Məhkəmə qərarları › İş №2-1(108)-28/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-28/2022

29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-28/2022 29.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı və cavabdeh təşkilat cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 23 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci i lin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(122)-86/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 17 mart 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/M-19 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 21(122)-86/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 23 nömrəli qərarı ləğv edilmiş və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qərarından narazı qalan cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi 27 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(122)-86/2022 nömrəli qərarını ləğv edərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 23 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh “Naxçıvan Muxtar Respublikası D övlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, X6 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, xx xxxx 1962-ci il tarixdə anadan olmuş, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 22 may 2020-ci il tarixli 197 nömrəli qərarına əsasən 17 mart 2019-cu il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci ma ddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 181,08 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi, ИT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən, onun 25 il 6 ay 8 gün ümumi, 21 il 10 ay xüsusi iş stajı vardır, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İddiaçı tərəfindən təqdim edilmiş ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına və arayışlara əsasən o, 01 yanvar 1977-ci il tarixdən 01 avqust 1978-cı il tarixədək Culfa M.S.Ordubadi adına sovxozda işlədikdən sonra 08 may 1980-cı il tarixdən 01 iyun 1982-ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmətdən olmuş, 17 fevral 1984-cü il tarixdən 27 aprel 1990-cı il tarixədək X 10 çilingər, 27 aprel 1990-cı il tarixdən 01 aprel 2003-cü il tarixədək vaqon baxıcısı, 01 aprel 2003-cü il tarixdən 01 aprel 2004-cü il tarixədək sahə üzrə İ qrup refrejator seksiya mexaniki, 01 aprel 2004-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək Culfa TXM-ə vaqonların qorunub saxlanılması üzrə vaqon müayinəçisi işləmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 18 may 2020-ci il tarixli 13/383 nömrəli arayışdan məlum olmuşdur ki, İddiaçı əmək haqqı kitabları olmasına baxmayaraq 1995-ci il tarixdə adına əmək haqqı qeyd olunmamışdır. Lakin, sonradan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 16 may 2022-ci il tarixli, 13/689 nömrəli arayışda onun Dəmir Yolu NOD 3 - VÇD 9 hissəsində işləməsə və 1995-1996-cı illərə dair əməkhaqqı almas ı göstərilmişdir. Beləliklə, iddiaçının əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən 2006-cı il yanvar ayının 1-dək 25 il 6 ay, 8 gün ümumi, 21 il 10 ay, xüsusi iş stajı və 18424,44 manat pensiya kapitalı, 01 yanvar 2006-cı il tarixdən 17 mart 2019-cu il tarixədək isə 8990,62 manat pensiya kapitalı olmaqla, cəmi 27415,06 manat məbləğində pensiya kapitalı mövcuddur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 64 yaş (2019-ci ilin mart ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) 57 yaş (güzəştli şərtlərlə pensiya yaşı) = 84 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi aylarının sayı) — 228 ay (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı = 27415,06: 22 8 = 120,24 < 160,0 (2019-cu ilin mart ayı minimum pensiyanın məbləği). Hesablama: 25 i! x 306 x 2,3612 (indeks) + (6 x 306/12 x 2,3612) = 18424,44 + 8990,62 (xx.xx.2006 - xx.xx.2019) = 27415,06/228 = 120,24< 160,0 (2019-cu ilin mart ayı minimum pensiyanın məbləği). Beləliklə, pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə (160 x 228) = 36480 manat təşkil etməli olduğu halda, onun fərdi hesabının sığorta hissəsində 27415,06 manat pensiya kapitalı qeydə alınmışdır. Pensiyanın minimum məbləği xx.xx.2017-ci il tarixdən 110,0 manat, xx.xx.2018-ci il tarixdən 116,27 manat, xx.xx.2019-cu il tarixdən 119,76 manat, xx.xx.2019-cu il tarixdən 160,0 manat, xx.xx.2019-cu il tarixdən 200,0 manat xx.xx.2022- ci il tarixdən 240,0 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının qanun vericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 36480 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı 9064.94 manat fərq ilə 27415,06 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. Apellyator qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqınd a" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işləmiş olduğu müəssisə tərəfindən belə bir arayış təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilərək tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddi açının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlanılacaqsa, xahiş olunur bu zaman vətəndaşın pensiyasının hesablama qaydası qərarda göstərilsin. Çünki, qanunvericilikdə elə bir istinad yoxdur ki, Fond ona əsaslanıb kapital nəzərə alınmadan güzəştli şərtlərlə yaşa görə pensiya hesablaması aparsın. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasında 2017-ci ilin iyulun 1dən fərdi hesabın sığorta hissəsində minimum pensiyaya imkan verən kapitalın olması müddəası Qanunvericilik hakimiyyəti orqanında Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş, icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Prezid enti tərəfindən imzalanaraq qüvvəyə minmiş, təəssüflər olsun ki, dövlətin digər bir hakimiyyət orqanı olan Məhkəmə hakimiyyəti orqanının nümayəndəsi olan Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən Qanunun bu müddəalarına zidd qərar çıxarılmışdır. Cavabdeh sonda yuxarıda qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(122)-86/2022 nömrəli qərarını ləğv edərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 23 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müda fiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X3 məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(122)-86/2022 nömrəli qərarının ləğv edilərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 23 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir Məhkəmə baxışı iclasında izahat verən iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(122)-86/2022 nömrə li qərarını dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə ic raatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüv vədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini və iş üzrə tərəflərin izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətini vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) vermişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci maddəsi). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Apellyasiya şikayətinə baxılması ilə bağlı tədqiq olunan: - "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi tərəfindən Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı ünvanlanmış 04 fevral 2022-ci il tarixli, 01/M-19 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 22 may 2020-ci il tarixdə hüququnun yarandığı 17 mart 2019cu il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddə sinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşlar ın pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlə yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində qeyd olunan pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. "Əmək pensiyaları haqqında" Qanunun 31.2-1ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığorta stajına daxil edilir. X11 X4 iş stajına aid verilmiş 18 may 2020-ci il tarixli, 13/383 nömrəli arxiv arayışında 1995-ci ildə əmək haqqı almağı qeyd olunmamışdır. Bu səbəbdən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 24 il 6 ay 8 gün tələb olunan, ümumi 25 il sığorta stajına çatmadığından və xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək olan 24 il 6 ay 8 gün sığorta stajına əsasən formalaşan pensiya kapitalı 17701,79 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək isə 8632,35 manat olmaqla, cəmi 26334,14 manat pensiya kapitalı vardır. Məktubda həmçinin İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması qaydası göstərilmişdir. Kollegiya tərəfindən tədqiq olunmuş iş materiallarına olan: - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında İddiaçı X10 17 fevral 1984-cü il tarixdən 27 aprel 1990-cı il tarixə kimi çilingər, 27 aprel 1990-cı il tarixdən 01 aprel 2003cü il tarixədək vaqon baxıcısı, 01 aprel 2003-cü il tarixdən 01 aprel 2004-cü il tarixə kimi sahə üzrə İ qrup refirejator seksiya mexaniki, 01 aprel 2004-cü il tarixdən 01 yanvar 2006cı il tarixədək Culfa TXM-ə vaqonların qorunub saxlanması üzrə vaqon müayinəçisi vəzifələrində işlədiyi, 01 yanvar 2006-cı il tarixdən isə Culfa TXM-də vaqon müayinəçisi vəzifəsinə keçirildiyi göstərilmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 23 nömrəli qərarından məlum olur ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Audit şöbəsi tərəfindən tərtib edilmiş 25 dekabr 2021-ci il tarixli yoxlama arayışına əsasən pensiya işlərini nəzərdən keçirərək müəyyən etmişdir ki, 22 may 2020-ci il tarixdə, 197 nömrəli qərara əsasən xx xxxx 1962-ci il tarixdə anadan olmuş, Culfa rayonu, Yaycı kəndində yaşayan İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 181 manat 08 qəpik məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstəril ən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsini 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla, Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixinədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Qanu nun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığorta stajına daxil edilir. Vətəndaş H.X8 X4 iş stajına aid verilmiş 18 may 2020-ci il tarixli, 13/383 nömrəli əmək haqqı arxiv arayışında göstərilmiş qeyddə 1995-ci ildə əmək haqqı alması qeyd olunmamışdır. Bu səbəbdən ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək (25 il) olmadığından və 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləği nə çatmadığından vətəndaşın güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq komissiya xx xxxx 1962-ci il tarixdə anadan olmuş, Culfa rayonu, Yaycı kəndində yaşayan İddiaçı 22 may 2020-ci il tarixdə, 197 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə, qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və 22 may 2020-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş 7767 manat 94 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılmasını qərara almışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 16 may 2022-ci il tarixli, 13/689 nömrəli arayışda onun Naxçıvan Dəmir yolu NOD3 – VÇD 9 hissəsində işləməsi faktı və 1995-1996-cı illər ərzində aylar üzrə aldığı əmək ha qqı cədvəli göstərilmişdir. - “Naxçıvan Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 10 iyun 2022-ci il tarixli, 06/225 nömrəli məktubdan aydın olur ki, xx xxxx 1962-ci il tarixdə anadan olmuş, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 22 may 2020-ci il tarixli, 197 nömrəli qərarına əsasən 17 mart 2019-cu il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 181,08 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Beləliklə İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən, onun 2006-cı il yanvar ayının 1-dək 25 il 6 ay 8 gün ümumi, 21 il 10 ay 15 gün xüsusi iş stajı vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: (25 x 306 x 2,3612) 17 mart 2019-cu il indeksi)) + (6 x 306/12 x 2,3612) 17 mart 2019-cu il indeksi)) = 18424,44. (25 x 306 x 2,3612) mart 2019-cu il indeksi)) + (6 x 306/12 x 2,3612) mart 2019cu il indeksi)) = 18424,44. 01 yanvar 2006-cı il tarixdən 17 mart 2019-cu il tarixə kimi isə 8990,62 ümumilikdə isə pensiya kapitalı = (18424,44 + 8990,62) 27415,06: 228 = 120,24 təşkil edir. 64 yaş (2019-ci ilin mart ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 (güzəştli şərtlərlə pensiya yaşı) = 84 (yaşlar arasındakı ay fərqi) + 144 (gözlənilən pensiya ödənişi aylarının sayı) = 228 (gözlənilən pensiya ödənişi aylarını n sayı). Ümumilikdə isə pensiya kapitalı = 27415,06: 228 = 120,24 < 160 (2019-ci il mart ayı üçün minumum pensiyanın məbləği). Beləliklə də, əmək pensiyasının minimum məbləğinin alınması üçün tələb olunan pensiya kapitalı (160 x 228) 36480 təşkil edir. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarının 2 №-li siyahısı üzrə “Dəmiryol nəqliyyatı” bölməsinin (********) "Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri" bəndinə əsasən (**********269 №-li vaqon baxıcıları) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmçinin məktubda İddiaçı iş stajını əks etdirən cədvəl göstərilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfin dən verilmiş 05 may 2022-ci il tarixli, 06/155 nömrəli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı (ssn **********078) DSMF Culfa rayon şöbəsində 01 yanvar 2006-cı il tarixdən 17 mart 2019-cu il tarixədək 11 il, 11 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 8990,62 manat pensiya kapitalı vardır. - Fondun Culfa rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 061338 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 22 may 2020-ci il tarixli, 197 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müv afiq olaraq yaşa görə 17 mart 2019-cu il tarixdən müddətsiz pensiya təyin edilmişdir. - İddiaçı tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 22 may 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işlədiyini qeyd etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 13 may 2020-ci il tarixli, 427 nömrəli arayışdan görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı 08 may 1980-ci il tarixdən 01 iyun 1982ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 18 may 2020-ci il tarixli, 13/383 nömrəli arayışda İddiaçı 17 fevral 1984-cü il tarixli, 64 nömrəli əmrlə Culfa Dəmir yolu - vaqon deposuna İİİ dərəcəli çilingər olaraq işə qəbul edilməsinin əmr kitablarında göstərildiyi qeyd edilmişdir. - “X9” MMC-nin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən İddiaçı verilmiş 13 may 2020-ci il tarixli, 263 nömrəli arayışa əsasən o, həqiqətən 17 mart 1984-cü il tarixdən “X9” MMC-nin Yük və Sərnişin Daşımaları İdarəsinin Culfa Texniki Xidmət Məntəqəsində böyük vaqon baxıcısı təmirçisi vəzifəsində işləmişdir. 061338 nömrəli pensiya işinə həmçinin İddiaçı işlədiyi dövr ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərini əks etdirən arxiv arayışları və illər üzrə infilyasiya faizləri də əlavə olunmuşdur. İnzibati işin araşdırılmış hallarından, iddiaçının iddia qa ldırarkən irəli sürdüyü iddia tələbinin hüquqi əsasından belə aydın olur ki, iddiaçı əmək kitabçasında göstərilən iş illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 23 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini arzu etmişdir. Cavabdeh inzibati orqanın imtina məktubundan, apellyasiya şikayətinin məzmunundan və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan məlum olmuşdur ki, aparılan audit yoxlamasından sonra iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az old uğu müəyyən edildiyi üçün 22 may 2020-ci il tarixli, 197 nömrəli qərara əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Şöbənin 08 fevral 2022-ci il tarixli, 23 nömrəli qərarına əsasən ləğv olunmuşdur. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin məzmunundan da görünür ki, şikayətin dəlillərində məhz birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi apellyator “...iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının 36480 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalının 9064.94 manat fərq ilə 27415,06 manat təşkil etdiyini, bu halın isə birmənalı olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pensiyaları haq qında" Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərindən birinin ödənilməməsinə əsas verdiyini, beləliklə, iddiaçıya əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbinin əsassız olduğunu” göstərmişdir. Göstərilən bu dəlilləri işin tədqiq olunmuş halları ilə müqayisəli şəkildə tədqiq edən kollegiya həmin dəlillərin əsassız olması qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi hesab etmişdir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan Dövləti xalqın və hər bir vət əndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşl arı bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda v ə bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İ QD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2 010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və a ğır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa g örə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki iş üzrə İddiaçı 22 may 2020-ci il tarixli, 197 nömrəli qərara əsasən 17 mart 2019-cu il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 181 manat 08 qəpik məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilərkən vətəndaşın güzəştli şərtlərlə yaşa görə pensiya hüququ mövcud olmuşdur. Belə ki, iddiaçının əmək kitabçasına əsasən 01 yanvar 2006-cı il tarixədək 25 il 6 ay 8 gün üm umi iş stajı, 21 il, 10 ay, 15 gün xüsusi iş stajı mövcud olmuşdur. Lakin iş materiallarından görünür ki, inzibati orqan tərəfindən aparılmış audit yoxlaması zamanı iddiaçının yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olduğu aşkar olunmuş, nəticədə 01 iyul 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş müvafiq əlavə və dəyişikliyin tətbiq edilməsi zərurəti yarandığı əsas gətirilərək iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan təyin olunmuş pensiya inzibati orqanın 08 fevral 2022-ci il tarixli, 23 nömrəli qərarı ilə ləğv edilmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Q anununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qeyd olunmalıdır ki, həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Kollegiya mübahisənin həllində 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericilik normalarının dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından tədbiq olunması qənaətinə gəlməsi ilə bağlı b irinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni ümumi və xüsusi stajı qazanmış olmas ıdır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə hər iki hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş, həmçinin iddiaçının xüsusi iş stajının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısında XXVİİİ. “Nəqliyyat” bölməsinin yarımbölməsinin 23001000 kodu altında “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” və həmin bölmənin yarımbölməsinin 2300100a-11242 kodu altında “yuyucu buxar stansiyalarında (qatarlarda, məntəqələrdə) məşğul olan dəmiryol nəqliyyatı müəssisələrində briqadirlər” vəzifəsinə uyğun gəldiyi aşkarlanmışdır. Nəticədə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iş stajına dair qanunun zəruri tələbləri ödənilmiş, onun əmək kitabçasına və arxiv arayışlarına əsasən 01 yanvar 2006-cı ilə qədər 25 ildən çox ümumi iş stajının, 21 il, 10 ay, 15 gün xüsusi iş stajının mövcudluğu araşdırma zamanı öz təsdiqini tapmışdır. Kollegiya bir daha qeyd edir ki, iddiaçıya güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 iyun 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Nəzərə alınmalıdır ki, adıçəkilən Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Kollegiya hesab edir ki, iddiaçı 01 y anvar 2006-cı ilə tarixədək qanunvericilikdə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan, yəni pensiya hüququ yarandığından, 57 yaşını 2017-ci ildən sonra tamamlamasından asılı olmayaraq, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunmalı və mövcud qanunvericiliyin pensiya kapitalı ilə bağlı tələbi tətbiq olunmamalıdır. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, inzibati orqan iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olan hüquq normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələbi əsas gətirərək iddiaçıya təyin olunmuş pensiyanın ləğv edilməsində haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmaqla və işdə olan sübutlara əsaslanmaqla maddi və prosessual hüquq normalarına uyğun düzgün nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Kollegiya həmçinin cavabdeh təşkilatın apellyasiya şikayətində qeyd etdiyi ”... Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlanılacaqsa, xahiş olunur bu zaman vətəndaşın pensiyasının hesablama qaydası qərarda göstərilsin. Çünki, qanunvericilikdə elə bir istinad yoxdur ki, Fond ona əsaslanıb kapital nəzərə alınmadan güzəştli şərtlərlə yaşa görə pensiya hesablaması aparsın” kimi tələbə münasibətdə qeyd edir ki, göstəril ən bu nüans apellyasiya baxışının predmeti deyildir və şikayətin dəlillərindən biri olmadığından hər hansı qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya inzibati işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşd ırılmış, nəticədə düzgün qərar qəbul olunmuşdur. İş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Buna görə də İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 23 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə cavabdeh “Naxçıvan Mu xtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(122)86/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(122)-86/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 68, 69, 75, 89, 94.1-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrverdi: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fond u" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 23 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(122)-86/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 21(122)-86/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar