Məhkəmə qərarları › İş №2-1(108)-28/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-28/2023

07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-28/2023 07.07.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı "cavabdehin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilərək qanunsuz işdən çıxarılması ilə bağlı ona dəymiş ziyanın ödənilməsi, dövlət qulluğu stajının bərpa olunması və onun Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə bərpa olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respub likası İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(122)-367/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı 07 mart 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilərək qanunsuz işdən çıxarılması ilə bağlı ona dəymiş ziyanın ödənilməsi, dövlət qulluğu stajının bərpa olunması və onun Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli “məlumat”da Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə bərpa olunması və ona dəymiş ziyanın ödənilməsi barədə tələbindən imtina etdiyini göstərərək Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilməsi, dövlət qulluğu stajının bərpa olunması və ona mənəvi təskinlik olaraq 01 AZN (1 manat) məbləğində təzminat ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrindən şikayət etmə müddətinin buraxılması halının üzrlü hesab edilməklə buraxılmış prosessual müddətin bərpa olun ması barədəki ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin onun qanunsuz olaraq işdən azad olunduğu vaxtlarda Naxçıvan Muxtar Respublikasında amansız, qeyri-demokratik siyasət yürüdüldüyündən və bu hərc-mərclik Naxçıvan MR Ali Məclisinin sabiq sədri tərəfindən həyata keçirildiyindən hüquqlarının hər hansı bir şəkildə müdafiəsinə çalışmaq ya azadlıqdan məhrum edilməyə, ya da psixotrop maddələrdən istifadə etməklə şərlənərək ruhi dispanserə yerləşdirilməyə səbəb ola bilərdi. İşin belə olduğunu görüb həyat və sağlamlığını qorumaq məqsədi ilə, müraciətlərini saxlayaraq yaşamını davam etdirmək məqsədi ilə Naxçıvan MR-da özünə başqa işlər axtarmağa çalışmışdır. Yüksək dərəcəli idman ustası olmağına baxmayaraq, ona idman məşqçisi işləməyinə belə qadağa qoyulmuşdur. Bu səbəbdən də o, məcbur olaraq, ata ocağını tərk edib, Bakı şəhərinə getmişdir. Naxçıvan Muxtar Respublikasında aparılan son islahatlardan sonra hüquqların müdafiəsi və bərpası yenidən aktuallaşdığından müraciətlərini davam etdirməyə başlamışdır. Qanunsuz olaraq işdən çıxarılması barədə qanunvericiliyin tələbinə uyğun olaraq bir ay içərisində məhkəməyə müraciət etməsi qeyri-mümkün olmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 21(122)-367/2023 nömrəli qərardadı ilə İddiaçı prosessual müddətin bə rpa olunması barədə 17 may 2023-cü il tarixli ərizəsi təmin edilməmiş və İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı "cavabdehin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilərək qanunsuz işdən çıxarılması ilə bağlı ona dəymiş ziyanın ödənilməsi, dövlət qulluğu stajının bərpa olunması və onun Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə bərpa olunması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 04 iyun 2023-cü il tarixli şikayətlə 06 iyun 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(122)-367/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun iddiasına baxarkən iddia ərizəsində və təqdim etdiyi dəlil sənədlərində hadisənin baş verdiyi tarixi dövrdə Naxçıvan Muxtar Respublikasında hansı siyasi, antidemokratik rejimin mövcud olduğunu (Naxçıvan MR Ali Məclisinin sabiq sədri V.Talıbov rejiminin) qətiyyən nəzərə almadan, eyni zamanda istər prosessual müddətin bərpası ilə bağlı-Mülki Prosessual Məcəllənin 133-cü maddəsinin (133.1; 133.2; 133.3) tələblərinə birtərəfli yanaşmış, vətəndaşyönümlü deyil, dövlət, təşkilatıyönümlü qərar çıxarmış, verdiyi dəlil sənədlərinə istinad etməmişdir. Onun buraxılmış prosessual müddətin bərpa edilməsi barəsində təqdim etdiyi ərizəsindəki müddəalara da s əthi yanaşılmış, zaman, məkan, şərait qətiyyən nəzərə alınmamış, sürəkli olaraq Azərbaycan Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının- 1.1; 1.2; 1.3 və 2.1- ci bəndlərini, daha sonra isə 5.1; 5.2; 6.1; 6.2; 7.; və 8.5-ci bəndlərini sitat gətirərək iddianın mümkünlüyü halını özünəməxsus şəkildə iddiaçının əleyhinə, yəni iddianın mümkün sayılmamasına dair qərar çıxarmışdır. Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə (apellyasiya şikayəti vermək hüququ) əsasən hüququndan istifadə edərək buraxılmış prosessul müddətin bərpası zamanı məhkəmə bu halın nə səbəbdən buraxıldığını gözəl bilsə də ona səthi yanaşmışdır. Çünki V.Talıbov despotizmi, özbaşınalığı nəinki vətəndaşlara, cənab hakimin özünə, bütün Naxçıvan MR-sı vətəndaşlarına, eyni zamanda bütün Azərbaycan Re spublikası vətəndaşlarına aydın şəkildə bəlli olmuşdur. Vasif Talıbovun kəsdiyi başa sorğu olmamış, özünəməxsus zorakı və keyfi qanunlarının önünə kimsə çıxa bilməmişdir. Məhz birbaşa onun xüsusi tapşırığı ilə bir nazirliyin müqəddəratı həll olunmuş, əksər əməkdaşları tutduqları vəzifələrindən zor gücünə qovdurmuş, (sonradan qorxuzaraq işdən getmələri barədə ərizələr aldıraraq) ərizə verməyənləri isə onun kimi (dikbaşlıqlarına görə) təqib etdirmişdir. Təqdim etdiyi sənədlərdə, xüsusən Naxçıvan MR Dövlət Arxiv idarəsindən aldığı arayışda, əmək kitabçasındakı, haqqında mübahisə açdığı 20 nömrəli əmrdə (heç bir əsas göstərilmədən, eyni zamanda işdən çıxmaq haqqında ərizəsi olmadan, qanunsuz olaraq işdən çıxarılması) gün kimi aydın şəkildə işdən qanunsuz olaraq, zorakılıqla çıxarıldığı aydın ş əkildə əks olunmaqdadır. Eyni zamanda sorğu olaraq bu sahə üzrə ən yüksək instansiya olan Azərbaycan Respublikası və Naxçıvan MR-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətinə qurumun verdiyi cavabda da bidirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda göstərilməsi tələb olunan məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilmədikdə həmin əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Amma hakim bu sənəddəki dəlilləri də nədənsə sükutla izləyərək üstündən keçmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyn i məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(122)-367/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi X5 izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(122)-367/2023 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-c i maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya tərəflərin izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndır. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhk əmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya qeyd edir ki, inzibati icraat qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxl anılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı tərəfindən bu növ iddiaların xüsusi mümkünlük şərtinə aid olan iddia müddətinə əməl olunmadığından həmin iddiaya mahiyyəti üzrə baxılması üçün iddianın mümkünlük şərtləri mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Pro sessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İş materiallarında olan 01 mart 2002-ci il tarixli Naxçıvan MR Təhsil Nazirinin 20 nömrəli əmrinin surətindən məlum olur ki, müvafiq əmrlə iddiaçı Məmmədov X4 MR Təhsil Nazirliyi xarici əlaqələr, yeni tipli məktəblər və internat məktəbləri şöbəsinin müdiri vəzifəsi ndən 01 mart 2002-ci il tarixdən azad edilmişdir. İş materiallarından aydın olduğu kimi iddiaçı Məmmədov X4 MR Təhsil Nazirinin 01 mart 2002-ci il tarixli 20 nömrəli əmri ilə vəzifədən azad olunduğu tarixdən müvafiq əmrdən xəbərdar olmuş., lakin ötən 21 il ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş və müraciət etməməsinin üzürlü səbəbdən baş verməsininə dair hər hansı sübutu təqdim etməmişdir. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən buraxdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının müddətin bərpası barədə 17 may 2023-cü il tarixli ərizəsini təmin etməyərək bu əsasla da iddianı mümkün saymamışdır. Belə ki, iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olmuş və ümumi (publik) hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin 27-ci fəslində müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraatla bağlı müddəalar nəzərdə tutulmuşdur. MPM-nin həmin icraata aid 296.1-ci maddəsində göstərilirdi ki, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həmçinin həmin icraata aid MPM-nin 298ci maddəsində təsbit edilmişdi ki, şəxs özünün hüquq v ə azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir( xx.xx.2012-ci il tarixli,329 İVQD nömrəli Qanunla 2-ci bölmənin 2-ci yarımbölməsi ləğv edilmişdir). Göründüyü kimi həmin icraatla bağlı iddia müddəti Azərbaycan Respublikası MPM-nin həmin vaxt qüvvədə olmuş 298-ci maddəsi ilə müəyyən edilirdi, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti həmin vaxtdan qüvvəyə minən Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi ilə tənzimlənir. Belə ki İPM-nin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqd im olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bununla yanaşı həmin Məcəllənin 24.4-cü maddəsində qeyd edilir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minm əsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın (əmrin) ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının n izamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımlar ı və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar Kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən şikayətində göstərdiyi dəlillər əsaslı sayıla bilməz. Şikayətdə göstərilən, iddia tələbinin mahiyyətinə aid olan digər dəlillərə (heç bir əsas göstərilmədən, eyni zamanda işdən çıxmaq haqqında ərizəsi olmadan, qanunsuz olaraq işdən çıxarılması, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda göstərilməsi tələb olunan məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilmədikdə həmin əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər) isə iddia mümkün sayılmadığından hüquqi qiymət verilməsi prosessual qanunvericiliyin tələbinə əsasən mümkün hesab edilmir. Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və y a qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(122)-367/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı "cavabdehin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilərək qanunsuz işdən çıxarılması ilə bağlı ona dəymiş ziyanın ödənilməsi, dövlət qulluğu stajının bərpa ol unması və onun Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə bərpa olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(122)-367/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 21(122)-367/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar