Məhkəmə qərarları › İş №2-1(108)-3/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-3/2024

19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-3/2024 19.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd və X1 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-213/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 21(122)- 213/2023 nömrəli qərardadı ilə İddiaçı “Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-213/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələl əri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-213/2023 nömrəli qərarından narazı qalan İddiaçı 10 noyabr 2023-cü il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-213/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edil məsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində fərdi yaşayış evini həmin ünvanda torpaq sahəsinin ona verilməsini və torpaq sahəsinin plan-ölçüsünü əks etdirən Naxçıvan şəhər XDM İK-nin ştamplı möhürü ilə təsdiqlənmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış sənəd ona təqdim edildikdən sonra inşa edib, həmin ünvanda-fərdi yaşayış evində ailəsi ilə birlikdə pasport qeydiyyatına alınmış və məskunlaşmışdır. Həmin torpaq sahəsində, eləcə də üzərində inşa etdiyi fərdi yaşayış evi üzərində 30 il ərzində sahiblik və istifadəsi Naxçıvan Şəhər XDM İK-nin 20 dekabr 1993-cü il tarixli 517 nömrəli qərarına və bu qərar əsasında müvafiq torpaq sahəsinin onun adına verilən plan-ölçüsünə (ayrıc aktı) olan etimad hüququna əsaslanmışdır. Naxçıvan şəhəri 59-cu məhəlləsində 34 №-li torpaq sahəsinin İddiaçı Naxçıvan şəhər XDM İK-nin xx.xx.1993-cü il tarixli, 517-№-li qərarı ilə verildiyinə dair torpaq sahəsinin ayrıc aktında səlahiyyətli şəxslərin imzası və orqanın möhürü ilə qeydiyyatın rəsmi olaraq əks olunduğu halda müvafiq qərarda adının göstərilməməsi hansısa elementar və ya texniki səhv kimi qiymətləndirilməlidir. Hesab edir ki, məhkəmə tərəfindən hazırkı iş üzrə mübahisənin həlli icraat zamanı qanunvericiliyin qeyd etdiyi normaları və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi işin hallarına münasibətdə tətbiq edilməyərək, iddianın rəddinə yönələn təktərəfli araşdırma və əsaslandırmaya yer verilmiş, bununla da, iddianın rədd edilməsilə bağlı gəlinən nəticə əsaslı olmamışdır. İddiaçı şi kayətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə istinad etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil şikayəti müdafiə edərək şikayət ilə eyni məzmunlu izahatlarında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-213/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni q ərar qəbul edilməsini kollegiyadan xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında qanuni qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin in 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Kollegiya inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1: Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hak imiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və stifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən Naxçıvan şəhər, 59-cu məhəllə, ev 34-də yaşayan İddiaçı ünvanlanan 24 yanvar 2023-cü il tarixli, 02/21 nömrəli məktubda Naxçıvan şəhəri 59-cu məhəllə, 34 ünvanında yerləşən fərdi yaşayış evinin texniki inventarlaşdırılmasının aparılması və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərman ilə təsdiq edilmiş ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2 bəndinə əsasən şəhər, rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən Naxçıvan Şəhər XDM İk-nin 517 nömrəli xx.xx.1993-cü il tarixli qərarı təqdim edildikdə tələbə baxılacağı qeyd olunmuşdur. -Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 №-li sahə inzibati ərazi dairəsi üzrə n ümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 647 və 648 nömrəli arayışlardan görünür ki, Mədətov X3 şəhəri 59-cu məhəllə, ev 34 ünvanında yaşamaqla həmin ünvanda qeydiyyatdadır, X9 (həyat yoldaşı), X6 (oğlu) və X7 (oğlu) onun ailə üzvləridir. -İddiaçı xx.xx.2013-cü il tarixdə Naxçıvan ŞPİ-si tərəfindən verilmiş AZE seriyalı,******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən aydın olur ki,o, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. -İşə əlavə edilmiş Naxçıvan Şəhər XDM İK-nin sədr müavini Ə.Hüseynov və baş memar Q.Cəfərovun imzaladığı, möhürlə təsdiq edilmiş şəxsi evlərə aid torpaq sahəsinin plan-cizgisinin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, həmin sənəddə Naxçıvan Şəhər XDM İK-nın xx.xx.1993-cü il tarixli 517 nömrəli qərarına əsasən İddiaçı Naxçıvan şəhərinin 59-cu məhəlləsində yerləşən, 34 №-li torpaq sahəsi ilə təmin edilməsi qeyd olunmuş, 34 nömrəli torpaq sahəsinin cizgidə qeyd edilən qonşu torpaq sahələri olan 32, 33, 35, 36, 37, 38, 39, 40 və 41 və s. nömrəli torpaq sahələri ilə yerləşmə ardıcıllığı əks olunaraq 34 №-li torpaq sahəsinin 20x30 m, yəni 600 kv.m ölçüdə olması göstərilmişdir. -Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən 04 aprel 2023-cü il tarixli 02/165 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmiş Naxçıvan Şəhər XDM İK-nin 20 dekabr 1993-cü il tarixli 517 nömrəli qərarının surətindən görünür ki, həmin qərarla torpaq alan şəxslərin siyahısında İddiaçı adı qeyd olunmamış və ümumiyyətlə qərarda adları göstərilən şəxslərə verilən torpa q sahələrinin hansı ölçüdə və Naxçıvan şəhərinin hansı ərazisində yerləşməsi göstərilməmişdir. Kollegiyanın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 16 yanvar 2024-cü il tarixli, 02/79 nömrəli məktubdan aydın olur ki, 1993-1995-ci illər ərzində Naxçıvan şəhər X8 İcraiyyə Komitəsinin qərarlarında Naxçıvan şəhər ərazisi üzrə torpaq sahəsi alan vətəndaşların adlı siyahısında İddiaçı adına rast gəlinməmişdir. Kollegiyanın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 08 fevral 2024-cü il tarixli, 02/143 nömrəli məktubdan aydın olur ki, X13 tərəfindən vətəndaşlara 1990-1994-cü illərdə verilən torpaq sahələrinin həmin illərdə ümumi qərarlarda hansı məhəllədə olması v ə verilmiş torpağın sahəsi göstərilməmişdir. Həmçinin Naxçıvan şəhəri, 59-cu məhəllədən və digər məhəllələrdəki torpaq sahələrinin verilməsinə dair hər hansı bir sənəd, sxem mövcud deyildir. İddiaçının izahatına görə həmin vaxt torpaq sahəsi verilərkən ona hər hansı qərar təqdim edilməmiş, Naxçıvan Şəhər XDM İK-nın işçiləri tərəfindən topraq sahəsi yerində ölçülməklə ona təqdim edilmiş, həmin vaxtdan ona verilən sənəd əsasında orada yaşayış evi tikərək ailəsi ilə birlikdə yaşamaqla pasport qeydiyyatına alınmış, müqavilələr əsasında qaz, su, elektrik enerjisindən istifadə etmiş, torpaqla əlaqədar əmlak vergisini ödəmişdir. İddiaçı tərəfindən kollegiyaya təqdim edilən xx.xx.2015-ci il tarixli, ********* nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna ai d olan fiziki şəxslərlə bağlanan” müqavilədən mübahisə predmeti olan Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanında istehlakçısı qismində İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında müqavilə bağlandığı, Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanın istehlakçısı qismində İddiaçı ilə Naxçıvan şəhər Qaz İstismar İdarəsi arasında müqavilə bağlandığı, 18 oktyabr 2016-cı il tarixli “Energetika Agentliyi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsindən Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanın istehlakçısı qismində İddiaçı ilə Naxçıvan şəhər Elektrik şəbəkəsi arasında müqavilə bağlandığı,18 oktyabr 2016-cı il tarixli “Energetika Agentl iyi ilə məişət abonenti arasında Elektron tipli köhrə elektrik sayğaclarının yeni smartkart tipli sayğacla əvəz olunmasına dair iki tərəfli akt”-dan Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanın istehlakçısı qismində İddiaçı adı göstərilməklə smartkart tipli yeni sayğacın qurlaşdırılmasına dair aktın tərtib olunduğu, həmçinin 126836, 20791, 34486, 8852, 090004 nömrəli bələdiyyə ödənişlərindən, 094850, 041686,101427,106985, 0026622, 041687 nömrəli əhalidən vergilərin qəbulu üçün qəbzlərdən Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda iddiaçının ödəyici qismində müvafiq ödənişləri ödəməsi müəyyən olunur. Göründüyü kimi iddiaçı həmin vaxt inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab edərək, onun məzmununa uyğun davranmaqla ona etimad göstərib təqdim edilə n rəsmi sənədi etibarlı təminat sayaraq Naxçıvan şəhəri 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edərək nümayəndəlik tərəfindən verilmiş rəsmi arayışla təsdiq edildiyi kimi hal hazırda da həmin ünvanda yaşamaqla torpaq sahəsinə sahiblik etmişdir. Bu baxımdan iddia predmeti olan Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li torpaq sahəsinin İddiaçı sahibliyində və istifadəsində olması işin mübahisəsiz halı hesab edilir. Kollegiyanın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 16 fevral 2024-cü il tarixli, 04/108 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı üzərində fərdi yaşayış evi inşa etdiyi torpaq sahəsi ilə plan-cizgidə göstərilən, Naxçıvan şəhəri, 5 9-cu məhəllədə yerləşən 34 nömrəli torpaq sahəsi eyni torpaq sahəsidir, sxemdə göstərilən sahə ilə faktiki sahənin tərəflərinin ölçüsündə qismən fərq olsa da, sənəd üzrə sahəsi 600 m2 olan torpağın faktiki sahəsi isə 602 m2 təşkil edir, həmin torpaq sahəsi üzərində digər şəxslərin hüquqları qeydiyyata alınmamışdır. Kollegiya qeyd edir ki, hazırki mübahisə inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Belə ki, iddiaçının adına olan Naxçıvan şəhəri 59-cu məhəllədə yerləşən 34 nömrəli torpaq sahəsinə aid plan-cizginin verilməsinə əsas kimi qeyd edilən Naxçıvan Şəhər XDM İK-nın xx.xx.1993-cü il tarixli, 517№-li qərarında iddiaçının adının göstərilməməsi iddiaçının deyil, inzibati orqanın məsuliyyət sferasına aid olduğundan göstərilən hal iddia çının Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Qaşi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli Qərarları). “İnzibati icraat haqqında” Azərbaycan Respubliakası Qanunu: Maddə 12.1: Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3: İnzibati orqan tərəfindən fərqli mühüm fakti ki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4: İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “...İnzibati hüququn təməl prins iplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri)... İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraa t mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Kollegiya İddiaçı adına verilmiş plan-cizgidə qeyd edilən Naxçıvan şəhəri 59-cu məhəllə, 34 №-li torpaq sahəsinin qonşuluğunda yerləşən 32, 33, 35, 36, 37, 38, 39, 40 və 41 №-li torpaq sahələrinin dövlət reyestrində qeydiyyatı, həmin torpaq sahələrinin qeydiyyatına əsas olmuş sənə dlər (qərar,akt və s.) barədə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə sorğu göndərmiş və sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş 16 fevral 2024-cü il tarixli, 04/107 nömrəli məktubda göstərilmişdir ki, Naxçıvan şəhəri, 59-cu məhəllədə, 34 nömrəli torpaq sahəsinin qonşuluğunda yerləşən 32, 33 və 41 nömrəli torpaq sahələrinə 1995-2005-ci illər ərzində Naxçıvan Muxtar Respublikasının DTİ və MHQ İdarəsi tərəfindən müvafiq plan-çizgi əsasında mülkiyyət sənədləri verilmişdir. 35, 38, 39 və 40 nömrəli torpaq sahələri 2007-ci ildən sonra plan-çizgi və arxiv arayışı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Həmin məktuba Naxçıvan Muxtar Respublikasının DTİ və MHQ İdarəsi tərəfindən müvafiq plan-çizgi əsasında mülkiyyət sənədləri verilmiş Naxçıvan şəhəri,59-cu məhəllədə yerləşən 32 və 33 nömrəli torpaq sahələrinə aid (Naxçıvan şəhər XDM İK-nin müvafiq qərarları əsasında verilməsi qeyd olunan) plan-çizgiləri əlavə edilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən yuxarıda qeyd olunmuş torpaq sahələrinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyatı müvafiq qərarlar əsasında deyil, torpağın plan-cizgisi əsasında aparılmışdır Bununla da inzibati orqanın müvafiq diskresion səlahiyyətlərinə dair inzibati praktikasının olması müəyyən edilir. Kollegiya belə hesab edir ki, inzibati praktikaya uyğun olaraq Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyatı da eyni qaydada həmin torpağın plancizgisi əsasında aparılmalıdır. Azərbay can Respublikası Konstitusiyasının 25-ci maddəsinin V-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir “İnzibati icraat haqqında”Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Kollegiya qeyd edir ki, bu kimi tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Qanunvericiliyin tələbinə əsasən inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin İddiaçı “Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq müvafiq araşdırma aparmadan, plan-cizgidə istinad olunan Naxçıvan şəhər XDM İK-nin xx.xx.1993-cü il tarixli, 517-№-li qərarında iddiaçının adının olmamasına əsaslanmaqla cavabdehin mübahisəli torpaq sahəsinin qeydiyyatından imtinasının qanuni olması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Kollegiya qeyd edir ki.iddia çı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etdiyi topraq sahəsinin ölçüsünü göstərməsə də onun adına verilmiş Naxçıvan şəhəri 59-cu məhəllədə yerləşən 34 nömrəli torpaq sahəsinə aid plan-cizgidə torpaq sahəsinin 20X30 m, yəni 600 kv.m olması nəzərə alınaraq cavabdehin üzərinə həmin ölçüdə torpaq sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının adına dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı şikayətinin dəlilləri əsaslı olduğundan şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-213/2023 nömrəli qərarı ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir Belə ki,İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: Naxçıvan MR İnzibati Məhkəməsinin 20 sentyab r 2023-cü il tarixli, 2-1(122)-213/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-213/2023 nömrəli qərarı ləğv edilsin.Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə Naxçıvan şəhəri, 59-cu məhəllə, 34 №-li ünvanda yerlə şən 600 kv.m (20x30 m) ölçüdə olan torpaq sahəsinin mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar