Məhkəmə qərarları › İş №2-1(108)-29/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-29/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-29/2022 31.10.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Məmmədov Fəxrəddin Rüstəm oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi X9 və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublik asında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdehin üzərinə qoyulması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-165/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydi yyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-165/2021 nömrəli qərarı ilə (sədrlik edən X5) İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbab ətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının əsassız olduğundan rədd edilməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qərara alınmışdır. Məhkəmənin qərarından narazı qalan İddiaçı 13 dekabr 2021-ci il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-165/2021 nömrəli qərarını ləğv edib, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli Lisenziyanın ləğv edilməsi haqqında əmrin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxta r Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün qərəzli şəkildə ləğv olunmuş 17 nömrəli Xüsusi lisenziyanın bərpa olunmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sözügedən qərarı qəbul edərkən iddiaçının iddia ərizəsində qeyd etdiklərinə, məhkəmə zamanı nümayəndəsinin verdiyi izahatlarda və çıxışında bildirdiklərinə, məhkəməyə təqdim etdiyi sübutlara, o cümlədən xx.xx.2020-ci il tarixli vəsatətinə əhəmiyyət vermədən, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli iddia ərizəsinə münasibət məktubunda qeyri-müəyyən və əsassız olaraq bildirilmiş fikir lərə əsaslanmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində onun haqqında qərəzli şəkildə qəbul olunmuş 16 mart 2020-ci il tarixli 07 nömrəli inzibati akt bu günə qədər rəsmi şəkildə ona təqdim olunmamışdır. Lisenziya ləğv olunan günə qədər Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin saxta şəkildə hazırladığı akt və arayışlardan onun xəbəri olmayıb və bu proseslərin heç birində iştirakı olmamışdır. Səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmədiyindən oğlu X9 nümayəndə kimi iclaslarda iştirakını təmin etmiş, istər hazırlıq iclasında, istərsə də şifahi məhkəmə baxışı iclasında təqdim etdiyi sübutlara və əsaslı çıxışlara hakim tərəfindən ötəri yanaşılmış və ədalətli qərar verilməmişdir. 03 fevral, 25 fevral və 04 mart 2020-ci il tarixlərində Kəngərli rayon Qarabağlar kəndində yerləşən Baytarlıq aptekinə baxış keçirmədən qərəzli şəkildə tərtib olunan hər üç aktda iştirak edən şəxslərin və Kəngərli rayon İcra Hakimiyyətinin Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2020-ci il tarixli, 376/20 nömrəli, 19 fevral 2020-ci il tarixli, 405/20 nömrəli arayışları saxta şəkildə tərtib edən məsul şəxslərin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması mütləqdir. Məhkəmə iclasında tələb etdiyi halda bu şəxslər məhkəməyə cəlb olunmamışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə ). Qərəzli şəkildə tərtib olunan aktlar və saxta arayışlar lisenziyanın ləğvi üçün əsas sayıldığı üçün həmin sənədlərin ilk öncə hüquqi əhəmiyyətinə qiymət verilməlidir və sifarişli tərtibatının əsası araşdırılmalıdır. Əlavə olaraq lisenziya təqdim olunan Baytarlıq binasının (Köhnə xəstəxana binasının) sökülməsi onun ixtiyarında olan bir məsələ olmamışdır. Kəngərli rayon İcra Hakimiyyəti tərəfindən həmin bina sökülmüş və Baytarlıq aptekinin yeni ünvanda fəaliyyət göstərməsinə şifahi razılıq verilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov və Kəngərli rayon İcra başçısı Kamal Ələkbərov birlikdə aptekin yeni ünvanına baxış keçirmişlər və fəaliyyətinə icazə vermişlər. Baytarlıq aptekinin köhnə binası 2018-ci ilin aprel ayında sökülməsinə baxmayaraq lis enziya 16 mart 2020-ci ildə ləğv olunmuşdur. Arada 2 illik bir zamanın ötürülməsi deməyə əsas verir ki, baytarlıq aptekinin ünvanının dəyişilməsi lisenziyanın ləğvi üçün əsas olan məsələ olmayıb. Çünki bu əsas olsaydı bina sökülən kimi lisenziya dərhal ləğv olunmalıydı. 04 mart 2020-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində X4, X12, X13, X10, X11 tərəfindən tərtib olunmuş akt Kəngərli rayon Qarabağlar kəndində fəaliyyət göstərən İddiaçı məxsus Baytarlıq aptekində yazılmamışdır. Çünki 03 mart 2020-ci il tarixində Qarabağlar kənd sahə vəkili X18 və Kəngərli rayon İcra Hakimiyyətinin Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X10 tərəfindən qeyri-qanuni olaraq zorla aptekdə olan dərmanlar yığışdırılmış, ona məxsus olan lisenziya Baytarlıq aptekindən sahə vəkili Əliyev Ra fiz tərəfindən götürülmüş və Baytarlıq aptekinin fəaliyyətinin dayandırılması oğlu X6 tələb olunmuşdur. Bu hadisələrdən də aydın olur ki, 04 mart 2020-ci ildə qərəzli şəkildə tərtib olunan akt sifariş əsasında olmuşdur. Bu aktda iştirak edən şəxslərin məhkəmə iclasına cəlb olunması mütləqdir. Bundan başqa "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası qanununun 14.2-ci maddəsinə görə lisenziyanın və icazənin ləğvi haqqında inzibati akt bu Qanunun 26.2-ci maddəsində göstərilən müddətdə təqdim edilmədikdə bu Qanunun 26.1.1-ci maddəsində nəzərdə tutulmuş halda lisenziya və icazə ləğv edilmiş hesab olunur, bu Qanunun 26.1.6-cı və 26.1.7-ci maddələrində nəzərdə tutulmuş hallarda isə lisenziya və icazə ləğv edilməmiş hesab olunur və lisenziyanın (icazənin) sahibi müvafiq fəaliyyət n övünü lisenziyanın və icazənin ləğvi haqqında inzibati akt ona təqdim edilənədək həyata keçirmək və hərəkəti icra etmək hüququna malikdir. 26.2-ci maddəsinə görə lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Beləliklə, sadalanan normaların tələblərindən və işin qeyd edilən hallarına əsasən müəyyən edilir ki, cavabdehin bu günə qədər inzibati aktı lisenziyanın sahibinə təqdim etməməsi qanunun tələblərinin kobud şəkildə pozulmasından xəbər verir və qanunun 14.2-ci bəndinin tələbin ə uyğun olaraq lisenziyanın sahibi müvafiq fəaliyyət növünü lisenziyanın və icazənin ləğvi haqqında inzibati akt ona təqdim edilənədək həyata keçirmək və hərəkəti icra etmək hüququna malikdir. Əlavə olaraq lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununun 4.2.1-ci maddəsinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq pri nsipləri əsasında aparılmalıdır. 8.4-cü maddəsinə əsasən yoxlayıcı orqan məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur. Baytarlıq apteki fəaliyyət göstərdiyi dövr ərzində məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə heç bir izahatlar verilməyib, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstəriİməmişdir. Cavabdehin təqdim etdiyi sübutedici sənədlərə nəzər yetirdikdə məlum olur ki, həmin sənədlər qanunvericiliyin tələbləri pozularaq qərəzli şəkildə tərtib olunub. Qarabağlar kənd İcra nümayəndəliyinin 19 fevral 20 20-ci il tarixli 405/20 nömrəli arayışı əsassızdır. Çünki arayışın təqdim olunduğu tarixdə X16 baytarlıq aptekində işçi olmayıb. Sadiqova Turacın işə daxil olma və işdən çıxma əmri və əmək müqaviləsini məhkəmə iclası zamanı hakimə təqdim etmişdir. Qarabağlar kənd İcra nümayəndəliyinin 12 fevral 2020-ci il tarixli 376/20 nömrəli arayışına cavab olaraq bildirmək istəyir ki, baytarlıq apteki 15 oktyabr 2019-cu ildən arayışda göstərilən ünvanda fəaliyyətə başlayıb. Həmin ünvan Qarabağlar kənd İcra nümayəndəliyinin tam qarşısında yerləşir. Onda belə bir sual yaranır ki, Qarabağlar kənd İcra nümayəndəliyi nəyə görə bu arayışı 12 fevral 2021-ci il tarixində yazmaq məcburiyyətində qalıb? Aptek fəaliyyət göstərən gündən öz etirazını niyə Kəngərli rayon Baytarlıq İdarəsinə bildirməyib? Hər iki arayı ş sonradan tərtib olunaraq öz qərəzli saxta əməllərini ört basdır etməyə xidmət etmişdir. Bu fikrinin əksini sübut etməyi Qarabağlar kənd İcra nümayəndəliyindən və Kəngərli rayon Baytarlıq idarəsindən tələb edir. Hər iki təşkilatda mövcud olan göndərilən və daxil olan arayışların qeydiyyatı kitabını və poçt göndərişi və qəbulunu sübut edəcək sənədləri məhkəməyə təqdim etmələrini xahiş edir. Bundan başqa Kəngərli rayon Baytarlıq İdarəsinin 03 fevral 2020-ci il və 25 fevral 2020-ci il tarixlərində Baytarlıq aptekində yoxlama keçirdib akt tərtib etmələri tamamilə saxta və qanunun bir çox maddələrinə zidd olaraq qərəzli şəkildə Baytarlıq aptekindən kənarda başqa zamanda tərtib olunmuşdur. Göstərilən hər iki tarixdə də aktda qeyd olunan Kəngərli rayon Baytarlıq İdarəsinin nümayəndələri baytar lıq aptekində olmamışlar. 25 fevral 2020-ci il tarixində Baytarlıq aptekində satıcı xanım işləməyibdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun 10.1-ci maddəsinə əsasən sahibkarda plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi onun aid olduğu risk qrupundan asılıdır və bu maddədə hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz. 10.3-cü maddəyə görə yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində plan üzrə (növbəti) yoxlamalar aşağıdakı dövriliklə aparılır: 10.3.1. yüksək risk qrupuna aid edilən sah ibkarlara münasibətdə - altı ayda bir dəfədən çox olmayaraq; 10.3.2. orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə - ildə bir dəfədən çox olmayaraq; 10.3.3. aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq. 10.3.1ci maddəyə əsasən yoxlamalar 6 ayda bir dəfədən çox olmayaraq aparılmalıdır. Bir ayın içində iki dəfə yoxlama aparıb akt bağlamaq qanunun tələbinin açıq-aydın pozulmasını göstərir. Əlavə olaraq qanunun 17.1-ci maddəsinə əsasən yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Yenə qanunun tələbi pozularaq bir ayda iki dəfə keçirilən yoxlama tapşırıq əsasında və qərəzli şəkildə aparılmışdır. Hər iki tarixdə qərəzli şəkildə tərtib olunan aktlarda qanunun 31.2.2, 31.2.6, 31.2.7, 31.2.8, 31.2.11, 31.2.13-cü maddələrinin tələbi pozulmuşdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununun 31.6-cı maddəsinə əsasən yoxlama aktı yoxlamada iştirak etmiş yoxlayıcılar tərəfindən imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir. 31.9-cu maddəsinə əsasən yoxlama aktı iki nüsxədə tərtib edilir. Yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir, digər nüsxəsi isə yoxlayıcı orqanda qalır. 31.10-cu maddəsinə əsasən sahibkar yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılır. Bundan sonra yoxlama aktının müvafiq surəti alınmasını təsdiq edən istənilən vasitə ilə yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində sahibkara göndərilir. Qanunun yuxarıda sadalanan normalarının tələbləri kobud şəkildə pozularaq sahibkarın qanunla qorunan hüquqları nəzərə alınmamışdır. Kəngərli rayon Baytarlıq idarəsinin Dövlət Baytarlıq xidmətinə "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanununun 27.3-cü maddəsinə əsasən göndərməli olduğu əsaslandırılmış təqdimat əvəzinə saxta və qərəzli şəkildə bağlanmış aktlarda əks olunan məlumatları əsas götürərək 02 mart 2020-ci il tarixli 7-1 nömrəli məlumatı da qərəzli şəkildə, qanunun tələblərinə zidd olaraq yazıldığı aydın görünür. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri inz ibati aktı qəbul edən Dövlət Baytarlıq xidməti tərəfindən kobud şəkildə pozulmuşdur. İnzibati akt qəbul edilən zaman sahibkara məlumat verilməmiş və sahibkardan xəbərsiz qərəzli şəkildə inzibati akt qəbul olunmuşdur. Apellyator sonda göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-165/2021 nömrəli qərarını ləğv edib, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli Lisenziyanın ləğv edilməsi haqqında əmrin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün qərəzli şəkildə ləğv olunmuş 17 nömrəli Xüsusi lisenziyanın bərpa olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası tərəfindən baxılaraq 02 mart 2022-ci il tarixli, 2-1(108)-06/2022 nömrəli qərarla iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-165/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(108)-06/2022 nömrəli qərarından narazı qalan iş üzrə İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(102)-1008/2022 nömrəli q ərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(108)-06/2022 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı şifahi məhkəmə baxışı iclaslarında iştirak etməmiş, kollegiyaya 12 sentyabr 2022-ci il tarixli ərizə ünvanlayaraq sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar birinci dərəcə əlil olduğundan məhkəmə iclaslarında iştirak edə bilmədiyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Kollegiya iş üzrə şifahi məhkəmə baxışı iclaslarının İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya şik ayəti üzrə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi X19 şikayəti müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmaqla birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin nümayəndəsi X14 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında apellyasiya şikayətinin təmin olunmamaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansi yası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini və tərəflərin izahatı nı dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu hala qiymət verərək aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətini vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) vermişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci maddəsi). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(102)-1008/2022 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(108)-06/2022 nömrəli qərarı ləğv edilərkən qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “..“Lisenziyalar və icazələr haqqında” Qanunun bu qərarda istinad edilən 27.2-ci maddəsinin tələbindən göründüyü kimi, lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəza rət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun bu qərarda istinad edilən normalarının tələblərindən göründüyü kimi, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlamalar yalnız h əmin Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayı cı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl o lunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən həmin imperativ tələbin təmin olunub-olunmadığı barədə araşdırma aparmamışdır”. Kassasiya instansiya məhkəməsi göstərilənlərə əsaslanaraq sonda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(108)-06/2022 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidə n baxan məhkəmə üçün məcburidir. Kollegiya tərəfindən apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərinə qiymət verilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarında şərh edilən bu göstərişləri nəzərə alınmış və bu məqsədlə apellyasiya baxışı zamanı müvafiq araşdırma aparılmışdır. Apellyasiya kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında göstərdiyi mövqeyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işin tədqiq olunmuş hallarından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən iş üzrə İddiaçı Kəngərli rayonunun Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqısatqısını həyata keçirmək üçün verilmiş 19 aprel 2017-ci il tarixli, 17 nö mrəli lisenziyanın ləğv olunmasına əsas onun fəaliyyəti ilə bağlı aparılan yoxlamanın nəticəsi deyil, məhz onun “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə fəaliyyət göstərməsi olmuşdur. İşin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçının işlətdiyi baytarlıq aptekinin fəaliyyəti ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hər hansı yoxlama tədbiri həyata keçirilməmişdir. Belə ki, verilmiş apellyasiya şikayətinin dəlillərində qeyd olunur ki, iddiaçı Qasımov X8 Qasımov Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin 31 oktyabr 2016-cı il tarixli, 14 nömrəli qərarı ilə kənd mərkəzində olan köhnə xəstəxana binasın dan baytarlıq apteki işlətmək üçün iki otağı 15 (on beş) illiyinə icarəyə götürmüşdür. İcarəyə götürdüyü bina baytarlıq apteki üçün yararsız halda olduğundan Kəngərli Rayon İcra Hakimiyyətinin tapşırıqları əsasında həmin binanı şəxsi vəsaiti hesabına əsaslı təmir edərək baytarlıq apteki üçün yararlı vəziyyətə salmışdır. Təmirdən sonra binaya baxış keçirildikdən sonra ona 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziya verilmişdir. Nəhayət 2020-ci il mart ayında qanunsuz olaraq Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun tapşırığı əsasın da verilmiş xüsusi lisenziya Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən oğlunun əlindən alınmışdır. İddiaçının sonradan əldə etdiyi məlumatlara görə ona verilmiş xüsusi lisenziya qərəzli şəkildə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli əmri ilə ləğv edilmişdir. Lisenziyanın qərəzli şəkildə ləğv olunduğu tarixə qədər Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən sahibkara heç bir yazılı və şifahi xəbərdarlıq olunmamışdır. Sifarişlər əsasında qərəzli şəkildə tərtib olunan aktdan və əmrdən onun xəbəri olmamışdır. Bugünə qədər aktın və əmrin surəti qərəzli şəkildə fəaliyyəti dayandırılan sahibkara çatdırılmamışdır. İddiaçı qeyd edir ki, əvvəllər İİ qrup əlil olmuş, bu hadisələrdən sonra xəstəliyi daha da artara q İ qrup əlil olmuşdur. Xüsusi lisenziyanın bərpası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə oğlunun çoxsaylı yazılı və şifahi müraciətlərindən heç bir müsbət cavab ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Qarabağlar Bələdiyyəsinin 31 oktyabr 2016-cı il tarixli, 14 nömrəli qərarına əsasən, Qarabağlar kənd sakini İddiaçı ərizəsi nəzərə alınmış, kənd mərkəzində ünvan kimi göstərilən köhnə xəstəxana binasından icarə haqqı aylıq 50 (əlli) manat olmaqla baytarlıq apteki üçün iki otaq İddiaçı icarəyə verilmişdir. İşə əlavə olunmuş 19 aprel 2017-ci il tarixli, 17 nömrəli lisenziyanın surətindən göründüyü kimi, Naxçıvan Muxtar Respublikası Dövlət B aytarlıq Xidməti tərəfindən İddiaçı Kəngərli rayonunun Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirməyə icazə verilmişdir. İşin tədqiq olunmuş hallarına əsasən İddiaçı fəaliyyəti dövründə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, dərmanların dövriyəsi üçün illik hesabatların Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə təqdim edilmədiyi, rayon baytarlıq xidmətinin əməkdaşları tərəfindən aparılan vizual müşahidələr zamanı aptekdə satıcı kimi fəaliyyət göstərən X7 baytarlıq təhsili olmadan işə götürüldüyü, lisenziya verilmiş aptekin ünvanının dəyişdirilərək tamamilə başqa ünvanda fəaliyyət göstərdiyi, adına lisenziya verilmiş İddiaçı yataq xəstəsi olduğundan oğlu A mar Hüseynin aptekdə olan baytarlıq dərmanlarını götürməsi və aptekdə heç bir baytarlıq dərmanlarına rast gəlinməməklə fəaliyyətini faktiki olaraq dayandırdığı, həmçinin aptekdə dərman bioperaparatlarının saxlanılması normalarının pozulduğu müəyyən olunmuşdur. Cavabdeh təşkilatın nümayəndəsinin verdiyi izahatdan məlum olmuşdur ki, Kəngərli Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baytar sanitar qaydalara əməl olunması vəziyyəti və baytarlıq apteklərindəki vəziyyətlə bağlı mütəmadi olaraq kənardan vizual müşahidələr aparılmış, müşahidə zamanı Qarabağlar kəndində fəaliyyət göstərən İddiaçı məxsus baytarlıq aptekində yuxarıda sadalanan hallar müəyyən olunmuş və bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə bir neçə dəfə məlumat verilmişdir. Kəngər li Rayon İcra Hakimiyyətinin Qarabağlar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2020-ci il tarixli, 376/20 nömrəli arayışdan məlum olmuşdur ki, Qarabağlar kəndində fəaliyyət göstərən baytarlıq aptekinin yerləşdiyi hazırki bina yaşayış sahəsi olduğundan aptek üçün yararsızdır. Eyni zamanda həmin Nümayəndəlik tərəfindən verilmiş 19 fevral 2020-ci il tarixli, 405/20 nömrəli arayışdan məlum olmuşdur ki, Qarabağlar kəndində fəaliyyət göstərən baytarlıq aptekini işlədən X16 həqiqətən işlədilən sahə üzrə qeyri-ixtisas sahibidir. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmri ilə Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən İddiaçı məxsus baytarlıq aptekinin iş lədilməsinə dair verilmiş 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziya 16 mart 2020-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola b ilərlər. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə görə lisenziyanın (icazənin) sahibi olan fərdi sahibkarın soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə lisenziya və icazə yenidən rəsmiləşdirilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə bu Qanunun 23.1.1-ci, 23.1.2-ci və 23.1.3cü maddələrində göstərilən əsaslar olduqda, lisenziyanın (icazənin) sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; lisenziyanın (icazənin) müddəti bitdikdə; lisenziyanın (icazənin) s ahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; məhkəmənin müvafiq qərarı olduqda; lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda lisenziya və icazə ləğv edilir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən halla ra (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 noyabr 2002-ci il tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”in 47.2-ci bəndinə əsasən baytarlıq preparatlarının satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün baytarlıq preparatlarının satışı ilə məşğul olan mütəxəssislərin baytarlıq ixtisası üzrə ali və ya orta ixtisas təhsilinə malik olduqlarını təsdiq edən sənədlərin surəti tələb olunur. Beləliklə, kollegiya işin tədqiq olunmuş hallarına əsaslanmaqla hesab edir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli əmri ilə 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın ləğv olunması qanuni və əsaslı olmuş, apellyasiya şikayətini dəlillərində göstərilənlərdən fərqli olaraq lisenziyanın ləğvi zamanı qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. Belə ki, işin birinci instansiya məhkəməsi və kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Kəngərli rayonunun Qarabağlar kəndində fəaliyyət göstərməsinə 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziya ilə icazə verilmiş baytarlıq aptekinin yerləşdiyi ünvan köhnə xəstəxana binası sökülməklə aptekin fəaliyyət göstərdiyi ünvan dəyişdirilmiş və o, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayının 3-dək başqa ünvanda, yəni fərdi yaşayış evinin yardımçı sahəsində fəaliyyət göstərmişdir. İş materiallarına əlavə olunmuş (iş səh.89) Naxçıvan MR Kəngərli rayon Qarabağlar Bələdiyyəsinin iclasının 31 oktyabr 2016-cı il tarixli, 14 nömrəli Qərarından da göründüyü kimi, İddiaçı ərizəsi nəzərə alınmaqla kənd mərkəzində olan köhnə xəstəxana binasından iki otaq baytarlıq apteki üçün ona icarəyə verilmişdir. Yəni 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziya ilə fəaliyyətinə icazə verilmiş baytarlıq aptekinin ünvanı köhnə xəstəxana binası kimi müəyyən olunmuşdur. Lakin işin tədqiq olunmuş hallarından da görü ndüyü kimi, iş üzrə İddiaçı 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziya ilə fəaliyyətinə icazə verilmiş baytarlıq aptekinin ünvanı 2019-cu ilin oktyabr ayında tamamilə başqa ünvana dəyişilməsinə baxmayaraq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3 və 23.2-ci maddələrinin tələblərini pozmaqla bu barədə Dövlət Baytarlıq Xidmətinə heç bir məlumat verməmiş, lisenziya və icazənın yenidən rəsmiləşdirilməsi üçün qanunvericiliklə üzərinə düşən vəzifəni icra etməkdən yayınmışdır. Apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, apellyator şikayətində baytarlıq aptekinin ünvanının dəyişildiyini özü də qeyd etmiş və məhkəmə iclası zamanı bununla bağlı verilən sualları cavablandıran iş üzrə iddiaçının nümayəndəsi Amar Hüseyn özü də verdiyi izahat ında bu halı etiraf edərək, həqiqətən aptekin ünvanının dəyişməsi ilə əlaqədar qanunvericiliklə üzərlərinə düşən vəzifəni icra etmədiklərini bildirmiş, lakin bunun əsası kimi, bütün hallarda ünvanın ümumilikdə Qarabağlar kəndi olması fikri ilə əsaslandırmışdır. Lakin kollegiya iddia tərəfinin irəli sürdüyü bu əsasla razılaşmayaraq iddiaçıya 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziya ilə fəaliyyətinə icazə verilmiş baytarlıq aptekinin ünvanının köhnə xəstəxana binası kimi müəyyən olunduğunu və bu halın Kəngərli rayon Qarabağlar Bələdiyyəsinin iclasının 31 oktyabr 2016-cı il tarixli, 14 nömrəli Qərarı ilə də öz təsdiqini tapdığını diqqətə çatdırır və qeyd edir ki, iddiaçının sonradan baytarlıq apteki kimi fəaliyyət göstərdiyi ünvan tamamilə fərqli ünvan olmuşdur. Hansı ki, sonr adan iddiaçı tərəfindən baytarlıq apteki kimi işlədilən həmin ünvan qeyri-yaşayış deyil, yaşayış sahəsi olmuş, həmçinin İddiaçı təzə ünvanda fəaliyyətini davam etdirməsini hüquqi cəhətdən təmin edən yeni lisenziya verilməmişdir. Belə olan halda isə kollegiya bir daha qeyd edir ki, yuxarıda sadalanan bu faktlar İddiaçı verilmiş 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziyanın “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3 və 23.2ci maddələrinin tələblərinə uyğun olaraq ləğv olunmasına əsas olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, həmin maddələrin tələbinə görə lisenziyanın (icazənin) sahibi olan fərdi sahibkarın soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə lisenziya və icazə yenidən rəsmiləşdirilir. Bu Qanunun 23.1.1-ci, 23.1.2-ci və 23.1.3-cü maddələrində göstərilən əsaslar olduqda, lisenziyanın (icazənin) sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət etməlidir. İşin araşdırılmış hallarından isə göründüyü kimi, İddiaçı 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziya ilə fəaliyyətinə icazə verilmiş baytarlıq aptekinin ünvanı 2019-cu ilin oktyabr ayında tamamilə başqa ünvana dəyişildiyi halda bu barədə Dövlət Baytarlıq Xidmətinə heç bir məlumat verməmiş, məhz bu səbəb də ona verilmiş 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziyanın düzgün olaraq ləğv edilməsinə əsas olmuşdur. Eyni zamanda apellyasiya şikayətinin tədqiqi zamanı işə əlavə olu nmuş sənədlər, işin birinci instansiya məhkəməsi və kollegiyada araşdırılmış halları, iddiaçının nümayəndəsi Amar Hüseynin və cavabdehin nümayəndəsi M.Seyidovun kollegiyadakı izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı 19 aprel 2017-ci ildən 16 mart 2020-ci ilədək olan müddətdə fəaliyyət göstərməsinə baxmayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə baytarlıq dərmanlarının dövriyyəsinə dair heç bir hesabat verməmiş, baytarlıq sahəsi üzrə ixtisası olmayan şəxs X2 kimi işə qəbul edilmiş, iddiaçının xəstəliyi ilə əlaqədar onun oğlu Amar Hüseyn tərəfindən baytarlıq aptekində olan dərman və biopreparatlar götürülüb aparılmaqla aptek faktiki olaraq fəaliyyətini dayandırmışdır. Göstərilən bu faktları apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Amar Hüseyn özü də etiraf etm işdir. Belə ki, verilən sualları cavablandırarkən o, həqiqətən də aptekin işlədiyi 19 aprel 2017-ci ildən 16 mart 2020-ci ilədək fəaliyyəti dövründə Baytarlıq Xidmətinə baytarlıq dərmanlarının dövriyyəsinə dair heç bir hesabat vermədiklərini, buna səbəb kimi isə Baytarlıq Xidmətinin bu dövr ərzində onların fəaliyyətinə köməklik məqsədilə heç bir təşəbbüs göstərməmələrini qeyd etmiş, eyni zamanda satıcı kimi işə qəbul olunmuş xanımın həqiqətən də həmin sahə üzrə ixtisasının olmadığını, lakin onun sınaq müddəti ilə işə götürüldüyünü və daha sonra da işdən azad olunduğunu bildirmişdir. Bundan başqa atası İddiaçı səhhəti ilə əlaqədar olaraq işə çıxa bilmədiyini və aptekin onun tərəfindən işlədildiyini də etiraf etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi verilmiş xüsusi l isenziyanın Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən zorla oğlunun əlindən alınması və lisenziyanın ləğv olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən ona məlumat verilməməsi ilə əlaqədar dəlillərini əsassız hesab edir. Belə ki, işin araşdırılmış halları və iddiaçının nümayəndəsinin kollegiyadakı izahatı ilə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar onun oğlu Amar Hüseyn tərəfindən baytarlıq aptekində olan dərman və biopreparatlar götürülüb aparılmış, aptekin fəaliyyətinə hər hansı maneənin yaradılması və ona verilmiş lisenziyanın zorla alınması ilə əlaqədar istər Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə, istərsə də hər hansı bir orqana müraciət olunmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və apellyasiya şikayətində göstərilən həmin hallar müəyyən olunmamışdır. Kollegiya həmçinin iddiaçının apellyasiya şikayətində qeyd etdiyi “...03 fevral, 25 fevral və 04 mart 2020-ci il tarixlərində Kəngərli rayon Qarabağlar kəndində yerləşən Baytarlıq aptekinə baxış keçirmədən tərtib olunan hər üç aktda iştirak edən şəxslərin və Kəngərli rayon İcra Hakimiyyətinin Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2020-ci il tarixli, 376/20 nömrəli, 19 fevral 2020-ci il tarixli, 405/20 nömrəli arayışları saxta şəkildə tərtib edən məsul şəxslərin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması...” dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanun i qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Maddənin məzmunundan da göründüyü kimi, qəbul olunacaq yekun məhkəmə aktının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda məhkəmə yalnız öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Hazırki baxılan iş üzrə qəbul olunmuş məhkəmə aktı iddiaçının qeyd etdiyi şəxslərin qanunla qorunan maraqlarına toxunmadığından kollegiya həmin şəxslərin prosesə üçüncü şəxs qismində cəlb olunmasını düzgün hesab etmir və birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya inzibati işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmış, nəticədə düz gün qərar qəbul olunmuşdur. İş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Buna görə də İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqış-atqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdehin üzərinə qoyulması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-165/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)165/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 68, 69, 75, 89, 94.1-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrverdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdehin üzərinə qoyulması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-165/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-165/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar