Məhkəmə qərarları › İş №2-1(108)-27/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-27/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-27/2023 23.06.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X4 Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Naxçıvan Bələdiyyəsinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "27 oktyabr 2020-ci il tarixli, 2V-10 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamədə verilmiş miras əmlakın verilməsi haqqında Naxçıvan şəhər ərazisində yerləşən miras əmlakında ona qarşı edilmiş haqsızlığın nəticəsi olaraq eyni bir ərazinin təkrarlanaraq 2 dəfə qərarlaşdırılmasını nəzərə alaraq özəlləşmədən yayındırılmış 378.9 kv.m. əraziyə bələdiyyə qərarının verilməsi, xidmə tdən əraziyə reyestr çıxarışının verilməsi, ünvan 1 ünvanında yerləşən ərazilərə və fərdi yaşayış evinə Xidmətdən reyestr çıxarışlarının verilməsi tələbləri nəzərə alınmaqla İnzibati Məhkəmədən qanun və qanunvericilikdə nəzərdə tutulmuş bütün halları məhkəmə prosesində ətraflı araşdırmaqla düzgün, ədalətli, qərəzsiz məhkəmə qərarının çıxarılması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(122)-321/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Naxçıvan Bələdiyyəsinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı 02 mart 2023-cü il tarixdə mübahisələndirmə haqqında iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək 27 oktyabr 2020-ci il tarixli, 2V-10 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamədə verilmiş miras əmlakın verilməsi haqqında Naxçıvan şəhər ərazisində yerləşən miras əmlakında ona qarşı edilmiş haqsızlığın nəticəsi olaraq eyni bir ərazinin təkrarlanaraq 2 dəfə qərarlaşdırılmasını nəzərə alaraq özəlləşmədən yayındırılmış 378.9 kv.m. əraziyə bələdiyyə qərarının verilməsi, xidmətdən əraziyə reyestr çıxarışının verilməsi, ünvan 1 ünvanında yerləşən ərazilərə və fərdi yaşayış evinə Xidmətdən reyestr çıxarışlarının verilməsi tələbləri nəzərə alınmaqla İnzibati Məhkəmədən qanun və qanunvericilikdə nəzərdə tutulmuş bütün halları məhkəmə prosesində ətraflı araşdırmaqla düzgün, ədalətli, qərəzsiz məhkəmə qərarının çıxarılmasını Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsindən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(122)-321/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(122)-321/2023 nömrəli qərardadından narazı qalan İddiaçı 22 may 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(122)-321/2023 saylı qərardadının tamamilə ləğv edilərək iddiasının təmin edilməsi, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ona qarşı etdiyi haqsızlığın n əticəsi olaraq yayındırılmış 378.9 kv.metr ərazini bərpa edə bilmədiyi halda təzminat olaraq 2006-cı ildən inflyasiya faizi nəzərə alınmaqla 52000 (əlli iki min) manatın ödənilməsi barədə yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı tərəfindən 22 may 2023-cü il tarixdə verilmiş şikayətdə onun məhkəmə kollegiyasından iddia tələbindən fərqli tələb xahiş etdiyi məlum olur. Bu səbəbdən kollegiya şikayətlə bağlı mümkünlük iclası təyin etmiş, iddiaçıya şikayətdəki tələbinin yeni tələb olduğunu, apellyasiya instansiya məhkəməsinin yeni tələblərə baxmaq səlahiyyətinin olmadığını izah etmiş, iddiaçıya şikayətdəki tələbinin birinci iddia tələbinə uyğunlaşdırılması ilə bağlı vaxt verməklə ona müvafiq hüquqi yardım göstərmişdir. İddiaçı 23 iyun 2023-cü il tarixdə şikayətə əlavə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Bələdiyyəsinin ona qarşı etdiyi haqsızlığın nəticəsi olaraq onun əlavə torpaq iddia tələbini geri götürməklə yayındırılmış və təkrarən özəlləşdirilmiş ərazilərin əvəzinə dəyəri 32000 manat, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən torpaq iddia tələbinin mümkünsüzlüyü nəzərə alınmaqla 51000 manat dəyərində təzminatın ödənilməsi barədə yeni qərar çıxarılmasını kollegiyadan xahiş etmişdir. 23 iyun 2023-cü il tarixdə keçirilmiş mümkünlük iclasında İddiaçı izahatında şikayəti müdafiə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli 2-1(122)-321/2023 saylı qərardadının tamamilə ləğv edilərək Naxçıvan Bələdiyyəsinin ona qarşı etdiyi haqsı zlığın nəticəsi olaraq onun əlavə torpaq iddia tələbini geri götürməklə yayındırılmış və təkrarən özəlləşdirilmiş ərazilərin əvəzinə dəyəri 32000 manat, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən torpaq iddia tələbinin mümkünsüzlüyü nəzərə alınmaqla 51000 manat dəyərində təzminatın ödənilməsi barədə yeni qərar çıxarılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatında İddiaçı izahatını dinləyərək Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir: Azərbayc an Respublikası İPM-in 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraat zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin müna sibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya yardım etmək vəzifəsinə uyğun olaraq İddiaçı Naxçıvan Bələdiyyəsinin ona qarşı etdiyi haqsızlığın nəticəsi olaraq onun əlavə torpaq iddia tələbini geri götürməklə yayındırılmış və təkrarən özəlləşdirilmiş ərazilərin əvəzinə 32000 manat, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən torpaq iddia tələbinin mümkünsüzlüyü nəzərə alınmaqla 51000 manat dəyərində təzminatın ödənilməsi tələbinin yeni tələb olduğunu, birinci instansiya məhkəməsi tərəfindən həmin tələb üzrə qərardad çıxarılmadığından apellyasiya ins tansiya məhkəməsinin həmin tələbə baxmasının qeyri-mümkün olduğunu, iddiaçının həmin tələb üzrə birinci instansiya məhkəməsinə iddia ərizəsi vermək hüququnun olmasını izah etsə də iddiaçı həmin tələb üzrə şikayətə baxılmasında israr etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli Qərarına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(122)-321/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(122)-321/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın. Şikayətin qəbulundan imtina.edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar