Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-27/2022 01.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Qurbanova Surə Urfullah qızının katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci il in yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 21(122)-80/2022 nömrəli qərarından cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 21(122)-80/2022 nömrəli qərarı ilə iddia təmin edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 20 oktyabr 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/S-25 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” pu blik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 21(122)-80/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı “İddiaçı 20 oktyabr 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/S-25 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabd ehə həvalə edilməsi” tələbi dəyişdirilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi kimi icraata qəbul edilməsi və İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı hazırki inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinin əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iy un 2022-ci il tarixli, 21(122)-80/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qərarından narazı qalan cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(122)80/2022 nömrəli qərarının ləğv edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Naxçıvan Muxta r Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, X6 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, xx xxxxxxx 1960-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 30 aprel 2021-ci il tarixli, 49 nömrəli qərarına əsasən 20 oktyabr 2017-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanu nun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 110,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi 05 iyul 1981-ci il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən, onun 01 yanvar 2006-cı il tarixədək hərbi xidmət dövrü də daxil olmaqla 25 il 4 ay 17 gün sığorta stajı vardır, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. X9 tərəfindən təqdim edilmiş 05 iyul 1981-ci il tarixli, HT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən 01 sentyabr 1977-ci il tarixdən 18 iyul 1978-ci il tarixədək təhsil və 20 aprel 1979-cu il tarixdən 23 aprel 1981-ci İl tarixədək hərbi xidmət dövrü də daxil olmaqla o, 05 iyun 1981 -ci il tarixdən 24 avqust 1981-ci il tarixədək Culfa stansiyası texniki kantora üzrə operator, 27 dekabr 1982-ci il tarixdən 03 fevral 1983-cü il tarixədək Culfa stansiyası texniki kantora operator, 23 sentyabr 1983-cü il tarixdən 05 avqust 1985-ci il tarixədək Culfa stansiyası stansiya növbətçisi yanında operator, 03 may 1990-cı il tarixdən 01 yanvar 1998ci il tarixədək Culfa stansiyası vaqonların texniki xidmət məntəqəsində çilingər, 04 yanvar 1998-ci il tarixdən 14 fevral 2002-ci il tarixədək X11 Məntəqəsində işlək hissələr üzrə çilingər, 14 fevral 2002-ci il tarixdən 17 may 2018-ci il tarixədək “X8” MMC-nİn Yük və Sərnişin Daşımaları İdarəsində vaqon bələdçisi, 24 may 2018-ci il tarixdən 12 iyul 2018-ci il tarixədək “X8” MMC-nin İnfrastruktur İdarəsinin Rabitə və X4 XAZ-ATS-də İ ixtisa s dərəcəli elektrik mantyoru, 15 avqust 2018-ci il tarixdən 18 avqust 2021-ci il tarixədək “X8” MMC-nin İnfrastruktur İdarəsinin Ordubad Yol Sahəsi 7 saylı Culfa məntəqəsində İİ ixtisas j dərəcəli yol mantyoru vəzifəsində işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən 2006-cı il yanvar ayının 1-dək 25 il 4 ay 17 gün sığorta stajına əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16812,46 manat olmuş, 01 yanvar 2006-cı il tarixdən 20 oktyabr 2017-ci il tarixədək isə 6721,39 manat olmaqla, cəmi 23533,85 manat məbləğində pensiya kapitalı müəyyən edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması göstərilən qaydada aparılmışdır: 63 yaş 6 ay (2017-ci ilin oktyabr ayında Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) — 57 yaş (güzəştli şərtlərlə yaş həddi) = 78 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) = 222 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı); Pensiya kapitalı 23533,85: 222 = 106,00 < 110,0 (2017-ci il minimum pensiya məbləği). Beləliklə, pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə (110 x 222) = 24.420 manat təşkil etməli olduğu halda, onun fərdi hesabının sığorta hissəsində 23.533,85 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd edilib ki, pensiyanın minimum məbləği xx.xx.2017-ci il tarixdən 110,0 manat, xx.xx.2018-ci il tarixdən 116,27 manat, xx.xx.2019-cu il tarixdən 119,76 manat, xx.xx.2019-cu il tarixdən 160,0 manat, xx.xx.2019-cu il tarixdən 200,0 manat, xx.xx.2022-c i il tarixdən 240,0 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 24420 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı 886,15 manat fərq ilə 23.533,85 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli, qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işləmiş olduğu müəssisə tərəfindən belə bir arayış təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilərək tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxıl arkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qərarı qüvvədə saxlanılacaqsa, xahiş olunur bu zaman vətəndaşın pensiyasının hesablama qaydası qərarda göstərilsin. Çünki, qanunvericilikdə elə bir istinad yoxdur ki, Fond ona əsaslanıb kapital nəzərə alınmadan güzəştli şərtlərlə yaşa görə pensiya hesablaması aparsın. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasında 2017-ci ilin iyulun 1dən fərdi hesabın sığorta hissəsində minimum pensiyaya imkan verən kapitalın olması müddəası Qanunvericilik hakimiyyəti orqanında Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş, icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minmiş, təəssüflər olsun ki, dövlətin digər bir hakimiyyət orqanı olan Məhkəmə hakimiyyəti orqanının nümayəndəsi olan Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən Qanunun bu müddəalarına zidd qərar çıxarılmışdır. Diqqətə çatdırılır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində dəyişiklik edilərək, müəyyən edilmiş xüsusi stajı toplamış şəxslərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu şə rtlər isə bunlardır: Şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 il sığorta stajı olduqda pensiya hüququ yaranır. Göründüyü kimi, yeni dəyişikliklərdən sonra 2022-ci il iyulun 1-dən İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır. Qanunvericiliyə əsasən İddiaçı 2022-ci il iyulun 1-dən əmək pensiyası təyin etmək mümkündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər bir daha Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin qanuna əsaslanmayan düzgün qərar qəbul etməməsini ortaya çıxarır. Hesab edilir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəs ində onda yaranmış daxili inam əsasında düzgün qərar qəbul etməmişdir. Cavabdeh sonda yuxarıda qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(122)-80/2022 nömrəli qərarının ləğv edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X3 məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Naxç ıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(122)-80/2022 nömrəli qərarının ləğv edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(122)-80/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydad a və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İPM-in 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştira kçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraat ı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsind ə icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Cavabdeh apellyasiya şikayətini vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) vermişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci maddəsi). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qəra rında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi Orxan Rzayevin apellyasiya şikayətində göstərdiyi dəlillərini iş materialları və kollegiyada tədqiq edilmiş sübutlarla əhatəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. Belə ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanan 04 fevral 2022-ci il tarixli, 01/S-25 nömrəli məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 30 aprel 2021-ci il tarixdə hüququnun yarandığı 20 oktyabr 2017ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə 110,00 manat əmək pensi yası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006cı il tarixədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində qeyd olunan pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İddiaçı xx.xx.2006-cı il tarixədək olan 25 il 4 ay 17 gün sığorta stajına əsasən formalaşan pensiya kapitalı 16812,46 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək isə 6721,39 manat olmaqla, cəmi 23533,85 manat pensiya kapitalı olmuşdur. Hesablama aşağıdakı qaydada aparılmışdır: 63 yaş 6 ay (2017-ci il in oktyabr ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) – 57 (güzəştli şərtlərlə pensiya yaşı) = 78 (yaşlar arasındakı ay fərqi) + 144 (gözlənilən pensiya ödənişi aylarının sayı) = 222 (gözlənilən pensiya ödənişi aylarının sayı); pensiya kapitalı 23533,85: 222 = 106,00 < 110,00 (2017-ci il minimum pensiyanın məbləği). Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. Əlavə olaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ onun 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə yaranmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimu m məbləğindən az olduğuna görə İddiaçı xx.xx.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna müvafiq deyil. İş materiallarına əlavə edilmiş: - 05 iyul 1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 05 iyun 1981-ci ildən 24 avqust 1981-ci ilədək Culfa stansiyası texniki kantora üzrə operator, 27 dekabr 1982-ci ildən 03 fevral 1983-cü ilədək Culfa stansiyası texniki kantora üzrə operator, 23 sentyabr 1983-cü il tarixdən 05 avqust 1985-ci il tarixədək Culfa stansiyası stansiya növbətçisi yanında operator, 03 may 1990-cı il tarixdən 01 yanvar 1998-ci il tarixədək Culfa stansiyası vaqonların texniki xidmət məntəqəsində çilingər, 04 yanvar 1998-ci il tarixdən 14 fevral 2002-ci il tarixədək X11 Məntə qəsində işlək hissələr üzrə çilingər, 14 fevral 2002-ci il tarixdən 17 may 2018-ci il tarixədək “X7” MMC-nin Yük və Sərnişin Daşımaları İdarəsində vaqon bələdçisi, 24 may 2018-ci il tarixdən 12 iyul 2018-ci il tarixədək “X7” MMC-nin İnfranstuktur İdarəsinin Rabitə və X4 XAZ-ATS-də İ ixtisas dərəcəli elektrik mantyoru, 15 avqust 2018-ci il tarixdən 18 avqust 2021-ci il tarixədək “X7” MMC-nin İnfranstuktur İdarəsinin Ordubad Yol Sahəsi 7 saylı Culfa məntəqəsində İİ ixtisas dərəcəli yol montyoru vəzifəsində işəmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarında qeyd olunur ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik h üquqi şəxsin Culfa rayon şöbəsinin pensiya təyin edən komissiyası "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Audit şöbəsi tərəfindən tərtib edilmiş 25 dekabr 2021-ci il tarixli yoxlama arayışına əsasən pensiya işlərini nəzərdən keçirərək müəyyən etmişdir ki, 30 aprel 2021-cu il tarixdə 49 nömrəli qərara əsasən xx.xx.1960-cı il tarixdə anadan olmuş, ünvan 3 ünvanında yaşayan İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 110 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsini 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla, Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixinədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsind ə müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığorta stajına daxil edilir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından vətəndaşın güzəştli şərtlərlə pensiyası hüququ yaranmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq komissiya xx.xx.1960-cı il tarixdə anadan olmuş, ünvan 3 ünvanında yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə, 49 nö mrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə, qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2022- ci il tarixədək ödənilmiş 4253 manat 97 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılmasını qərara almışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 28 aprel 2022-ci il tarixli, 06/138 nömrəli məktubla məhkəməyə ünvanlanan 21 aprel 2022-ci il tarixli, 06/124 nömrəli izahlı məktubdan görünür ki, xx xxxxxxx 1960-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöb əsinin 30 aprel 2021-ci il tarixli, 49 nömrəli qərarına əsasən 20 oktyabr 2017-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 110,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən, onun 2006-cı il yanvar ayının 1-dək 25 il 4 ay 17 gün sığorta stajı vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 45ci maddəsinə əsasən, iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 222 aya (144 ay + 78 ay) bölünməlidir. 78 ay iddiaçının pensiyaya çıxmaq hüququnun yarandığını 57 yaşla Qanunun 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı olan 63 il 6 ay arasındakı fərqdir (63 il 6 ay - 57 il = 06 il 6 ay). İddiaçının pensiya yaşı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra tamam olduğu üçün, ona 2017-ci il iyulun 1-dən sonra həm də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək olan 25 il 4 ay 17 gün sığorta stajına əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16812,46 manat olmuş, 01 yanvar 2006-cı il tarixdən 20 oktyabr 2017-ci il tarixədək isə 6721,39 manat olmaqla, cəmi 23533,85 manat məbləğində pensiya kapitalı müəyyən edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada apa rılmışdır: 63 yaş 6 ay (2017-ci ilin oktyabr ayında Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə yaş həddi) = 78 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) = 222 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı); Pensiya kapitalı 23533,85: 222 = 106,00 < 110,0 (2017-ci il minimum pensiya məbləği). Göründüyü kimi, İddiaçı 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə təminat verən kapitaldan az olduğu üçün onun pensiyası Fondun Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarına əsasən ləğv edilmişdir. - Fondun Culfa rayon şöbəsi t ərəfindən birinci instansiya məhkəməsinə 28 aprel 2022-ci il tarixli, 06/138 nömrəli məktubla göndərilmiş, 012692 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli, 06/135 nömrəli arayışdan görünür ki, İddiaçı ssn **********218 DSMF Culfa rayon şöbəsində xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək 10 il 6 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 6721.39 manat pensiya kapitalı vardır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 aprel 2021-ci il tarixli, 49 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbayc an Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2017-xx.xx.2018 aralığında 110, xx.xx.2018-xx.xx.2019 aralığında 116,27, xx.xx.2019-xx.xx.2019 aralığında 119,76, xx.xx.2019-xx.xx.2019 aralığında 160, xx.xx.2019-xx.xx.2020 aralığında 200, xx.xx.2020xx.xx.2021 aralığında isə 233,20, xx.xx.2021-ci il tarixdən hər ay 259,78 manat olmaqla müddətsiz əmək pensiyası təyin edilmişdir. - İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 30 aprel 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işlədiyini qeyd etmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 21 aprel 2021-cu il tarixli, 1 3/436 nömrəli arayışda Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X12 Hissəsi - VÇD-9 saylı X10 Deposunun sənədlərinə baxdıqda müəyyən olmuşdur ki, İddiaçı xx.xx.1981-ci il tarixli, 103 nömrəli əmrlə operator qəbul edilməsi, xx.xx.1981-ci il tarixli, 201 nömrəli əmrlə işdən azad edilməsi, xx.xx.1982-ci il tarixli, 369 nömrəli əmrlə həmin depoya yenidən operator qəbul edilməsi, xx.xx.1983-cü il tarixli, 238 nömrəli əmrlə həmin depoya qəbul edilməsi, xx.xx.1985-ci il tarixli, 54 nömrəli əmrlə işdən azad edilməsi, xx.xx.1990- cı il tarixli, 154 nömrəli əmrlə Dəmir Yolu NOD-3 Hissəsinə çilingər qəbul edilməsi əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində VÇD-9 saylı X10 Deposunun 1983-cü ilə dair əmr kitabında işdən azad edilməsi haqqında əmrlərdə adına rast gəli nmədiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixli, 103 nömrəli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü istefada olan gizir İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1985-ci il tarixdən xx.xx.1989cu il tarixədək isə gizir qismində həqiqi hərbi xidmət keçmişdir. 012692 nömrəli pensiya işinə həmçinin İddiaçı işlədiyi dövr ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərini əks etdirən arxiv arayışları və illər üzrə infilyasiya faizləri də əlavə olunmuşdur. İnzibati işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı əmək kitabçasında göstərilən iş illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq, “ Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın imtina məktubundan, apellyasiya şikayətinin məzmunundan və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan məlum olmuşdur ki, aparılan audit yoxlamasından sonra iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olduğu müəyyən edildiyi üçün 30 aprel 2021-ci il tarixli, 49 nömrəli qərara əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Şöbənin 08 fevral 2022-ci il ta rixli, 08 nömrəli qərarına əsasən ləğv olunmuşdur. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin məzmunundan da görünür ki, şikayətin dəlillərində məhz birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi apellyator “...iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının 24420 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı 886,15 manat fərq ilə 23.533,85 manat təşkil etdiyini, bu halın isə birmənalı olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərindən birinin ödənilməməsinə əsas verdiyini, beləliklə, iddiaçıya əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəy yən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbinin əsassız olduğunu” göstərmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi qeyd olunan dəlillərini inzibati işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan Dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Konstitusiyasını n 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tər əfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tə ləblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan iş çilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı old uqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişd ir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki iş üzrə İddiaçı 30 aprel 2021-ci il tarixli, 49 nömrəli qərara əsasən 20 oktyabr 2017-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 110.00 manat məbləğind ə əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilərkən vətəndaşın güzəştli şərtlərlə yaşa görə pensiya hüququ mövcud olmuşdur. Belə ki, tədqiq olunmuş iş materiallarına əsasən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 il 4 ay 17 gün ümumi iş stajı, 13 il, 11 ay, 15 gün xüsusi iş stajı mövcud olmuşdur. Lakin iş materiallarından görünür ki, inzibati orqan tərəfindən aparılmış audit yoxlaması zamanı iddiaçının yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olunduğunun aşkar olunduğu qeyd edilmiş, nəticədə 01 iyul 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş müvafiq əlavə və dəyişikliyin tətbiq edilməsi zərurəti yarandığı əsas gətirilərək iddiaçının fərdi hesabın sığorta hissəsind ə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan təyin olunmuş pensiya inzibati orqanın 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarı ilə ləğv edilmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qeyd olunmalıdır ki, həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Kollegiya mübahisənin həllində 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericilik normalarının dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından tətbiq olunması qənaətinə gəlməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan g üzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni ümumi və xüsusi stajı qazanmış olmasıdır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə hər iki hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş, həmçinin iddiaçının xüsusi iş stajının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısında XXVİİİ hissədə “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adı altında 23001000— 21250 koda əsasən birinci dərəcəli və dərəcədənkənar stansiyalarda tərtibat təpələrinin operatorları və növbətciləri, 23001000—18540 koda əsasən hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər vəzifəsinə uyğun gəldiyi aşkarlanmışdır. Nəticədə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iş stajına dair qanunun zəru ri tələbləri ödənilmiş, onun əmək kitabçasına və arxiv arayışlarına əsasən 01 yanvar 2006-cı ilə qədər 25 ildən çox ümumi iş stajının, 13 il, 11 ay, 15 gün xüsusi iş stajının mövcudluğu araşdırma zamanı öz təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 iyun 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Nəzərə alınmalıdır ki, adıçəkilən Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiya ları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Kollegiya hesab edir ki, iddiaçı 01 yanvar 2006-cı ilə tarixədək qanunvericilikdə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan, yəni bu hüququ əldə etdiyindən və qanunvericiliyə edilmiş dəyişiklik iddiaçının bu hüququnun itirilməsinə və qazanılmış əmək stajının nəzərə alınmalı olmamasına səbəb olmadığından, 57 yaşını 2017ci ildən sonra tamamlamasından asılı olmayaraq, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunmalı və mövcud qanunvericiliyin pensiya kapitalı ilə bağlı tələbi tə tbiq olunmamalıdır. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il qərarında göstərmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, inzibati orqan iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olan hüquq normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələbi əsas gətirərək iddiaçıya təyin olunm uş pensiyanın ləğv edilməsində haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmaqla və işdə olan sübutlara əsaslanmaqla maddi və prosessual hüquq normalarına uyğun düzgün nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Kollegiya həmçinin cavabdeh təşkilatın apellyasiya şikayətində qeyd etdiyi ”... Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlanılacaqsa, xahiş olunur bu zaman vətəndaşın pensiyasının hesablama qaydası qərarda göstərilsin. Çünki, qanunvericilikdə elə bir istinad yoxdur ki, Fond ona əsaslanıb kapital nəzərə alınmadan güzəştli şərtlərlə yaşa görə pensiya hesablaması aparsın” kimi fikrinə münasibətdə qeyd edir ki, göstərilən mülahizə xarakterli bu halların apellyasiya baxışının predmetinə və məhkəməyə aidiyyəti olmamaqla şikayətin dəlili kimi qəbul olunmadığından həmin məsələyə fikir bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yer inə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirm ədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən apellyasiya şikayətinin dəlillərini məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmış, nəticədə düzgün qərar qəbul olunmuşdur. İş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas t əşkil etmir. Buna görə də İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(122)-80/2022 nömrəli qərarından cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkə məsinin 21 iyun 2022-ci il tarixli, 2-1(122)-80/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 81.1, 82, 87.6, 87.8, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərаrverdi: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 21(122)-80/2022 nömrəli qərarında n cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 21(122)-80/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərar inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.