Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-27/2025 13.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X3 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-1(122)-162/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə icl asında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin üzərinə inzibati öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(122)695/2024 nömrəli qərardadı ilə “İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmi n edilməyinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(122)695/2024 nömrəli qərardadından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmiş və məhkəmənin 09 iyul 2024-cü il tarixli, 2-1(108)-46/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(122)-695/2024 nömrəli qərardadı tamamilə ləğv edilmiş və inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-21(12 2)-162/2025 nömrəli qərardadı ilə “İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-21(122)-162/2025 nömrəli qərardadından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-1(122)-162/2025 nömrəli qərardadının ləğv edilərək iddianın yenidən baxılması üçün Naxçıvan MR İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "polkovnik leytenant” rütbəli ehtiyatda olan zabitidir. 1994-1998-ci illər ərzində Bakı Ali Hərbi Dənizçilik Məktəbində "maliyyə-iqtisadiyyat" ixtisası üzrə ali təhsil almışdır. 1996-2006cı illər ərzində Müdafiə Nazirliyinin 216, 050, 774, N va N nömrəli hərbi hissələrində xidmət etmişdir. 2006-cı ildə xidməti zərurətlə əlaqədar olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə ezam olunmuş va həmin Nazirlikdə xx.xx.2022-cı il tarixədək xidmət etmişdir. 16 noyabr 2022-ci il tarixində "Hərbi Xidmətk eçmə haqqında əsasnamə"nin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusuna görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında ümumilikdə təqvim hesabı ilə 28 (iyirmi səkkiz) il 3 (üç) ay ərzində qüsursuz həqiqi hərbi xidmət keçmişdir. Xidmət etdiyi dövrdə dəfələrlə komandanlıq tərəfindən həvəsləndirilmiş, medallarla təltif olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı X6 müvafiq Sərəncamları ilə "Hərbi xidmətlərə görə” medalı ilə, "Silahlı Qüvvələrin veteranı” medalı ilə, Cənab Prezidentin adından verilməklə Fövqəladə Hallar nazirinin müvafiq əmrləri ilə ”Qüsursuz xidmətə görə” medalın hər dərəcəsi və bir sıra yubiley medalları ilə təltif olunmuşdur. Mövcud qanunvericiliyə əsasən dövlət h esabına mənzillə təmin olunmaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciətlər etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müraciətə baxılması üçün Müdafiə Nazirliyinə göndərmişdir. Bu barədə müdafiə nazirinin katibliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla məlumatlandırılmışdır. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsindən daxil olmuş xx.xx.2022ci il tarixli, 6663 saylı cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” 28 dekabr 2011ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən Müdafiə Nazirliyi strukturunda 20 təqvim ili va daha çox qüsursuz həqiqi hərbi xidmətdə olmuş yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etdiyi üçün (xx.xx.1994-xx.xx.2006, 12 il 3 ay 11 gün) Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli Fərmanı ona şamil edilmir. Belə ki, Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etmiş hərbi qullquçuların mənzil təminatı "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Buna görə də onun mənzil təminatı ilə bağlı qeydiyyatda olduğu rayon icra hakimiyyətinə və ərazi üzrə bələdiyyə orqanına müraciat etməyi məqsədəuyğundur. Ona verilmiş imtinanı va cavabdehin mövqeyini əsassız hesab etdiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Yuxarıda qeyd olun duğu kimi, 1994-2022-ci illər ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında ümumilikdə 28 (iyirmi səkkiz) il 3 (üç) ay ərzində həqiqi hərbi xidmət keçmişdir. ''Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili va daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Deməli, 20 ildən artıq qüsursuz xidmət keçmiş hərbi qulluqçu kimi dövlət hesabına mənzillə təmin olunmaq hüququ vardır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müraciətini baxılması üçün Müdafiə Nazirliyinə göndərmə klə kifayətlənməsi əsassızdır. Çünki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barəda" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət hesabına mənzillə təmin edilirlər. Bu məqsədlə Fərmanın 2-ci hissəsinə uyğun olaraq Komissiya yaradılmışdır. Həmin komissiyanın sədri Azərbaycan Respublikasının maliyyə naziri təyin edilmişdir. Həmin Fərmana 15 noyabr 2021-ci ildə edilmiş dəyişikliyə əsasən Komissiyanın katibliyi funksiyalarının hayata keçirilməsi Maliyyə Nazirliyinə tapşırılmışdır. Lakin, göründüyü kimi Maliyyə Nazirliyi müraciətini Müdafiə Naz irliyinə göndərməklə kifayətlənərək dövlət hesabına mənzillə təmin edilmək hüququndan onu məhrum etmişdir. Cavabdehin mövqeyini əsassız hesab edir. Cənab Prezidentin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının əvvəlki redaksiyasında açıq şəkildə qeyd olunmuşdu ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili va daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Belə olduğu təqdirdə Müdafiə Nazirliyinin onun Azərbaycan Ordusu sıralarında xidmət müddətinin 20 təqvim ilindən az olduğu səbəbindən guya həmin Fərmanın ona şamil edilməməsini bildirməsinin heç bir qanuni əsası yoxdur. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanunun 1.0.1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri – Azər baycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisatdır. Deməli, Silahlı Qüvvələr anlayışı təkcə Azərbaycan Ordusunu əhatə etmir, həmçinin başqa silahlı birləşmələri də əhatə edir. Belə olduğu təqdirdə onun Azərbaycan Silahlı Qüvvələrində xidmətini yalnız Azərbaycan Ordusundakı xidmətlə məhdudlaşdırmaq və bu xidmətin 20 ildən az olmasını bəhanə gətirərək mənzillə təmin olunmağından imtina olunması hüquqlarının kobud şəkildə pozulmasıdır. Adı çəkilən Fərmanın tələblərinə əsasən mənzillə təmin olunmaq üçün hərbi qulluqçunun 2 (iki) əsas şərtə cavab verməsi tələb olunur: 1) 20 təqvim ilindən artıq xidmət keçmə si, iddiaçı isə 28 təqvim ilindən artıq xidmət keçmişdir. 2) Həmin xidmət müddətinin qüsursuz olması. Onun xidməti də qüsursuz olub və bu faktı da Cənab Prezidentin adından verilməklə Fövqəladə Hallar nazirinin müvafiq əmrləri ilə "Qüsursuz xidmətə görə” medalın hər dərəcəsi ilə təltif olunmağı təsdiqləyir. Həmin Fərmanının 2-ci bəndinə əsasən, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə yaradılmış Komissiyanın sədri Azərbaycan Respublikasının maliyyə naziridir. Yəni, hərbi qulluqçuya mənzil verilməsinə dair Komissiya tərəfindən qərar qəbul edilir. Deməli hər iki qurumda (Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyində) ümumilkdə 28 il xidmət etdiyini nəzərə alaraq cava bdeh onu mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edərək dövlət hesabına mənzillə təmin etməlidir. Əfsuslar olsun ki, bu nəinki baş verməmişdir, əksinə cavabdeh onun müraciətini Müdafiə Nazirliyinə yönəltməklə işini bitmiş hesab etmişdir. O Azərbaycanda xidmət etmişdir, hər iki qurum da Silahlı Qüvvələrin Ali Baş Komandanına tabedir, cənab Prezidentin Fərmanına əsasən də mənzillə təmin olunmaq hüququ olduğu halda bundan əsassız şəkildə imtina olunması başadüşülən deyil. Fərmana xx.xx.2021-ci ildə edilmiş dəyişikliyin ona heç bir aidiyyəti yoxdur. Çünki həmin dəyişiklik qəbul edilərkən o artıq Silahlı Qüvvələrdə 27 təqvim ili müddətində qüsursuz xidmət keçmişdi. Fərmanda xx.xx.2021-ci il tarixində dəyişiklik edilərək "Azərbaycan Silahlı Qüvvələrinin" sözlərinin əvəzinə " Azərbaycan Ordusunun” sözləri yazılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Yəni, məlum Fərmana edilmiş dəyişikliyin ona münasibətdə geriyə, ağırlaşdırıcı formada tətbiq olunması Konstitusiyaya ziddir va hüquqlarını kobud şəkildə pozur. Ona görə də pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyi üçün cavabdehin üzəri nə inzibati öhdəlik qoyulmalıdır. Naxçıvan MR İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli 2-1(122)-162/2025 nömrəli qərardadında göstərilib ki, məhkəmə iddiasında cavabdeh şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi düzgün müəyyənləşməyib va iddia əssasız sayılır, lakin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının 4-cü maddasində göstərilib ki, "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etsin.” Naxçıvan MR İnzibati Məhkəməsinə təqdim edilməsinə baxmayaraq, əsassız olara q iddia mümkünsüz sayılmışdır. İddiaçı hərbi qeydiyyatı və xidməti barədə məlumatlar və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 117 nömrəli arayışın sürəti apellyasiya şikayətinə əlavə edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsi nin tələbinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-1(122)162/2025 nömrəli qərardadının ləğv edilərək iddianın yenidən baxılması üçün Naxçıvan MR İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən e dilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şi kayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslə rin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb e dilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İddia ərizəsi və şikayətdən aydın olur ki, iddaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Maliyyə N azirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən cavabdehin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi olaraq müəyyən edilməsində əsas isə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət hesabına mənzillə təmin edilməli olması, bu məqsədlə Fərmanın 2-ci hissəsinə uyğun olaraq komissiyanın yaradılması, həmin Fərmana 15 noyabr 2021-ci ildə edilmiş dəyişikliyə əsasən Komissiyanın katibliyi funksiyasının həyata keçirilməsinin Maliyyə Nazirliyinə tapşırılm ası olmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərək qərardadını onunla əsaslandırmışdır ki, iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməmişdir. Bu səbəbdən hazırkı iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdehliyi yaranmır. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddiaçının müraciətini baxılması üçün aidiyyəti üzrə Müdafiə Nazirliyinə göndərmiş və Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 6663 nömrəli məktubla iddiaçının müraciətinə baxılaraq qeyd edilmişdir ki, iddiaçı Azərbaycan ordusunda 20 (iyirmi) təqvim ilindən az xidmət etdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ona şamil edilmir. Azərbaycan ordusu sıralarında 20 təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. İş materiallarında olan İddiaçı onun ərizəsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ünvanlanmış 30 dekabr 2023-cü il tarixli, 3-23/2-C-1280-25-883/2023 nömrəli məktubda göstərilmişdir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən yalnız Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi təsbit olunmuşdur. Müraciətinizdən də göründüyü kimi Az ərbaycan Ordusu sıralarında xidmət iliniz 1994-2006-cı illəri əhatə etdiyindən (12 il) mənzil təminatınız sözügedən Fərmanın əhatə dairəsinə düşmür.” Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 117 nömrəli arayışın sürətindən məlum olur ki, xx.xx.1977-ci il təvəllüdlü, ehtiyatda olan polkovnik-leytenat İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Ali Birləşmiş Komandirlər Məktəbində kursant qismində, xx.xx.1998-ci il tarixdan xx.xx.2022-ci il tarixədək zabit qismində həqiqi hərbi xidmət keçmiş, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə (öz arz usu ilə) müvafiq olaraq ehtiyata buraxılmış, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsində hərbi qeydiyyatdadır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmaq məqsədilə ünvanladığı sorğulara əsasən, - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 16 sentyabr 2024-cü il tarixli, 323/25680/2024 nömrəli məktubundan məlum olur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. Məlumat üçün bildirilir ki, sözügedən Fərman qüvvəyə mindiyi tarixdən Fərmanın 2-ci hissəsi ilə yaradılmış Komissiyanın katibliyinə Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahıları təqdim edildikdən sonra Komissiyanın iclasında mənzil növbəsinə qəbul edilərək həmin hərbi qulluqçuların mənzil təminatı növbəlilik prinsipi əsasında mərhələli şəkildə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Eyni zamanda bildirilir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanına əsasən yalnız Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi təsbit olunduğu və sözügedən hərbi qulluqçunun Azərbaycan Ordusu sıralarında xidmət illəri 1994-2006-cı illəri əhatə etdiyindən (12 il) mənzil təminatının Fərmanın əhatə dairəsinə düşmədiyi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq məktubları ilə İddiaçı məlumat verilmişdir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 oktyabr 2024-cü il tarixli, 323/27237/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın 2012-ci il 11 yanvar tarixli protokolu na əsasən dövlət vəsaiti hesabına mənzillərlə təmin olunacaq hərbi qulluqçuların siyahısının hazırlanaraq Komissiyaya təqdim olunması Müdafiə Nazirliyinə həvalə olunmuşdur. Qeyd olunan Fərmanda sözügedən Komissiyanın əsasnaməsinin təsdiq edilməsi barədə tapşırıq olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29 oktyabr 2024-cü il tarixli, 3-2522/2-85623/24 nömrəli məktubundan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına dəyişiklik edilənədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində (hazırda Azərbaycan Ordusunda) 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin edilmələri üçün müvafiq siyahılar Müdafiə Nazirliyi tərəfindən tərtib edilmişdir. Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi, bununla bağlı müvafiq işlərin görülərək məlumatların əldə edilməsi və siyahıların hazırlanması Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən həyata keçirilir. Hazırlanmış siyahılar müvafiq qərar (hərbi qulluqçuların növbəyə götürülməsi, mənzillə təmin olunması və s.) qəbul edilməsi üçün “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiyaya təqdim olunur. İddiaçının dövlət hesabına mənzillə təmin olunmaq hüququ olduğu əsasından çıxış etdiyi “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanında göstərilmişdir ki,
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın: (...)
3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. (...)
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etsin. Kollegiya hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq iddianın mümkünsüz hesab edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutul mamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır... Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur... Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır... İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1ci maddəsinə görə məhkəmə proses iştirakçılarının iz ahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmçinin həmin Qərarda göstərilmişdir ki, məhkəmələr ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yo xlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Həmin Qərara əsasən iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulmasını əsaslandırmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə inzibati orqanlara münasibətdə inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qal dırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). İnzibati icraatda iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən qanunla üzərinə vəzifə qoyulan və bu baxımdan cavabdehlik daşıyan inzibati orqana qarşı verilməsi və həmin inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasının əsaslandırılması iddianın mümkünlüyünün zəruri şərtlərindən biridir. Kollegiya qeyd edir ki, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan Qərarında göstərilən tövsiyəyə əsasən cavabdehin ona qarşı verilmiş iddiaya cavab verməli olubolmamasını məhkəmələr yoxlamalıdır. Bu baxımdan iddia çı tərəfindən düzgün olmayan cavabdehə qarşı iddia qaldırıldığı halda Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmələr yardım etmək vəzifəsinə uyğun olaraq iddiaya cavab verməli olan cavabdehə qarşı iddia qaldırmaqda iddiaçıya yardım etməlidirlər. Birinci instansiya məhkəməsi işin araşdırılması prinsipinə əməl etməklə hazırki iddia tələbi üzrə qərar qəbul etmək səlahiyyəti olan inzibati orqanın müəyyən edilməsi məqsədilə müvafiq sorğular vermiş, iddiaçıya cavabdehin düzgün müəyyənləşdirilməsi, iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə məktublar göndərməklə kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmaq mədsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası M aliyyə Nazirliyinə sorğular ünvanlamış, verilmiş iddia tələbi üzrə qərar qəbul etmək səlahiyyəti olan inzibati orqanı müəyyən etməklə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardımetmə vəzifəsinə əməl etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu baxımdan kollegiya qeyd olunanlara və iş materiall arına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbi üzrə qərar qəbul etmək səlahiyyəti olan inzibati orqanın müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmiş, iddiaya cavab verməli olan inzibati orqan müəyyən edilərək iddianın mümkünlük məsələsinə hüquqi qiymət verilmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saхlanılmalıdır. Bununla yanaşı Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin digər dəlilləri iddianın əsaslılığına aid olduğundan onlara hüquqi qiymətin verilməsi qanunvericiliyin tələbinə əsasən yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvəd ə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-1(122)-162/2025 nömrəli qərardadı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.6, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməyinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-1(122)-162/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-1(122)-162/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.