Məhkəmə qərarları › İş №2-1(108)-25/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-25/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-25/2025 18.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş ü zrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(122)-83/2024 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizəni və apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim E.Hüseynov) 11 iyun 2024-cü il tarixli, 2-1(122)-83/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, həmçinin iddiaçı apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 21(122)-83/2024 nömrəli qərardan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarı poçt vasitəsilə onun yaşadığı ünvana göndərmiş və o, həmin qərarın surətini əldə etmişdir. Lakin qərardan apellyasiya şikayətinin verilmə müddəti iddiaçı tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, ixtisasca riyaziyyat müəllimi olmasına baxmayaraq hüquqi savadı yoxdur. Həmçinin kənd təsərrütatı ilə məşğul olur. Belə ki, özünün pay torpağını, həmçinin digər torpaq sahələrini icarəyə götürərək tərəvəz əkir. Həmin ərəfədə əkin sahələrinin suvarılması dövrü olduğundan və işçilərə nəzarət etdiyindən məhkəmə qərarı ilə tanış olub şikayət verməyə vaxtı olmamışdır. Bu üzrlü səbəblərdən apellyasiya şikayətinin vaxtında verilməsi qeyri-mümkün olmuşdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq iddiaçı əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin sonuncu iclasında iştirak etmiş və hakim tərəfindən qərar elan edildikdən sonra apellyasiya şikayəti verilməsi hüququ və qaydası ona izah olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inz ibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərarının surəti 20 iyun 2024-cü il tarixdə iddiaçının iddia ərizəsində faktiki yaşayış ünvanı kimi göstərdiyi ünvan 1öndərilmiş və 21 iyun 2024cü il tarixdə həmin ünvana çatdırılmışdır. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilmir. Belə olan halda qərardan apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddətin sonuncu günü 21 iyul 2024-cü il tarix qeyri-iş gününə təsadüf etdiyindən, şikayətin verilməsi üçün sonuncu gün 22 iyul 2024-cü il tarix hesab olunur. Lakin apellyasiya şikayəti 27 dekabr 2024-cü il tarixdə poçt şöbəsinə təqdim edilmiş və 06 yanvar 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bununla da, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərd ə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Prosessual müddətin üzrlü səbəbdən ötürülməsinin səbəbi kimi iddiaçı tərəfindən onun hüquqi savadının olmaması, habelə əkin sahələrinin suvarılması dövrünə təsadüf etməsi kimi hallar göstərilmişdir. Lakin həmin hallar buraxılmış prosessual müddətin bərpası üçün əsas deyildir. Apellyasiya şikayəti qərarın təqdim edilməsindən 6 aydan çox müddət keçdikdən sonra verilmişdir. İddiaçı özü də izahatında birinci instansiya məhkəməsinin sonuncu iclasında iştirak etdiyini, qərarın ona elan olunduqdan sonra apellyasiya şikayəti verilmə hüququ və qaydasının ona izah olunduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, ərizədə qeyd edilən hallar prosessual müddətin buraxılması üçün üzrlü səbəb sayıla bilməz. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddət inin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddi açı tərəfindən verilmiş ərizə təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 21(122)-83/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar