Məhkəmə qərarları › İş №2-1(108)-26/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-26/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-26/2025 04.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X4, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, Mirzəyeva Aygül Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin dəyişdirilməsi və AR MN-nin MHHK-nın 10822 nömrəli şəhadətləndirilməsi (AR SQ hərbi tibbi ekspertizasının) qərarına uyğun olaraq verilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2-1(122)-745/2024 nömrə li qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR MN-in xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin etibarsız hesab olunaraq yeni əmr verilməsini, xəstəlik ilə bağlı olduğu üçün töhmətlərin geri götürülməsi, rütbənin bərpa olunması (1 pillə yuxarı keçirilməsi), hazırda qüvvədə qanunvericiliyə əsasən yeni əmək haqqı tarifinə əsasən aylıq vəzifə rütbə maaşı, ərzaq pulu, kira pulu, maaşa əlavələr (13. ay əmək haqqı), maddi yardımlar, məzuniyyət pulları və 20172020-ci illərdə 13. əmək haqlarından əsassız tutulan 25% miqdarındakı ödənişlərin verilməsini qarşı tərəfin üzər inə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 21(122)-745/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-in xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin etibarsız hesab olunaraq yeni əmr verilməsini, xəstəlik ilə bağlı olduğu üçün töhmətlərin geri götürülməsi, rütbənin bərpa olunması (1 pillə yuxarı keçirilməsi), hazırda qüvvədə olan qanunvericiliyə əsasən yeni əmək haqqı tarifinə əsasən aylıq vəzifə rütbə maaşı, ərzaq pulu, kira pulu, maaşa əlavələr (13-cü əmək haqqı), maddi yardımlar, məzuniyyət pulları və 20172020-ci illərdə 13-cü əmək haqlarından əsassız tutulan 25% miqdarındakı ödənişlərin verilməsinin qarşı tərəfin üzərinə ö hdəliyin qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 21(122)-745/2024 nömrəli qərardadından narazı qalan İddiaçı 17 mart 2024-cü il tarixli apellyasiya şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(122)-745/2024 saylı qərardadının ləğv edilərək məhkəmə prosesinin başlanmasının mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(108)-50/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəm əsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)745/2024 nömrəli qərardadı ləğv edilərək inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli müvafiq məzmunlu yardım məktubları ünvanlanaraq əsas hüquqi marağının təmin edilməsi məqsədilə iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. 01 noyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə sonuncu dəfə 26 oktyabr 2024-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin dəyişdirilməsi və AR MN-nin MHHK-nın 10822 nömrəli şəhadətləndirilməsi (AR SQ hərbi tibbi ekspert izasının) qərarına uyğun olaraq verilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 21(122)-745/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin dəyişdirilməsi və AR MN-nin MHHK-nın 10822 nömrəli şəhadətləndirilməsi (AR SQ hərbi tibbi ekspertizasının) qərarına uyğun olaraq verilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərə fin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.(hakim: T.Əliyev) Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 21(122)-745/2024 nömrəli qərardadından narazı qalan İddiaçı 08 yanvar 2025-ci il tarixli apellyasiya şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2024-ci il tarixli, 2-1(122)-745/2024 saylı qərardadının ləğv edilərək məhkəmə prosesinin başlanmasının mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, AR MNnin xx.xx.2022-ci i l tarixli, 0698 nömrəli əmrinin dəyişdirilməsi barədə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrindən çıxarışdan məlum olur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin Maliyyə xidməti rəisi kiçik leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanlanan N iyun 2024-cü il tarixli, 3-254/2-3897/2024 nömrəli etirazında qeyd olunmuşdur ki, mübahisələndirilən inzibati akt Azərbaycan Respublikasının müdafi ə nazirinin 0698 nömrəli əmridir. Əmr isə xx.xx.2022-ci il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün, yəni xx.xx.2022-ci il tarixdə bitmiş, iddiaçı isə məhkəməyə Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni 2024-cü ilin yanvar ayının 25-də təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. Məhkəmə iddiaçı tərəfindən göstərilən arqumentə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın dəyişdirilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktdan məlumatlı olduğ u andan başlamış, lakin iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı 25 yanvar 2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi 30 yanvar 2024-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının başqa iddia tələbi üzrə məhkəmə icraatının aparılması əmrin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etməyinə mane olmamaqla, iddia müddətinin iddiaçı tərəfindən üzrlü səbəbdən buraxılmasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan x ahiş etmişdi. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı bildirmişdir ki, AR Ordusunda həqiqi hərbi xidmətdən xx.xx.2022-ci il tarixindən qanunsuz olaraq xəstə olduğu halda xəstəlik ilə deyil, xidməti uyğunsuzluq ilə ehtiyata buraxılmıdır. 2021-ci il noyabr ayından etibarən səhhətində xəstəlik yaranmış, bu tarixdən etibarən dəfələrlə ambulator və stasionar müalicə almağına baxmayaraq səhhətində dəyişliklik olmamış və daha da ağırlaşmışdır. 2021-ci il noyabr ayından 2022-ci ilin avqust ayınadək dəfələrlə ambulator və stasionar müalicə almışdır. Bu dövrlərdə xəstəliyi kəskinləşmiş, o dövrkü komandanlığın səhlənkarlığı və qərəzi nəticəsində xəstəliyin səbəbi bilinməmişdir. Xidmət etdiyi dövrdə o, dəfələrlə hərbi hissə komandanlığına və yuxarı koman danlığa rəsmi müraciətlər etmiş, xəstəliyinin xidmətinə maneə olduğunu bildirmişdir. Bunlara baxmayaraq komandanlıq müraciətlərini əsas göstərərək daha bir qanunsuzluq etmiş, xəstəlik ağırlaşdığı halda yuxarı ixtisaslı müalicəyə göndərmək əvəzinə onu ordu sıralarında xidməti uyğunsuzluğa görə ehtiyata buraxmışdır. Hərbi-Həkim Komissiyasının 23 avqust 2022-ci il 1105 nömrəli xəstəlik arayışında hemorragik vaskulit (sual altında) diaqnozu qoyularaq “stasionar müayinə, müalicə və şəhadətləndirilməsi məsləhətdir” qərarı çıxarılmasına baxmayaraq ondan aşağı tibb müəssisəsi olan N nömrəli hərbi hissənin həkim komissiyası N avqust 2022-ci ildə heç bir müalicə və ya müayinə aparmadan; xəstəliyin ağırlığına baxmadan 1 gün içində “hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. 29 avqust 2022-ci il ta rixindən (qərardan 2 gün sonra) ehtiyata buraxılmışdır. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra 1 (bir) ay müddətinə o, Naxçıvan şəhər SHXÇÜDX-nə yenidən şəhadətləndirilmək üçün Naxçıvan Qarnizonu MHHK-müraciət etmiş və şəhadətlənmişdir. Verilmiş qərarla razılaşmadığı üçün 1(bir) ay müddətinə Naxçıvan MR İnzibati məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci ildən xx.xx.2023-ci ilədək məhkəmə prosesi davam etmişdir. NMR İnzibati Məhkəməsinin çıxardığı qərardan NMR Ali Məhkəməsinə şikayət ərizəsi vermişdir.NMR Ali Məhkəməsi xəstəliyin diaqnozu və səbəbəlaqəsinin öyrənilməsi üçün AR MN MHHK-na ekspertizaya və şəhadətləndirilməyə göndərmişdir.AR MN MHHK-da ekspertiza və şəhadətləndirilmə zamanı ona əvvəllər qoyulmuş diaqnozun səhv olduğu, dügün olmadığı aşkar olmuşdur. ARMN MHHK-nın çıxardıığı qərara əsasən NMR Ali Məhkəməsində xx.xx.2023-cü il tarixdə müvafiq qərardad qəbul edilmişdir. Çıxarılmış qərardadda xəstəliyin tarixi və səbəb-əlaqəsi haqda müvafiq qeydlər öz əksini tapmışdır. Yuxarıda qeyd etdikləri, AR MN MHHK -nın, NMR Ali Məhkəməsinin müvafiq qərardadına və N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli "Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair " 2119 nömrəli arayışına əsasən açıq şəkildə görünür ki, o, xəstəliyi hərbi xidmət dövründə almış və bu xüsusla 3-cü qrup əlildir. Əlavə olaraq, qeyd olunan xəstəlik xidmət etdiyi dövrdəki xəstəlikdir. Yəni, xəstəlik hərbi xidmət dövründə yuxarıda sadaladığı səbəblərdən düzgün qiymətləndirilsə idi, onun iddia tələbinə ehtiyac qalmazdı. Belə ki, onun o rdu sıralarından tərxis olma səbəbi xidməti uyğunsuzluğa görə deyil, xəstəlik ilə olacaqdı. xx.xx.2023-cü il tarixli məhkəmə qərardadının ona təqdim olunduğu vaxtdan etibarən o, NMR İnzibati Məhkəməsinə onun xəstəliyi hərbi xidmət dövründə aldığı üçün MN -nin müvafiq əmrinin dəyişilməsi səbəbi ilə şikayət ərizəsi ilə müraciət etmişəm. NMR İnzibati Məhkəməsinin xx.xx.2024 -cü il qərardadına əsasən iddia mümkün hesab edilməmişdir. Bundan sonra NMR Ali Məhkəməsinə NMR İnzibati Məhkəməsinin verdiyi qərardaddan şikayət ərizəsi ilə müraciət etmişdir. NMR Ali Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadında verdiyi şikayəti təmin etmiş, işə yenidən baxılması üçün NMR İnzibati Məhkəməsinə göndərmişdir. Bu tarixdən NMR İnzibati Məhkəməsində işin mümkünlüyü yoxlanılmışdır, iddia tələbi dəqiqləşdiril mişdir. AR MN-in xx.xx.2022-ci il tarixli 0698 nömrəli əmrinin ləğv edilib AR MNnin MHHK-nın 10822 nömrəli şəhadətnaməsinin (AR SQ hərbi həkim tibbi ekspertizasının) qərarına uyğun olaraq verilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulması barədə iddia tələbini növbəti olaraq mümkün hesab etməmişdir. Məhkəmənin iddianı mümkün hesab etməməsinə səbəb iddia tələbi üzrə müraciətin müddətinin ötürülməsidir, onu qeyd etmişdir ki, o yuxarı komandanlığa xidmətdən ehtiyata buraxılmamışdan (xx.xx.2022-ci il -sözügedən əmrdən əvvəlki tarix) əvvəl poçt vasitəsi ilə müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır. Bundan başqa onu xx.xx.2022-ci il tarixli 486 nömrəli hospital arayışında şəhadətləndiriblər və xəstəliyin gedi şatı ağır olduğundan" hərbi xidmətə müvəqqəti yararsızdır,14 gün müddətinə hərbi xidmət vəzifələrinin icrasından tam azad edilməsi məsləhətdir" qərarı çıxarmış, xx.xx.2022-ci il tarixdə 1105 nömrəli arayışda Naxçıvan Qarnizonu MHHKtərəfindən şəhadətləndirilmiş, stasionar müayinə, müalicə və şəhadətləndirilməsi məsləhətdir qərarı çıxarmışdır-əlavə olaraq onu qeyd etmişdir ki, Naxçıvan Qarnizonu MHHK-nın çıxardığı qərardaki xəstəliyin diaqnozu sual altında verilib, yəni o müayinə olunmalı, diaqnoz dəqiqləşdirilməli və ona uyğun olaraq şəhadətlənməli idi. X5 MHHK- nın çıxardığı qərar icra olunmamış və ondan aşağı komissiya olan N nömrəli hərbi hissənin həkim komissiyası hospital komandiri tərəfindən qanunsuz verilmiş tapşırığa əsasən həmin 1105 nömrəli arayışın əslini məndən almış, xx.xx.2022 -ci ildə yenidən stasionar müalicəyə almışdır. Onu qeyd etmişdir ki, o hospitalda stasionar müalicə olduğu dövrdə heç bir müalicə almamış və bunlar həmin epikrizlərdə əks olunmuşdur. Bir günlük stasionar yatışdan sonra kobud qanun pozuntusu etmiş, tarixi xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixi əhatə edən "kafi vəziyyətdə hərbi hissəyə yazılsın" hərbi xidmətə yararlıdır qərarı çıxarmışdır. Bu çıxarılmış qərara əsasən onun xəstəliyi bilinməmiş və sağlam qərarı verilərək ehtiyata buraxılmışdır. Müddətin ötürülməsinə görə qeyd etmişdir ki, onun mübahisələndirdiyi əmrdə o 156 maddənin e bəndi ilə, yəni xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Onun tələbi isə 156 maddənin v - xəstəliyə görədir. Belə olduğu halda, o ilk olaraq Naxçıvan MHHK-na (ehtiyata buraxıldıqdan bir ay keçməmiş ) müraciət etmişdir. Sonra müddəti ötürmədən Məhkəmə qaydasında şikayət vermişdir. xx.xx.2023-cü il tarixli 10822 nömrəli şəhadətnamədə "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır "qərarı çıxarılmışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu tarixdən sonra məhkəməyə xitam verilmiş, qərardad çıxarılmış, həmin qərardadın ona çatdığı gündən müddət keçməmiş şikayət vermişdir. Ayrıca olaraq yuxarıda qeyd etdiyi "İnzibati İcraat haqqında" Azərbaycan Respublikası qanunun 73.3 maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. O, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış, əsas mübahisə predmeti verilən əmrin müvafiq bəndi ilə əla qədardır. Müvafiq qərar və arayışlara əsaslanaraq tələbi isə xəstəliyi hərbi xidmət dövründə aldığı üçün ehtiyata buraxılmağının xəstəliklə əlaqəsidir. Belə ki, onun xəstəliyini hərbi xidmət dövründə almağı barədə kifayət qədər aktlar və MN MHHK- nın qərarı həmin müddət ərzində onda olmadığı üçün o şikayəti sonra vermişdir. Belə olan halda əmrin uyğunsuz kimi olmağı açıqca qanuna ziddir, çünki heç bir halda xəstəlik ola-ola elə əmr verilməsi düzgün deyil, qanuna ziddir. Belə ki, o, inzibati aktın mübahisələndirilməsini üzrlü səbəbdən ötürmüşdür. Qeyd olunanlara əsasən "Azərbycan Respublikası İnzibati prossesual Məcələnin" 35.1, 47.1 və "İnzibati İcraat haqqında" Azərbaycan Respublikası qanunun 73.3 maddələrini rəhbər tutaraq məhkəmədən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qər ardadını ləğv edərək işin mümkünlüyü barədə qərar qəbul etməyi xahiş etmişdir. AR MN MHHK-nın MN BKH-ın 10822 nömrəli xəstəlik şəhadətnaməsində, baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunnmasına dair arayışda, Naxçıvan MR Ali Məhkəməsinin 2-1(108)-32/2023 nömrəli hazırda qüvvədə olan qərardadında belə xəstəlik dövrü, səbəbi, hazırdakı mübahisə mövzusu olan əmrin əsaslandığı 1970 nömrəli epikriz, 529 nömrəli arayışın qanunsuz verilməsi açıqca izahlı şəkildə qeyd edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ikincidə sadalanan hüquqi aktlar hüquqi əhəmiyyət etibarı ilə cavabdehin əsaslandığı aktlardan sonrakı tarixləri əhatə edir və status baxımından üstündür. Ona xx.xx.2023-cü il tarixdə verilmiş arayışda onun xəstəliyinin, xəsarətin verildiyi tarix xx.xx.202 2-ci il tarixidir. Mübahisə mövzusu olan əmr isə bu tarixdən sonra, xx.xx.2022-ci il tarixi əhatə edir. Cavabdehin məhkəməyə etirazına əsas saydığı aktlar N nömrəli hərbi hissə tərəfindən birmənalı olaraq qərəzli şəkildə verilmişdir. Həmin etirazın qəbul edilməməsi üçün əsas saydığı aktı verən orqan da N nömrəli hərbi hissədir. Göründüyü kimi hərbi xidmətdə olduğu dövrdə onun xəstəliyi düzgün qiymətləndirilsə və N nömrəli hərbi hissə komandnalığının qərəzi olmasa idi o həmin hərbi hissənin verdiyi arayışdakı tarixdə hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxılacaq idi. Əsas olaraq "Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə" haqqında Əs asnaməni əsas tutublar. Əlavə olaraq qeyd olunan qanunlardan maddələrlə əsas gətiriblər. Qeyd etmişdir ki, yuxarıda sadalanan qanunlara əsaslanan MNnin etirazı absurddur və qeyd olunan normalarla əsaslanaraq onun iddiasının mümkün olmamasını hesab etmək düzgün deyil. Adı çəkilən qanunlara əməl olunduğu halda onun heç bir şikayəti ola bilməzdi. Qeyd olunan normalara əməl olunmamışdır, sadəcə olaraq etiraz ərizəsində sadalanmışdır. Belə ki, Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında qanunun 40.3 maddəsinə (həqiqi hərbi xidmətdən buraxılma) əsasən Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi xidmət hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə müəyyənedilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41.0.3 xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda. "Hərbi xidmətkeçmə" haqqında Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri tərəfindən elan olunur...xidməti uyğunsuzluğa, hərbi qulluqçuların şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayət əməlinə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhət verilir. Müdafiə Nazirliyinin əsas gətirdiyi 165-ci maddəyə açıqlama olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanunun 53-cü maddəsinə əsasən: Komandir, rəislər tabeliyində olanların fiziki hazırlığına, sağlamlığına qayğı göstərməli, müəyyən edilmiş təminatlarla təchiz edilmələrinə nəzarət etməli, zəruri hallarda onlara yardım göstərməli və onlar üçün böyük rəislər qarşısında vəsatət qaldırmalıdır. Əlavə olaraq o, MN-nə vəziyyəti izah edən geniş müraciət yazmış, müraciətinə cavab olaraq isə ona ərizəsinin araşdırılması və müvafiq tədbir görülməsi üçün ondan aşağı orqana (iş üzrə maraqlı olan)N nömrəli hərbi hissəyə göndərilməsi qeyd olunub. Lakin N nömrəli hərbi hissə araşdırma aparmadan, qeyd olunan aktları, Ali Məhkəmənin qərardadını nəzərə almadan ona əsassız cavab məktubu yazmışdır. Araşdırma tələb olunan hadisələr araşdırılmamışdır.Çünki araşdırılma getməli olduğu halda onun haqlı olduğunu sübut edəcək nə ticələr olacaq idi. Bu qeyd olunanlarla bağlı, məhkəmə prosesində dəfələrlə vəsatət qaldırmış, lakin məhkəmə birmənalı şəkildə bu olanlara hüquqi qiymət verməmişdir. Beləliklə, İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2-1(122)-745/2024 saylı qərardadının ləğv olunması və AR MN-nin xx.xx.2022-ci il tarixli 0698 nömrəli əmrinin ləğv edilib AR MN-nin MHHK-nın 10822 nömrəli şəhadətnaməsinin (AR SQ hərbi tibbi ekspertizasının) qərarına uyğun olaraq verilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulması, iddianın mümkünlüyü barədə qərar qəbul etməyi xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası İnzibati-Prosessual Məcə lləsinin 2.1, 11.1, 12.1, 12.2, 12.3, 12.4, 14.1, 14.3, 35.1, 38.3, 57.6, 57.7, 58.2, 58.3, 58.7,72-ci maddələrinə və İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanununun 22.1, 22.2, 23.1, 23.2, 24.1, 24.3, 24.4, 24.5, 67.1, 67.2, 73.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları: Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək, izahatında iddia tələbində əsas hüquqi marağının, AR MN-in xx.xx.2022-ci il tarixli 0698 nömrəli əmrinin ləğv edilib AR MN-nin MHHK-nın 10822 nömrəli şəhadətnaməsinin (AR SQ hərbi həkim tibbi ekspertizasının) qərarına uyğun olaraq verilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulmasını qeyd edərək,Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2-1(122)-745/2024 nömrəli qərardadının ləğv edilərək məhkəmə prosesinin başlanmasının mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun t ələblərinə riayət etməyə borcludurlar.... Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə

58. Sübutların araşdırılması qaydası..... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri.

82. Apellya siya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

87. Apellyasiya instansiyası məhkəməsində icraat..... 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəm ənin mövqeyi Məhkəmə kollegiyası inzibati mübahisəyə dair iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəfin izahatını dinləyib işdə olan sübutlara hüquqi qiymət verərək, iddiaçı tərəfindən verilmiş şikayətin birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün qərarın qanuniliyini, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini tam yoxlayır. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulm uş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçısının izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya ilk olaraq qeyd edir ki, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Buna görə də məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü inzibati prosessual qanunvericiliyə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, hazırkı iş üzrə iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin dəyişdirilməsi və AR MN-nin MHHK-nın 10822 nömrəli şəhadətləndirilməsi (AR SQ hərbi tibbi ekspertizasının) qərarına uyğun olaraq verilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulmasından ibarətdir. İş materialları ilə müəyyən olunur ki, AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmri ilə İddiaçı hərbi xid mətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili həmin əmrə əsas olmuş xidmət dövründə baş vermiş xəstəliyi ilə əlaqədardır. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,...... 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsi ilə müəyyən ol unmuş qaydalar tətbiq olunur. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qanunvericiliyin sadalanan müddəalarından da göründüyü kimi müddət şəxsin təqsiri olmadan buraxıldığı hallarda məhkəmə tərəfindən təmin edilir. Lakin birinci instansiya məhkəməsində iddiaçı müddətin üzrlü hesab edilərək bərpa edilməsi ilə əlaqədar məhkəməyə hər hansı sübut və vəsatət təqdim etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında olan tövsiyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzib ati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkət in yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Eyni zamanda iş materiallarından, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan və şikayətində qeyd etdiklərindən aydın olduğu kimi İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrindən vaxtında xəbərdar olmuş, lakin ötən müddətdə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş və müraciət etməməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu təqdim etməmişdir. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. Apellyasiya şikayətində göstərilən digər dəlillərə münasibətdə qeyd edilməlidir ki, irəli sürülən dəlillər birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia ərizəsində qeyd edilənlərlə eyniyyət təşkil edir və ümumiyyətlə iddianın əsaslılığı ilə əlaqədar dəlillərdən ibarətdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd olunduğu kimi “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddi anın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir”. Yəni, mümkün hesab edilməyən iddiaların əsaslılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. İddiaçı tərəfindən qeyd edilən bu dəlillər iddianın əsaslılığı ilə əlaqədar olduğundan hazırki baxışın predmetinə daxil deyil və buna görə də müzakirə olunaraq qiymətləndirilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hazırkı iddia ilə cavabdeh inzibati orqanın qəbul etdiyi əmrin dəyişdirilməsini istəyir. Əmrin məzmunu xidməti uyğunsuzluğa görə iddiaçının ehtiyata buraxılmasından ibarətdir. Həmin əmrin qəbul edilməsinə səbəb isə iddiaçının xidməti vəzifələrinin məqsədəuyğun həyata keçirilməməsi ilə əlaqədardır. İddiaçı isə hesab edir ki, on u xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız olması əsası ilə ehtiyata buraxmalı idilər. Buna görə də o, düzgün tibbi şəhadətləndirilməsi üçün aidiyyəti cavabdeh inzibati orqana və məhkəməyə müraciət etmişdir. Müsbət qaydada tibbi şəhadətləndirildikdən sonra qeyd edilən səbəblərdən hazırkı iddianı gec qaldırmışdır, lakin iddiaçının bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi əmrin məzmunu və əmrin qəbul edilmə səbəbləri fərqlidir. Əmrin qəbul edilməsinə səbəb iddiaçının xidməti vəzifələrini məqsədəuyğun həyata keçirməməsi, yəni sağlamlığı ilə əlaqədar deyil, uyğunsuzluqla ehtiyata buraxılmasıdır. Belə olan halda iddiaçı xidməti vəzifələrinin məqsədəuyğun həyata keçirilməməsi səbəbindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmri vaxtında müb ahisələndirməli idi. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd edildiyi kimi iddia mümkün sayılmadıqda məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərt in mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2-1(122)-745/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin dəyişdirilməsi və AR MN-nin MHHK-nın 108 22 nömrəli şəhadətləndirilməsi (AR SQ hərbi tibbi ekspertizasının) qərarına uyğun olaraq verilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2-1(122)-745/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 21(122)-745/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar