Məhkəmə qərarları › İş №2-1(108)-27/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-27/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-27/2021 18.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cav abdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 21(122)-61/2021 nömrəli qərarından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarix li, 813 nömrəli qərarının icra olunması və o qərardan irəli gələn bütün hüquqi öhdəliklərin müvafiq inzibati orqan tərəfindən icra olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 21(122)-61/2021 nömrəli qərarı ilə İddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı vəkili və nümayəndəsi 04 noyabr 2021-ci il tarixdə şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya m əhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Apellyasiyanın mümkünlüyünü şərtləndirən belə əsaslardan biri də məzmununa görə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1ci maddəsinin tələblərinə cavab verməli olmasıdı r. Şikayətin mümkünlüyü ilə bağlı şifahi məhkəmə baxışı iclasındakı izahatında Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil şikayətin mümkünlüyü ilə əlaqədar qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Hazırki şikayət İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. İnzibati işin materiallarında olan 08.10.2020-ci il tarixli etibarnamədən məlum olur ki, İddiaçı nümayəndəsi olmuş Vəkil səlahiyyətləri 08 oktyabr 2021-ci il tarixdə başa çatır. İş materiallarında olan şikayətdən məlum olur ki, şikayət 04 noyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə verilmişdir. Bu da onu göstərir ki, şikayət verilərkən Vəkil səlahiyyətli olmamışdır. Həmçinin Vəkil iddiaçının vəkili olması ilə bağlı 04 noyabr 2021-ci il tarixdə verilmiş apellyasiya şikayətinə order əlavə edilməmişdir. İş materiallarına olan 17 dekabr 2020-ci il tarixli, 006394 saylı orderə əsasən müəyyən olunur ki, Vəkil İddiaçı hazırki inzibati işdə deyil, apellyasiya instansiya məhkəməsində baxılmış və yekun məhkəmə aktı çıxarılmış başqa inzibati işdə vəkili kimi səlahiyyətli olmuşdur. Belə ki, həmin orderdə tapşırığın qı sa məzmunu “iddianın mümkün sayılmaması barədə qərardaddan” kimi qeyd olunmuşdur. Hazırki şikayətin əsasını Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(122)61/2021 nömrəli qərarının ləğvi və iddianın təmini təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Yəni qanunvericiliyin qeyd edilən müddəasının mənasına görə vəkilin məhkəmə qərarlarından şikayət verməsi üçün təkcə tərəfin vəkili olması deyil, eyni zamanda tərəfin nümayəndəsi olması da tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikay əti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, hazırki inzibati işdə Vəkil İddiaçı vəkili və nümayəndəsi olmadığı halda, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(122)61/2021 nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi kimi şikayətə imza etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86.1.1-ci maddəsinə əsasən şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını yoxlayır. Həmin Məcəllənin 86.2-ci maddəsinə görə bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. Lakin, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən qanunvericiliyin bu tələbləri nəzərə alınmayıb və şikayət geri qaytarılmalı olduğu halda, inzibati işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Həmçinin kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, şikayət verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə də əməl olunmamışdır. Beləliklə məhkəmə kol legiyası hesab edir ki, yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılmaması işə, İddiaçı birinci instansiya məhkəməsində vəkili və nümayəndəsi olmuş Vəkil şikayəti üzrə apellyasiya qaydasında baxılmasını istisna edir və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(122)-61/2021 nömrəli qərarından iddiaçının birinci instansiya məhkəməsində vəkili və nümayəndəsi olmuş Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göstərilənlə ri və İnzibati Prosessual Məcəlləsinin 89, 90, 94-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddələrini rəhbər tutaraq kollegiya qərar verdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 oktyabr 2020-ci il tarixli, 452 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı adına verilmiş Naxçıvan Şəhər XDM İK-nin 30 dekabr 1992-ci il tarixli, 813 nömrəli qərarı əsasında hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 21(122)-61/2021 nömrəli qərarında n Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar