Məhkəmə qərarları › İş №2-1(108)-26/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-26/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-26/2021 10.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlunun heyətində, Muradov Vüsal Hicran oğlunun katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 və iş üzrə üçüncü şəxs X14 vəkilinümayəndəsi X15 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 21(122)-11/2021 nömrəli qərarından iş üzrə üçüncü şəxs X24 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2 1(122)-11/2021 nömrəli qərarı ilə (hakim Səxavət Novruzov) iddia təmin edilmiş, 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24.01.2006-cı il tarixli JN164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına qərar verilmişdir. İşin halları: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24.01.2006-cı il tarixli, JN164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında atası X9 adına verilmiş və həmin torpaq sahəsini və üzərində yerləşən evi miras əmlak olaraq qəbul etmişdir, ailə üzvləri ilə birlikdə orada yaşayır. İddiaçı onun qardaşıdır. İddiaçıya mərhum atası sağlığında torpaq sahələri alıb ev tikmişdir. Həmin tikililərə isə yol onun həyətindən deyil, tam başqa yerdən olmuşdur. H əmin yol hal-hazırda da mövcuddur. Lakin iddiaçının evinə gedən yolu digər qardaşı bağladığından iddiaçı onun həyətindən keçərək öz evinə gedirdi. O da əvvəllər buna etiraz etməsə də, hazırda iddiaçının onun həyətindən yol kimi istifadə etməsinə etiraz edir. Belə ki, iddiaçının özünün evinə gedən bir neçə yol olsa da, iddiaçı məhz onun həyətindən yol kimi istifadə edir. Bu isə onun mülkiyyət hüququnu pozur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 21(122)-11/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmənin qərarından narazı qalan iş üzrə üçüncü şəxs X24 02 aprel 2021-ci il tarixli apellyasiya şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli 2-1(108)-16/2021 nömrəli qərarına əsasən (sədrlik edən İlqar Mirzəyev, hakimlər Əhliman Xıdırov və Vüqar Quliyev) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2- 1(122)-11/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs 21.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli 2- 1(108)16/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın qeyri-mümkün sayılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07.09.2021-ci il tarixli 2-1(102)-1448/2021 nömrəli qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlov) üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli 2-1(108)-16/2021 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Üçüncü şəxs X24 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarında İddiaçı verdiyi izahatında 1983- cü il tarixindən mərhum atası X9 Babək rayon Yarımca kəndində ona tikdiyi evdə həmin tarixdən 24 iyun 2019-cu il tarixədək ailəsi və uşaqları ilə birlikdə yaşadığını, atasının həyətindən onun yolu olduğunu, həmin yolun küçədən girişində darvaza qapısı olduğunu, təsərrüfatbaşına kitablarda atasının adına həmin torpaq sahəsi 0.24 ha, 0.23 ha göstərildiyini, torpaq sahəsini 0.28 ha göstərib atasının mülkiyyətinə verməklə onun həyətinə gedən yolu bağladığını göstərir. Bununla əlaqədar bildirir ki, ataları X21 həmin torpaq sahəsini almamışdan əvvəl torpaq sahəsi mərhum X10 istifadəsində olmuş və ölçüsü 0.20 ha təşkil etmişdir. Həmin torpaq sahəsindən Səhnə Rəhimova istifadə etməklə təbii ki, atalarının həyətindən yol kimi istifadə etməmiş, torpaq sahəsinin əks tərəfindən (onunla qonşu olmayan) Səhnə Rəhimova ilə aralarında olan yol tərəfdən yerləşən qonşuları Qəhrəman Mahmudovun, Hüseyn Bağırovun, Oruc Allahverdiyevin həyətyanı torpaq sahələri ilə aralarında olan yoldan istifadə etmişdir. Bunu Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlə t Xidmətinin Babək rayon İdarəsinin Yarımca kəndinin 2005-ci ildən sonrakı yerquruluşu planından da aydın görmək olur. Atalarının qanuni istifadəsində olan torpaq sahəsi dörd bir tərəfdən qonşu həyətyanı torpaq sahələri ilə əhatə olunmuşdur və onlar heç bir qonşunun həyətyanı torpaq sahəsinə müdaxilə etməmişlər. 2000-ci illərə kimi təsərrüfatbaşına kitablarda qeyd olunan ölçülər dəyişkən olmaqla primitiv üsullarla aparılan ölçmə işlərinin nəticəsi olmaqla ölçülərindəki fərqliliyin bütün həyətyanı sahələrə aid olan bir nöqsan olmuş, bu fərqlilik bütün qonşuların həyətyanı sahələrində mövcud olmuş, lakin 2005-ci ildə aparılan ölçmə işləri və atalarının adına 2019-cu ildə mülkiyyət sənədi çıxarmaq istərkən aparılan ölçmə işlərinin nəticəsi eyni olmuşdur. 2018-ci ilin yay aylarında qardaşı İdd iaçı aralarında hasar tikərkən onlara tərəf darvaza qapısı qoyanda mübahisələri olmuş, hətta polisə də düşmüşlər. Aralarındakı hasardan onların həyətinə darvaza qapısının qoyulması ilə razılaşmamış, İddiaçı isə həmin qapını onların həyətyanı torpaq sahələrinin sərhədində yox, 2-3 metr divarı öz həyətinə tərəf çəkərək orada qapı qoymuşdur. Üçüncü şəxs X2 qaz xətləri çəkilərkən həmin yoldan İddiaçı evinə qaz xətti çəkildiyini, sonradan həmin yolda Rövşən Mahmudov tərəfindən qanunsuz olaraq tikinti işləri aparıldığını, naves vurularaq qaz xəttinin navesin altına salındığını, sonradan isə darvaza qapısı qoyularaq yolun qanunsuz olaraq həyətyanı torpaq sahəsinə daxil edilməklə bağlanmışdır. Məhkəmədə iştirak edən cavabdeh təşkilatın nümayəndəsi Rəfael Məmmədov izahatında iddia olunan gediş-gəli ş yolunun torpaq islahatı aparılan zaman tərtib olunmuş JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alındığını, İddiaçı islahat aparılan zaman mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu ilə təmin olunmadığını bildirmişdir. Lakin nümayəndə mübahisənin ortaya çıxmasına səbəb olan X27 tərəfindən nə səbəbə gediş-gəliş üçün nəzərdə tutulan el yolunda qanunsuz tikililər tikdiyini, oraya darvaza qoyaraq el yolunu bağladığına münasibətini bildirmir və iddiaçının həmin tərəfdən yolunun olmasını göstərmir. Həmin torpağın sahibi olmuş mərhum Səhnə Rəhimovadan əvvəl də başqa şəxslərin istifadəsində olan haliyədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolu əvvəldən əks tərəfdə olm uş, onların heç biri onun torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə etməmişlər. Onun həyətindən 45 metr uzunluğunda torpaq sahəsini mülkiyyətindən alırlar. X7suz olaraq zəbt edərək tikililər apardığı ərazinin yol kimi bərpa olunması daha ədalətli və qanuni olardı. Hesab edir ki, göstərdikləri qərarın ləğv edilməsi və iddianın rədd edilməsi üçün yetərlidir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında şikayətin təmin olunmamaqla iddia tələbinin təmin edilməsinə dair qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayə ndəsi X16 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında mübahisələndirilən gediş-gəliş yolu torpaq islahatı aparılan zaman tərtib olunmuş JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alındığını, JN164B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi torpaq islahatı aparılan zaman gediş-gəliş yolu ilə təmin olunmadığını, tərəflər arasında mübahisə olduğundan gediş-gəliş yoluna münasibətdə reyestrdə hər hansı düzəliş edə bilmədiklərini göstərərək apellyasiya şikayətinin təmin olunmamaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə üçüncü şəxs X14 vəkili-nümayəndəsi X1 izahatında apellyasiya şikayətini m üdafiə edərək birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs X24 məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən üçüncü şəxs X14 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X13 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən inzibati a ktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldi yi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 69.6-cı maddəsinə əsasən məhkəmə qərarının icra qaydasının və müddətinin müəyyən edildiyi hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəriş nəzərdə tutulmalıdır. Kollegiya iş üzrə üçüncü şəxs X14 apellyasiya şikayətində göstərdiyi dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, işin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X9 a dına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24.01.2006-cı il tarixli, JN-164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1983-cü ildən mərhum atası X9 Babək rayon Yarımca kəndində ona tikdiyi evdə 24 iyun 2019-cu il tarixədək ailəsi və uşaqları ilə birlikdə yaşamışdır. Onun evinin bir yolu olub, hal-hazırda həmin yoldan qardaşı Qocaman istifadə etməyə imkan vermir. O mərhum atasının və anasının ölümündən sonra da həmin yoldan istifadə etmişdir. Onun məlumatı olmadan qardaşı X3 Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsinə müraciət e dərək mərhum atası X9 adına Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı və torpağın mülkiyyətə verilməsinə dair 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında torpaq sahəsini və evi ölçdürmüş, həmin mülkə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Babək rayon Yarımca kəndində mərhum atası X8 miras qalan torpaq sahəsinə və evə ölçü aparılan zaman düzgün ölçü aparılmayaraq onun evinə gedən yol mərhum atasının torpaq sahəsinin üzərinə ölçülmüşdür. X4 Babək Rayon Məhkəməsində mərhum atasından qalan mirasın onun tərəfindən qəbul edilməsi ilə əlaqədar iddia qaldıranda məlumatı olmuşdur ki, qardaşı Qocaman Mahmudov mərhum atası Baba Mahmudovun adına onun yolu nəzərə alınmadan çıxarış almışdır. Onun evinə gedən yol Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə verilən zaman düzgün ölçülməmiş və onun əsasında da torpaq həmin əmlakın üzərinə hesablanmışdır. Bununla bağlı, yəni gediş-gəliş yolunun açılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş, Xidmətin ona ünvanladığı 23 noyabr 2020-ci il tarixli, 5629 nömrəli cavab məktubu ilə onun tələbinin icrasından imtina olunmuşdur İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 11 yanvar 2021-ci il tarixli ərizəsi i lə ilkin olaraq Babək rayonu Yarımca kəndində yerləşən X21 və X20 ayrılmış 0.28 hektar torpaq sahəsinə münasibətdə Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998ci il tarixli qərarının və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X9 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın gediş-gəliş yolu olan torpaq sahəsinə münasibətdə qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyini, iddia tələbini dəqiqləşdirərək hazırkı tələbinin 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X9 mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi tələbi olduğunu bildirmişdir. Məhkəmənin 02.02.2021-ci il tarixli qərardadına əsasən inzibati məhkəmə icraatına X2 4 üçüncü şəxs qismində cəlb edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 25.08.1998-ci il tarixli, 08 A nömrəli qərarı və ona əlavə olunmuş Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd ərazi vahidi üzrə icra nümayəndəliyinin əhatə etdiyi Yarımca kəndində torpaq payı alacaq kənd sakinlərinin adlı siyahısında X9 adına 0.24 ha, X14 adına 0.06 ha, İddiaçı adına 0.10 ha torpaq sahəsi olduğu göstərilmişdir. JN-224A, KOD 10312018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 25.08.1998-ci il tarixli, 08 A nömrəli qərarına əsasən X17 və X20 0.28 ha torpaq sahəsi verilmişdir. JN-164B, KOD 10312018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Babək Rayon Aqrar İsla hat Komissiyasının 25.08.1998-ci il tarixli, 08 A nömrəli qərarına əsasən İddiaçı, X22, X18, X11, X19, X12 0.09 ha torpaq sahəsi verilmişdir. Torpaq islahatı aparılan zaman İddiaçı mülkiyyətinə verilmiş 0,09 ha. həyətyanı torpaq sahəsi gediş-gəliş yolu ilə təmin olunmamışdır. Bununla bağlı iddiaçı 23.11.2020-ci il tarixində cavabdehə müraciət etmiş, cavabdeh 23.11.2020-ci il tarixli 529 nömrəli cavab məktubunda bildirmişdir ki, mülkiyyətçinin nümayəndəsi X24 30.01.2019-cu il tarixində torpaq sahəsində yerləşən daşınmaz əmlakın üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Xidmətin Babək Rayon İdarəsinə ərizə ilə müraciət etmiş, müraciət əsasında X9 adına daşınmaz əmlakın texniki pasportu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanaraq təqdim olunmuşdur. “Daşınma z əmlakın dövlət reyestri haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 22 dekabr 2020-ci il tarixli, 585 nömrəli və 27 yanvar 2021-ci il tarixli, 04/49 nömrəli məktublarda bildirilmişdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 25.08.1998-ci il tarixli, 08 A nömrəli qərarına əsasən JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Babə k Rayon Yarımca kənd sakini X9 mülkiyyətinə 2829.43 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Mülkiyyətçinin nümayəndəsi X24 30.01.2019-cu il tarixində həmin torpaq sahəsində yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Xidmətin Babək Rayon İdarəsinə ərizə ilə müraciət etmiş müraciət əsasında X9 adına daşınmaz əmlakın texniki pasportu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanaraq təqdim olunmuşdur. İddia olunan gediş-gəliş yolu torpaq islahatı aparılan zaman tərtib olunmuş JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alınmışdır. JN-164B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sah əsi torpaq islahatı aparılan zaman gediş-gəliş yolu ilə təmin olunmamışdır. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.09.2021-ci il tarixli 2-1(102)1448/2021 nömrəli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin mahiyyətinə qanunvericiliyin tələblərinə uyğun qiymət verilsə də, məhkəmə qərarının nəticəvi hissəsi qeyri-müəyyən tərtib olunmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qərarı ilə 24.01.2006cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24.01.2006-cı il tarixli JN164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş- gəliş yoluna münasibətdə qismən ləğv edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına qərar verilmiş, bununla da, məhkəmə tərəfindən X9 adına dövlət reyestrində aparılmış qeydiyyat qismən ləğv edilmiş, lakin gediş-gəliş üçün müəyyən olunmuş torpaq sahəsinin həcmi və koordinatları məhkəmə qərarının nəticəvi hissəsində göstərilməmişdir. Məhkəmə qərarının bu formada tərtib edilməsi İPM 69.5 və 69.6-cı maddələrində göstərilən prosessual hüquq normalarının pozulması deməkdir və qərarın icra olunması mərhələsində çətinlik törədərək əlavə mübahisə yaranmasına səbəb ola bilər. Ona görə də məhkəmə mübahisəli torpaq sahəsinin koordinatlarını müəyyən etməli, qərarın nəticəvi hissəsində 24.01.2006-cı il tar ixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunduğu hissənin (İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yolunun) dəqiq koordinatlarını göstərməlidir. Azərbaycan Respublikası İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kollegiyada apellyasiya şikayətinə baxılarkən işə mütəxəssis qismində cəlb edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəşəkmə Layihə İnstitunun Yerquruluşu Şöbəsinin rəisi Zülfüqar Bayramovun 09 dekabr 2021-ci il tarixli rəyi ilə, JN-224A kadastr nömrəli həyətyanı torpaq sahəsinin sərhəd döngə nöqtələri kəndin yerquruluşu xəritəsi və yenidən a parılmış ölçü işləri nəticəsində dəqiqləşdirilmiş, mütəxəssisin həmin rəyi ilə JN 164 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı həyətyanı torpaq sahəsinə nəzərdə tutulan gediş-gəliş yolunun qonşu torpaq sahəsində inşa edilmiş hasarın başlanğıcından 43.3 metr şimal-qərb istiqamətində davam etməklə İddiaçı mövcud sahəsinə çatması, yolun eninin 3.60 metr şərq istiqamətində olmaqla, cənub-qərb istiqamətinə doğru JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X17 aid olmuş sahəsinin əsas giriş hissəsindən eni 3.60 metr, uzunluğunun 47.20 metr olması, ümumilikdə 164.75 kvmetr təşkil etməsi müəyyən edilmiş və mübahisələndirilən gediş-gəliş yolunun sxematik planı və döngə nöqtələrinin koordinatları WGS-84 beynəlxalq koordinat sistemində kollegiy aya təqdim edilmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd edilən mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən 09 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi sübut kimi qəbul edilməlidir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla mübahisənin mahiyyətinə qanunvericiliyin tələblərinə uyğun qiymət verilmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, qərarın icra olunması mərhələsində çətinlik törədəcək halların aradan qaldırılması, həmçinin qərarın vaxtında və düzgün icrasının təmin olunması məqsədilə qərarın nəticəvi hissəsi qeyri-müəyyən tərtib olunduğundan həmin hissə dəyişdirilməklə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yolunun sərhəd döngə nöqtələrinin koordinatları yuxarıda mütəxəssisin rəyində göstərilmiş qaydada müəyyən edilməlidir. İş üzrə üçüncü şəxs X14 apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 81.1, 82, 87.6, 87.8, 89 və 96.11ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İş üzrə üçüncü şəxs X24 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 21(122)-11/2021 nömrəli qərarının nəticə hissəsində 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24.01.2006-cı il tarixli JN164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun sözləri göstərilən hissəsi dəyişdirilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında 0.28 hektar həyətyanı sahənin X9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın həmin həyətyanı torpaq sahəsinin əsas giriş hissəsindən eni 3.60 metr, uzunluğu 47.20 metr olmaqla ümumi sahəsi 164.75 kvmetr olan, Babək Rayon Yarımca kəndinin yerquruluşu planında göstərilmiş ölçüdə 24.01.2006cı il tarixli JN164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi öhdəliyi qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, qərar inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar