Məhkəmə qərarları › İş №2-1(108)-29/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-29/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-29/2025 07.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X21 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X14 ibarət tərkibdə, X15 məhkəmə iclas katibliyi ilə, iddiaçıların vəkil və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X2, üçüncü şəxslər X3, X1 iştirakları ilə, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kəngərli rayonu, Qabıllı k əndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2-1(122)-123/2025 nömrəli qərardadından iddiaçıların vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətinə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəngərli rayonu, Qabıllı kəndində ye rləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla hüquq müyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 21(122)-559/2024 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş və iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliy i yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş olaraq müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 21(122)-559/2024 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası İqtis adiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmiş, iddia tələbi dəqiqləşdirilərək iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilm əsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş olaraq müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 21(122)-559/2024 nömrəli qərardadı ilə X16, X20, X11, X17 və X18 işə üçüncü şəxs qismində cəlb edilmişdirlər. (zəruri cəlbetmə) Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e2-1(122)-123/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN134A nömrəli Torpağın mülkiyyətə verilməsinə dai r Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e2-1(122)-123/2025 nömrəli qərardadından narazı qalan iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 vəkil və nümayəndəsi Vəkil şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)-123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçıların vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, iddiaçılar iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Naxçıvan MR İnzibati məhkəməsinə müraciət etmiş, iddia tələbi Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət K adastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması kimi icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən 4 məhkəmə hazırlığı iclası (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə) və 2 şifahi məhkəmə baxışı iclası (xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərdə) keçirilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi məhkəmə tərəfindən mümkün sayılmamışdır. Məhkəmə tərəfindən qərardadda göstərilmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 və iddiaçıların vəkili və nümayəndəsi Vəkil 29 dekabr 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbinin məzmununa əsasən "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə müvafiq düzəliş edilərək iddiaçıların adlarının əlavə edilməsi tələb edilmişdir. İş materialların a əsasən müəyyən olunur ki, düzəliş edilməsi tələb olunan JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında elə həmin Komissiya tərəfindən təsdiq olunmuş subyektlər siyahısına uyğun olaraq tərtib edilmiş, daha sonra cavabdeh tərəfindən şəhadətnamədə adları qeyd edilmiş şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəhadətnamə subyektlər siyahısına uyğun olaraq verildiyindən iddiaçılar, ilk növbədə, torpağın mülkiyyətə verilməsinə dair JN134A nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının müvafiq qərarını mübahisələndirməlidirlər. Yalnız şəhadətnamənin verilməsinə əsas olmuş qərarda dəyişiklik edildikdən sonra müvafiq şəhadətnamə və onun əsasında aparılmış qeydiyyat inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilə bilər. Yuxarıda göstərilənlərə əsasən iddianın mümkünlük şərtləri ortaya çıxdığından qeyd olunanlarla bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan poçt göndərişlərinin izlənməsi sənədindən görünür ki, məhkəmənin 29 dekabr 2024cü il tarixli yardım məktubu iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 tərəfindən 06 yanvar 2025-ci il tarixdə və iddiaçıların vəkili və nümayəndəsi Vəkil tərəfindən isə 13 yanvar 2025-ci il tarixdə alınmış, lakin həmin məktuba münasibət bildirilməmişdir. Bildirilir ki, məhkəmə tərəfindən sözügedən mümkünlük şərtləri ilə bağlı hər hansı yardım məktubu nə iddiaçılara, nə də iddiaçıların nümayəndəsi və vəkili Vəkil (ona) göndərilməmişdir. Yalnız məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli bildiriş məktubu göndərilərək, sözügedən iddia tələbinə dair iş üzrə şifahi icraat qaydasında şifahi məhkəmə baxışı iclasının 27 yanvar 2025-ci il tarixdə, saat 10:15-də keçiriləcəyi və həmin məhkəmə iclasında onların iştirak etməsi bildirilmişdir. Bundan başqa elektron məhkəmə sistemində də hər hansı sözügedən məzmunda məlumat məktubu əlavə edilməmişdir. Bu səbəbdən apellyator hesab edir ki, məhkəmə mümkünlük məsələsinə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat vermədən baxmış və iddiaçıların hüquqlarını pozmuşdur. Sözügedən qərardadda qeyd olunmuşdur ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçılar 0.41 ha həyətyanı torpaq sahəsinin Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1 999-cu il tarixli, 06 nömrəli qərarı əsasında X7, X12, X4, X8 və X9 verilməsi barədə JN134A KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsini tələb edirlər. İddiaçıların tələbi ilə bağlı qeyd edilməlidir ki, daşınmaz əmlak üzərində hüquq dövlət reyestrində hüquqmüəyyənedici sənədlərə əsasən qeydiyyata alınır, cavabdeh həmin sənədlərin məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludur. Hüquqmüəyyənedici sənədlərin qüvvədə və etibarlı olduğu müddətdə cavabdeh tərəfindən sözügedən hüquqmüəyyənedici sənədlərə əsasən aparılmış qeydiyyatın dəyişikliyi və ya ləğvi tələb oluna bilməz. Hazır kı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsi Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş və mübahisənin predmetini təşkil edən JN-134A KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olduğu nəzərə alınmalıdır. Bu baxımdan iddiaçılar, ilk növbədə, hüququn qeydiyyatının əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, yəni mübahisələndirmə haqqında iddia vasitəsi ilə həmin sənədlərin ləğvinə və ya dəyişikliyinə nail olmalı idilər. Hesab edilir ki, məhkəmə sözügedən hallara istinad edərək iddianı mümkün hesab etməməkdə haqlı olmamışdır. Çünki iddiaçılar mübahisəli torpaq sahəsində yaşamış, adları təsərrüfatbaşına kitablarında qeyd olunmuşdur. Buna baxmayaraq onların orada yaşaması Aqrar İ slahat Komissiyası tərəfindən islahat aparılarkən nəzərə alınmamışdır. Bu səbəbdən apellyator hesab edir ki, İPM-in 2.2.3-cü maddəsinə görə hazırki iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınma z əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respubliası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçılar Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarını yox, müvafiq Dövlət Aktının hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Belə ki, iddiaçılar hesab edir ki, cavabdeh orqan onların adını müvafiq Dövlət Aktına daxil etməməkdə səhvə yol vermişdir. İddiaçıların adları iddia ərizəsinə əla və edilmiş təsərrüfatbaşına kitablarından göründüyü kimi həmin kitablarda qeyd olunmuş, lakin daha sonra səbəbləri göstərilmədən həmin kitablardan çıxarılmışdırlar. Torpaq islahatı aparılan zaman subyektlər siyahısının tərkibi təsərrüfatbaşına kitablarda qeyd edilən təsərrüfat subyektləri əsasında formalaşdığından həmin kitablar əsasında iddiaçıların adları siyahıda nəzərə alınmalı idi. İddiaçıların adlarının subyektlər siyahısında olmaması sonradan tərtib edilmiş bütün digər sənədlərin məzmununa yanlış məlumatların daxil edilməsinə səbəb olmuşdur. Həmçinin bildirilir ki, iddiaçılar tərəfindən inzibati akt mübahisələndirilmədiyindən məhkəmə tərəfindən iddia tələbinə iddia müddəti şamil edilə bilməz. Eyni zamanda iddiaçıların öz adlarının sözügedən sənədlərdə göstərilməməsindən məlumatı olm amış, yalnız sorğular verilərkən məlumatlı olmuş və cavabdehdən imtina məktubu alındıqdan sonra 30 gün müddət ərzində məhkəməyə müraciət olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4, X20, X17 və X18 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4, X10, X5 və X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə iddiaç ıların vəkil və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək verdikləri izahatlarında, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)-123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X19 şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə üçüncü şəxslər X16, X11 şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş etdilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü mad dəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatının iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən a sılı olmadan yoxlayıb, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan R espublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır... Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur... Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır... İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Qərarda göstərilmişdir ki, məhkəmələr ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətl ərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Həmin Qərara əsasən iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulmasını əsaslandırmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə inzibati orqanlara münasibətdə inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inz ibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində mümkünlük şərtlərinin mövcudluğu yoxlanılır. İddianın əsasl ılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). İnzibati icraatda iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən qanunla üzərinə vəzifə qoyulan və bu baxımdan cavabdehlik daşıyan inzibati orqana qarşı verilməsi və həmin inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasının əsaslandırılması iddianın mümkünlüyünün zəruri şərtlərindən biridir. İddia ərizəsinin və i ddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmunundan aydın olur ki, iddiaçılar 0.41 ha həyətyanı torpaq sahəsinin Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında X7, X12, X4, X8 və X9 verilməsi barədə JN-134A KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsini məhkəmədən tələb edirlər. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərək qərardadını onunla əsaslandırmışdır ki, iddiaçılar iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalı və mübahisələndirmə haqqında iddia vasitəsi ilə hüquqlarının müdafiəsinə nail olmalı idilər. Məhkəmə iddiaya mübahisələndirmə haqqında iddia kimi hüquqi qiymət verməklə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtlərinin müəyyən olunduğunu nəzərə alaraq mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərindən biri olan iddianın qanunla müəyyən olunmuş müddətdə qaldırılmadığını, iddiaçıların məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürdüklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbay can Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində göstərilmişdir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Adıçəkilən maddələrin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilm əsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallar da, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci insta nsiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları, o cümlədən iddia növünün düzgün müəyyənləşdirilməsinə münasibət bildirilməsi ilə əlaqədar olaraq inzibati məhkəmə icraatının iştirakçılarına, o cümlədən iddiaçılara və onların vəkil və nümayəndəsinə 28 dekabr 2024-cü il tarixdə hüquqi yardım məktubu göndərilərək iddia tələbinin məzmununa əsasən "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə müvafiq düzəliş edilərək iddiaçıların adlarının əlavə edilməsinin tələb edildiyini, işin materiallarına əsasən, düzəliş edilməsi tələb olunan JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında elə həmin Komissiya tərəfindən təsdiq olunmuş subyektlər siyahısına uyğun olaraq tərtib edilməsinin müəyyən olunduğunu, daha sonra cavabdeh tərəfindən şəhadətnamədə adlar ı qeyd edilmiş şəxslərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, Şəhadətnamənin subyektlər siyahısına uyğun olaraq verilməsi səbəbindən iddiaçıların, ilk növbədə, torpağın mülkiyyətə verilməsinə dair JN-134A nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının müvafiq qərarının mübahisələndirməli olduğunu, yalnız şəhadətnamənin verilməsinə əsas olmuş qərarda dəyişiklik edildikdən sonra müvafiq şəhadətnamə və onun əsasında aparılmış qeydiyyatın inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilə biləcəyini, yuxarıda göstərilənlərə əsasən iddianın mümkünlük şərtləri ortaya çıxdığından qeyd olunanlarla bağlı onlarda olan müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Həmçinin iddiaçıların vəkil və nümayəndəs i Vəkil tərəfindən apellyasiya şikayətində elektron məhkəmə sistemində də hər hansı sözügedən məzmunda məlumat məktubunun əlavə edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.3-cü maddəsinə əsasən in zibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Kollegiya tərəfindən müəyyən olunmuşdur ki 29 dekabr 2024-cü il tarixli yardım məktubu iş üzrə İddiaçı3 adına və digər inzibati məhkəmə icraatının iştirakçılarının adına yüklənmişdir. Məhkəmə hesab edir ki, İPM-nin tələbləri baxımından iddiaçıya zəruri olan hüquqi yardım göstərilmiş, birinci instansiya məhkəməsi tərəfindən yardım etmək vəzifəsinin tələblərinə riayət edilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyin in cavabdehin üzərinə qoyulması tələbi üzrə yardım etmək vəzifəsinə əməl edərək inzibati orqana müraciət ilə bağlı ümumi və xüsusi mümkünlük şərtlərini (iddia müddətinə riayət edilib-edilmədiyini) yoxlamışdır. Belə ki, mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarı) Bununla da hazırki iş üzrə b irinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinə əməl olunduğu müəyyən olunur. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia növünün düzgün müəyyənləşdirilməsi üçün müvafiq olaraq iddiaçılara və onların vəkil və nümayəndəsinə yardım məktubu ünvanlanmışdır. Belə ki, iş materiallarından və apellyasiya şikayətində ifadə edilmiş mövqedən aydın o lur ki, iddiaçılar və onların vəkil və nümayəndəsi iddianın inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair öhdəliyin icrası haqqında iddia olduğunu bildirir. Birinci instansiya məhkəməsi isə mövqeyini hazırki iddianın mübasiləndirmə haqqında iddia olması istiqamətində əsaslandırır. Birinci instansiya məhkəməsi tərəfindən isə sözügedən yardım məktubu proses iştirakçılarına göndərilmiş və iddia mümkünsüz hesab edilmişdir. Bundan əlavə məhkəmə mübahisələndirilən qərardadında inzibati məhkəmə icraatının iştirakçılarına yardım məktubu ünvanladığını, iş materiallarında olan poçt göndərişlərinin izlənməsi sənədindən məhkəmənin 29 dekabr 2024-cü il tarixli yardım məktubunun iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 tərəfi ndən 06 yanvar 2025-ci il tarixdə və iddiaçıların vəkili və nümayəndəsi Vəkil tərəfindən isə 13 yanvar 2025-ci il tarixdə alındığının göründüyünü, lakin həmin məktuba münasibət bildirilmədiyini qeyd etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən 29 dekabr tarixdə 28 dekabr tarixli məhkəmə bildirişi və yardım məktubu iddiaçılara və onların vəkil və nümayəndəsinə göndərilmişdir. Növbəti şifahi məhkəmə baxışı iclası 27 yanvar 2025-ci il tarixə, yəni təxminən 1 ay sonraya təyin edilmişdir. İddiaçıların nümayəndəsi tərəfindən 24 yanvar 2025-ci il tarixdə imzalanmış ərizə 27 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizədən məlum olur ki, iddiaçılar və onların vəkil və nümayəndəsi iclasın vaxtından xəbərdar olmuşlar. Həmçinin ərizədə iddiaçıların və onların vəkil və nüma yəndəsinin iştirakı olmadan işə baxmaqla iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Lakin ərizədə yardım məktubuna münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilən sənədlərdən yuxarıda adı qeyd olunan poçt göndərişlərinin izlənməsi sənədi aşkarlanmamışdır. Bundan əlavə olaraq kollegiya qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin yardım etmə vəzifəsinin tələblərini yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq iddia mümkünlük şərtlərinə cavab verməyən iddia olmaqla, iddia növü düzgün müəyyənləşdirilməmiş, iddia müddəti ötürülməklə iddia qaldırılmışdır. Yuxarıda qeyd edilənlərə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Konstitusiya M əhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Belə ki, yüksək keyfiyyətli hüquqi y ardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir. X13 Məcəlləsinin 13-cü və “Vəkillər və vəkillik fəaliyyəti” haqqında AR Qanununun 3-cü maddələrinin qarşılıqlı təhlilindən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən yardım etmə vəzifəsinin tələblərinə uyğun qaydada və hədlərdə iddiaçılara və onların vəkil və nümayəndəsinə hüquqi yardım göstərilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.5-ci bəndinə əsasən apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. Beləliklə məhkəmə tərəfindən yardım etmə vəzifəsinə riayət edilmiş, iddiaçılar və onların vəkil və nümayəndəsinə hansı məzmunda müraciət etməsinə dair sübutlar təqdim etmək üçün lazımi şərait yaradılmış, o cümlədən iddia ərizəsində yol verilən nöqsanları aradan qaldırmaq və iddia növünün düzgün müəyyənləşdirilməsinə münasibət bildirilməsi üçün ağlabatan vaxt təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması prinsipinə əməl etməklə, məhkəmənin yardım etmək vəzifəsinin tələblərinə uyğun olar aq hazırki iddia tələbi üzrə mümükünlük şərtləri yoxlanaraq Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardımetmə vəzifəsinə əməl edilmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)-123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadından iddiaçıların vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-21(122)-123/2025 nömrəli, 27 yanvar 2025-c i il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hü quqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)-123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadından iddiaçıların vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)-123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar