Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-26/2024 31.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2-1(122)318/2023 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci ilədək Culfa rayon Əmanət Bankında işlədiyi ayların sosial sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə 22 sentyabr 2023-cü il tarixli ərizə təqdim edərək iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tab eliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2-1(122)318/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2- 1(122)-318/2023 nömrəli qəra rı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. Məhkəmənin qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nümayəndəsi X6 şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2-1(122)-318/2023 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayətində göstərmişdir ki, İddiaçı ümumilikdə 23 il 4 ay 12 gün ümumi, 19 il 16 gün xüsusi iş stajı vardır. Lakin iddiaçının 01 yanvar 2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək X8 Sistemi proqram təminatına əsasən 10 il 11 ay ümumi və 10 il 11 ay xüsusi iş stajı olduğu müəyyən olunmuşdur. Məhkəmənin qərarında iddiaçının pensiya təyinatı barədə müraciətinə imtinanın əsas dəlili olan əmək kitabçası üzrə iş lədiyi illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ilə bağlı göstərdiyi əsaslara münasibətdə bildirilir ki, sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında da bu nəticəyə gəlinərək qeyd olunmuşdur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2-ci maddələrinin tələblərinə görə, sığortaolunanla ra pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan ümumi 25 il əmək stajının olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2-1(122)318/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanıl masını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2-1(122)-318/2023 nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddə sinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan s übutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məs ələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 16 fevral 2023-cü il tarixli, 2 nömrəli qərarından məlum olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan ümumi 25 il əmək stajının olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - İddiaçı məxsus MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində qeyd olunan məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdə n xx.xx.1979-ci il tarixədək (9 ay 22 gün) Culfa rayon 52 TREST-in 5 nömrəli tikinti Quraşdırma İdarəsində betonçu, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (3 il 10 gün) Naxçıvan Dəmiryolları PÇ 11 hissəsində İİ dərəcəli yol montyoru, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək (3 ay 26 gün) Dəmir yolunun Ordubad hissəsi PÇ-10-da İİİ dərəcəli yol montyoru, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (3 il 10 ay 11 gün) X4 barama döyən, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (5 ay ) sovxozda fəhlə, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (3 ay 29 gün) mühafizə bölməsində gözətçi, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (2 il 11 ay 3 gün) Culfa Əmanət bankında gözətçi, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədə k (1 il 7 ay 26 gün) X12 baramaaçan sexdə baramadöyən, xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək (12 il 1 ay 15 gün) Ordubad distansiyasında ll, İİİ, İV dərəcəli yol montyoru vəzifəsində işləmişdir. - Naxçıvan MSSR, Ordubad rayon hərbi komissarlığı tərəfindən 08 may 1980-ci il tarixdə verilmiş, H3 ******* nömrəli hərbi biletin tərcümə olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il 1 ay 7 gün) hərbi xidmətdə olmuşdur - Ordubad Rayon İcra Hakimiyyətinin Azadkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli, 70 nömrəli arayışdan görünür ki, Babayev X3 rayonunun Azadkənd kəndində qeydiyyatda olmaqla orada yaşayır. - Ordubad Rayon Polis Şöbəsi tərəfindən 11 mart 2013-cü il tarixdə verilmi ş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1961 -ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aza kəndində doğulmuş Babayev X3 rayonu, Azadkənd kəndində pasport qeydiyyatındadır. - Ordubad Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli, 166 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 82 №-li əmrlə xx.xx.1987-ci il tarixdə Baramaçan fabrikinə barama döyən sənətini öyrənmək üçün şagird vəzifəsində işləməyə qəbul edilmiş, 132/16 №-li əmrlə xx.xx.1987-ci il tarixdə əsas işdə işləməyə keçirilmiş, 50/3 nömrəli əmrlə xx.xx.1991-ci il tarixdən işdən azad edilmişdir. Arayışa həmçinin İddiaçı 1995-1996-cı illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl əlavə edilmişdir. - Naxçıvan Muxtar Respubli kası Dövlət Arxiv İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 iyul 2023-cü il tarixli, 02/364 nömrəli məktubundan aydın olur ki, X19 1992-1994-cü illərə aid arxiv sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilmədiyindən İddiaçı 1992-1994-cü illərdə işləməsi və əməkhaqqı alması barədə hər hansı bir məlumat arxivdə mövcud deyil, X19 sənəd materialları Culfa Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Culfa Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 88 nömrəli arayışdan aydın olur ki, İddiaçı, həqiqətən, X20 xx.xx.1992-ci il tarixli, 7 №-li əmr ilə gözətçi vəzifəsinə təyin edilmiş və xx.xx.1995-ci il tarixli, 21 №-li əmrlə işdən azad olunmuşdur - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fon du” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 iyul 2023-cü il tarixli, 04/03-168 nömrəli məktubda göstərilmişdir ki, xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, Ordubad rayonu Azadkənd kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə 13 fevral 2023-ci il tarixli ərizə ilə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə müraciət etmiş, müraciətə baxıldıqda məlum olmuşdur ki, İddiaçı 23 il 4 ay 12 gün ümumi və 19 il 16 gün xüsusi iş stajı var. Tələb olunan 25 il ümumi əmək stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş arayışlara və X8 Sistemi proqram təminatına əsasən, onun 23 il 4 ay 12 gün ümumi iş stajı var. - "Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti 24 avqust 2023-cü il tarixli, 15700012-602 nömrəli məktubu ilə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(122)-318/2023 nömrəli qərardadının icrası ilə bağlı İddiaçı aid 1992-1944-cü illərə dair əmrlərin surətləri birinci instansiya məhkəməsinə göndərilmişdir. - Birinci instansiya məhkəməsi tərəfindən Kapital Bank ASC-nin Culfa filialına verilmiş sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 73/188 nömrəli arayışdan da aydın olur ki, İddiaçı xx.xx.1992- xx.xx.1995-ci illər üzrə Culfa rayon Əmanət Bankında işləmiş; xx.xx.1992-ci il tarixli, 7 №li əmrə əsasən idarənin mühafizəsini gücləndirmək məqsədilə, əmək haqqı hər ayda 350 AZN ödəmək şərt i ilə gözətçi vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci il tarixli, 1 №-li əmrə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı 1993-1995-ci illərdə "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl təqdim olunaraq, digər aylar üzrə bankda məlumatların aşkar edilmədiyi bildirilmişdir Müvafiq sorğuya cavab olaraq kollegiyaya təqdim olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 21 may 2024-cü il tarixli, 3-17-9-1/2-4173/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı güzəştli şərtlərlə pensiya təyin olunması üçün hüququ xx.xx.2021ci il tarixində yaranır. İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin ol unması üçün onun ümumi iş stajı 25 il, xüsusi iş stajı 12 il 06 ay olmalı və fərdi hesabın sığorta hissəsində (xx.xx.2006-cı ilədək olan staj pensiya kapitalına çevrilməsi şərtilə) 40800 manat pensiya kapitalı mövcud olmalıdır, onun hüququ yaranan tarixə təsdiq olunan ümumi iş stajı 23 il 04 ay 12 gün, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 16688.91 manat təşkil edir, ona pensiya təyin edilməsi üçün xx.xx.2021-ci il tarixinə qədər əlavə 01 il 07 ay 18 gün ümumi iş stajı və 24111.09 manat pensiya kapitalı mövcud olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilm əsi üçün tədbirlər görür.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti il ə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1 -ci maddələrinə əsasən bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinin b)bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nöm rəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. - "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997- ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. (-) - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: -3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1 -dək olan dövr üzrə: "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən; ’’Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunun: 1 -ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (he sablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya qeyd edir ki, 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 10 mart 2017ci il tarixli 543 VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 9.1-ci maddəsində “57” rəqəmləri “60” rəqəmləri ilə “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya karitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və 9.1-ci maddə aşağıdakı redaksiyada olmuşdur. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). xx.xx.2022-ci ildə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli,530-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri yeni redaksiyada verilmişdir. Həmin Qanun un 9.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir. Maddə 9.1: Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada). Həmin Qanunun keçid müddəalarında göstərilmişdi ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika sı Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsndə “62” rəqəmləri “63” rəqəmləri ilə,”azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta sıtajından aslı olmayaraq,bu pensiya təminatına imkaan vermədikdə isə azı 25”sözləri ilə mötərizədə,bu Qanun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci ilin iyulun 1-dən sözləri ilə əvəz edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Kollegiya qeyd edir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) azı 25 il sığorta stajına malik olan və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işləmiş və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi halda 60 yaşına çatmış ki şilərin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması təsbit edilmişdi. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 21 may 2024-cü il tarixli, 3-17-9-1/2-4173/2024 nömrəli məktubundan aydın olur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün müəyyən edilmiş məbləğdən azdır. Ona görə də kollegiya hesab edir ki, həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərindən 25 il ümu mi,12 il 6 ay xüsusi iş stajının olması şərti iddiaçıya münasibətdə mövcud olsa da digər – “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərti iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə mövcud olmamışdır. Ona görə də iddiaçıya həmin vaxtdan güzəşli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Kollegiya həmçinin qeyd edir ki,iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı olmadığından həmin tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsi də mümkün deyil. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasının və 7 -ci maddəsinin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunvericilikdə nəzərdə tutulmuş 60 yaşına çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı və ya azı 25 il ümumi stajı olmasa da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli həmin Qanunun keçid müddəalarında təsbit edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanu nunun yeni redaksiyada verilmiş 9.1-ci maddəsi əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixdən mövcuddur. Belə ki, İddiaçı məxsus ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən,arxiv arayışları və digər sənədlərdən aydın olur ki, onun 27 ildən artıq ümumi, 21 ildən artıq xüsusi iş stajı vardır. Kollegiyanın sorğusuna cavab olaraq X17 MMC tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli arayışda İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1985-c i ilə qədər Azərbaycan Dəmir Yolu X9, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan Dəmir Yolu 10 №-li X10, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə qədər Azərbaycan Dəmir Yolu 10 №-li X11 Dəstə məntəqəsində, xx.xx.2010-cu ildən xx.xx.2011ci ilə qədər “X17” MMC-nin İnfrastruktur İdarəsinin Ordubad Yol sahəsinin 5 №-li Dəstə məntəqəsində, xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilə qədər X17" MMC-nin İnfrastruktur İdarəsinin Süni tikililər və yol yatağı sahəsində yol montyoru vəzifəsində işləməsi, işlədiyi müvafiq peşə üzrə sosial sığorta (əmək) stajının 15 il 5 ay 21 gün təşkil etməsi, işlədiyi yol montyoru peşəsinin əsas xüsusiyyətləri yolun üst tikililərinin konstruksiyalarının və dəmiryolu xətlərinin quraşdırılması, sökülməsi və təmiri üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.4-cu bəndinin 21cı abzasına uyğun olması, Azərbaycan Dəmir Yolu X15 və “X17” MMC-nin İnfrastruktur İdarəsinin Yol sahəsinin magistral dəmir yolları üzrə xidmət göstərməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 saylı əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: - Magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik mo ntyorları, elektrik mexanikləri, yol montyorları. (23001000 -19825) - İpək və baramaaçma istehsalatları: baramaaçanlar (2210600a -12819) - Betonçular (1010300a—11196) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: Magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları - 26.5. İpək və baramaaçma istehsalatları: baramaaçanlar - 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeral tı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlərdə) fəhlələr: betonçular İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olması inzibati işin araşdırılmış halları ilə öz təsdiqini tapır. İddiaçının ümumi iş stajının 25 ildən az olması, X8 Sistemi proqramı təminatına əsasən onun 10 il 11 ay ümumi, 10 il 11 ay xüsusi iş stajının olması, əmək kitabçası üzrə işlədiyi illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhv il vermək, məcburi dövlər sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. İddiaçının yuxarıda qeyd olunan müəssisə və təşkilatlardakı əmək fəaliyyəti və stajı onun əmək kitabçası və digər sənədlərlə təsdiq olunur. Əmək kitabçasının mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilmir. Bununla yanaşı müəssisənin əməkhaqqı cədvəllərində bəzi vaxtlarda iddiaçının adına əməkhaqqının yazılmaması və ya əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi, eləcə də ödənilmiş əməkhaqqı məbləğindən məcburi dövlət sosial sığorta haqlarının tutulmaması iddiaçının məsuliyyət dairəsinə aid edilə, onun sosial təminat hüququ nun məhdudlaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Göründüyü kimi iddiaçının tələbi üzrə cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, kollegiya yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmiş, lakin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hansı vaxtdan hesablanmasını göstərməmiş dir. Kollegiya hesab edir ki, qeyd olunanlara əsasən iddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalı və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2-1(122)-318/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2-1(122)318/2023 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 21(122)-318/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixdən hesablansın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.