Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-29/2024 06.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X4 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı "Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli, 2021-283096 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(122)-54/2024 nömrəli qərarından cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentli yi tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli, 2021-283096 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 21(122)-54/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı "Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli, 2021-283096 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 21(122)-54/2024 nömrəli qərarından narazı qalan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentli tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, qərar əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(122)- 54/2024 saylı qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş və ona Türkiyə Respublikası Anadolu Universitetin in blankında təqdim olunmuş xx.xx.2021-ci il tarixli, № 2021-283096 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə qərarının aşağıdakı səbəblərdən qanunsuz olduğunu hesab edir, belə ki, qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması və Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının mövqeyi nəzərə alınmamaqla qəbul edilmişdir. Həmçinin qərar Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinin pozulması ilə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qeyd edir ki, “Təhsil haqqında” AR Qanununun 13-cü maddəsində, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formalar əyani, qiyabi, distant (məsafədən), eksternat (sərbəst) formada müəyyən edilmişdir. Qərarın əsaslandırmasının növbəti mərhələsində təhsillə və tədrisin təşkili ilə bağlı xüsusi biliklər tələb edən məsələdə sahə üzrə heç bir ekspert və mütəxəssis rəyinə əsaslanmadan qənaətə gəlinir ki, distant təhsillə açıköğrətim eyni mahiyyəti ehtiva edir və açıköğretim distant təhsildir. Halbuki, açıköğretim təhsil forması məhkəmənin əsaslandırma hissəsində distant təhsil barədə qeyd etdiyi kimi İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması deyil. Bununla bağlı Türkiyə Respublikasının tanınmanı tənzimləyən əlaqəli aktı da qoşmaya əlavə olunur) açıköğretim formasının tərifi verilərkən deyilir, “Açıqöğretim: Tələbələrin və professor-müəllim heyətinin qarşılıql ı ünsiyyətinə və qarşılıqlı fəaliyyətinə əsaslanmadan, yerindən asılı olmayaraq əyani və distant təhsildən başqa ali təhsil müəssisələrində həyata keçirilən təhsil növü", qeyd olunmuş anlayışdan aşağıda qeyd olunmuş məsələlər aydın olur.
1. Açıköğretim Türkiyə Respublikasının səlahiyyətli qurumları və əlaqəli aktlarına görə distant təhsilalma formasından fərqli bir tədris metodudur.
2. Açıköğretim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir.
3. Azərbaycan Respublikası təhsil qanunvericiliyində əks olunmuş distant təhsilalma forması ilə hazır materiallar və videolar əsasında tədris olunan, tələbə və müəllimlərin tədris prosesində onlayın və ya əyani interraksiyasını ehtiva etməyən “açıköğretim" formasının eyniləşdi rilməsi qüsurludur. Cavabdeh şikayətin davamında qeyd edir ki, Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması barədə tələblə açıköğretim təhsil formasında təşkil olunan tədris zamanı istifadə olunan metodlar uyğunsuzluq təşkil etməkdədir. Türkiyə Respublikasının səlahiyyəti qurumları xarici ölkələrdə əldə olunmuş “açıköğretim" və "dərslərdə iştirak məcburiyyəti olmayan" proqramlar nəticəsində əldə olunmuş diplomlar üzrə imtina qərarları verməkdədir. Türkiyə Respublikası Xarici ali təhsil diplomlarının tanınması və ekvivalentliyi h aqqında Əsasnamənin 7-ci maddəsinin 6-cı bəndinin (b) yarımbəndində deyilir: "Distant təhsilin əhatə dairəsi xaricində qalan açıköğretim və eksternat kimi tədris prosesində davamiyyət məcburiyyəti olmayan proqramlar nəticəsində əldə edilmiş diplomlara münasibətdə tanınma və ekvivalentlik müraciəti barədə səbəblər göstərilməklə imtina qərarları verilir", həmçinin qeyd olunan işlər üzrə Rusiya Federasiyası Moskva X5 əldə olunmuş diploma münasibətdə verilən imtina qərarı ilə bağlı məhkəmə mübahisəsi zamanı Türkiyə Respublikası inzibati orqanların qərarlarından şikayət verilən və ölkəmizdə səlahiyyətli və yursidiksiyası İnzibati Məhkəmələrin analoqu olan danıştay həmin qərarı qüvvədə saxlamaqla, iddia tələbini rədd etmişdir. Göstərilənlərə əsasən, Türkiyə Respublikasının səlahiyyətli tanınma o rqanının bu ölkədə tanınma üzrə məsələləri tənzimləyən normativ sənədlərə istinad edərək xarici dövlətlərdə “açıköğretim" formasında əldə olunmuş kvalifikasiyalar haqqında imtina qərarları verdiyi bəlli olur. Yekunda qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yanmbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilm əz. Qeyd olunanlara əsasən, hesab edir ki, məhkəmənin qərarı işin mahiyyətinin yanlış qiymətləndirilməsi və prosessual normaların pozulması ilə qəbul edildiyindən apellyasiya instansiyası tərəfindən ləğv edilməlidir. Sonda, cavabdeh orqan göstərilən xüsusatların nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(122)- 54/2024 saylı qərarının ləğv olunması, İddiaçı “Türkiyə Respublikası Anadolu Universitetinin blankında təqdim olunmuş xx.xx.2021-ci il tarixli, № 2021-283096 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmiş dir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81 və 87-ci maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı Osmanov X3 Universiteti tərəfindən verilmiş imtahanlarda iştirak etməsi barədə arayışı, özünə məxsus olan P3941597 və C01797592 nömrəli ümumvətəndaş pasportlarının notarial təsdiqli surətlərini kollegiyaya təqdim edərək sərhədkeçmə və imtahanlarda iştirak etməsini faktının həmin sənədlərdə əksini tapdığını bilidirərək izahatında apellyasiya şikayətini qəbul etmədyini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(122)-54/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikay ət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyas ı məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını və İddiaçı izahatını əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olu nmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68. 1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” xx.xx.2023cü il tarixli, NA00005966 nömrəli qərarından aydın olur ki, ərizəçinin aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olmadığından ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. - AA seriyalı, 291606 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surə tindən məlum olur ki, İddiaçı xx xxx 1989-cu il tarixdə doğulmuşdur. - Türkiyə Respublikası Anadolu Universiteti Rektorluğu Biznes İdarəçiliyi fakültəsinin dekanlığı İğdır Bürosu İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 76919893302.15.06/ nömrəli məktubunun tərcümə edilmiş surətindən görünür ki, İddiaçı qiyabi təhsil sisteminə əsasən təhsil verən Biznes idarəçiliyi fakültəsinin dörd il müddətli Biznes idarəçiliyi proqramında xx.xx.2014-cü il tarixində qeydiyyatdan keçmişdir və xx.xx.2021-ci il tarixində təhsilini tamamlayaraq ********** diplom nömrəsi ilə bakalavr məzunu olmuşdur. Kollegiya tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ünvanlanmış İddiaçı məxsus olmuş P3941597 və C01797592 nömrəli ümumvətəndaş pasportlarına əsasən şəxsin 2014-cü ildən e tibarən Türkiyə Respublikasına getməsi və geri dönməsinə dair müvafiq sərhədkeçmə məlumatlarının təqdim olunması barədə sorğuya xidmət tərəfindən 04 may 2024cü il tarixli 3-38-16/2-3138/24 nömrəli cavab məktubunda İddiaçı 2014-cü ildən 2022-ci ilədək Türkiyə Respublikasına getməsi və geri dönməsinə dair müvafiq sərhədkeçmə məlumatları təqdim edilməklə şəxsin müvafiq tarixlərdə (Türkiyə Respublikasında təhsil aldığı dövrdə) Türkiyə Respublikasına getməsi və geri dönməsinə dair fakt öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin m üəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun: 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müə yyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. 29.0 və 29.0.21-ci maddələrinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələ rindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2.2-ci bəndinə əsasən xarici dövlətlər in ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aiddir; 3.1.4 və 3.1.8-ci bəndlərinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 03 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na görə: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssis əsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; Kollegiya apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, qərarda istinad olunan normaya görə, ali təhsil pilləsində aşağıdakı təhsil alma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Distant təhsil forması müstəqil təhsil formasıdır. Distant təhsildə aparıcı və fərqləndirici cəhət informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır. Başqa sözlə, distant təhsil (uzaktan öyretim təhsilalanlarla təhsilverənlər (müəllimlər) arasında bilavasitə kontakt, ünsiyyət olmadan məsafədən əlaqəni təmin edən texnologiyalardan istifadə olunmaqla həyata keçirilən təhsil prosesidir. Yəni distant təhsil tələbələrə kommunikasiya texnologiyalarından istifadə etməklə məsafədən öyrənməyə imkan verən müasir təcrübədir. Həmin təhsil formasında da tədris prosesinə aid bütün k omponentlərtədrisin məqsədi, məzmunu, metodları, tədris vasitələri və sair əhatə olunur. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanlar öz bacarıq və imkanlarına uyğun olaraq təhsil almaq və ya təhsillərini davam etdirmək imkanı qazanmışlar. Distant təhsilin xüsusi forması olan açıq təhsil - tədrisin onlayn formada həyata keçirildiyi təhsil formasıdır. Təhsilə münasibətdə açıq termini təhsil prosesində iştirak imkanlarını məhdudlaşdıran halların aradan qaldırılmasını ifadə edir. Açıq təhsil təhsilə çatım imkanlarının genişləndirilməsi məqsədlərinə xidmət edir. Belə ki, açıq təhsil (açıkögretim) adi ənənəvi təhsil formasından fərqli olaraq kampusa (təhsil müəssisəsinə) gəlmək məcburiyyət inin olmadığı, dərslərin kompüter vasitəsilə tam virtual mühitdə keçdiyi, iştirakçının istənilən vaxt onları təkrar-təkrar izləyə biləcəyi təhsil formasıdır. Həm distant, həm də açıq təhsil formaları keçən əsrin 80-ci illərindən tətbiq olunmağa başlamışdır və hazırda da geniş tətbiq olunur. Distant təhsil verən ilk belə universitet - Britaniya Açıq Universiteti 1969-ci ildə Böyük Britaniyada fəaliyyətə başlamışdır. Həmin Universitetdə dərs auditoriyalarına gəlməklə bağlı mütləq tələb mövcud deyildi, tədris məsafədən və informasiya texnologiyalarından istifadə olunmaqla həyata keçirilirdi və bu baxımdan təhsil qiymətləri də yüksək deyildi. Hələ 1974-ci ildə Almaniyada, 1984-cü ildə Amerikada, İspaniyada və bir sıra başqa ölkələrdə belə universitetlər fəaliyyətə başlamışdır. 1997-cı ildə Rus iyada distant təhsilin tətbiqi ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq əmr verilmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması qanunverici tərəfindən mövcud xarici təcrübə nəzərə alınaraq təsbit olunmuşdur. Bu baxımdan, həm də nəzərə alınmalıdır ki, həmin Qanunla ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili ilə bağlı qanunvericilik və tədris bazasının yaradılması müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. İstinad olunan Qanunun qəbulundan keçən müddət ərzində səlahiyyətli orqanlar tərəfindən qanunun həmin tələbinin yerinə yetirilməməsi, yəni distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi və tədris proqramlarının hazırlanmaması şəxsin distant (mə safədən) təhsil alma imkanlarının məhdudlaşdırılmasını şərtləndirən hal kimi qiymətləndirilə bilməz. Belə məhdudlaşdırma həmçinin xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən şəxsə verilmiş, həmin şəxsin ali təhsil proqramını uğurla mənimsədiyini, bu və ya digər səviyyədə onun ali təhsil aldığını təsdiq edən sənədin, diplomun, yaxud da şəhadətnamənin tanınmasına da şamil oluna bilməz. Həmçinin kollegiya qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının distant təhsil aldığı Anadolu Universiteti də təsdiq edir ki, Açıq Təhsil Sisteminin (Açıköğretim Sistemi) tətbiqinə 1982-1983-cü tədris ilində İqtisadiyyat və Biznesin İdarə edilməsi sahələrində iki distant (məsafədən) təhsil proqramı ilə başlamış, bundan sonra da xidmət sahələrini davamlı olaraq genişləndirmişdir. Qeyd edilə nlərlə yanaşı kollegiya həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 21(102)-1106/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyini əsas götürərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında da göstərilmişdir ki, göründüyü kimi, “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması qanunverici tərəfindən mövcud xarici təcrübə nəzərə alınaraq təsbit olunmuşdur. Bu baxımdan, həm də nəzərə alınmalıdır ki, həmin Qanunla ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili ilə bağlı qanunvericilik və tədris bazasının yaradılması müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. İstinad olunan Qanunun qəbulundan keçən müddət ərzində səlahiyyətli orqanlar tərəfindən qanunun həmin tələbinin yerinə yetirilməməsi, yəni distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi və tədris proqramlarının hazırlanmaması şəxsin distant (məsafədən) təhsil alma imkanlarının məhdudlaşdırılmasını şərtləndirən hal kimi qiymətləndirilə bilməz. Belə məhdudlaşdırma həmçinin xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən şəxsə verilmiş, həmin şəxsin ali təhsil proqramını uğurla mənimsədiyini, bu və ya digər səviyyədə onun ali təhsil aldığını təsdiq edən sənədin, diplomun, yaxud da şəhadətnamənin tanınmasına da şamil oluna bilməz. Beləliklə, kollegiya nəticəyə gəlir ki, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(122)-54/2024 nömrəli qərarı dəyişdi rilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Təhsildə X1rşı "Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli, 2021-283096 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2-1(122)-54/2024 nömrəli qərarından cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 21(122)-54/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.