Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-26/2023 28.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X6 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan Şəhər Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı "dövlət qulluğu pensiyasının bərpa olunması və 01 fevral 2011-ci ildən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə da ir inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(122)-38/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək "dövlət qulluğu pensiyasının bərpa olunması və 01 fevral 2011-ci ildən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 21(122)38/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hü quqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı "dövlət qulluğu pensiyasının bərpa olunması və 01 fevral 2011-ci ildən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(122)38/2023 nömrəli qərarından narazı qalan İddiaçı 11 may 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(122)38/2023 nömrəli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın 22 may 2023-cü il tarixli, 2-1(108)-26/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “N axçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı "dövlət qulluğu pensiyasının bərpa olunması və 01 fevral 2011-ci ildən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddət bərpa edilmiş, iş şifahi məhkəmə baxışına təyin edilmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, qərarı ilə onun “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı "dövlət qulluğu pensiyasının bərpa olunması və 01 fevral 2011-ci ildən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi öh dəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası rədd edilmişdir. Hesab edir ki, məhkəmə qərar qəbul edərkən hüquq normalarına istinad etməli olduğu halda bunu etməmiş və kifayət qədər araşdırma aparmadan qərar qəbul etmişdir. Göstərilənlərə əsasən, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 21(122)-38/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə qarşı 12 iyun 2023-cü il tarixli, 021585 nömrəli məktubla cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin etirazı kollegiyaya daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi etiraz məktubun da göstərmişdir ki, 16 may 1951-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 11 avqust 2008-ci il tarixli, 13371 nömrəli qərarına əsasən 16 may 2008-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 14 yanvar 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, işləmədiyi üçün qulluq stajını nəzərə alıb ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsinə qərar verilməsini xahiş etmişdir. İddiaçı ərizəsi nəzərə alınaraq Azərbaycan Respublik ası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 21 yanvar 2011-ci il tarixli, 14882 nömrəli qərarına əsasən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığoıtaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişiləri n və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı tərəfindən təqdim edilmiş 14 oktyabr 1966-cı il tarixli əmək kitabçasında olan məlumatlarda onun, xx.xx.1966-cı il tarixdə Naxçıvan Avtomotoklubda kitabxanaçı, xx.xx.1969-cu il tarixdə Kommunal Təsərrüfat şöbəsində təmizləyici, xx.xx.1969-cu il tarixdən xx.xx.1970-ci il tarixədək həmin şöbədə işlər müdiri vəzifələrində işlədiyi qeyd edilmişdir. İddiaçı xx.xx.1971 -ci il tarixdən xx.xx.1971-ci il tarixədək X12 İçkilər Zavodunda fəhlə, xx.xx.1971-ci il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyində makinaçı, xx.xx.1972-ci il tarixdə həmin nazirlikdə iş icraçısı, xx.xx.1975-ci il tarixdən xx.xx.1984-cü il tarixədək isə kadr üzrə baş inspektor vəzifələrində işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Naçıvan şəhər Polis şöbəsində pasportçu, həmin tarixdən, yəni xx.xx.1987-ci ildən, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ünvan bürosunda qeydiyyatçı, daha sonra xx.xx.1994-cü il tarixdən kadrlar şöbəsində qeydiyyat üzrə inspektor vəzifəsində işləmiş və xx.xx.2011-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. Beləliklə, İddiaçı əmək kitabçasında olan qeydlərə əsasən 44 il 2 ay 14 gün ümumi iş stajı vardır. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Mü dafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsi 2010-2013-ci illər ərzində komissiya tərəfindən təyin edilmiş əmək pensiyaçılarının pensiya işlərini təkrar araşdırarkən müəyyən etmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən işdən azad olunduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə zidd olaraq dövlət qulluqçusu kimi onun pensiyasının sığorta hissəsinə qulluq stajına görə əlavə təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1 -ci maddəsində (20.1.1 -20.1.21 -ci maddələr) qulluq stajına görə əlavəyə hüququ olan şəxslər göstərilmişdir. Qeyd edək ki, Qanunun 20-ci maddəsində nəzərdə tutulan şərtlərə əməl edildiyi hallarda qulluq stajına görə əlavənin təyin olunaraq ödənilməsi mü əyyən olunmuşdur. Qanunun 20.11-ci maddəsinə əsasən dövlət qulluqçularının pensiyalarına qulluq stajına görə əlavə dövlət qulluğunun son 24 ayı və ya istənilən 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 20.11-ci maddəsindən göründüyü kimi, dövlət qulluqçularının pensiyalarına qulluq stajına görə əlavə dövlət məvacibindən hesablanır. Dövlət məvacibi isə dövlət qulluqçularına vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçularının ixtisas dərəcəsinə, qulluq stajına və s.görə verilən əlavələr) ibarətdir. (“Dövlət qulluğu haqqında" AR Qanunun 22-ci maddəsi). Qeyd edilməlidir ki, iddiaçının Naxçıvan MR Daxili İşlər Nazirliyində mülki işçi olaraq tutduğu vəzifə Azərbay can Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmamışdır. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsi tərəfindən 9 dekabr 2022-ci il tarixli, ******* nömrəli məktubla Naxçıvan Muxtar Respublikasının X9 və həmin tarixli, 02/1736 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bununla bağlı sorğu məktubu göndərilmişdir. Sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikasının X7 19 dekabr 2022-ci il tarixli, 02/837 nömrəli məktubunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, iş icraçısı, kadr üzrə baş inspektor, pasportist və qeydiyyatçı vəzifələri dövlət qulluğu vəzifələrinə aid edilmədiyindən və X1 proqramında öz əksini tapmadığından həmin vəzifələrin dövlət qulluğu vəzifələrinə aid edilməsi ilə bağlı rəy vermək mümkün olmadığı qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin 29 dekabr 2022-ci il tarixli, 6/4816 nömrəli məktubunda isə 1971-ci il tarixdən 2022-ci ilin sonunadək olan dövr ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər N azirliyində makinaçı, iş icraçısı, kadr üzrə baş inspektor, pasportist və qeydiyyatçı vəzifələrində işləyən mülki işçilərin tarif cədvəlinə uyğun olaraq “Dövlət qulluqçusu” kateqoriyasına aid əmək haqqı almadıqları qeyd edilmişdir. Beləliklə, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı’nın 1.15-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında mövcud olan v əzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılması aparılmış, lakin iddiaçının mübahisələndirdiyi vəzifələr Təsnifat Toplusunda nəzərdə tutulan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması göstərilmədiyi üçün onun 19712011-ci illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində işlədiyi müddət dövlət qulluğu stajına daxil edilməsi mümkünsüz hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(122)-38/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasındakı izahatında iş üzrə cavabdeh Dövlət Sosial Müda fiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(122)-38/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzib ati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs o nun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati or qan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -58.7 -ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası m əhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İş materiallarında olan; - Nax çıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 2390 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin 18 noyabr 2022-ci il tarixli, 02/1623 nömrəli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2011-ci il tarixdə "Daxili İşlər Nazirliyi"ndə işdən azad olduğu üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq onun pensiyasının sığorta hissəsinə əlavə olaraq qulluq əlavəsi verilmişdir. xx.xx.2013-cü il tarixdə onun tutduğu vəzifə dövlət qulluğu siyahısından çıxarıldığı və başqa vəzifə ilə uyğunlaşdırılma dığı üçün pensiya məbləği sabit olaraq qalmışdır. - 14 oktyabr 1966-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Naxçıvan Avtomotoklubda kitabxanaçı, xx.xx.1969-cu il tarixdə Kommunal Təsərrüfat şöbəsində təmizləyici, xx.xx.1969-cu il tarixdən xx.xx.1970-ci il tarixədək həmin şöbədə işlər müdiri vəzifələrində işlədiyi qeyd edilmişdir. İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək X12 İçkilər Zavodunda fəhlə, xx.xx.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, xx.xx.1972-ci il tarixdə həmin nazirlikdə iş icraçısı, xx.xx.1975-ci il tarixdən xx.xx.1984-cü il tarixədək isə kadr üzrə baş inspektor vəzifələrində işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Naxçıvan Şə hər Polis Şöbəsində pasportçu, həmin tarixdən, yəni xx.xx.1987-ci ildən, yenidən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ünvan bürosunda qeydiyyatçı, daha sonra xx.xx.1994-cü il tarixdən kadrlar şöbəsində qeydiyyat üzrə inspektor vəzifəsində işləmiş və xx.xx.2011-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. - Naxçıvan Muxtar Respublikasının X7 19 dekabr 2022-ci il tarixli, 02/837 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, iş icraçısı, kadr üzrə baş inspektor, pasportist və qeydiyyatçı vəzifələri dövlət qulluğu vəzifələrinə aid edilmədiyindən və X1 proqramında öz əksini tapmadığından həmin vəzifələrin dövlət qulluğu vəzifələrinə aid edilməsi ilə bağlı rəy vermək mümkün deyil. - Naxçıvan Muxtar Respublikası Daxi li İşlər Nazirliyinin 29 dekabr 2022-ci il tarixli, 6/4816 nömrəli məktubundan görünür ki, 1971-ci il tarixdən 2022-ci ilin sonunadək olan dövr ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, iş icraçısı, kadr üzrə baş inspektor, pasportist və qeydiyyatçı vəzifələrində işləyən mülki işçilərin tarif cədvəlinə uyğun olaraq “Dövlət qulluqçusu” kateqoriyasına aid əmək haqqı almamışdır. - İddiaçı vəkili və nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış 23 yanvar 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərdiyi 12 yanvar 2023-cü il tarixli, 02/44 nömrəli iddia ərizəsinə verdiyi etiraz ərizəsindən görünür ki, cavabdeh Naxçıvan Muxtar Re spublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının X7 19 dekabr 2022-ci il tarixli, 02/837 nömrəli məktublarına istinad edərək iddiaçının Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində çalışdığı vəzifələrin dövlət qulluğuna aid olmadığını əsas gətirərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində mülki işçi kimi iş icraçısı, kadr üzrə baş inspektor, qeydiyyatçı. kadrlar şöbəsində qeydiyyat üzrə inspektor və sair vəzifələrdə çalışmış, pensiyaya dövlət qulluqçusu kimi çıxmış və sonradan ona dövlət qulluqçusu kimi pensiyanın verilməsi dayandırılmışdır. İddiaçının vəkili və nümayəndəsi bir sıra qanunvericilik normalarına istinad edərək və qeyd olunanları nəzərə alaraq tələbin təmin olunma sını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(122)-38/2023 nömrəli qərarı ilə İddiaçı iddiası rədd edilmişdir. Kollegiya işin hallarının tam və obyektiv araşdırılması məqsədilə 20 iyun 2023-cü il tarixli, 2-1(108)-26/2023 nömrəli məktubları ilə Azərbaycan Respublikasının X9 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlamış, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə isə iddiaçının pensiya işinin və inzibati icraata başlanılmasına dair müvafiq sənədlərin göndərilməsi barədə məktub göndərmişdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş 11 iyul 2023- cü il tarixli 9-3/2-1497/2023 nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təs nifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1 -ci və 2-ci bəndləri nə əsasən aparılmışdır. İddiaçı 1971-2011-ci illərdə Azərbaycan Respublikası Daxil İşlər Nazirliyində müxtəlif vəzifələrdə iş müddəti ilə bağlı bildiririk ki, yuxarıda adıçəkilən Siyahının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında yardımçı vəzifələr bu Siyahının 3-cü bəndində qeyd edilən 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 20 01-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd edilənlərə əsasən İddiaçı 1971-2011-ci illərdə NMR-in Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış 24 iyul 2023-cü il tarixli 3-17-1/2166137/2023 nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda Naxçıv an Muxtar Respublikası Daxili İşlər Nazirliyində makinaçı, iş icraçısı, kadr üzrə baş inspektor, pasportçu, ünvan bürosunda qeydiyyatçı və kadrlar şöbəsində qeydiyyat üzrə inspektor vəzifələri nəzərdə tutulmayıb. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 2.3-cü maddəsinin tələblərinə görə dövlət qulluğunun xüsusi növündə, yəni daxili işlər orqanlarında çalışan şəxslərin qulluq keçməsi sözügedən Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və daxili işlər orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Əlavə olaraq bildiririk ki, daxili işlər orqanlarında yalnız mülki və rütbə nəzərdə tutulan vəzifələr mövcuddur. Qeyd olunanları nəzərə alaraq, daxili işlər orqanlarında mövcud vəzifələr dövlət qulluğu vəzifələri deyil, ya mülki vəzifələrdir ya da xüsusi növ dövlət qulluğu vəzifələridir. Sözügedən orqanda mülki vəzifələrdə çalışan işçilərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 12-ci maddələrinə əsasən əmək pensiyası təyin edilir, xüsusi növ dövlət qulluğu vəzifələrində xidmət keçənlərə isə sözügedən Qanunun 20.1.7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi deyil, 9.5-ci və 20.14-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olduqda hərbi qulluqçu ( və ya ona bərabər tutulan xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 07 avqust 2023-cü il tarixli, 021781 nömrəli məktubu ilə iddiaçının pensiya işi məhkəməyə göndərilmişdir. Məktuba İddiaçı pensiya təyin olunmasına dair qərarlar, iddiaçının ərizələri, arayışlar və cavabdeh təşkilatın verdiyi sorğulara dair sənədlər əlavə edilsə də, iddiaçıya dövlət qulluğu pensiyasının hesablanmasının dayandırılmasına dair müvafiq inzibati akt, həmçinin iddiaçının müraciətinə əsasən inzibati icraatın aparılmasına dair müvafiq sənədlər əlavə olunmamışdır. Kollegiya işin hallarının araşdırılması ilə bağlı cavabdeh təşkilat tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Res publikası Qanunun müddəalarının tətbiq olunmasının zəruriliyi ilə bağlı aşağıdakıları qeyd edir: “İnzibati icraat haqqında” Qanun: 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən büt ün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçü n əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatının qanuna uyğun olmadığını” aşkar etdiyinə istinad etməklə “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən inzibati icraat aparmamış, maraqlı şəxsi-iddiaçını dəvət etmədən, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən İddiaçı 21 yanvar 2011-ci il tarixli, 14882 nömrəli qərar əsasında dövlət qulluqçus u kimi əmək pensiyasının sığorta hissəsinə qulluq stajına görə hesablanan əlavələrin ödənilməsini dayandırmış, lakin bununla bağlı müvafiq olaraq inzibati akt mövcud deyil. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat dedikdə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür. Həmin maddənin məzmunundan aydın olur ki, inzibati orqanlar fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya öz təşəbbüsləri ilə inzibati aktın qəbul edilməsi, icra olunması, də yişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati akt qəbul edərkən həmin Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində inzibati icraat aparmalıdırlar. Lakin cavabdeh orqan mübahisələndirilən məsələ ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla inzibati icraata başlamamış və heç bir inzibati akt qəbul etməmişdir. İş materiallarından da aydın olur ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə müraciət edərək mövcud mübahisəli halın araşdırılmasını tələb etsə də, cavabdeh orqan inzibati icraata başlamamış, müvafiq qurumlara verdiyi sorğular əsasında iddiaçıya pensiya məbləğinin sabit qalması barədə məktub vasitəsilə məlumat verməklə kifayətlənmişdir. Kollegiya mübahisənin əsası hesab edilən iddiaçı X4 Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi halına münasibətdə araşdırma aparılması məqsədilə 15 avqust 2023-cü il tarixli 2-1(108)-26/2023 nömrəli məktubla Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək iddiaçının həmin orqanda müqavilə üzrə müvəqqəti iş icraçısı qismində, yaxud ştat üzrə daimi işçi kimi işə qəbul edilməsi, onun tutduğu vəzifənin dövlət qulluğu vəzifələrinə daxil edilib-edilməməsi, daxil edildiyi təqdirdə ona ixtisas dərəcəsinin verilib-verilməməsi, hansı səbəbə görə əmək kitabçasında ona dövlət qulluqçusu ixtisas dərəcəsinin verilməsi barədə qeyd aparılmaması barədə məlumat verilməsini xahiş etmişdir. Azə rbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən sorğunun cavabı olaraq məhkəməyə daxil olan 19 avqust 2023-cü il tarixli, 3-13-43/28069/2023 nömrəli məktubda iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1988-ci tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.2011-ci il tarixədək Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarında mülki vəzifələrdə xidmət etdiyi, xidmət etdiyi vəzifələrə əsasən ona müvafiq ixtisas dərəcəsi verilib-verilməməsi barədə arxiv şəxsi işində heç bir qeyd aparılmadığı göstərilmişdir. Məhkəmə iddiaçının Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında xidmət etdiyi vəzifələr üzrə stajının dövlət qulluğu stajına sayılması ilə bağlı qeyd edir ki, “Milli arxiv fondu haqqında”, “Dövlət qulluğu haqqında”, “Mülki dövriyyədə olmas ına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Dövlət sirri haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 02 dekabr 2022-ci tarixli 668-VİQD nömrəli “Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinin əvvəlki redaksiyasına əsasən prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Ba nkında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi həmin Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, İddiaçı pensiya hüququnun 2008-ci ildə yaranması, 2011-ci ildə dövlət qulluğu pensiyasının təyin olunması halı onu qeyd etməyə əsas verir ki, “Dövlət qulluğu haqqında” Qanuna 02 dekabr 2022-ci il tarixdə dəyişiklər edilənədək qüvvədə olan 2.3-cü maddəsinin müddəaları ona mütləq şəkildə şamil edi lməlidir. Eyni zamanda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87-ci maddəsinə əsasən: -Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. -Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplu sunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparıldığından İddiaçı 1971-2011-ci illərdə Azərbaycan Respublikası Daxil İşlər Nazirliyində müxtəlif vəzifələrdə iş müddəti ilə yuxarıda adıçə kilən Siyahının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında yardımçı vəzifələr bu Siyahının 3-cü bəndində qeyd edilən 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur. Məhkəmənin işə baxılan zaman araşdırılmış hallarla gəldiyi nəticə dövlət qulluğu üçün kadrların seçilməsinə, bu sahədə müvafiq rəy verilməsinə hüququ olan, məsul qurum Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfində n də təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2011-ci il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunun 3.3.3-cü maddəsinə əsasən Təsnifat Toplusunun 2.3.3-cü yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti və dövlət qulluğunun 3-cü dərəcə referenti ixtisas dərəcələri verilir. İddiaçı işlədiyi orqan tərəfindən tutduğu yardımçı dövlət qulluğu vəzifəsinə uyğun ixtisas dərəcəsinin verilməməsi, bu barədə onun əmək kitabçasında müvafiq qeydiyyatın aparılmaması onun həmin ixtisas dərəcəsinə malik olması hüququnu və yaxud onun dövlət qulluqçusu olması halını istisna etmir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd dövlət qulluğu pensiyasının bərpa olunması və 01 fevral 2011-ci ildən hesablanmamış pensiyanın hesablanıb verilməsindən ibarətdir. Kollegiya 01 fevral 2011-ci ildən hesablanmamış pensiyanın hesablanıb verilməsi tələbinə dair münasibətdə qeyd edir ki, İddiaçı 2018-ci il tarixədək əmək pensiyasına hesablanan dövlət qulluğu əlavələrini almışdır. Cavabdehin təqdim etdiyi “İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək aylıq ödənilmiş pensiya məbləği haqqında” cədvələ əsasən iddiaçıya 2018-ci il mart ayının 1-dək dövlət qulluğu pensiyasının ödənilməsi, yəni onun əmək pensiyasına dövlət qulluğu əlavələrinin hesablanması halı işin mübahisəsiz halıdır. Həmçinin kollegiya cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş pensiya işinə əsas ən qeyd edir ki, İddiaçı dövlət qulluğu pensiyası hesablanarkən Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na uyğun olaraq 15 ildən artıq dövlət qulluğu stajı nəzərə alınaraq pensiyasına 30 % əlavələr də hesablanmışdır. Kollegiya yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Məhkəmə kollegiyası birin ci instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır. Birinci instansiya məhkəməsi mübahisəyə dair qərar qəbul edərkən iddiaçının Daxili İşlər Nazirliyində işlədiyi müddəti dövlət qulluğu stajı kimi nəzərə almamış və bu zaman həmin vəzifənin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 29 0 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığına əsaslanaraq, bununla bağlı iş materiallarında olan Naxçıvan Muxtar Respublikası X7 19 dekabr 2022-ci il tarixli, 02/837 nömrəli məktubuna istinad etmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyasının sığorta hissəsinə qulluq əlavəsinin ödənilməsinin cavabdeh inzibati orqan tərəfindən dayandırılması qanuna zidd olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Hazırkı mübahisənin həlli məhz iddiaçının 1971-2011-ci illər ərzində işlədiyi vəzifələrinin dövlət qulluğu vəzifəsinə aid olduğunun məhkəmə tərəfindən müəyyən edilməsinə bağlıdır. Bu məqsədlə iddiaçının işlədiyi orqanın dövlət orqanları sistemində statusu və yeri müəyyən olunmalı, yalnız bundan sonra iddiaçının həmin orqanda tutduğu vəzifənin dövlət qulluğu vəzifəsi olub-olmamasına qiymət verilməli idi. Bu zaman Daxili İşlər Nazirliyinin fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan, onların təşkilati-hüquqi və funksional statusunu müəyyən edən normativ əsaslardan çıxış etmək lazımdır. Nəzərə almaq lazımdır ki, 1991-ci ilədək və həmin ildən sonrakı dövrün dövlət hüquq normalarına və idarəçilik sisteminin təşkili prinsiplərinə əsasən qeyd olunan qurum dövlət idarəçiliyi sahəsində dövlətin funksiyalarını və vəzifələrini həyata keçirən idarəçilik orqanlarının vahid sisteminə aid edilmiş və mərkəzi icra hakimiyyəti orqanı statusuna malik olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətlər i həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Birinci instansiya məhkəməsi isə iddiaçının 1971-2011-ci illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda öz əksini tapmadığına istinad etməklə kifayətlənmiş, həmin vəzifələrin dövlət qulluğu vəzifəsinə aid olub-olmadığının müəyyən edilməsi istiqamətində tələb olunan qaydada araşdırma aparmamışdır. Halbuki, mübahisənin obyektiv həlli məqsədilə birinci instansiya məhkəməsi Daxili İşlər Nazirliyinin statusunu, eləcə də onun həyata keçirdiyi fəaliyyətin funksional məzmununu, o cümlədən qanunları, əsasnamələri, vəzifə təlimatlarını əldə etməli və həmin qanunvericilik aktlarının müddəalarının müqayisəli təhlili və təfsiri baxımından qeyd olunan vəzifələrin uyğunluğunu araşdırmalı, yalnız bundan sonra iddiaçının işlədiyi müxtəlif vəzifələrin dövlət qulluğu vəzifəsi olub olmadığına qiymət verməli idi. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqınd a” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 3-cü bəndində 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələrinin bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifəl ərinə uyğun olduğunun təsbit edildiyi də birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən nəzərə alınmamışdır. Həmçinin, iddiaçının əmək pensiyasının sığorta hissəsinə qulluq stajına görə əlavələrin ödənilməsinin dayandırılması cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozularaq, iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmadan, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmadan həyata keçirilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətlənd irilə bilməz. Beləliklə, kollegiya inzibati işin araşdırılmış hallarına əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmamışdır. Yuxarıda göstərilənlərə əsasən, kollegiya belə nəticəyə gəlir ki İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(122)-38/2023 nömrəli qərarı ləğv edilməli, İddiaçı dövlət qulluğu pensiyasının dayandırıldığı 01 mart 2018-ci il tarixdən bərpa olunması və həmin tarixdən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi ö hdəliyi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan Şəhər Şöbəsinə həvalə olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(122)38/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı "dövlət qulluğu pensiyasının bərpa olunması və 01 fevral 2011-ci ildən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulm ası tələbi”inə dair iddiası qismən təmin edilsin. İddiaçı dövlət qulluğu pensiyasının dayandırıldığı 01 mart 2018-ci il tarixdən bərpa olunması və ona həmin tarixdən indiyədək hesablanmamış pensiyanın hesablanıb verilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan Şəhər Şöbəsinə həvalə olunsun. Qərardan, onun İnzibati Məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-26/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-26/2023
28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver