Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-26/2022 26.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı və cavabdeh təşkilat cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci i lin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(122)-87/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 25 yanvar 2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının ( 04 fevral 2022-ci il tarixli, 01/M-20 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 21(122)-87/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosia l Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qərarından narazı qalan cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi 22 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(122)-87/2022 nömrəli qərarını ləğv edərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 20 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh “Naxçıvan Muxtar Respu blikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, X5 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, xx xxxxxx 1961-ci il tarixdə Babək rayon Sirab kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 30 avqust 2019-cu il tarixli 112 nömrəli qərarına əsasən 25 yanvar 2018-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbayca n Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 178,56 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi, 10 yanvar 1983-cü il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeydlərə və təqdim etdiyi arayışlara əsasən, onun 25 il 4 ay 23 gün ümumi, 16 il 8 ay xüsusi iş stajı vardır, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İddiaçı tərəfindən təqdim edilmiş 10 yanvar 1983-cü il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına və arayışlarına əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək Naxçıvan 9 nömrəli PMK-da fəhlə işlədikdən sonra xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmətdən olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sirab zavodunda fəhlə, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Gəncə tikintidə rəngsaz, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Dəmiryolu tikintidə fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.2000-ci il tarixədək Dəmiryolu Naxçıvan PÇ-11-də, xx.xx.2001-ci il tarixdən Culfa Kommunal Müəssisələr Kombinatında fəhlə işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən 2006-cı il yanvar ayının 1-dək 25 il 4 ay 23 gün ümumi, 16 il 8 ay xüsusi iş stajı və 17770,68 manat pensiya kapitalı, 01 yanvar 2006-cı il tarixdən 25 yanvar 2018-ci il tarixədək isə 2042,40 manat pensiya kapitalı olmaqla, cəmi 19813,08 manat məbləğində pensiya kapitalı mövcuddur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması göstərilən qaydada aparılmışdır: 63 yaş 6 ay (2018-ci ilin yanvar ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi)-57 yaş (güzəştli şərtlərlə pensiya yaşı) = 78 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi aylarının sayı) - 222 ay (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı = 19813,08: 222 = 89,24 < 116,27 (2018-ci il minimum pensiyanın məbləği). Beləliklə, pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə (116.27 x 222) = 25811.94 manat təşkil etməli olduğu halda, onun fərdi hesabının sığorta hissəsində 19813,08 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd edilib ki, pensiyanın minimum məbləği xx.xx.2017-ci il tarixdən 110,0 ma nat, xx.xx.2018-ci il tarixdən 116,27 manat, xx.xx.2019-cu il tarixdən 119,76 manat, xx.xx.2019-cu il tarixdən 160,0 manat, xx.xx.2019cu il tarixdən 200,0 manat xx.xx.2022-ci il tarixdən 240,0 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 25811.94 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı 5998.86 manat fərq ilə 19813,08 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edil miş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli, qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9- cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işləmiş olduğu müəssisə tərəfindən belə bir arayış təqdim edilməmişdir. Qeyd edilməlidir ki Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Re spublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilərək tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlanılacaqsa, xahiş olunur bu zaman vətəndaşın pensiyasının hesablama qaydası qərarda göstərilsin. Çünki, qanunvericilikdə elə bir istinad yoxdur ki, Fond ona əsaslanıb kapital nəzərə alınmadan güzəştli şərtlərlə yaşa görə pensiya hesablaması aparsın. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasında 2017-ci ilin iyulun 1dən fərd i hesabın sığorta hissəsində minimum pensiyaya imkan verən kapitalın olması müddəası Qanunvericilik hakimiyyəti orqanında Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş, icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minmiş, təəssüflər olsun ki, dövlətin digər bir hakimiyyət orqanı olan Məhkəmə hakimiyyəti orqanının nümayəndəsi olan Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən Qanunun bu müddəalarına zidd qərar çıxarılmışdır. Cavabdeh sonda yuxarıda qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(122)-87/2022 nömrəli qərarını ləğv edərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin e dən komissiyanın 08 fevral 2022-ci il tarixli, 20 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X3 məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(122)-87/2022 nömrəli qərarını ləğv edərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 20 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsi ni kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(122)-87/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbay can Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini və tərəflərin izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu hala qiymət verərək aşağıdak ıları qeyd edir. Cavabdeh apellyasiya şikayətini vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) vermişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci maddəsi). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Apellyasiya şikayətinə baxılması ilə bağlı tədqiq olunan: - "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi tərəfindən ünvan 3 ünvanında yaşayan İddiaçı ünvanlanmış 04 fevral 2022-ci il tarixli, 01/M-20 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 30 avqust 2019-cu il tarix də hüququnun yarandığı 25 yanvar 2018-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə 178.56 manat əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə qanunvericilikdə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pe nsiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində qeyd olunan pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaşın 01 yanvar 2006-cı il tarixinədək olan 25 il, 4 ay, 23 gün sığorta stajına əsasən formalaşan pensiya kapitalı 17770.68 manat, 01 yanvar 2006-cı il tarixdən 25 yanvar 2018-ci il tarixədək isə 2042.40 manat olmaqla, cəmi 19813.08 manat pensiya kapitalı vardır. Hesablama aşağıdakı qaydada aparılmışdır: 63 yaş 6 ay (2018-ci ilin yanvar ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 ( güzəştli şərtlərlə pensiya yaşı) = 78 ( yaşlar arasındakı ay fərqi ) + 144 (gözlənilən pensiya ödənişi aylarının sayı) = 222 (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalının 19813.08:222=89.24<116.27 (2018-ci il minimum pensiyanın məbləği ). Buna görə vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq, onun güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşı tamam olduğu 25 yanvar 2021-ci il tarixdə yaranmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona 25 yanvar 2021-ci il tarixdə də güzəştli şərtlərlə pensiya təyin etmək qanuna müvafiq deyildir. Kollegiya tərəfindən tədqiq olunmuş iş materiallarına olan: - 10 noyabr 1983-cü il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı 05 avqust 1982-ci il tarixdən 11 yanvar 1983-cü il tarixə kimi Sirab Zavodunda fəhlə, 08 fevral 1983-cü il tarixdən 01 iyul 1983-cü il tarixə kimi Gəncə tikintidə rəngsaz, 25 avqust 1983-cü il tarixdən 03 yanvar 1984-cü il tarixə kimi Dəmiryolu tikintidə fəhlə, 06 fevral 1984-cü il tarixdən 20 oktyabr 200 0-ci il tarixə kimi Dəmiryolu Naxçıvan PÇ-11-də, 01 mart 2001-ci il tarixdən Culfa KMK-da fəhlə kimi işləmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 20 nömrəli qərarında qeyd olunur ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin pensiya təyin edən komissiyası "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Audit şöbəsi tərəfindən tərtib edilmiş 25 dekabr 2021-ci il tarixli yoxlama arayışına əsasən pensiya işlərini nəzərdən keçirərək müəyyən etmişdir ki, 30 avqust 2019-cu il tarixdə 112 nömrəli qərara əsasən xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, ünv an 1 ünvanında yaşayan İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 178 manat 56 qəpik məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsini 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla, Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixinədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığorta stajına daxil edilir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı ümumi iş st ajı 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından vətəndaşın güzəştli şərtlərlə pensiyası hüququ yaranmamışdır. Vətəndaş İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün vətəndaşa həmin maddənin müddəalarına zidd olaraq pensiya təyinatı aparılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq komissiya xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, ünvan 4 ünvanında yaşayan İddiaçı 30 avqust 2019-cu il tarixdə, 112 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə, qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və 30 avqust 2019-cu il tarixdən 01 ya nvar 2022-ci il tarixədək ödənilmiş 10170 manat 91 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılmasını qərara almışdır. - “Naxçıvan Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 01 iyun 2022-ci il tarixli, 06/206 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı 01 yanvar 2006-cı il tarixədək olan 25 il, 4 ay, 23 gün sığorta stajına əsasən formalaşan pensiya kapitalı (25 x 306 x 2.2924 + (25yanvar 2018-ci il indeksi) + 4 x 306/12 = 17770.68 manat olmuşdur. 01 yanvar 2006-cı il tarixdən 25 yanvar 2018-ci il tarixədək isə 2033.09 manat olmaqla, cəmi 19803.77 (17770.60 + 2033.09) manat məbləğində pensiya kapitalı olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmə k pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 63 yaş 6 ay (2018-ci ilin yanvar ayı üçün Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 (güzəştli şərtlərlə yaşı həddi) = 78 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi aylarının sayı) = 222 ay (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı 19803.77: 222=89.20<116.27 (2018-ci ilin yanvar ayı üçün minimum pensiya məbləği) İddiaçı minimum pensiya məbləği üçün tələb olunan pensiya kapitalı 25811.94 (116.27 x 222) təşkil etmişdir. - “Naxçıvan Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 10 iyun 2022-ci il tarixli, 06/226 nömrəli məktubda qeyd olunmuşdur ki, xx xxxxxx 1961-ci il tarixdə Babək rayon Sirab kənd ində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 30 avqust 2019-cu il tarixli, 112 nömrəli qərarına əsasən 25 yanvar 2018ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 178,56 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə və arayışlarına əsasən, onun ümumi iş stajı 26 il, 5 ay, 1 gün təşkil etmişdir. İddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilən arayışlara əsasən, onun 2006-cı il yanvar ayının 1-dək 26 il, 5 ay, 1 gün ümumi, 16 il, 8 ay xüsusi iş stajı vardır. Xüsusi iş stajını təsdiq edən kod aşağıda kılardır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun tarixli, 320 saylı nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısında XXVİİİ. “Nəqliyyat” bölməsinin yarımbölməsinin 23001000 kodu altında 1. “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” və həmin bölmənin yarımbölməsinin 2300100a-11242 kodu altında “yuyucu buxar stansiyalarında (qatarlarda, məntəqələrdə) məşğul olan dəmiryol nəqliyyatı müəssisələrində briqadirlər.” Həmçinin məktubda İddiaçı 01 yanvar 2006-cı il tarixədək iş stajını əks etdirən cədvəl göstərilmişdir. - Fondun Culfa rayon şöbəsi tərəfindən birinci insta nsiya məhkəməsinə 11 may 2022-ci il tarixli, 06/162 nömrəli məktubla göndərilmiş, 012626 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli, 06/156 nömrəli sığorta olunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı (ssn **********598) DSMF Culfa rayon şöbəsində 01 yanvar 2006-cı ildən 25 yanvar 2018-ci il tarixədək 2 il 3 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 2033.09 manat pensiya kapitalı vardır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 avqust 2019cu il t arixli, 112 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə 183,92 manat müddətsiz əmək pensiyası təyin edilmişdir. - İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 30 avqust 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işləmədiyini qeyd etmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 26 iyul 2019-cu il tarixli, 13/675 nömrəli arayışda İddiaçı Naxçıvan 9 nömrəli PMK-ya 23 yanvar 1979-cu il tarixli, 20 nömrəli əmrlə İİ dərəcəli fəhlə qəbul edilməsi, 05 may 1980-ci il tarixli, 3 nömrəli əmrlə ordu sıralarına getd iyindən işdən azad olunmasının əmr kitablarında göstərildiyi, arayışın qeyd hissəsində isə Naxçıvan 9 nömrəli PMK-nın əmək haqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 30 iyul 2019-cu il tarixli, 555 nömrəli arayışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı 10 may 1980-ci il tarixdən 14 iyun 1982ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 012626 nömrəli pensiya işinə həmçinin İddiaçı işlədiyi dövr ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərini əks etdirən arxiv arayışları və illər üzrə infilyasiya faizləri də əlavə olunmuşdur. İnzibati işin araşdırılmış hallarından, iddiaçının idd ia qaldırarkən irəli sürdüyü iddia tələbinin hüquqi əsasından belə aydın olur ki, iddiaçı əmək kitabçasında göstərilən iş illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini arzu etmişdir. Cavabdeh inzibati orqanın imtina məktubundan, apellyasiya şikayətinin məzmunundan və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan məlum olmuşdur ki, aparılan audit yoxlamasından sonra iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən a z olduğu müəyyən edildiyi üçün 30 avqust 2019-cu il tarixli, 112 nömrəli qərara əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Şöbənin 08 fevral 2022-ci il tarixli, 20 nömrəli qərarına əsasən ləğv olunmuşdur. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin məzmunundan da görünür ki, şikayətin dəlillərində məhz birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi apellyator “...iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının 25811.94 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalının 5998.86 manat fərq ilə 19813,08 manat təşkil etdiyini, bu halın isə birmənalı olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pens iyaları haqqında" Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərindən birinin ödənilməməsinə əsas verdiyini, beləliklə, iddiaçıya əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbinin əsassız olduğunu” göstərmişdir. Göstərilən bu dəlilləri işin tədqiq olunmuş halları ilə müqayisəli şəkildə tədqiq edən kollegiya həmin dəlillərin əsassız olması qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi hesab etmişdir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan Dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasını n vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına mali k olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən ası lı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqd a bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il t arixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olu naraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalış anlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki iş üzrə İddiaçı 30 avqust 2019-cu il tarixli, 112 nömrəli qərara əsasən 25 yanvar 2018-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 178.56 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilərkən vətəndaşın güzəştli şərtlərlə yaşa görə pensiya hüququ mövcud olmuşdur. Belə ki, tədqiq olunmuş iş materiallarına əsasən iddiaçının 01 yanvar 2006-cı il t arixədək 26 il, 5 ay, 1 gün ümumi iş stajı, 16 il, 8 ay xüsusi iş stajı mövcud olmuşdur. Lakin iş materiallarından görünür ki, inzibati orqan tərəfindən aparılmış audit yoxlaması zamanı iddiaçının yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olunduğunun aşkar olunduğu qeyd edilmiş, nəticədə 01 iyul 2017ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş müvafiq əlavə və dəyişikliyin tətbiq edilməsi zərurəti yarandığı əsas gətirələrək iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan təyin olunmuş pensiya inzibati orqanın 08 fevral 2022-ci il tarixli, 20 nömrəli qərarı ilə ləğv edilmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qeyd olunmalıdır ki, həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Kollegiya mübahisənin həllində 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericilik normalarının dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından tədb iq olunması qənaətinə gəlməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yə ni ümumi və xüsusi stajı qazanmış olmasıdır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə hər iki hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş, həmçinin iddiaçının xüsusi iş stajının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısında XXVİİİ. “Nəqliyyat” bölməsinin yarımbölməsinin 23001000 kodu altında “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” və həmin bölmənin yarımbölməsinin 2300100a-11242 kodu altında “yuyucu buxar stansiyalarında (qatarlarda, məntəqələrdə) məşğul olan dəmiryol nəqliyyatı müəssisələrində briqadirlər” vəzifəsinə uyğun gəldiyi aşkarlanmışdır. Nəticədə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iş stajına dair qanunun zəruri tələbləri ödənilmiş, onun əmək kitabçasına və arxiv arayışlarına əsasən 01 yanvar 2006-cı ilə qədər 25 ildən çox ümumi iş stajının, 16 il, 8 ay xüsusi iş stajının mövcudluğu araşdırma zamanı öz təsdiqini tapmışdır. Kollegiya bir daha qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 iyun 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Nəzərə alınmalıdır ki, adıçəkilən Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Kollegi ya hesab edir ki, iddiaçı 01 yanvar 2006-cı ilə tarixədək qanunvericilikdə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan, yəni pensiya hüququ yarandığından, 57 yaşını 2017-ci ildən sonra tamamlamasından asılı olmayaraq, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunmalı və mövcud qanunvericiliyin pensiya kapitalı ilə bağlı tələbi tətbiq olunmamalıdır. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, inzibati orqan iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olan hüquq normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələbi əsas gətirərək iddiaçıya təyin olunmuş pensiyanın ləğv edilməsində haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ndan da görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmaqla və işdə olan sübutlara əsaslanmaqla maddi və prosessual hüquq normalarına uyğun düzgün nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Kollegiya həmçinin cavabdeh təşkilatın apellyasiya şikayətində qeyd etdiyi ”... Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlanılacaqsa, xahiş olunur bu zaman vətəndaşın pensiyasının hesablama qaydası qərarda göstərilsin. Çünki, qanunvericilikdə elə bir istinad yoxdur ki, Fond ona əsaslanıb kapital nəzərə alınmadan güzəştli şərtlərlə yaşa görə pensiya hesablaması aparsın” kimi tələbə müna sibətdə qeyd edir ki, göstərilən bu nüans apellyasiya baxışının predmeti deyildir və şikayətin dəlillərindən biri olmadığından hər hansı qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya inzibati işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmış, nəticədə düzgün qərar qəbul olunmuşdur. İş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Buna görə də İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(122)87/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(122)-87/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 68, 69, 75, 89, 94.1-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrverdi: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublik ası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(122)-87/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 21(122)-87/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.