Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-28/2021 07.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Novruzov Əsgər Novruz oğlu (sədrliyi və məruzəsi) ilə, Quliyev Vüqar Kərim oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (X3 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi x idmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərarından İddiaçı verdiyi şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (X3 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 14 iyun 2021-ci il tarixli ərizə göndərərək iddia tələbinə dəqiqləşdirmə verməklə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (X3 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 21(122)-124/2021 nömrəli qərarı ilə (sədrlik edən X2) İd diaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (X3 Ordusunun) MaddiTexniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilmişdi r. Məhkəmənin qərarından narazı qalan İddiaçı 02 noyabr 2021-ci il tarixli şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(122)124/2021 nömrəli qərarını ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, göstərdiyi səbəblərdən məhkəmənin 30.09.2021-ci il tarixli, 2-1(122)-124/2021 saylı qərarı ləğv edilməli və onun iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iddia tələbini rədd etməyini onunla əsaslandırmağa çalışmışdır ki, “... iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X6 Komandanının 29.05.2021-ci il tarixli, 072 nömrəli əmrini mübahisələndirməmiş, bunun la da həmin əmrlə razılaşmışdır. İddiaçı hazırda X6 Komandanının 29.05.2021-ci il tarixli, 0N saylı əmrinə əsasən N saylı hərbi hissənin istehsalat rəisi-istehsalat bölməsinin rəisi vəzifəsində xidmət etdiyindən və qeyd olunan əmr bu günədək ləğv olunmadığından iddiaçının N nömrəli hərbi hissənin Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması mümkün deyil... İddiaçı şikayətində göstərmişdir ki, məhkəmə qərarında onu da qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin Maddi -Texniki Təminat İdarəsinin Raket- Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsi nin “j” bəndinə əsasən ehtiyata buraxılması üçün zəruri ilkin şərt qeyd olunan əmrin ləğv edilməsidir. Lakin iddiaçı qeyd olunan əmrlə başqa vəzifəyə keçirildiyini bilməsinə baxmayaraq əmri bu günədək mübahisələndirməmişdir. Bununla da o, əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür...” Məhkəmənin gəldiyi bu fikrə münasibətdə iddiaçı bildirmək istəyir ki, qeyd edilən əsasla məhkəmənin iddia tələbini rədd etməsi əsassız və qanunsuzdur. Belə ki, iddiaçının iddia tələbi 07.03.2021-ci il tarixli raportuna əsasən 100 saylı h\h-nin Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmağı ilə bağlıdır. Məhkəmə isə cav abdehin onu təxris etməməklə bağlı hərəkətsizliyinə münasibət bildirmədən onun başqa vəzifəyə keçməsilə bağlı məsələyə münasibət bildirmiş və hesab etmişdir ki, N nömrəli hərbi hissənin Maddi -Texniki Təminat İdarəsinin Raket- Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmağı üçün zəruri ilkin şərt 29.05.2021-ci il tarixli, 0N saylı əmrin ləğv edilməsidir. İlk olaraq iddiaçı onu qeyd edir ki, məhkəmə məhz hansı əsasla (müvafiq normalara istinad etməklə) bu nəticəyə gəldiyini öz qərarında əsaslandırmamışdır. Halbuki, məhkəmə gəldiyi nəticəni əsaslandırmağa borcludur. İddia ərizəsində qeyd etdiyi kimi o 07.03.2021-ci ildə təxrislə bağlı Raport yazmış, cavabdeh isə onu təxris etməmişdir. Onun iddiası Raportu əsasında təxris edilmək hüququnun cavabdeh tərəfindən pozulması ilə bağlıdır. Bu hüquq ona “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə verilib. Cavabdehin bu hüququ pozduğu aşkardır. Məhkəmədən məhz pozulmuş hüququnun bərpa edilməsini xahiş etmiş, məhkəmə isə bu hüququn pozulmasını bərpa etmək əvəzinə, pozuntu ilə əlaqəsi olmayan başqa hala istinad edərək iddianı rədd etmişdir. Məhkəmə tərəfindən həll edilməli məsələ onun iddiasında qeyd etdiyi hüququnun cavabdeh tərəfindən pozulub-pozulmamasını müəyyən etmək idi. Məhkəmə isə bunu müəyyən etmədən, sanki əsas sualı gözarda vurmaqla iddianın predmetinə birbaşa aid olmayan məsələni əsas gətirərək iddiasını rədd etmək qərarına gəlmişdir. Məhkəmənin “...N nömrəli hərbi hissənin Maddi -Texniki T əminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması üçün zəruri ilkin şərt 29.05.2021-ci il tarixli, 0N saylı əmrin ləğv edilməsidir” fikrinə münasibətdə bildirir ki, məhkəmə “zəruri ilkin şərt” hesab etdiyi halın iddianın rədd olunmasına əsas olduğunu hər hansı normativ hüquqi aktla əsaslandıra bilməmişdir. Çünki bu barədə qanunvericilikdə heç bir tələb yoxdur. Əvvəlki vəzifəsində olduğu zaman yazdığı raportun cavabdeh tərəfindən icra olunmaması səbəbindən bunun məcburi icrasını məhkəmədən tələb etməyinin başqa vəzifədə olduğu üçün mümkünsüz olduğu barədə məhkəmənin qənaəti məntiqsiz və qanunsuzdur. Elə cavabdehin məqsədi də bu kimi yollarla 07.03.2021-ci il tarixli Raportunun icrasından yayınmaq olmuşdur. Onun da məhkəmədən istəyi bu qanunsuzluğun aradan qaldırılması, pozulmuş hüquqlarının bərpa olunması idi. Əgər hər hansı cavabdeh bu kimi texniki yollarla şəxslərin hüquqlarını pozmağa nail olurlarsa, o halda ədalət mühakiməsinin cəmiyyət arasında hansı nüfuzundan danışmaq olar? Məhkəmənin gəldiyi bu fikir o halda əsaslı olardı ki, iddiaçı təxrislə bağlı Raportunu 29.05.2021-ci il tarixli, 0N saylı əmrlə N saylı hərbi hissənin istehsalat rəisi-istehsalat bölməsinin rəisi vəzifəsinə təyin edildikdən sonra yazardı və Raportunda cari vəzifədən deyil, əvvəlki vəzifəsindən təxris olunmağı tələb edərdi. Lakin işin hallarından da göründüyü kimi iddiaçı təxrislə bağlı Raportunu sonuncu vəzifəsində olarkən deyil, 07.03.2021-cil il tarixində 100 sayl ı h\h-nin Maddi-Texniki Təminat İdarəsinin Raket- Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsində xidmət etdiyi vaxtda yazmışdır. Hazırki iddia tələbinin predmeti də məhz 07.03.2021-ci il tarixli Raportu üzrə cavabdehin öhdəliklərini icra etməməsindən (iddiaçını təxris etməməsindən) irəli gəlir. Cari vəziyyətdə onun Raport yazdığı zaman olduğu vəzifədə olub-olmadığı cavabdehi qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin icrasından azad etmir. Həmçinin məhkəmənin qeyd etdiklərinin əksinə olaraq bildirir ki, məhkəmə pozulmuş hüququnu bərpa edərək 07.03.2021-ci il tarixli Raportu əsasında təxris olunmağını cavabdehə bir vəzifə kimi həvalə etmiş olsaydı qeyd edilən qərarın icra edilməsi məqsədilə cavabdehin özü tərəfindən 29.05.2021-ci il tarixli, 0N saylı əmr ləğv ediləcəkdi. İn diki halda isə məhkəmə təxrislə bağlı qərarını verməklə həmin əmri ləğv etmək məsələsini cavabdehin öhdəsinə buraxmaq əvəzinə cavabdehin 29.05.2021-ci il tarixli, 0N saylı əmr ləğv edə bilməyəcəyi qənaətinə gələrək məhkəmənin özünün verməli olduğu qərarı (təxrislə bağlı) verməmişdir. Qısa desə, cavabdeh məhkəmənin qərarının mötəbərliyini nəzərə almalı olduğu halda, məhkəmə öz mötəbərliyini sanki cavabdehin öhdəliklərinin icrasında yarana biləcək “çətinliklərə” güzəştə getmişdir. Qeyd etdiklərindən göründüyü kimi təxrislə bağlı Raportunun cavabdeh tərəfindən icra edilməməsinə onun hər hansı başqa vəzifəyə keçməyi və bununla bağlı əmri mübahisələndirməməsi ilə haqq qazandırıla bilməz. İddiaçının hər hansı başqa vəzifədə olmağı pozulmuş hüququnu bərpa etməklə bağlı hüquqlarının məhdudlaşdırıl ması anlamına gəlmir. Məhkəmə “zəruri ilkin şərt” hesab etdiyi hala aydınlıq gətirməli, həmin tələbin (29.05.2021-ci il tarixli, 0N saylı əmrin də ləğv edilməsi tələbinin) mövcudluğunun vacibliyini bildirməklə iddiaçı olaraq tərəfindən iddia tələbinə əlavə edib-etməməyi, mübahisələndiribmübahisələndirməməyi müəyyənləşdirməli və bu istiqamətdə ona yardım etməli idi. Lakin qeyd edilən normalarının tələblərinə zidd olaraq, məhkəmə “zəruri ilkin şərt” hesab etdiyi halla bağlı heç bir dəqiqləşmə aparmayaraq iddianı rədd etmək üçün sanki bu məqamdan bəhanə kimi istifadə etmək yolunu seçmişdir. Əgər məhkəmə işə obyektiv baxaraq cavabdehin iddiaçını təxris etmədiyinin qanunsuz olduğunu müəyyənləşdirmiş olsaydı, “zəruri ilkin şərt” hesab etdiyi halı - 29.05.2021-ci il tarixli, 0N saylı əmri də iddi a tələbindən kənara çıxaraq ləğv edə bilərdi. Qeyd etdiyi normaların tələbindən göründüyü kimi məhkəmə işə baxarkən iddia tələbindən kənara çıxaraq 29.05.2021-ci il tarixli, 0N saylı əmri də ləğv etməklə Raportu əsasında təxris olunmağını cavabdehin üzərinə bir vəzifə olaraq qoya bilərdi. Lakin məhkəmə əsas pozuntunu (Raport əsasında təxris olunmaq hüququnun təmin olunmamasını) aradan qaldırmaq, ədaləti bərpa etmək əvəzinə, bu hüququnu texniki xarakter daşıyan məqamla əlaqələndirməklə iddia tələbini əsassız olaraq rədd etmişdir. Raportu əsasında cavabdeh onu təxris etməməklə Azərbaycan Respublikası “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinin, həmçinin “Hərbi vəzifə və hərbi xidmət Haqqında AR Qanunu”nun 41.0.9-cu maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Ş ikayətində göstərdiyi normaların tələblərindən göründüyü kimi Raportu əsasında iddiaçını təxris etmək cavabdehin vəzifəsidir. Lakin vəzifəsini hansı səbəbdən icra etməməsini məhkəmədə əsaslandıra bilməmiş, buna baxmayaraq, məhkəmə əsaslı iddiasını rədd etmişdir. İddiaçı şikayətində məlumat üçün əlavə olaraq bildirmişdir ki, tərəfindən 07.03.2021-ci il tarixli Raport yazdıqdan sonra cavabdeh onu cəzalandırmaq məqsədilə 29.05.2021-ci il tarixli, 0N saylı əmrlə eyni vəzifə hesab olunsa da, daha aşağı əmək haqqılı vəzifəyə keçirməklə məhz onun həmin vəzifədən Raport yazaraq təxris edilməyini, bununla da onun gələcək pensiya təminatına zərər vurmaq məqsədi güdmüşdür. Bu hal onunla öz təsdiqini tapır ki, qeyd etdiyi aşağı əmək haqqılı vəzifəyə keçiriləndən dərhal sonra ondan Raport yazmağını v ə çox asanlıqla təxris oluna biləcəyini bildirmişlər. Cavabdeh tərəfindən ona vurula biləcək digər zərərləri də nəzərə alaraq iddiaçı həmin vəzifədə olarkən yenidən Raport yazmış və onu 18.10.2021-ci il tarixli, 01554 saylı əmrlə təxris etmişlər. Bununla da, cavabdeh onu 07.03.2021-ci il tarixdəki Raportu ilə təxris etməməklə planlaşdırdığı qanunsuz əməllərini reallaşdırmış olmuşdur. Nəticədə onun daha aşağı pensiya məbləği ilə təxris olunmağına “nail olmuşdur”. İşin yuxarıda sadaladığı tarixçəsindən göründüyü kimi, 07.03.2021-ci il tarixdə Raport yazdıqdan sonra cavabdehin onu təxris etmək əvəzinə daha aşağı təminatlı başqa vəzifəyə keçirməyinin səbəbi məhkəmə iclasında və ona ünvanlanan məktublarda qeyd edildiyi kimi onu yüksək ixtisaslı kadr olaraq orduya lazımlı kadr olmağı deyil, onu bu yolla cəzalandırmaları olmuşdur. Məhkəmə isə bütün bu qanunsuzluqlara nəzər yetirmədən, işin faktiki hallarını araşdırmadan, heç bir normativ akta istinad etmədən formal mülahizəsi əsasında iddiasını rədd etmişdir. Beləliklə, 07.03.2021-ci il tarixli Raportu əsasında onu ehtiyata buraxmamaqla Əsasnamənin 157-ci maddəsinin, eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət Haqqında Azərbaycan Respublikası Qanunu”nun 41.0.9-cu maddəsinin tələblərinin cavabdeh tərəfindən kobud surətdə pozulmasına baxmayaraq işə baxan məhkəmə tərəfindən bu pozuntular nəzərə alınmamaqla pozulmuş hüquqları bərpa edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən də yuxarıda qeyd etdiyi maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası İPM-in 12.1, 13, 48.1, 69.4, 73.1, 73.2, 78-ci və digər prosessual normalarının t ələbləri kobud surətdə pozulmuşdur. İddiaçı şikayətində Azərbaycan Respublikası İPM-in 1.2, 12.1, 13, 48, 69.4, 73.2, 78, Azərbaycan Respublikası MPM-in 15.2, 218.3-cü maddələrinə, həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 3.5-ci, Azərbaycan Respublikası “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə, eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət Haqqında Azərbaycan Respublikası Qanunu”nun 41.0.9-cu maddəsinə istinad etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. İddiaçı kollegiyaya 29 noyabr 2021-ci il tarixli ərizə ünvanlayaraq ərizəsində hazırda Bakı şəhərində yaşadığını və pandemiya şəraitinin məhdudiyyətlərini nəzərə alaraq verdiyi apellyasiya şikayətinə onun iştirakı olmadan baxaraq apellyasiya şikayətinin təmin edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh təşkilat Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflərin məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onlara iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkü nlüyü barədə xəbərdarlıq olunmuşdur. Kollegiya icraatında olan inzibati mübahisə üzrə ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qa ydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə bax araq həll edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qa ydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndır. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1.3 və 1.4-cü bəndlərinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhk əmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün ə həmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikası İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda həmin Qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati a ktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoru ma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının mövqeyini əsas götürməklə işin şərh olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi qanunun sadalanan normalarının tələblərinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarının tövsiyələrinə düzgün əməl etməmiş, iddianın mümkünlüyü şərtlərinə əməl olunub-olunmamasını hərtərəfli araşdırmayaraq qaldırılmış iddianın mümkünlük şərtlərinə əməl olunmadığı halda iddianın mahiyyəti üzrə həll olunması ilə nəticələnən məhkəmə qərarı çıxarmışdır. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (X3 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalı idi. Belə ki, iş materiallarında olan: -16 dekabr 2019-cu il və 07 mart 2021-ci il tarixli raportların məzmunundan aydın olur ki, polkovnik-leytenant İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. -28 may 2021-ci il tarixli təqdimatın təsdiq olunmuş surətindən aydın olur ki, X6 Komandanının Maddi-Texniki Təminat üzrə müavini tərəfindən polkovnik-leytenant İddiaçı 10 iyul 2019-cu il ta rixdən tutduğu X1 Heyətində Maddi-Texniki Təminat İdarəsinin RaketArtilleriya Silahları Xidməti rəisinin raketlər üzrə müavini vəzifəsindən N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunması barədə vəsatət qaldırılmış, təqdimatın əsaslandırılma hissəsindən isə görünür ki, polkovnik-leytenant İddiaçı 05 aprel 2016-cı il tarixdən X1 Heyətində xidmət etmişdir. Xidmət etdiyi müddətdə özünü təcrübəli, savadlı və işgüzar bir zabit kimi göstərməyə çalışmışdır. O, xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşaraq verilən tapşırıqların icrasını tam həcmdə və nöqsansız yerinə yetirmək üçün əlindən gələni əsirgəməmişdir. Sıradan çıxmış və nasaz silahların təmirinin təşkil olunmasına nəzarət etmiş və zərurət yarandıqda isə onların yenisi ilə əvəz olunma sı üçün sifarişlər hazırlamışdır. Anbarlarda silah və sursatların saxlanılma vəziyyətini mütəmadi olaraq yoxlamış və şöbə rəisinə yoxlamanın nəticələri barədə dolğun məlumat vermişdir. Xidmət sahəsi üzrə zabit və gizirlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin yerinə yetirilməsində şöbə rəisinə yaxından köməklik göstərmişdir. Mütəmadi olaraq silahlanmaya daxil edilmiş yeni silah və texnikaları öyrənmişdir. Səmərəli təkliflər verməyi bacarmışdır. Yuxarıda göstərilənləri və polkovnik-leytenant İddiaçı işgüzar keyfiyyətlərini, bilik və bacarığını nəzərə alıb, hərbi qulluqçudan daha məqsədyönlü şəkildə istifadə olunması məqsədi ilə digər hərbi hissədə bərabər vəzifəyə təyin olunması məqsədə uyğun hesab edilmişdir. İş materiallarından, o cümlədən 28 may 2021-ci il tarixli təqdimatın təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı işgüzar keyfiyyətləri, bilik və bacarığı nəzərə alınıb, hərbi qulluqçudan daha məqsədyönlü şəkildə istifadə olunması məqsədi ilə digər hərbi hissədə bərabər vəzifəyə, yəni X1 Heyətində Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin raketlər üzrə müavini vəzifəsindən N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunması məqsədəuyğun hesab edilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X6 Komandanının 29 may 2021-ci il tarixli, 072 nömrəli əmri ilə həmin vəzifəyə təyin olunmuşdur. Həmçinin iş materiallarında olan 28 iyun 2021-ci il tarixli cavabdeh təşkilatın iddiaya dair etiraz ərizəsindən aydın olur ki, X4 İddiaçı müraciətləri nə baxılmış, tabeliyində olduğu komandanlıq onun müraciətlərini şifahi qaydada cavablandıraraq zabit heyətinə tələbatı nəzərə alıb onun ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını məqsədəuyğun hesab etmədiyini bildirməklə nəticədə onun müraciətlərinə baxılmış, lakin sözügedən müraciət yazılı qaydada deyil, şifahi qaydada cavablandırılmışdır. Beləliklə, iş materialları üzrə 28 may 2021-ci il tarixli təqdimatın təsdiq olunmuş surətindən, eyni zamanda cavabdeh təşkilatın iddiaya dair etiraz ərizəsindən görünür ki, İddiaçı 18 dekabr 2019-cu il və 07 mart 2021-ci il tarixli raportları üzrə N nömrəli hərbi hissənin (X3 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən təxris olunmaması barədə xəbərdar olunmaqla məlumatlı olmuş, hətta o müvafiq raportlarla müraciətindən sonra X1 Heyətində Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin raketlər üzrə müavini vəzifəsindən N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunmuş, müəyyən müddət ərzində sonuncu vəzifəsində (N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi) xidmət etmiş və məhz elə həmin vəzifədən də ehtiyata buraxılmışdır. İddiaçının keçmiş vəzifəsindən -N nömrəli hərbi hissənin (X3 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilm əsi tələbinə münasibətdə isə kollegiya belə hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinə müvafiq tələb ilə müraciət edən zaman həmin vəzifədən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etməsinin heç bir qanuni əsası mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası iddianın mümkünlüyü adlanan 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinm əyə dair iddia mümkün sayılır. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Kollegiya yuxarıda sadalananlara, məhkəmənin yardım etmək vəzifəsi adlanan Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələbinə müvafiq olaraq həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisəyə dair iş üzrə iddia predmetini Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X6 Komandanının 29 may 2021-ci il tarixli, 072 nömrəli əmr təşkil etdiyindən İddiaçı tərəfindən məhkəmə qaydasında əvvəlcə sözügedən əmr mübahisələndirilməli, yalnız bundan sonra iddiaçının N nömrəli hərbi hissənin (X3 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən Hərbi xidmətkeçmə haq qında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi məsələsinə baxılması məqsədəuyğun hesab edilərdi. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X6 Komandanının 29 may 2021-ci il tarixli, 072 nömrəli əmri ilə İddiaçı N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunsa da müvafiq əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin apellyasiya şikayəti üzrə işin kollegiyada araşdırılmış hallarından aydın olduğu kimi İddiaçı məhz həmin vəzifədən-N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. Beləliklə, kollegiya qeyd edir ki, icraatda olan mübahisə üzrə Azərbaycan Respublikası İPM-in 35.1-c i maddəsində göstərilən tələblərə əməl edilməmiş və birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərt mövcud olmamışdır. Kollegiya iddia tələbinin qalan hissəsinə, yəni cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin iddiaçının 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsinə münasibətdə isə qeyd edir ki, iddianın digər hissəsinin mümkünlüyü iddiaçının 07 mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (X3 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması hissəsinin mümkünlüyündən asılı olduğundan müvafiq hissədə də iddia tələbi mümkün sayılmamalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilərinə münasibət bildirilməsi məsələsi ilə əlaqədar isə onu qeyd edir ki, iddianın əsaslılığından öncə onun mümkünlük şərtləri yoxlanıldığından və iş üzrə iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermədiyinə görə işə mahiyyəti üzrə baxılarkən araşdırılmalı olan hallar, o cümlədən də apellyasiya şikayətinin dəlilərinin müzakirə edilməsinə ehtiyac yoxdur. Yəni əvvəlcə iddia mümkün olmalıdır ki, ondan sonra mübahisənin mahiyyət i üzrə araşdırmalar aparılsın. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın məhkəmə, ərazi və predmet aidiyyəti, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması və s.) cavab verməlidir. Kollegiya işin şərh olunmuş bütün qeyd edilən hallarına ümumi hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qanunun yuxarıda sadalanan normalarının tələblərinə düzgün əməl olunmadığından Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin bu iş üz rə qəbul etdiyi qərarı tam ləğv edilməklə müvafiq iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərarından İddiaçı verdiyi şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərarı tam ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin ( X3 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi”nə dair iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası İ PM-in 35.3, 80.1, 87.6, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 21(122)-124/2021 nömrəli qərarından İddiaçı verdiyi şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 21(122)-124/2021 nömrəli qərarı tam ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun 18 dekabr 2019-cu il tarixli və 07 mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun 07 mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (X3 Ordusunun) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-28/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-28/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver