qeyd edir ki, bütün lazımi sənədləri iddia ərizəsinə əlavə edib, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə verdiyini, məhkəmədə sədrlik edən Hicran Muradovun ona 35 (otuz beş) m2 torpaq sahəsini Culfa Rayon İcra Hakimiyyətinin verməli olduğunu qeyd etməsi zamanı, özünün savadsız, imkansız olduğuna görə aldanaraq məhkəmədən sənədlərin geri götürülməsi barədə ərizə verdiyini, məhkəmə işə baxmamaq üçün savadsızlığından istifadə edərək ondan ərizə almaqla, iş üzrə icraata xitam verdiyinə baxmayaraq, Cavabdeh mübahisəli məsələ ilə əlaqədar məhkəməyə müraciət etməli olduğunu, məhkəmə qərarı olduqdan sonra icra ediləcəyini, onun mülkiyyətində olan torpaq sahəsini n Bələdiyyə üçün əhəmiyyətli torpaq olmadığını, neçə illərdir ki, istifadəsiz torpaq olaraq qaldığını bildirmişdir. Sadalanan hallara görə, iddia ərizəsinə yenidən başqa hakim tərəfindən işə baxılması, sənədlərin və iddia ərizəsinin Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində olduğunu qeyd edərək, sonda kollegiyadan Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2-1 (122)-266/2024 nömrəli qərardadının ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2-1 (122)-266/2024 nömrəli qərardadının (ərizənin geri götürülməklə, iş üzrə icraata xitam verilməsi barədə) ləğv edilməsi, İddia çı Culfa Rayonu Cavabdehnə qarşı “Bənəniyar üzümçülük sovxozunun 30 dekabr 1995-ci il tarixli, 67 nömrəli əmri əsasında ona verilmiş 35 ( otuz beş) m2 torpaq sahəsinin Cavabdeh balansından çıxarılıb özünə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iddia tələbinə baxılması üçün inzibati işin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən Culfa Rayonu Cavabdeh nümayəndəsi X4 şikayəti qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2-1 (122)-266/2024 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia əriz əsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apelly asiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir: Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtlə ri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından aydın olduğu kimi birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə müvafiq olaraq İddiaçı iddia ərizəsi üzrə mümkünlüyünün yoxlanılmasına dair iclas təyin edilmiş və bundan sonra hazırlıq icraatı 22 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Müvafiq məhkəmə iclasında isə iddiaçı ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını xahiş etmişdir. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı iddia ərizəsi üzrə müvafiq iclasda ərizə verməklə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyini şikayətində və həmçinin kollegiyadakı izahatında da bildirdi. Beləliklə kollegiyanın qənaətinə görə inzibati məhkəmə icraatı iştirakçısının müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ ilə yanaşı verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə qaytarılmasını xahiş etməsi də onun subyektiv hüququnun tərkib hissəsi olmaqla hüquqlarının reallaşdırmasının təminatı kimi çıxış edir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, İddiaçı 22 yanvar 2024-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən haqlı olaraq birinci instansiya məhkəməsi tərəfin dən də İddiaçı ərizəsinin təmin edilməsi və İddiaçı cavabdeh Culfa Rayonu Cavabdehnə qarşı “Bənəniyar üzümçülük sovxozunun 30 dekabr 1995-ci il tarixli, 67 nömrəli əmri əsasında ona verilmiş 35 ( otuz beş) m2 torpaq sahəsinin Cavabdeh balansından çıxarılıb özünə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia ərizəsinin geri götürülmüş hesab edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Kollegiya, İddiaçı şikayətinə əsasən onun qaldırdığı iddia tələbinin mübahisələndirmə haqqında iddia olması ilə, şikayətində “ona verilmiş 35 (otuz beş) m2 torpaq sahəsinin əsl sənədinin Culfa Rayon Dövlət Arxivində saxlanıldığını, bütün lazımi sənədləri iddia ərizəsinə əlavə edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə verdiyini, məhkəmədə sədrlik edən Hicran Muradovun ona 35 (otuz beş) m2 torpaq sahəsini Culfa Rayon İcra Hakimiyyəti verməli olduğunu qeyd etməklə, savadsız, imkansız olduğuna görə aldanaraq məhkəmədən sənədlərin geri götürülməsi barədə ərizə verdiyini, məhkəmənin işə baxmamaq üçün onun savadsızlığından istifadə edərək ondan ərizə alaraq iş üzrə icraata xitam verməsini, Cavabdeh mübahisəli məsələ olduğu üçün məhkəməyə müraciət etməli olduğunu, bu barədə məhkəmə qərarı olduqdan sonra icra ediləcəyini, onun mülkiyyətində olan torpaq sahəsinin Bələdiyyə üçün əhəmiyyətli torpaq olmamaqla, neçə illərdir ki, istifadəsiz torpaq kimi qaldığını bildirməsi barədə” dəlillərini, əsassız hesab edir və dəlilə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən yenidən iddia qaldırılması və bununla bağlı olan digər prosessual hərəkətlər iddianın predmetini təşkil etdiyindən müvafiq hallara kollegiya tərəfindən icraatın hazırki mərhələsi üzrə qiymət verilməsi qanunvericiliyin tələbinə müvafiq olaraq yolverilməzdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Culfa Rayonu Cavabdehnə qarşı “Bənəniyar üzümçülük sovxozunun 30 dekabr 1995-ci il tarixli, 67 nömrəli əmri əsasında ona verilmiş 35 ( otuz beş) m2 torpaq sahəsinin Cavabdeh balansından çıxarılıb özünə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2-1(122)-266/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 21(122)-266/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali M əhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-25/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-25/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver