Məhkəmə qərarları › İş №2-1(108)-29/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-29/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-29/2023 28.07.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “1993-cü ildən tikili olan, onun öz şəxsi mülkiyyətinə aid olan, Sirab kənd məktəbinin yaxınlığında qızıl qaya adlanan təpənin qabaq hissəsində yerləşən “Röyal-R” kiçik müəssisəsinin binasının sökülməsi, həmin müəssisəyə aid həyətyanı və köməkçi torpaq sahələrinin özünə geri qaytarılması və bu günədək həmin mülkiyyətdən istifadədən əmələ gələn kompensasiya öhdəliyi nin cavabdehin üzərinə qoyulması və bu hüquq pozuntusunda əli olan hər bir şəxsin qanun qarşısında cavab verməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(122)-216/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı 08 fevral 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək 1993-cü ildən tikili olan, onun öz şəxsi mülkiyyətinə aid olan, Sirab kənd məktəbinin yaxınlığında qızıl qaya adlanan təpənin qabaq hissəsində yerləşən “Röyal-R” kiçik müəssisəsinin binasının sökülməsi, həmin müəssisəyə aid həyətyanı və köməkçi torpaq sahələrinin özünə geri qaytarılması və bu günədək həmin mülkiyyətdən istifadədən əmələ gələn kompensasiya öhdəliyinin cavabdehin üzərinə qoyulması və bu hüquq pozuntusunda əli olan hər bir şəxsin qanun qarşısında cavab verməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 21(122)-216/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “1993-cü ildən tikili olan, onun öz şəxsi mülkiyyətinə aid olan, Sirab kənd məktəbinin yaxınlığında qızıl qaya adlanan təpənin qabaq hissəsində yerləşən “Röyal-R” kiçik müəssisəsinin binasının sökülməsi, həmin müəssisəyə aid həyətyanı və köməkçi torpaq sahələrinin özünə geri qaytarılması və bu günədək həmin mülkiyyətdən istifadədən əmələ gələn kompensasiya öhdəliy inin cavabdehin üzərinə qoyulması və bu hüquq pozuntusunda əli olan hər bir şəxsin qanun qarşısında cavab verməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 20 iyun 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(108)216/2013 saylı qərardadının ləğv edilməsi və hazırki inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən əmlak üzərində onun hüququnu təsdiq edən səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş texniki pasport məhkəməyə təqdim edilmişdir. Həmin sən ədin etibarsızlığı barədə hər hansı mübahisə edilmir və həmin əmlakın onun adına qeydiyyatı barədə müvafiq dövlət orqanında arxiv məlumatları saxlanılır. Həmin əmlak Babək Rayon İcra Hakimiyyəti tərəfindən sökülənədək yəni, 2006-cı il tarixədək onun istifadəsində olmuşdur. Məhkəmə tərəfindən iddianın mümkün sayılmamasının əsası kimi iddia müddətinin buraxılması göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. İddia ərizəsinin məzumunundan göründüyü kimi onun iddia tələbi qeyd edilən əmlak üzərində hüquqlarının pozulmasının aradan qaldırılması olmuşdur. Həmçinin müvafiq əmlak üzərində hüquqlarının bərpa olunma sını tələb etdiyi-iddia tələbinə cavabdeh olan orqan məhz Babək Rayon İcra Hakimiyyətidir. Çünki onun mülkiyyətində olan üzərində hüquqlarının bərpa olunmasını istədiyi obyektin əlindən alınması və sökülməsi həmin dövrdə işləmiş vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində olmuşdur. Qeyd edilən mülkiyyətin üzərində hüquqlarının bərpa olunmasını başqa mümkün vasitələrlə əldə etməyi mümkün deyildir. Cavabdeh Babək Rayon İcra Hakimiyyəti apellyasiya şikayətinə 17 iyul 2023-cü il tarixli, 5-22/2-605/2023 nömrəli etirazında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyun 2023cü il tarixli, 2-1(122)-216/2023 nömrəli qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(108)-216/2013 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 şikayəti qəbul etməyərək şikayətin təmin olunmamaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(108)-216/2013 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə uyğun olaraq Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığ ı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-in 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müd dəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyərək, Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslan dırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarix li, 5 saylı qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Həmin qərara əsasən iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulmasını əsaslandırmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə inzibati orqanlara münasibətdə inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsi zliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Kollegiya tərəfindən iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, “Royal-R” kiçik müəssisəsinə konkret ölçüdə torpaq sahəsinin ayrılması barədə sərəncam verilməmişdir. Belə ki, Babək rayon XDM İK-nin baş memarı A.K.İsmayılov tərəfindən tərtib edilmiş ərazinin sxematik planında Babək rayon XDM İK-nin 21 yanvar 1992-ci il tarixli 12 №-li sərəncamı ilə “Royal-R” kiçik müəssisəsinin nəzdində açılacaq mağaza tikintisi üçün 70 kv.m torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Lakin Babək rayon XDM İK-nin 21 yanvar 1992-ci il tarixli 12 №-li sərəncamının iş material larına əlavə edilmiş surətindən aydın olur ki, həmin sərəncamla “Royal-R” kiçik müəssisəsi tərəfindən istehsal edilmiş, eyni zamanda mübadilə yolu ilə əldə edilmiş kənd təsərrüfatı və xalq istehlak mallarının satışının təmin edilməsi məqsədilə rayonun ərazisində yerləşən Sirab kəndində kommersiya-komission mağazası açılmasına icazə verilməsi və rayonun baş memarı A.İsmayılova tikintinin aparılması üçün yer təyin etməklə tikintiyə nəzarət edilməsi tapşırılmışdır. Buna baxmayaraq 23 may 2002-ci il tarixdə “Royal-R” kiçik müəssisəsinin adına verilmiş və iddiaçının istinsd etdiyi, məhkəməyə sübut kimi təqdim etdiyi yeganə sənəd olan texniki pasportda aparılmış tikililərin ümumi sahəsinin 310 kv.m olduğu göstərilmişdir. Qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş qeyri yaşayış obyektlərini üzəri ndə mülkiyyət hüquqlarının qeydiyyatının aparılması həmin dövr üçün "Azərbaycan Respublikasında mülkiyyət haqqında", "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 229 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi haqqında Əsasnamə”yə habelə digər normativ-hüquqi aktlara uyğun olaraq, Dövlət Əmlakı Nazirliyi (30 aprel 2001ci il tarixdən sonra hüquqi varisi olaraq İqtisadi İnkişaf Nazirliyi) tərəfindən hüquqi və fiziki şəxslərin şəxsi vəsaitləri hesabına inşa etdirdikləri qeyri yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq rəsmiləşdirilməsinin təmin edilməsi məqsədilə “Qeyri-dövlət vəsaiti he sabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları haqqında" Təlimata uyğun həyata keçirilmişdir. Həmin təlimatın 3-cü maddəsinə əsasən müəssisə və obyektin qanunvericiliyə uyğun olaraq inşa edilməsini təsdiq edən sənədlər aşağıdakılar aiddir: - Müəssisə obyektin tikintisi üçün torpağın qanunvericiliyə uyğun olaraq istifadəyə və ya icarəyə götürülməsi, habelə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; - müəssisə və obyektin inşaat pasportu; - müəssisə və obyektin texniki pasportu; - müəssisə və obyektin istismara qəbulu barədə müvafiq dövlət orqanlarının təsdiq etdiyi akt. Eyni zamanda müəssisə və obyektlərin qanunvericiliyə uyğun şəkildə inşa edildiyini və müraciətçilik həmin müəssisə və obyekt üzərində mülkiyyət hüququ olduğunu müəyyən e tdikdə onlara nümunəsi “Qeyri-dövlət hüquqi və fiziki şəxslərin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1997-ci il tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülkiyyət hüququ haqqında" şəhadətnamə verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Fərman Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2006-cı il tarixli 426 nömrəli Fərmanı ilə qüvvədən salınanadək qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi yuxarıda göstərilən qanunvericilik aklarına uyğun həyata keçirilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, “Royal-R” kiçik müəssisəsinin nəzdində faliyyət göstərməsi iddia olunan tikililərə aid texniki pasport olsa da qanunvericiliyin qeyd edilən tələblərinə uyğ un olaraq həmin tikililər üzəridə kiçik müəssisənin mülkiyyət hüquqlarını təsdiq edən Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1997-ci il tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülkiyyət hüququ haqqında" şəhadətnamənin alınması təmin edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrinə əsasən dövlət qeyd iyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir». Kolleg iya eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı “Röyal-R” kiçik müəssisəsinin adından iddia qaldırmaq hüququnun mövcudluğu heç bir rəsmi sənədlə oz təsdiqini tapmır. Belə ki, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Texniki İnventarlaşdırma şöbəsi tərəfindən verilmiş 23 may 2002-ci il tarixli tikililərin texniki pasportunun titul vərəqində “Röyal-R” kiçik müəssisəsinin rəhbəri İddiaçıHüseyn M.Mustafa oğlu olması qeydindən başqa iddiaçının həmin müəssisənin rəhbəri və yaxud müəssisənin adından onu təmsil etmək səlahiyyətlərinin mövcudluğunu təsdiq edəcə heç bir rəsmi sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarının 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayıl mamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Kollegiya tərəfindən bu məqsədlə aidiyyatı dövlət orqanlarına müvafiq sorğular göndərilməsinə baxmayaraq müsbət cavab alınmamışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş 25 iyul 2023-cü il tarixli, **********617600 nömrəli məktubda qeyd edilir ki, “Röyal-R” kiçik müəssisəsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 03 may 1994-cü il tarixdə 494 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış və vergi uçotuna alınmaq üçün vergi orqanlarına müraciət etmədiyindən məlumatın təqdim olunması imkanları xaricindədir. Babək Rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş 21 iyul 2023-cü il tarixli, 522/2-638/2023 nömrəli məktubda qeyd edilir ki, İddiaçı Babək rayonu, Sirab kəndində “Röyal-R” kiçik müəssisəsinə bina tikilməsi ilə bağlı torpaq sahəsinin ayrılması barədə Babək rayon XDMİK-nin xx.xx.1992-ci il tarixli sərəncamın, həmçinin həmin kiçik müəssisə ilə əlaqədar başqa sənədlərin olub-olmaması barədə Babək Rayon Dövlət Arxiv İdarəsinin 20 iyul 2023-cü il tarixli, 26 nömrəli məktubuna əsasən həmin kiçik müəssisəyə aid sənədlər mövcud deyil. Bundan başqa iddiaçıya Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək onda olan “Röyal-R” kiçik müəssisəsinə aid hər hansı rəsmi sən ədlərin təqdim olunması təklif olunmuş, lakin İddiaçı məhkəmə iclasında “Röyal-R” kiçik müəssisəsinə aid hər hansı rəsmi sənədin (qeyd olunan texniki pasport istisna olmaqla) olmadığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Texniki İnventarlaşdırma şöbəsi tərəfindən verilmiş 23 may 2002-ci il tarixli tikililərin texniki pasportunun titul vərəqində “Röyal-R” kiçik müəssisəsinin rəhbəri kimi İddiaçıHüseyn M.Mustafa oğlunun qeyd edilməsinin hansı rəsmi sənədə əsaslanması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası şikayətdə qeyd olunan, “həmin əmlak Babək Rayon İcra Hakimiyyəti tərəfindən sökülənədək yəni, 2006-cı il tarixədək onun istifadəsində olmuşdur. Həmçinin müvafiq əmlak üzərində hüquqlarının bərpa olunmasını tələb etdiyi-iddia tələbinə cavabdeh olan or qan məhz Babək Rayon İcra Hakimiyyətidir. Çünki onun mülkiyyətində olan üzərində hüquqlarının bərpa olunmasını istədiyi obyektin əlindən alınması və sökülməsi həmin dövrdə işləmiş vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində olmuşdur” dəlillərini müzakirə edərək belə hesab edir ki, həmin dəlillər iddianın predmeti ilə əlaqədar olduğundan iddianın mümkünlüyünün yoxlanılması mərhələsində onlara hüquqi qiymət verilə bilməz. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edildiyi kimi, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yön əlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Hazırki iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı “Röyal-R” kiçik müəssisəsinin hüquqlarının pozulduğu nu göstərərək öz adından iddia irəli sürmüş və həmin müəssisəyə aid həyətyanı və köməkçi torpaq sahələrinin özünə geri qaytarılması və bu günədək həmin mülkiyyətdən istifadədən əmələ gələn kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir ki, iddiaçının buna subyektiv hüququ yoxdur və belə bir hüququnun mövcudluğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya iddiaçının verilmiş texniki pasportun təsdiq edilməsi barədə X4 Nazirliyinin 14 avqust 2001-ci il tarixli 24 saylı əmrinin olması dəlilinə münasibətdə qeyd edir ki, həmin əmr konkret olaraq vətəndaşa verilən texniki pasportla əlaqəli deyil və ümumiyyətlə tabeli qurum tərəfindən verilən texniki pasportların forma və məzmunun təsdiq edilməsi ilə bağlıdır. Göründüyü kimi iddia ərizəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırdığı hallarda iddia mümkün sayılır. Bu isə bir daha onu deməyə əsas verir ki, məhkəməyə yalnız hüququ pozulmuş şəxs öz adından müraciət edə və iddia edilən pozuntunun aradan qaldırılmasında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub -olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onu n mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Bununla bağlı məhkəmə qərardadın əsaslandırıcı hissəsində şərh olunan mövqeyinə uyğun olaraq təkrar qeyd edilir ki, tələb hüququna malik olan şəxslər (hüquqi və ya fiziki şəxslər) nümayəndə vasitəsi ilə işlərin aparılmasını başqa şəxsə etibar edə bilərlər. Nümayəndələr təmsil etdikləri şəxslərin adından iddia irəli sürə bilərlər ki, nümayəndənin tələb hüququna malik olan şəxsin adından deyil öz adından iddia irəli sürmək hüququ yoxdur. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı nümayəndə olaraq öz adından və özünün mara qlarına xidmət edən hazırki iddianı irəli sürmək hüququna malik olmadığından və bununla bağlı iddiaçıya məhkəmənin müraciəti nəticəsiz qaldığından iddia mümkün sayılmamalıdır Kollegiya, iddiaçının şikayətində qeyd etdiyi, “Məhkəmə tərəfindən iddianın mümkün sayılmamasının əsası kimi iddia müddətinin buraxılması göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. İddia ərizəsinin məzumunundan göründüyü kimi onun iddia tələbi qeyd edilən əmlak üzərində hüquqlarının pozulmasının aradan qaldırılması olmuşdur” dəlilinə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün hesab edilməməsində iddi a müddətinin buraxılmasına istinad etdiyi hissədə yanlışlığa yol versədə digər əsaslara görə iddianı mümkün saymamaqla haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə hüquqi qiymət verərək belə hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən birinci instansiya məhkəməsi tərəfin dən iddia düzgün olaraq mümkün sayılmamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(122)-216/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı “1993-cü ildən tikili olan, onun öz şəxsi mülkiyyətinə aid olan, Sirab kənd məktəbinin yaxınlığında qızıl qaya adlanan təpənin qabaq hissəsində yerləşən “Röyal-R” kiçik müəssisəsinin binasının sökülməsi, həmin müəssisəyə aid həyətyanı və köməkçi torpaq sahələrin in özünə geri qaytarılması və bu günədək həmin mülkiyyətdən istifadədən əmələ gələn kompensasiya öhdəliyinin cavabdehin üzərinə qoyulması və bu hüquq pozuntusunda əli olan hər bir şəxsin qanun qarşısında cavab verməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(122)-216/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 21(122)-216/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar