Məhkəmə qərarları › İş №2-1(108)-3/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-3/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-3/2022 03.03.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 X5 Şəhər Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 X5 Şəhər Şöbəsinə qarşı “əmək kitabçası və hərbi biletdə göstərilən iş və xidmət stajlarının sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 24 iyun 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 okt yabr 2021-ci il tarixli, 21(122)-78/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 X5 Şəhər Şöbəsinə qarşı 09 aprel 2021-ci il tarixdə öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək əmək kitabçası və hərbi biletdə göstərilən iş və xidmət stajlarının sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 24 iyun 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X8 Hüquqi Şəxsin Naxçıvan Şəhər Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 21(122)-78/2021 nömrəli qərarı ilə İddiaçı Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X8 Hüquqi Şəxsin Naxçıvan Şəhər Şöbəsinə qarşı “əmək kitabçası və hərbi biletdə göstərilən iş və xidmət stajlarının sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 24 iyun 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiasının rədd edilməsinə qərar verilmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı 22 noyabr 2021-ci il tarixdə şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(122)78/2021 nömrəli qərarını ləğv edərək, iddiasının təmin olunmasını kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin məlumatında göstərildiyi kimi Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 22 noyabr 1999-cu il tarixdə, 110-99/D nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına və 7 iyul 2005-ci il tarixdə Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən (VÖEN: **********) vergi uçotuna alınması onu deməyə əsas vermir ki, qeyd olunan idarə həmin ilə qədər mövcud olmamışdır. Belə ki, məktubun özündən də görünür ki, idarə 22 noyabr 1999-cu il tarixdə qeydiyyata alınmağına baxmayaraq, 7 iyul 2005-ci il tarixdə yenidən dövlət orqanı tərəfindən qeydiyyata alınmışdır. 1992-1999-cu illərdə müəssisənin dövlət qeydiyyatı haqqında vahid dövlət reyestri o lmamışdır. Ayrı-ayrı dövlət qurumları tərəfindən qeydiyyata alınan müəssisə və idarələr 1999-cu ildən başlayaraq kommersiya və qeyri-kommersiya qurumlarına bölünməklə dövlət reyestri məlumatları bazası yaradılmışdır. Məhkəmənin ziddiyyətli məqam kimi təqdim etdiyi 1992-ci ildən faktiki olaraq Bakı şəhərində yaşadığı, eyni zamanda 1992-1999-cu illərdə Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsində əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı bildirir ki, həmin ildən başlayaraq mütəmadi olaraq Bakı şəhərinə gəlsə də, daimi olaraq yaşamamış və qeyd olunan illərdə həmin idarədə çalışmışdır. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə istinad edərək həmin maddənin əmək pensiyasının təyin olunması üç ün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətlərini tənzimlədiyini, həmin maddədə iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi kimi müddəa olmadığını qeyd etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 X5 Şəhər Şöbəsinin müdiri Anar Eynalov 13 dekabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına şikayətə qarşı etirazla müraciət edərək İddiaçı tərəfindən verilmiş şikayətin əsassız və qanunazidd olduğundan şikayətin təmin olunmamasını və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(122)-78/2021 nömrəli qərarının qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdir. İddiaçı 13 dekabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respu blikası Ali Məhkəməsinin inzibati kollegiyasına ərizə ilə müraciət edərək ərizəsində Abşeron rayonunda yaşadığını və üç ildən çoxdur ki, yataq xəstəsi olduğunu, İ qrup əlil olduğunu, digər şəxslərin müdaxiləsi olmadan hərəkət edə bilmədiyini, buna görə də məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, məhkəmə prosesində iştirak edə bilməməsinin üzrlü hesab edilməsini qeyd edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 21(122)-78/2021 nömrəli qərarından verdiyi şikayətə onun iştirakı olmadan baxılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən inzibati işə İddiaçı iştirakı olmadan baxmışdır. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 X5 Şəhər Şöbəsinin nüma yəndəsi X4 şifahi məhkəmə baxışı iclasındakı izahatında şikayətin təmin olunmamaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(122)78/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə şikayət başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Hazırki inzibati işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 19 fevral 2020-ci il tarixdə TSEK tərəfindən müddətsiz 1-ci dərəcə əlillik təyin edilmiş, 1988-1990-cı illər arası hərbi xidmətdə olmuş, 01.09.1987-03.11.1988-ci illərdə Naxçıvan Elektrotexnika zavodunda, 01.02.1991-09.07. 1991-ci illərdə Naxçıvan şəhər telefon şəbəkəsi 4 nömrəli ATS-də, 09.07.1991-01.08.1991-ci illərdə X3, 11.11.1999-05.07.2004-cü illərdə X3, 27.10.2006-05.03.2007-ci illərdə Sabunçu Telefon qovşağında, 12.06.2007-08.09.2008-ci illərdə Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində işləmiş və həmin illər üzrə əmək stajının əliliyə görə pensiya təyin edilməsi zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 X5 Şəhər Şöbəsi tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmaqla hesablanmışdır. İşin iddiaçı tərəfindən mübahisələndirilən halı 04.01.1992-ci il tarixdən 03.09.1999-cu il tarixədək olan dövrdə iddiaçının Naxçıvan şəhər Kooperativ Komission Ticarət İdarəsində işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaması təşkil edir. İlk olaraq qeyd edilməlidir ki, cavabdeh təşkilat tə rəfindən İddiaçı iddiasına qarşı təqdim etdikləri etiraz məktubunda, şikayətdə qeyd edilmiş konkret dəlillərə münasibət bildirərək Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 22 noyabr 1999-cu il tarixdə, 110-99/D nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmaqla yaradılması, iddiaçının Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsində işləməsinin arxiv arayışı ilə təsdiq edilməməsi və eyni zamanda iddiaçının iddia ərizəsində qeyd edilənlərə əsasən 1992-ci ildən faktiki Bakı şəhərində yaşadığından onun həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmasının əsassız olması dəlillərinə istinad edilmişdir. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 X5 Şəhər Şöbəsi nin nümayəndəsi X2 izahatını dinləyərək, şikayətdə qeyd edilən dəlilləri, cavabdeh təşkilatın etirazının dəlillərini müzakirə edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ d ərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasının qanunvericiliklə m üəyyən olunmuş qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 04.01.1992-03.09.1999-cu illərdə Naxçıvan şəhər Kooperativ Komission Ticarət İdarəsində işləmişdir. İş materiallarında olan Naxçıvan MR Dövlət Arxiv İdarəsinin həm birinci və həm də apellyasiya instansiya məhkəmələrində icraat zamanı edilmiş sorğulara cavab məktublarından məlum olur ki, Naxçıvan MR Kooperativlər İttifaqının (NAXKOOPİTTİFAQ) tabeliyində olan Naxçıvan şəhər Kooperativ Komission Ticarət İdarəsinin 1992-1999-cu illərə dair sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Əmək kitabçasında olan məlumatların mötəbərliyi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh bu məlumatları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hal buki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsi inzibati orqandan, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu halda, müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməyi tələb edir. Həmin qanunun tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunmalıdır və həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması inzibati orqana qadağan edilmişdir. Bu normanın tələbləri baxımından işin halları araşdırıldıqda görünür ki, inzibati orqan iddiaçınn əmək kitabçasında olan məlumatların həqiqiliyi ni nəinki təkzib edən, hətta şübhə altına almağa əsas verən hər hansı sübutu təqdim etməmişdir. Cavabdeh orqanın iddiaçının pensiya təyin olunması barədə müraciəti üzrə hər hansı səmərəli araşdırma aparması müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə uyğun olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olara q qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (1974-cü ildən 01.01.2006-cı il tarixədək qüvvədə olmuşdur) 69-cu maddəsinə uyğun olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azər baycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Göründüyü kimi arxiv məlumatlarında ümumiyyətlə qeyd edilən illər üzrə təkcə iddiaçı ilə bağlı deyil, bütövlükdə idarənin şəxsi heyətə aid kitabların arxivə təhvil verilmədiyi bildirildiyindən və iddiaçının bu dövrlə bağlı iş stajı əmək kitabçası ilə təsdiq edildiyindən, məhkəmə iddiaçının işlədiyi dövrdə qüvvədə olan hüquq normalarına görə bu dövrü iddiaçının sığorta stajına aid etməməklə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Naxçıvan MR Vergilər Nazirliyi tərəfindən verilmiş Naxçıvan şəhər Kooperativ Komission Ticarət İdarəsinin dövlət reyesetrindən Çıx arışının surətindən məlum olur ki, Naxçıvan şəhər Kooperativ Komission Ticarət İdarəsi 22.11.1999-cu il tarixdə qeydiyyata alınmışdır. Bu da həmin hüquqi şəxsin 22.11.1999-cu il tarixdən əvvəl fəaliyyət göstərməməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, Naxçıvan şəhər Kooperativ Komission Ticarət İdarəsi Naxçıvan MR Kooperativlər İttifaqının (NAXKOOPİTTİFAQ) tabeliyində 22.11.1999-cu il tarixədək də fəaliyyət göstərmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan şəhər Kooperativ Komission Ticarət İdarəsinin 1992-1999-cu illərə dair sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verməməsi İddiaçı həmin idarədə işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmamasına əsas ola bilməz. Belə ki, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindənki qeydlərdən də məlum olur ki, iddia çı Naxçıvan şəhər Kooperativ Komission Ticarət İdarəsində işləmişdir. Şikayətdə olan Naxçıvan şəhər Kooperativ Komission Ticarət İdarəsinin 22 noyabr 1999-cu il tarixdə, 110-99/D nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına və 7 iyul 2005-ci il tarixdə Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən (VÖEN: **********) vergi uçotuna alınması ilə bağlı kollegiya qeyd edir ki, hər kəsə məlum olduğu kimi Naxçıvan şəhər Kooperativ Komission Ticarət İdarəsi Naxçıvan MR Kooperativlər İttifaqı (NAXKOOPİTTİFAQ) 1920-ci ildə yaradılmış, “hüquqi şəxslərin dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1999-cu ildə dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin 1999-cu ildə qeydiyyata alınması həmin hüquqi şəxsin əvvəllər mövcud olmadığını ehtiva etmir. Belə ki, 1996-cı il tarixdə qəbul ed ilmiş və 2003-cü il tarixədək qüvvədə olmuş “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlarına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsində təsbit olduğu kimi hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Naxçıvan şəhər Kooperativ Komission Ticarət İdarəsinin mağazalarının (Naxtorqun mağazaları) fəaliyyət göstərməsi, 1970-1980-ci illərdə yaşamış hər kəsə məlum olan mübahisəsiz, sübuta ehtiyacı olmayan həqiqətdi r. Eləcə də bu hal Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə edilmiş sorğulara cavab olaraq kollegiya göndərilmiş sənədlərlə də təsdiq edilir. Birinci instansiya məhkəməsinin 2-1(122)-78/2021 nömrəli, 06.10.2021-ci il tarixli qərarında məhkəmə tərəfindən iddiaçının 1988-1990-cı illərdə hərbi xidmətdə olması işin mübahisə doğurmayan halı kimi qeyd edilsə də yekun nəticədə həmin hissədə də iddia əsassız olduğundan rədd edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edilmiş xidmət stajına münasibətdə birinci instansiya məhkəməsində keçirilmiş şifahi məhkəmə baxışı iclasındakı izahatında cavabdeh təşkilatın nümayəndəsi tərəfindən iddiaçının məhkəmə araşdırması zamanı hərbi bileti təqdim etdiyindən onun hərbi xid mət illərinin pensiya stajına hesablanmasının mübahisəsiz şəkildə qəbul edildiyini qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə uyğun olaraq sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti daxil edilir. Cavabdeh təşkilatın iddiaçının Bakı şəhərində yaşadığından onun həmi n dövrdə əmək fəaliyyəti ilə məşğul olmasının əsassız olması dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, Bakı şəhərində yaşadığı iddia edilən dövr ərzində digər təşkilatlarda işlədiyi müddətlərin mübahisəsiz halda qəbul edilərək pensiya stajına hesablanması, lakin yalnız Naxçıvan şəhər Kooperativ Komission Ticarət İdarəsində işlədiyi müddət üçün belə bir halın əsas gətirilməsi eyni məsələyə iki müxtəlif, bir-birinə zidd münasibətin göstərilməsi ilə nəticələnər ki, bu da yolverilən hesab edilə bilməz. Cavabdeh təşkilatın iddiaçı tərəfindən mübahisə olunan dövr üçün sosial sığorta ödənişlərinin həyata keçirilməsinin təsdiq edilməməsi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli, 1042-VQ saylı Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2018-ci il aprelin 1-dən əvvəl mövcud olmuş bütün məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yəni konkret bu halda iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən halların mövc udluğu cavabdeh təşkilat tərəfindən sübut edilməlidir. İddiaçı iddia ərizəsində 24.06.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 sentyabr 2020-ci il tarixli, 12/421 nömrəli məktubundan da müəyyən olunur ki, İddiaçı 19 fevral 2020-ci il tarixdə əlilliyi qiymətləndirilmiş və ona həmin tarixdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli, 1153-VQ saylı Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsas ən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bu səbəbdən İddiaçı iddia tələbi qismən təmin olunmalı və cavabdeh təşkilatın üzərinə iddiaçıya 19 fevral 2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret inzibati işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya qeyd olunan qərarı qəbul edərkən yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddə sinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ümumiyyətlə kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında şikayətdə göstərilmiş dəlilləri hərtərəfli öyrənərək, şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsaslar var və birinci instansiya məhkəməsi iddianı rədd edərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(122)-78/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(122)-78/2021 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 X5 Şəhər Şöbəsinə qarşı “əmək kitabçası və hərbi biletdə göstərilən iş və xidmət stajlarının sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 24 iyun 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası qismən təmin edilməli, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 Hüquqi Şəxsinin üzərinə əmək kitabçası və hərbi biletdə göstərilən iş və xidmət stajlarının sosial sığorta stajı kimi nəzərə alınmaqla İddiaçı 19 fevr al 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Göstərilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 21(122)-78/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 21(122)-78/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 X5 Şəhər Şöbəsinə qarşı “əmək kitabçası və hərbi biletdə göstərilən iş və xidmət stajlarının sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 24 iyun 2017-ci il tarixdən əlilliyə gö rə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası qismən təmin edilsin. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 Hüquqi Şəxsinin üzərinə əmək kitabçası və hərbi biletdə göstərilən iş və xidmət stajlarının sosial sığorta stajı kimi nəzərə alınmaqla İddiaçı 19 fevral 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulsun. Bu Qərardan, qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar