Məhkəmə qərarları › İş №2-1(108)-28/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-28/2025

27.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-28/2025 27.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının tikilib ona təhvil verilməsi və ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(122) -16/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 02 mart 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının əvəzinə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m. olan anbar binasının tikilib ona təhvil verilməsi və ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli,21(122)-16/2025 nömrəli qərarı ilə id dia təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 21(122)-16/2025 nömrəli qərarından narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Naxçıvan MR Ali Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(108)-28/2025 nömrəli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Naxçıvan MR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatəti təmin edilməmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Naxçıvan MR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina edilmişdir. İddiaçı nü mayəndəsi şikayətində göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsinin mövqeyini ona görə əsassız hesab edir ki, ilk öncə, məhkəməyə iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən sökülmüş qeyri-yaşayış binasının cavabdeh tərəfindən söküldüyünü təsdiq edən cavabdeh inzibati orqanın səlahiyyətli vəzifəli şəxsi ilə iddiaçının nümayəndəsi arasındakı telefon danışığının səs yazısı təqdim edilmişdir ki, həmin səs yazısında cavabdeh inzibati orqanın səlahiyyətli vəzifəli şəxsi iddiaçıya məxsus olmuş qeyri-yaşayış binasının Cavabdeh əvvəlki başçısı Nurəddinin vaxtında və onun göstərişi ilə icra edildiyini və məsuliyyəti də həmin şəxsin daşıdığını və həmin şəxsin məhkəməyə verilməli olduğunu iddiaçının nümayəndəsinə təlqin etməyə çalışmışdır. Qeyd olunan səs yazısına məhkəmə iclasında cav abdeh inzibati orqanın nümayəndəsinin iştirakı ilə qulaq asılmış və cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən həmin səs yazısında qeyd olunanlarla bağlı, o cümlədən iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən sökülmədiyinə dair hər hansı etiraz və irad bildirilməmişdir. Bundan əlavə, işə baxan hakimin 2 ildən çox davam edən məhkəmə proseslərinin demək olar ki, əksəriyyətində cavabdeh inzibati orqanın nümayəndəsinə iddiaçının tələbi ilə bağlı barışıq üçün vaxt verməsi, o cümlədən cavabdeh tərəfindən iddiaçıya sökülmüş əmlakının əvəzinə başqa əmlak təklif edilməklə iddiaçını iddia tələbini geri götürməyə razı salmaq üçün cavabdeh inzibati orqanın nümayəndəsinin tövsiyyələri və həmin tövsiyyələr əsasında Cavabdeh hazırki başçısı tərəfindən iddiaçının nümayəndəs inin qəbul edilərək, dinlənilməsi də həm cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus olmuş qeyri-yaşayış binasının həmin qurum tərəfindən sökülməsinin mübahisələndirilmədiyini, həm də işə baxan hakimin həmin qeyri-yaşayış binasının cavabdeh inzibati orqan tərəfindən qanunsuz söküldüyünə şübhəsinin olmadığını təsdiq edir. Birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə iclasında inzibati orqan olan Cavabdeh nümayəndəsinin daşınmaz əmlakları qanunsuz sökülmüş şəxslərin problemlərinin həlli ilə bağlı yuxarı rəhbərliyin göstərişi olduğunu və tezliklə bu məsələlərin öz həllini tapacağını bildirməsindən sonra həmin nümayəndənin izahatına münasibət olaraq, hakimdən hər dəfə cavabdehin nümayəndəsinin yalan vədlərlə lüzumsuz yerə məhkəmə prosesini uzatmağa çalışdığını və bu səbəbdən məhkəmə iclasının təxirə salınmamasını, iddia tələbinə uyğun qanuni qərar qəbul olunmasını xahiş etdikdə, işə baxan hakimin də daşınmaz əmlakları qanunsuz sökülmüş şəxslərin problemlərinin həlli ilə bağlı yuxarı rəhbərliyin iclasında iştirak etdiyini və rəhbərliyin göstərişinin daşınmaz əmlakları qanunsuz sökülmüş şəxslərə məhkəmə qərarı ilə kompensasiya verilməməsi olduğunu və həmin səbəbdən kompensasiya verilməyəcəyini bildirməsi hakimin inzibati orqanın qanunsuz göstərişini icra etdiyini və hazırki mübahisələndirilən qərarı da həmin rəhbərliyin qanunsuz göstərişi əsasında qəbul etdiyini təsdiq etmiş olur. Məhkəmənin qərarda “iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan anbar binasının 2007-ci ildə Cavabdeh tərəfindən söküldüyünü bildirsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun inzibati şikayətlər üzrə icraatla bağlı 7-ci fəslində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həmin müddətdə hər hansı şikayət instansiyasına inzibati şikayət verməmişdir ki, bu hal iddiaçıya məxsus olmuş anbar binasının cavabdeh tərəfindən sökülmədiyinə dəlalət edir” əsaslandırmasına dair iddiaçı qeyd olunan halla bağlı iddia ərizəsində qeyd etmişdir ki,əmlakı qanunsuz söküldükdən sonra cavabdeh inzibati orqanın dövlət tərəfindən təminat verilən xüsusi mülkiyyət hüququnu kobud surətdə pozan qeyd olunan qanunsuz hərəkətləri ilə bağlı şikayətlər etdiyinə görə cavabdeh inzibati orqanının rəhbər vəzifəli şəxsləri Naxçıvan MR Ali Məclisinin keçmiş sədrinin adından onu qanunsuz azadlıqdan məhrum etmə ilə, öldürməklə hədələdiklərinə görə ailəsini götürüb Naxçıvan MR Şa hbuz rayonundan Abşeron rayonuna köçməyə məcbur qalmış, daha sonra, bir neçə dəfə pozulmuş xüsusi mülkiyyət hüququnun bərpası ilə bağlı Naxçıvan MR-nın səlahiyyətli dövlət orqanlarına, o cümlədən Cavabdehnə etdiyi müraciətlərinə heç bir rəsmi cavab verilməməklə yanaşı, yenidən qanunsuz azadlıqdan məhrum edilməklə, öldürülməklə hədələnməyə başlanmışdır. Özünün və ailə üzvlərinin həyatından narahat olduğundan xüsusi mülkiyyət hüququnun pozuntusuna susmağa məcbur qalmışdır. 2022-ci ilin sonlarında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyatdan və 2022-ci ilin dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin istefasından sonra, hüquqları pozulmuş Naxçıvan Muxtar Respublikası sakinlərinin müraciətləri ar asında onun müraciəti də dinlənilmiş və ona hüquqlarının bərpası ilə bağlı hazırki iş üzrə Cavabdehnə müraciət etməyi tövsiyyə olunmuşdur. Həmin tövsiyyə əsasında xx.xx.2023-cü il tarixdə pozulmuş xüsusi mülkiyyət hüququnun bərpası ilə bağlı hazırki iş üzrə Cavabdehnə müraciət etmiş, həmin inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, onun mülkiyyətində olmuş anbar binasının sökülməsinə və söküntüyə görə hər hansı bir kompensasiyanın ödənilməsinə dair Cavabdehndə heç bir rəsmi sənəd olmamışdır. Daha sonra, cavabdeh inzibati orqan qeyd olunan məktubda hüquqi müdafiə vasitələrini ona izah etməklə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etməyi tövsiyyə etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubunda da iddiaçıya məxsus olmuş qeyri-yaşayış binasının cavabdeh inzibati orqan tərəfindən sökülmədiyi mübahisə edilməmiş, sadəcə buna dair sənədlərin olmadığı bildirilmişdir. İşə baxan hakim qərar qəbul edərkən müstəqil olmamış, yuxarı rəhbərliyin qanunsuz göstərişini icra etmiş, eyni zamanda həmin qərarı qəbul edərkən işə baxan hakimdən işə baxarkən yol verdiyi qanun pozuntularına və süründürməçiliyə görə Məhkəmə Hüquq Şurasına şikayətlər etdiyinə görə həm də, qərəzli olmuşdur. İddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qanunsuz sökülməsi halı, hamıya bəlli hal olduğundan həmin halın sübut edilməsinə ehtiyac da yoxdur. Belə ki, hamıya bəlli olan hallar məhkəmədə sübutsuz qəbul olunur. Belə ki, həmin dövrlərdə cavabdeh inzibati orqan tərəfindən əmlakları qanunsuz sökül müş şəxslərin pozulmuş hüquqlarının bərpası ilə bağlı elə həmin məhkəmənin icraatında yüzlərlə analoji inzibati iş vardır. Odur ki, Naxçıvan MR İnzibati Məhkəməsinin 2-1(122)-16/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı apellyasiya qaydasında ləğv olunmalı, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş və iclasa gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə izah atında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə Cavabdeh nümayəndəsi X5 izahatında apellyasiya şikayətini qəbul etməyərək, mübahisə üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsas ən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansi yası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kə sin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının,siyasi partiyaların,hüquqi şəxslərin,bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarında olan; - Cavabdeh Bakı şəhəri, Abşeron rayonu, Masazır kənd sakini İddiaçı ünvanlanmış 27 yanvar 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, onun Şahbuz qəsəbəsi, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 37,2 kv.m olan anbar binası olmuşdur. Həmin anbarın mülkiyyətində olmasına aid sənədlər mövuddur. Lakin həmin anbarın sökülməsinə, söküntüyə görə hər hansı bir kompensasiya ödənilməsinə dair heç bir rəsmi sənəd yoxdur. Məsələnin həlli ilə bağlı onun məhkəməyə mür aciət etməsi tövsiyə edilir. - Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş 30 may 2003-cü il tarixli, 3 reyestr nömrəli, 94 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin surətindən məlum olur ki, İddiaçı Şahbuz qəsəbəsi, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 37,2 kv.m olan anbar binasının Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin 10 sentyabr 2024-cü il tarixli, 2-1(122)-31/2024 nömrəli qərardadının icrası ilə əlaqədar göndərdiyi 25 oktyabr 2024-cü il tarixli, 04/1082 nömrəli məktubdan məlum olur ki, İddiaçı məxsus olmuş, ünvan 5ndə yerləşən ümumi sahəsi 37,2 m2 anbar binasının hazırki baz ar dəyərinin müəyyənləşdirilməsi üçün Xidmətin informasiya bazasında Şahbuz şəhəri üzrə uyğun qeyri-yaşayış obyektlərinə dair 2024-cü ildə notarial qaydada bağlanılmış alqı-satqı müqavilələri mövcud deyil. 2023-cü ildə Şahbuz şəhərində uyğun qeyri-yaşayış binalarının alqı-satqısına notariat ofislərində bağlanılmış müqavilələrə əsasən qeyri-yaşayış binalarının 1 m2 -nın bazar qiyməti 620-630 manat arasında dəyişilir. Qərardadda göstərilən anbar binasının 2023-cü ildə bazar qiyməti yuvarlaq olaraq 23000 (iyirmi üç min) manat dəyərində müəyyənləşdirilə bilər. - İddiaçı sifarişi əsasında Azərbaycan Respublikası “MBA CONSULTİNG" MMC tərəfindən verilmiş MB-18/0832 nömrəli ünvan 5ndə yerləşmiş qeyri-yaşayış obyektinin satış və icarə bazar dəyəri haqqında ekspert rəyində göstərilmişdir ki, qiymətl əndirməyə təqdim edilmiş ünvan 5ndə yerləşmiş, ümumi sahəsi 37.2 kv.m olan qeyri-yaşayış obyektininin 2007ci il üzrə bazar dəyəri 24 800 AZN, hal-hazırki tarixə bazar dəyəri 104 000 AZN, 2007-ci il üzrə icarə bazar dəyəri 225 AZN, hal-hazırki tarixə icarə bazar dəyəri 700 AZN təşkil edir. Kollegiyanın sorğusuna cavab olaraq göndərilmiş: Cavabdeh 13 mart 2025-ci il tarixli, 5-27/2-153/2025 nömrəli məktubuna əlavə edilmiş məlumatda göstərilmişdir ki, Abşeron rayon, Masazır kənd sakini İddiaçı Cavabdehnə müraciət edərək ümumi sahəsi 37.2 m olan anbar binasının 2007-ci ildə Şahbuz şəhər ərazisində həyata keçirilən abadlıq quruculuq işləri aparılan zaman söküldüyünü bildirərək ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini cavabdehə həvalə edilməsi tələbi düzgün deyil. Muxtar Respublikanın digər rayonlarında olduğu kimi Şahbuz rayonunda da mülkiyyət hüququ pozulan 30 nəfər vətəndaşa müvafiq köməkliklər göstərilmişdir. Həmin vətəndaşlara uyğun yerlərdən torpaq sahələri ayrılmış, həyata keçirmək istədikləri layihələrin icrasına lazımi dəstək verilmişdir. Mülkiyyət hüququ pozulmuş vətəndaş.kimi İddiaçı rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul olunaraq ona müvafiq izahatlar verilmiş və Şahbuz şəhərinin 28 May küçəsində 300 m2, Heydər Əliyev prospektində 160 m2 torpaq sahəsinin ayrılması, torpaq sahəsinə görə güzəştli şərtlərlə ödəniləcək rüsumun Cavabdeh tərəfindən həyata keçirilməsi təklif olunmuşdur. Lakin o, bu təklifdən imtina edərək Şahbuz şəhərində yerləşən, hal-hazırda istifadə olunmayan 2(iki) mərtəbəli Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin köhnə inzibati binasının bir hissəsini ailəvi kafe kimi istifadə etməsi üçün icarəyə götürməyinə köməklik göstərilməsini təklif etmişdir. Bu məqsədlə Cavabdeh tərəfindən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat Nazirliyinə məktub ünvanlanmışdır. Lakin sonradan edilən təklifdən imtina edərək Şahbuz şəhərində sökülmüş 37.2 m2 olan anbar binasının yenidən tikilməsini və ya kompensasiyanın verilməsi tələbinin üzərində dayanmışdır. Şahbuz Rayon Dövlət Arxivinin 2025-ci il 10 mart tarixli 5-27-23/2-21/2025 nömrəli məktubunda İddiaçı Şahbuz Rayon İstehlak Cəmiyyətinin (Şahbuz Rayon Koperativlər Cəmiyyətinin) satış sənədi 21 iyul 2000-ci il tarixli 11 nömrəli sərəncamla, Şahbuz Rayon Koperativlər Cəmiyyəti İdarə Heyətinin 24 iyul 2000-ci il tarixli 11 nömrəli protokol qərarı, X3 31 iyul 2000-ci il tarixli 33 nömrəli protokol qərarı ilə Şahbuz qəsəbə sakini İddiaçı satılması bildirilmişdir. Cavabdeh tərəfindən 37.2 m2 olan anbar binasının sökülməsinə dair hər hansı qərar və ya sərəncam olmamışdır. Şahbuz Rayon Dövlət Arxivinin Cavabdehnə göndərdiyi 10 mart 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon İstehlak Cəmiyyətinin (Şahbuz Rayon Kooperativlər Cəmiyyəti) satış sənədlərinə baxdıqda 21 iyul 2000-ci il tarixli 11 N9-1 nömrəli sərəncamla, Şahbuz Rayon Kooperativlər Cəmiyyəti İdarə Heyyətinin 24 iyul 2000-ci il tarixli № 11 №-li protokol qərarı və X2 31 iyul 2000-ci il tarixli protokol № 33 və qərarı ilə Şahbuz qəsəbə ərazisində yerlə şən ayaqqabı mağazasının anbarının Şahbuz qəsəbə sakini İddiaçı satılması müəyyən edilmişdir. Şahbuz Rayon Notariat Ofisinin 17 mart 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Şahbuz rayon Notariat Ofisində 2007-2019-cu illər ərzində rəsmiləşdirilmiş alqı-satqı müqavilələri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin arxivində saxlanılır. 20202025-ci illər ərzində ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin alqı-satqısı rəsmiləşdirilməmişdir. Məktubdan aydın olur ki, göstərilən qeyri-yaşayış sahələrinin alqısatqısının rəsmiləşdirilməsi zamanı aşağıdakı qiymətlər mövcud olmuşdur.Belə ki,alqı-satqı aparılarkən xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanındakı 157.33 kv.m sahənin qiyməti 30000 AZN, xx.xx.2020 -ci il tarixdə Şahbuz şəhəri, Heydər Əliyev pr, 33A ünvanındakı 55 k v.m sahənin qiyməti 20000 AZN, xx.xx.2020 -ci il tarixdə Şahbuz şəhəri, Heydər Əliyev pr, 33A ünvanındakı 14.8 kv.m sahənin qiyməti 8000 AZN, xx.xx.2022 -ci il tarixdə Şahbuz şəhəri, Heydər Əliyev pr, 33A ünvanındakı 27 kv.m sahənin qiyməti 5000 AZN, xx.xx.2022 -ci il tarixdə Şahbuz şəhəri, Heydər Əliyev pr, 33A ünvanındakı 55 kv.m sahənin qiyməti 20000 AZN, xx.xx.2023 -ci il tarixdə Şahbuz şəhəri, 3-cü küçə, 2 ünvanındakı 270 kv.m sahənin qiyməti 15000 AZN, xx.xx.2023 -ci il tarixdə Şahbuz şəhəri, Heydər Əliyev pr, 33A ünvanındakı 8.06 kv.m sahənin qiyməti 5000 AZN, xx.xx.2023 -ci il tarixdə Şahbuz şəhəri, Heydər Əliyev pr, 33A ünvanındakı 7.96 kv.m sahənin qiyməti 5000 AZN, xx.xx.2023 -ci il tarixdə Şahbuz şəhəri, 3-cü küçə, 1 ünvanındakı 365.72 kv.m sahənin qiyməti 30000 AZN təşkil etmi şdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 aprel 2025-ci il tarixli, 04/551 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 5ndə ümumi sahəsi 37,2 m2 olan anbar binasına dair Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2003-cü il tarixli, 171 nömrəli Sərəncamı əsasında İddiaçı adına “Mülkiyyət hüququ haqqında" Şəhadətnamə verilmişdir. Lakin həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 03 iyun 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı iddia etdiyi, ünvan 5ndə yerləşən, ümumi sahəsi 37,2 m2 olmuş anbarın 2007-2019-cu illərə dair bazar dəyərinin müəyyənləşdirilməsi üçün Xidmətin informasiya bazasında saxlanılan, u yğun ərazidə yerləşən qeyri- yaşayış sahələrinin 2007-2019-cu illərə dair alqı-satqı müqavilələri aparılmışdır. Həmin müqavilələrə əsasən 2007-2019-cu illərdə bəhs olunan ərazidə qeyriyaşayış sahələrinin 1 m2-nin bazar qiyməti 122-542 manat arasında dəyişmişdir. Qeyd edilənlərə əsasən İddiaçı iddia etdiyi, ümumi sahəsi 37,2 m2 olmuş anbarın 2007-2019-cu illərə dair bazar qiyməti yuvarlaq olaraq 4500 (dörd min beş yüz)-20200 (iyirmi min iki yüz) manat aralığında müəyyənləşdirilə bilər. Cavabdeh 19 iyun 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Heydər Əliyev prospektində 225 kv.m və Azərbaycan küçəsində isə 305 kv.m yaşayış katoqriyalı, qeyriyaşayış təyinatlı torpaq sahəsinin ayrılması təklif olunsa da vətəndaş razılaşmayıb ona dəymiş ziyana görə kompensasiyasının ödənilməsi ni tələb etmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 avqust 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, qeyd edilən torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə Xidmətin informasiya bazasında saxlanılan, uyğun ərazidə yerləşən torpaq sahələrinin alqı-satqı müqavilələrinə baxılmışdır. 2024-2025-ci illərdə notariat ofislərində bağlanılmış alqı-satqı müqavilələrinə əsasən Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən torpaq sahəsinə uyğun torpaq sahələrinin 1 m2-nin bazar qiyməti 28-31 manat, Şahbuz şəhəri, Azərbaycan küçəsində yerləşən torpaq sahəsinə uyğun sahələrinin 1 m2-nin bazar qiyməti isə 19-30 manat arasında dəyişmişdir. Qeyd edilənlərə əsasən Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən 225,0 m2 torpaq s ahəsinin hazırk dövrdə bazar qiyməti 6300 (altı min üç yüz)-7000 (yeddi min) manat, Şahbuz şəhəri, Azərbaycan küçəsində yerləşən 305,0 m2 torpaq sahəsinin hazırki dövrdə bazar qiyməti isə 5800 (beş min səkkiz yüz)-9200 (doqquz min iki yüz) manat aralığında müəyyənləşdirilə bilər. Cavabdeh başçısı tərəfindən məhkəməyə sonuncu dəfə göndərilmiş 13 avqust 2025-ci il tarixli, 5-27/2-425/2025 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı Heydər Əliyev prospektində 160 kv.m və Azərbaycan küçəsində isə 300 kv.m yaşayış katoqriyalı, qeyriyaşayış təyinatlı torpaq sahəsinin ayrılması təklif olunmuş, vətəndaş ona dəymiş ziyana görə öz köhnə sökülmüş mağazasının yerində tikilməsini və ya kompensasiyanın ödənilməsini tələb etmişdir.İddiaçı sökülmüş mağazasının yeri Şahbuz şəhərinin mərkəzi hissəsində yerl əşir. Həmin ərazidə abadlıq işləri aparılaraq gülkarlıq və əhalinin gediş-gəlişi üçün səki salınmışdıır. Ərazinin magistiral və şəhər daxili yola olan məsafəsi yolun mühafizə zonasına düşdüyündən kiminsə mülkiyyətinə və ya istifadəsinə verilməsi mümkün deyildir.Sahbuz Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya təklif edilən torpaq sahələrinin yerini müəyyən etməyə imkan verən sənədlər (plan,ölçü,fotoşəkillər) məktuba əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyası: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Şahbuz rayon Kooperativlər Cəmiyyətinin idarə heyətinin 24 iyul 2000-ci il tarixli 11 saylı və bu qərarın təsdiqi barədə X3 31 iyul 2000-ci il tarixli 33 saylı qərarı ilə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən, ümumi sahəsi 37,2 kv.m olan anbar binasının ******* (üç milyon dörd yüz yetmiş altı min) manata ona satıldığını, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş 000094 N-li “Mülkiyyət hüququ haqqinda" Şəhadətnamə ilə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən, ümumi sahəsi 37,2 kv.m olan anbar binasına xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığını, 2007-ci ildə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan anbar binasının Cavabdeh tərəfindən qeyri-qanuni fo rmada söküldüyünü qeyd edərək qeyd edilən anbar binasının tikilib ona təhvil verilməsi və ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinin məhkəmədən tələb edir. Birinci insatansiya məhkəməsi tərəfindən iddia rədd edilmiş, iddianın təmin edilməmə əsası kimi göstərilmişdir ki, iddiaçı sözügedən tikilinin onun mülkiyyətində olmasını sübut etsə də, həmin əmlakın cavabdeh tərəfindən sökülməsinə dair mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış, iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan anbar binasının 2007-ci ildə Cavabdeh tərəfindən söküldüyünü bildirsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qan ununun inzibati şikayətlər üzrə icraatla bağlı 7-ci fəslində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həmin müddətdə hər hansı şikayət instansiyasına inzibati şikayət verməmiş, bu hal iddiaçıya məxsus olmuş anbar binasının cavabdeh tərəfindən sökülmədiyinə dəlalət etmiş, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunmamış, İPM-in 14-cü maddəsinin tələbləri baxımından iddianın əsasını təşkil edən mümkün və mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, belə olan halda da iddiaçı maddi zərərin əvəzini tələb etmək hüququna malik olmamışdır. Kollegiya qeyd edir ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş 30 may 2003-cü il tarixli, 3 reyestr nömrəli, 94 qeydi yyat nömrəli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin surətindən məlum olur ki, İddiaçı Şahbuz qəsəbəsi, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 37,2 kv.m olan anbar binasının Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olmuşdur. Şahbuz rayon, Şahbuz qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 37.2 kv.m ölçüdə olan anbar binasının iddiaçıya məxsus olması iş materialları ilə təsdiq olunur və bu işin mübahisəsiz halıdır. Kollegiya anbar binasının sökülməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan tikilinin sökülməsi barədə Cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi və ya torpaqların dövlət ehtiyacları üçün geri alınması hallarının mövcud olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 1096.1. Mülki hüquq pozuntus u (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir) Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırkı iddia tələbi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının əvəzinə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m. olan anbar binasının tikilib iddiaçıya təhvil verilməsi, iddiaçıya dəymiş 100000 (yüz min) manat maddi ziyanın və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi üzrə üç hissədən ibarətdir. Cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının əvəzinə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m. olan anbar binasının tikilib iddiaçıya təhvil verilməsi tələbinə münasibətdə Kollegiya qeyd edir ki, Cavabdeh 13 avqust 2025-ci il tarixli, 5-27/2-425/20 25 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı məxsus olmuş və hazırda sökülmüş mağazanın yerləşdiyi ərazi Şahbuz şəhərinin mərkəzi hissəsində, yəni şəhərin intensiv istifadə olunan hissəsində yerləşir. Sözügedən ərazidə artıq abadlıq işləri aparılmış, gülkarlıq salınmış və əhalinin sərbəst hərəkətini təmin etmək məqsədilə səki düzəldilmişdir. Ərazinin magistral və şəhərdaxili yola yaxın yerləşməsi səbəbindən, həmin hissə yolun mühafizə zonasında yerləşdiyindən, onun kiminsə mülkiyyətinə və ya istifadəsinə verilməsi qanunvericiliyə uyğun olaraq mümkün deyildir. Göstərilənlərdən aydın olur ki, həmin torpaq sahəsi artıq faktiki olaraq ictimai məqsədlərlə istifadə edilir və bu ərazinin əvvəlki vəziyyətinə qaytarılması, yəni ümumi sahəsi 37.2 kv.m. olan anbar binasının tikilib iddiaçıya tə hvil verilməsi texniki və hüquqi baxımdan mümkün hesab olunmur. Ona görə də iddia tələbi həmin hissədə təmin oluna bilməz. Kollegiya iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair – konkret olaraq, 50.000 (əlli min) manat məbləğində kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, mənəvi zərər – şəxsin anadangəlmə və ya qanunla tanınmış qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, o cümlədən əmlak hüquqlarının pozulması nəticəsində onun keçirdiyi mənəvi sarsıntı və iztirablarda ifadə olunur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Kollegiya qeyd edir ki, iddiaçı ona mənəvi zərər dəyməsini sübut edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə də əsassız hesab olunur. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçıya məxsus olmuş anbar binasının cavabdeh tərəfindən sökülmədiyindən ona maddi zərər vurulmaması barədə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə hər-hansı obyektin sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəb ul edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən inzibati orqanlar qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Kollegiya iddia tələbinin digər hissəsi olan 100000 (yüz min) manat maddi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi iddianın həmin hissəsinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Kollegiya belə nəticəyə gəlir ki, maddi zərərin ödənilməsi tələbinə münasibətdə iddia qismən təmin edilməli, sökülmüş qeyri yaşayış sahəsinin dəyəri nəzərə alınmaqla tələbin əvəzləşməsi yolu ilə cavabdeh tərəfindən təklif edilən daha çox ölçüdə olan torpaq sahəsinin iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qo yulmalı, bu əsasla birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli və qərar qalmış hissədə dəyişdirilmədən saxlanılmalıdır.Belə ki, cavabdeh tərəfindən təklif olunan Şahbuz şəhəri, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 300.39 m2 olan yaşayış katoqriyalı, qeyriyaşayış təyinatlı torpaq sahəsinin iddiaçıya məxsus olmaqla sökülmüş 37.2 kv.m ölçüdə olmuş anbar binasının əvəzinə ona veriləcəyi təqdirdə bu kompensasiya onun üzləşdiyi maddi ziyana mütənasib olmaqla üzərinə fərdi və həddən artıq yük qoyulmuş olmur. Bu halda, kompensasiya tədbiri kimi maddi zərərin torpaq sahəsi verilməsi formasında əvəzləşdirilməsi mütənasiblik prinsipinə də zidd hesab edilmir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbində göstərilən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxs us olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının tikilib təhvil verilməsi, ona dəymiş 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hissələrinə münasibətdə iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlsə də, iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Kollegiya İddiaçı sifarişi əsasında Azərbaycan Respublikası “MBA CONSULTİNG" MMC tərəfindən verilmiş MB-18/0832 nömrəli ünvan 5ndə yerləşmiş 37,2 m2 qeyri-yaşayış obyektinin satış və icarə bazar dəyəri haqqında ekspert rəyinə münasibətdə qeyd edir ki, həmin ekspert rəyi iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilə bilməz. Belə ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mü əyyən edilmiş ünvan 5ndə yerləşmiş, ümumi sahəsi 37,2 m2 olmuş anbar binasının bazar dəyəri, həmçinin Şahbuz rayon Notariat Ofisində rəsmiləşdirilmiş uyğun qeyri-yaşayış sahələrinin alqı-satqısı zamanı müəyyən edilən qiymətlər, təqdim edilən ekspert rəyində göstərilən qiymətlərlə uyğunluq təşkil etmir. Kollegiya iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş telefon danışığının əks olunduğu audio diskə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Belə ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda da telefon danışığı səs yazısının qeydə alınması üçün digər tərəflərin razılığının alınmadığ ı, onların xəbərdar edilmədiyi bildirilmişdir. Belə olan halda həmin audio disk iş materiallarına əlavə edilsə də, sübut kimi qiymətləndirilə bilməz. Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(122)16/2025 nömrəli qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, tələbin əvəzləşdirilməsi yolu ilə torpaq sahəsinin plan ölçüsündə göstərilmiş Şahbuz şəhəri Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 300.39 m2 olan yaşayış kateqoriyalı, qeyriyaşayış təyinatlı torpaq sahəsinin İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı Cavabdehnə qarşı "xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının tikilib ona təhvil verilməsi və ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(122)-16/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən veri lmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 21(122)-16/2025 nömrəli qərarı iddiaçıya dəymiş 100000 (yüz min) manat maddi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində qismən ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilsin. İddia tələbi iddiaçıya dəymiş 100000 (yüz min) manat maddi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində qismən təmin edilsin, həmin hissədə tələbin əvəzləşdirilməsi yolu ilə torpaq sahəsinin plan ölçüsündə göstərilmiş Şahbuz şəhəri, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 300.39 m2 olan yaşayış kateqoriyalı, qeyri-yaşayış təyinatlı torpaq sahəsinin İd diaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Bu hissəyə münasibətdə tələbin qalan hissəsi əsassız olduğundan rədd olunsun. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 21(122)-16/2025 nömrəli qərarı xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının tikilib iddiaçıya təhvil verilməsi, 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissələrinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar