Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-3/2025 14.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X5, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, Mirzəyeva Aygül Nazim qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarının ləğv edilməsi və ona 02 aprel 2023-cü il tarixdən yaşa görə əmək pensiyas ı təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(122)-263/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı 25 sentyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2007-ct il tarixdən, xx.xx.2017-cİ ilədək X3 işlədiyi dövr nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarı ləğv edib yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə fondu” publik hüququ şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 01 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 01 dekabr 2023-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-1291/2023 saylı iş üzrə cavabdeh inzibati orqanın da tabe olduğu Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Nizamnaməsinə uyğun olaraq, cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fond u" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin artıq səlahiyyətli olmadığını, bu səbəbdən onun hazırki işdə cavabdeh qismində iştirakının istisna olunduğu, ona görə iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 dekabr 2023-cü il tarixli, 2-1(122)-1291/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, iddia tələbinə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəl i qərarının ləğv edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” çərçivəsində baxılması qərara alınmışdır. Daha sonra 16 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmədən iddia tələbinin tam dəqiq ifadə olunması üçün “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarının ləğv edilməsi və ona 02 aprel 2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin protokol qərardadı ilə dəqiqləşdi rilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 21(122)-263/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023cü il tarixli, 86 nömrəli qərarı ləğv edilmiş, İddiaçı 02 aprel 2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 21(122)-263/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: T.Əliyev) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni on unla əsaslandırmışdır ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Hazırki iş üzrə mübahisə predmeti olan dövr, yəni iddiaçının “X7 Zavodu” Açıq Səhmdar Cəmiyyətində fəhlə vəzifəsində xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək işləməsi faktı onun əmək kitabçasında öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəl illərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçının əmək kitabçası üzrə əmək stajını tam olaraq nəzərə almamışdır. Belə ki, iddiaçının yaşa görə əmək pensiya hüququ yarandığı tarixə (xx.xx.2023-cü il) kimi əmək kitabçası üzrə ümumilikdə 35 ildən çox əmək stajı olduğu halda, cavabdeh orqan tərəfindən bu staj 29 il 11 ay 27 gün olaraq hesablanmışdır. X4 sənədlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməməsinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu illərə dair arxiv sənədlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi (eləcə də mdss haqları üzrə məlumatların sığortaolunanın fərdi şəxsi hesabatlarında - MEİS-də öz əksini tapmaması) iddiaçının vəzifəsi olmadığından, bu hallar da onun ziyanına şərh edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilədək Naxçıvan X3 işləməsi faktı həmin müəssisənin iddiaçıya təqdim etdiyi arayışla da öz təsdiqini tapır. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olar aq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” pri nsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər onun əmək stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Qərardan narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası təyin edilməs i öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması tələbi” nin heç bir hüquqi əsası yoxdur. Belə ki, xx xxxxx 1960-cı il tarixdə anadan olmuş, Naxçıvan şəhəri, M.F.Axundov küçəsi, ev 14 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan İddiaçı 17 aprel 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər idarəsinə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı müraciət etmişdir. Fondun Naxçıvan Şəhər idarəsinin 2023-cü il 17 aprel tarixli, 86 nömrəli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi, İddiaçı tələb olunan 25 il sığorta stajının olmamas ı və ya pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi göstərilmişdir. Bununla razılaşmayan iddiaçı Fondun Naxçıvan Şəhər idarəsinə qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 31.01 2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X3 işlədiyi dövrü nəzərə almaqla, Fondun Naxçıvan şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarının ləğv edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 30 yanvar 1979-cu il tarixli, MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (3 il 10 ay 18 gün) İ liç (Şərur) Rayon H. Cavid adına sovxozda fəhlə, xx.xx.1980-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (16 il 1 ay 5 gün) X2 tikişçi, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (10 il 04 gün) X11 Açıq Səhmdar Cəmiyyətində fəhlə vəzifələrində işləmişdir, iddiaçının əmək kitabçası üzrə 29 il 11 ay 27 gün ümumi iş stajının olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 2023-cü il 17 aprel tarixli, 13/731 nömrəli arayışında İddiaçı xx.xx.1980-cı il tarixdən X2 tikişçi qəbul edilməsi, xx.xx.1993-cü il tarixli, 92 nömrəli əmrə əsasən işlərin dayandırılması ilə əlaqədar məzuniyyətə buraxılması, xx.xx.1994-cü il tarixli, 65 nömrəli əmrə əsasən uşağa qulluq üçün öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1995-ci il tarixli, 90“A” nömrəli əmrə əsasən əmək məzuniy yətinə buraxılması və xx.xx.1997-ci il tarixdə işdən azad olunması göstərilmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivindən verilmiş əməkhaqqı cədvəlləri barədə arayışdan görünür ki, iddiaçı X2 işlədiyi 1992-ci il tarixdə 7ay, 1994-1995-ci il tarixlərdə 6 ay olmaqla 12 ay, 1996-cı il tarixdə isə 11 ay, ümumilikdə 30 ay, yəni 2 il 5 ay, əmək haqqı almamışdır. Həmin arayışa əsasən, Naxçıvan X4 əmr kitabları 2002-ci il tarixədək, əməkhaqqı kitabları isə 2000-ci il tarixədək olduğundan İddiaçı 2007-ci il tarixdən 2017-ci il tarixədək adı çəkilən Zavodda işləməsi barədə məlumat verilməmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlər olmasına baxmayaraq, həmin sənəddə qeyd olunmuş Naxçıvan X3 2007-2017-ci illərdəki əmək fəaliyyəti digər sənədlərlə ( əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) öz təsdiqini tapmadığından və X2 işlədiyi dövrlərdə 2 il 5 ay əmək haqqı almadığından, həmin dövrlərin sosial siğorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş və iddiaçının 25 il sosial siğorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qeyd edək ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta o lunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası sığorta olunanın pensiya təyin edilməzdən əvvəl aldığı əmək haqqı və digər gəlirlərinin kompensasiyası məqsədi ilə verilən pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyala rı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçu ların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edək ki, 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əm ək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığorta olunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Beləliklə, iddiaçı nə 25 il sığorta stajına, nə də əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təmina tına imkan verən məbləğdə pensiya kapitalına malik olmadığına görə hesab edirlər ki, iddia tələbi təmin edilə bilməz. Cavabdeh apellyasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 127.2, 129.3, 149-cu maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 81.1, 81.2, 87.6-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları: Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(122)263/2024 nömrəli qə rarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(122)-263/2024 nömrəli qərarının qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət et məyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınma sından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək h ər il 6 ay artırılır. Maddə
21. Sığorta stajına daxil edilən və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqı na məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmənin mövqeyi Məhkəmə kollegiyası iş üzrə inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuş, bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikas ının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 17 aprel 2023-cü il tarixli, 86 nömrəli qərarından məlum olur ki, tələb olunan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və ya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin şərtləri daxilində tələb olunan 25 il ümumi stajı olmadığı ü çün İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsi tərəfindən Naxçıvan şəhəri M.F.Axundov küçəsi, ev 14 ünvanında yaşayan İddiaçı ünvanlanmış 11 sentyabr 2023-cü il tarixli, 04 nömrəli məktubdan aydın olur ki, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış tələb olunan 40320 manat pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Həmçinin, ona 01 yanvar 2019-cu il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsini tətbiq etməklə a vtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etmək üçün 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı da nəzərə alınaraq 17 aprel 2023-cü il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1981-ci il tarixədək İliç (Şərur)Rayon H.Cavid adına sovxozda fəhlə, xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X2 tikici, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “X11” Açıq Səhmdar Cəmiyyətində fəhlə, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək maddi-texniki təminat bölüyünün mənzil istismar hissəsinin su xəttinin təmirçi- çilingəri, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsinin 1 nömrəli zabit yataqxanasının dərzisi işləmiş,xx.xx.2021-ci il tarixdən Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsinin 1 nömrəli zabit yataqxanasına xadimə vəzifəsinə keçirilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli, 492 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Naxçıvan şəhəri, M.F.Axundov küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxx 1960-cı il tarixdə doğulmuşdur. - “X10” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli, 01 nömrəli arayışdan aydın olur ki, X9 31yanvar 2007-ci ildə X12 Açıq Səhmdar Cəmiyyətinə fəhlə vəzifəsinə qəbul olunmuş və 4 fevral 2017-ci ildə 6 №-li əmrlə işdən azad edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 3 nömrəli arayışdan görünür ki, Şərifova (Eyvazova) Çiçək Cəlil qızı, həqiqətən xx.xx.2020-ci il tarixdən bu günədək Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsində işləyir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 13/731 nömrəli arayışdan məlum olur ki, Şərifova (Eyvazova) Çiçək Cəlil qızının Naxçıvan Tikiş fabrikinə xx.xx.1980-ci il tarixli, 190 №-li əmrlə “tikici” qəbul edilməsi, xx.xx.1993-cü il tarixli, 92 №-li əmrlə işlərin dayanması ilə əlaqədar məzun iyyətə buraxılan işçilərin adlı siyahısında adının olması, xx.xx.1994-cü il tarixli, 65 №-li əmrlə uşağa qulluq üçün öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1995-ci il tarixli, 90 “A” №-li əmrlə əmək məzuniyyətinə buraxılan işçilərin adlı siyahısında adının olması, xx.xx.1997-ci il tarixli, 7 №li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində X10 zavodunun əmr kitablarının 2002-ci il və əməkhaqqı kitablarının 2000-ci ilə qədər olduğu göstərilmişdir. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli, 41nömrəli arayışda Şərifova (Eyvazova) Çiçək Cəlil qızının Şahtaxtı H.Cavid sovxozunda işləməsi faktı və 1975-1978-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əksetdirən cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 13/731 nömrəli arayışda Şərifova (Eyvazova) Çiçək Cəlil qızının X8 işləməsi faktı və 1992-1996-cı illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. -Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 fevral 2024-cü il tarixli, 02/117 nömrəli məktubundan məlum olur ki, İddiaçı 2007-2017-ci ilə dair işlədiyi dövrə aid X4 sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. -Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 fevral 2024-cü il tarixli,**********383000 nömrəli məktubundan məlum olur ki, X11 Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 12 oktyabr 1995-ci il tarixli,456 nömrəli qərarı ilə qeydə alınmış, lakin vergi uçotuna alınmaq üçün vergi orqanlarına müraciət etməmişdir. -Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən məktubdan görünür ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 10-cu maddəsinin 2019-cu il 01 yanvar tarixinədək qüvvədə olan müddəalarına əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsi hesab olunur. Bildirilir ki, “X7” Açıq Səhmdar Cəmiyyəti 2007-ci, 2008-ci, 2009-cu, 2010-cu, 2011-ci,2012-ci, 2013-cü, 2014-cü və 2017-ci illər üzrə sığortaedən kimi həmin il üçün rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabatları (Forma B1) və illik “Məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (Forma B3) elektron və təsdiq olunmuş kağız daşıyıcılarda Fondun Naxçıvan şəhər şöbəsinə təqdim etməmişdir. Əlavə olaraq “X7” Açıq Səhmdar Cəmiyyəti 2015-ci və 2016-cı illərin yalnız İV rüb üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatları (Forma B1) və illik “Məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (Forma B3) Fondun Naxçıvan şəhər şöbəsinə təqdim etmişdir. Kollegiya apellyasiya şikayətinə baxılması ilə əlaqədar mübahisə ilə bağlı əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmasına zərurət yarandığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2023-cü il tarixə qeydə alınmış pensiya kapitalının həmin dövr üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi və pensiya kapitalının nə qədər olması barədə məlumatın, həmçinin fərdi şəxsi hesab vərəqəsindən çıxarışın kollegiyaya təqdim edilməsi barədə 24 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna, İddiaçı (xx.xx.1960-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan) xx.xx.2007-ci il tarixdən, xx.xx.2017-ci il tarixədək X13 Açıq Səhmdar Cəmi yyətində fəhlə vəzifəsində işləməsi və xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X2 tikici işləməsi ilə əlaqədar məlumat və sənədlərin, işə daxil olma və işdən azad olunma barədə əmrlərin, iş yerinin və ya vəzifəsinin müəssisə daxilində dəyişdirilməsi barədə əmrlərin, məzuniyyətə və ezamiyyətə getməsi barədə əmrlərin və digər əlaqəli sənədlərin, əmək haqqı və ondan tutulmalar barədə məlumatların və bu barədə sənədlərin təsdiq edilmiş surətlərinin, həmçinin iddiaçı barədə məlumatlar olmadığı təqdirdə həmin tarixlərdə həmin müəssisənin sənədlərinin (digər işçilərə münasibətdə) mövcud olması və iddiaçıya aid məlumatların hansı səbəblərdən olmaması (əgər məlumdursa) barədə 24 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə, İddiaçı (xx.xx.1960-ci il tar ixdə Naxçıvan Muxtar Respublikası, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan) xx.xx.1975-ci il tarixdən xx.xx.1981-ci il tarixədək İliç(Şərur) Rayon H.Cavid adına sovxozda fəhlə işləməsi ilə əlaqədar məlumat və sənədlərin, işə daxil olma və işdən azad olma barədə əmrlərin, iş yerinin və ya vəzifəsinin müəssisə daxilində dəyişdirilməsi barədə əmrlərin, məzuniyyətə və ezamiyyətə getməsi barədə əmrlərin və digər əlaqəli sənədlərin, əmək haqqı və ondan tutulmalar barədə məlumatların və bu barədə sənədlərin təsdiq edilmiş surətlərinin, həmçinin iddiaçı barədə məlumatlar olmadığı təqdirdə həmin tarixlərdə həmin müəssisənin sənədlərinin (digər işçilərə münasibətdə) mövcud olması və iddiaçıya aid məlumatların hansı səbəblərdən olmaması(əgər məlumdursa) barədə 24 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Dövlət Arxivinə, İddiaçı (xx.xx.1960ci il tarixdə Naxçıvan Muxtar Respublikası, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan) xx.xx.2007-ci il tarixdən, xx.xx.2017-ci il tarixədək X13 Açıq Səhmdar Cəmiyyətində fəhlə vəzifəsində işləməsi ilə əlaqədar məlumat və sənədlərin, işə daxil olma və işdən azad olunma barədə əmrlərin, iş yerinin və ya vəzifəsinin müəssisə daxilində dəyişdirilməsi barədə əmrlərin, məzuniyyətə və ezamiyyətə getməsi barədə əmrlərin və digər əlaqəli sənədlərin, əmək haqqı və ondan tutulmalar barədə məlumatların və bu barədə sənədlərin təsdiq edilmiş surətlərinin, həmçinin iddiaçı barədə məlumatlar olmadığı təqdirdə həmin tarixlərdə həmin müəssisənin sənədlərinin (digər işçilərə münasibətdə) mövcud olması və iddiaçıya ai d məlumatların hansı səbəblərdən olmaması (əgər məlumdursa) barədə 24 iyul 2024-cü il və 02 sentyabr 2024-cü il (təkrar) tarixdə Naxçıvan Muxtar Respublikası X15 Səhmdar Cəmiyyətinə sorğular ünvanlamışdır. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 avqust 2024-cü il tarixli, 02/729 nömrəli məktubunda Şərifova(Eyvazova) Çiçək Cəlil qızının X8 işləməsi barədə arxiv arayışları, şəxsi heyətə dair əmrlərin təsdiq olunmuş surətləri göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 avqust 2024-cü il tarixli, 18 nömrəli məktubu ilə Şərifova(Eyvazova) Çiçək Cəlil qızının Şahtaxtı kənd H.Cavid sovxozunda işləməsi, 19751978 və 1981-ci illərdə əmək haqqı alması barədə məlumatların qeyd olunduğu xx.xx.2024cü il tarixli, 40 nömrəli arxiv arayışını və həmin sovxozun xx.xx.1975-ci il tarixli, 5 nömrəli, xx.xx.1977-ci il tarixli, 52 nömrəli və xx.xx.1978-ci il tarixli, 95 nömrəli əmrlərin təsdiq olunmuş surətləri göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 avqust 2024-cü il tarixli, 3-17-9-1/2-7919/2024 nömrəli İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında məktubu ilə Sığortaolunanın(2020-ci il yanvar-2021-ci il dekabr dövrləri) hesabından çıxarışın surətləri göstərilmişdir. - Kollegiyanın 24 iyul 2024-cü il və 02 sentyabr 2024-cü il (tə krar) tarixli sorğularına cavab olaraq Naxçıvan Muxtar Respublikası X15 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 sentyabr 2024-cü il tarixli, 08 nömrəli məktubunda iş üçün əhəmiyyətli məlumatlar qeyd olunmadığından onlara qiymət verilməsi zərurəti də mövcud olmamışdır. İnzibati işin 24 sentyabr 2024-cü il tarixli şifahi məhkəmə iclası iddiaçının fərdi hesabın sığorta hissəsində ümumi kapital ilə bağlı araşdırma aparılması məqsədi ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə şifahi vəsatəti əsasında təxirə salınmış, həmin vəsatət ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 02 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-9710/2024 nömrəli məktubu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ünvanına göndərmişdir. Kollegiya 07 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2023-cü il tarixə qeydə alınmış pensiya kapitalının həmin dövr üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-verməməsi və tələb olunan pensiya kapitalının tamamlanması üçün nə qədər vəsaitin çatmadığı barədə, həmçinin yuxarıda qeyd olunmuş işlədiyi dövrlərin hesablanaraq əmək stajının neçə il təşkil etməsi ilə bağlı məlumat verməsi barədə sorğu ünvanlamışdır. - Kollegiyanın 07 oktyabr 2024-cü il tar ixli sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 10 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-13188/2024 nömrəli məktubunda vətəndaş İddiaçı (FİN-xxxxxxx, təvəllüd-xx.xx.1960) 2006-cı il 01 yanvar tarixinədək əmək kitabçasına əsasən 21 il 11 ay 9 gün sığorta stajı (20298,04 manat pensiya kapitalı) (1975ci il 13 fevral tarixindən 1980-ci il 10 dekabr tarixinədək Sovxozda, 1980-ci il 10 dekabr tarixindən 1997-ci il 22 yanvar tarixinədək X8), 2006-cı il 01 yanvar tarixindən yaşa görə əmək pensiyası hüququnun yarandığı 2023-cü il 02 aprel tarixinədək 3 il 1 ay sığorta stajı və fərdi şəxsi hesabında 3638,84 manat pensiya kapitalı vardır. Yəni İddiaçı ümumilikdə 23936,88 manat pensiya kapitalı tələb olunan 40320 manat pensiya kapitalından 16383,12 manat kəsirdir. Eyni zamanda İddiaçı arxiv arayışlarına əsasən 2006-cı il 01 yanvar tarixinədək 14 il 9 ay 9 gün sığorta stajı (13660,66 pensiya kapitalı) 2006-cı il 01 yanvar tarixindən yaşa görə əmək pensiyası hüququnun yarandığı 2023-cü il 02 aprel tarixinədək 3 il 1 ay sığorta stajı və fərdi şəxsi hesabında 3638,84 manat pensiya kapitalı vardır. Beləliklə, İddiaçı 17299,50 manat pensiya kapitalı tələb olunan 40320 manat pensiya kapitalından 23020,50 manat kəsir olduğu qeyd edilmişdir. Kollegiya 09 yanvar 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 10 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-13188/2024 nömrəli məktubda qeyd etdiyi İddiaçı 2006-cı il 01 yan var tarixindən yaşa görə əmək pensiyası hüququnun yarandığı 2023-cü il 02 aprel tarixinədək 3 il 1 ay sığorta stajı ilə əlaqədar məcburi dövlət sosial sığorta haqlarının ödənib-ödənilməməsi barədə məlumatların (iş yeri göstərilməklə) və bu barədə sığortaolunanın fərdi şəxsi hesab vərəqəsindən çıxarışların məhkəməyə təqdim edilməsi barədə sorğu göndərmişdir. - Kollegiyanın 09 yanvar 2025-ci il tarixli sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə 09 yanvar 2025-ci il tarixdə İddiaçı aid Sığortaolunanın hesabı haqqında məlumatı kollegiyaya təqdim etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.1960-ci il təvəllüdlüdür. O, pensiya hüququnun xx.xx.2023-cu il tarixdə yarandığını, əmək kitabçası üzrə ümumilikdə 25 ildən artıq ümumi iş stajı olduğunu bildirərək hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtinanın və eyni zamanda apellyasiya şikayətinin əsası, iddiaçının tələb olunan nə 25 il sığorta stajına, nə də ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən məbləğdə pensiya kapitalına malik olmasından ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, bu maddənin qeyd hissəsi nəzərə alınmaqla pensiya yaşına çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə a lınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1960-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cu il tarixdə qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 63 yaşı tamam olmuşdur. 25 ildən artıq sığorta stajı olduğundan o, qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. İş materiallarından aydın olur ki, iddiaçı Şərifova X6 şəhəri, M.F.Axundov küçəsi, ev 14 ünvanında qeydiyyatında dayanır, yuxarıda vurğulandığı kimi, iddiaçı x x.xx.1975-ci il tarixdən xx.xx.1981-ci il tarixədək İliç (Şərur)Rayon H.Cavid adına sovxozda fəhlə, xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X2 tikici, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “X11” Açıq Səhmdar Cəmiyyətində fəhlə, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək maddi-texniki təminat bölüyünün mənzil istismar hissəsinin su xəttinin təmirçi-çilingəri, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsinin 1 nömrəli zabit yataqxanasının dərzisi işləmiş,xx.xx.2021-ci il tarixdən Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsinin 1 nömrəli zabit yataqxanasına xadimə vəzifəsinə işə qəbul edilmişdir. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı idd iaçının 25 il əmək stajını və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən məbləğdə pensiya kapitalına malik olmasını mübahisələndirsə də, İddiaçı 2006-cı il 01 yanvar tarixinədək əmək kitabçasına əsasən 21 il 11 ay 9 gün sığorta stajı (20298,04 manat pensiya kapitalı) (1975ci il 13 fevral tarixindən 1980-ci il 10 dekabr tarixinədək Sovxozda, 1980-ci il 10 dekabr tarixindən 1997-ci il 22 yanvar tarixinədək X8), 2006-cı il 01 yanvar tarixindən yaşa görə əmək pensiyası hüququnun yarandığı 2023-cü il 02 aprel tarixinədək 3 il 1 ay sığorta stajı (2020-ci ilin yanvar ayından 2023-cü il iyun ayınadək Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsi, 215 nömrəli Hərbi hissədə və 100 nömrəli Hərbi hissədə) və fərdi şəxsi hesabında 3638,84 manat pensiya kapitalı vardır. Həmçinin İddiaçı 2006-cı il 01 yanvar tarixindən yaşa görə əmək pensiyası hüququnun yarandığı, 2023-cü il 02 aprel tarixinədək 3 il 1 ay sığorta stajı (2020-ci ilin yanvar ayından 2023-cü il iyun ayınadək Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsi, 215 nömrəli Hərbi hissədə və 100 nömrəli Hərbi hissədə) və fərdi şəxsi hesabında 3638,84 manat pensiya kapitalı, kollegiyanın 09 yanvar 2025-ci il tarixli sorğusuna əsasən cavabdeh inzibati orqan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilmiş İddiaçı aid Sığortaolunanın hesabı haqqında məlumatında da göstərilmişdir. Göründüyü kimi iddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaç ının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fa ktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdeh Naxçıvan Muxt ar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(122)-263/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarının ləğv edilməsi və ona 02 aprel 2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(122)-263/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 21(122)-263/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1(bir) ay müddətində Naхç ıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.