Məhkəmə qərarları › İş №2-1(108)-30/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-30/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-30/2022 26.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlunun heyətində, X4 məhkəmə iclas katibliyi, İddiaçı X8 və Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X6 Cavabdehnə qarşı “sahibkarlıq fəaliyyətinin bərpası və rəsmiləşdirilməsinə uyğun olaraq, müəssisənin enerji təchizatı şəbəkəsinə qoşulması və ya təchizatın bərpası tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(122)-168/2022 nömrəli qərardadından iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Muxt ar Respublikası İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2- 1(122)168/2022 nömrəli qərardadı ilə iddiaçı X6 Cavabdehnə qarşı “sahibkarlıq fəaliyyətinin bərpası və rəsmiləşdirilməsinə uyğun olaraq, müəssisənin enerji təchizatı şəbəkəsinə qoşulması və ya təchizatın bərpası tələbi”nə dair iddiası mümkün sayılmamışdır. İşin halları: İddiaçı X8 Cavabdehnə qarşı 04 iyul 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək sahibkarlıq fəaliyyətinin bərpası və rəsmiləşdirilməsinə uyğun olaraq, müəssisənin enerji təchizatı şəbəkəsinə qoşulması və ya təchizatın bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2- 1(122)168/2022 nömrəli qərardadı ilə iddia mümk ün sayılmamışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qərardadından narazı qalan iddiaçı X8 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(122)-168/2022 nömrəli qərardadının ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, müəssisənin enerji təchizatı şəbəkəsinə qoşulması və ya enerji təchizatının bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 apellyasiya şikayətində qeyd etmişdir ki, 21 iyul 2022-ci il tarixə təyin olunan məhkəmə iclasında iddianın baxılması prosesində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli, 234 nömrəli qərarı ilə istehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydalarının 1.5-ci bəndinə istinad edərək cavabdehin hər iki cavabında tələb olunan sənədlərin siyahısında qeyd olunan sənədləri tələb etməsinin qanuna zidd olmasını bildirmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Cavabdeh inzibati orqan hesab edilir. Həmin qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq (cavabdehin cavabı) inzibati akt ümumi (publik) hüquq sahəsinə aiddir, ünvanlandığı hüquqi və ya fizik i şəxs (şəxslər) üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik enerjisindən istifadə qaydalarının 9cu bəndinə əsasən istehlakçıların məsuliyyəti və onlara elektrik enerjisinin verilişinin dayandırılması şərtləri ilə əlaqədar hərəkət olmadığı, cavabdehin cavab məktubundan aydın təsbit edilir. Subordinasiya mahiyyətli məsələdir, inzibati xarakterli hüquq münasibətidir, inzibati fəaliyyətin nəticəsidir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununa ziddir. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi par ametrlərə qarşıdır. Hesab edir ki, məhkəmə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinə müraciət ilə məsələni mahiyyəti üzrə qiymətləndirməli idi. 25 may 2016-cı il tarixində İqtisadiyyat naziri Famil Seyidovun təhkim etdiyi əməkdaşların müvafiq sorğusuna cavab olaraq Cavabdeh rəhbəri təchizatın dayandırılması səbəbinin Ordubad Rayon İcra Başçısının göstərişi olduğunu bildirmişdir. İddiaçı X3 Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 21(122)-168/2022 nömrəli qərardadının ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, müəssisənin enerji təchizatı şəbəkəsinə qoşulması və ya enerji təchizatının bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında idd iaçı X8 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verib atası Əfqan Sadiqovun sağlığında həmin çörək sexini işlətdiyini, 2012-ci ildə heç bir xəbərdarlıq olunmadan sexin elektrik enerjisi ilə əlaqədar təchizatının dayandırılaraq sexə gələn xəttin kəsildiyini, atasının vərəsəsi kimi həmin sexi işlətmək istədiyini, hətta fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün VÖEN də aldığını, lakin sexə gələn elektrik xəttinin ümumi xəttə qoşulmaması və sayğacla təmin olunmamasına görə fərdi sahibkar kimi fəaliyyət göstərə bilmədiyini, atasının sağlığında Cavabdeh idarəsi ilə aralarında elektrik enerjisindən istifadəyə görə müqavilələrinin olduğunu, lakin cavabdehin həmin müqaviləni indi ona vermədiyini, sexi işlətmək üçün elektrik enerjisinin bərpa olu nması məqsədilə yeni müqavilə bağlanması üçün müraciət etdiyini, lakin hazırda onunla belə müqavilə bağlanmadığını, bütün bunların onun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına ciddi maneə olduğunu göstərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(122)-168/2022 nömrəli qərardadının ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, müəssisənin enerji təchizatı şəbəkəsinə qoşulması və ya enerji təchizatının bərpasına dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X1 izahatında apellyasiya şikayətini qəbul etməyərək iddiaçının atası mərhum Əfqan Sadiqovun sağlığında həmin çörək sexinə aralarında bağlanmış müqavilə əsasında elektrik enerjisi verildiyini, sonradan tərəflər arasında yeni müqavilə bağlanmadığını, 2012-ci ildə hə min sexə verilən elektrik enerjisinin texniki səbəblərlə əlaqədar verilməsinin dayandırıldığını, elektrik enerjisindən istifadə ilə əlaqədar tarif şurası tərəfindən qiymətlər dəyişdirildiyindən yeni müqavilənin bağlanılmalı olduğunu, istifadəçi ilə müqavilə bağlanması üçün isə tələb olunan gücü 150 kvt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0.4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün qanunvericilikdə nəzərdə tutulan sənədlər təqdim edilməklə müqavilə bağlanılmalı olduğunu göstərərək apellyasiya şikayətinin təmin edilmədən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(122)168/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun unun 1-ci maddəsinə uyğun olaraq bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfində n ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İPM-in 2.2.1-2.2.3-cü maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməs i ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı X8 Cavabdehnə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən müəssisənin fəaliyyətinin bərpası məqsədi ilə sahibkarlıq fəaliyyətinin bərpası və rəsmiləşdirilməsinə uyğun olaraq, müəssisənin enerji təchizatı şəbəkəsinə qoşulması və ya təchizatın bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən müəssisənin fəaliyyətinin bərpası məqsədi ilə sözü gedən çörək sexinin 2007-ci ildə aidiyyəti rayon rəhbərliyinin müvafiq razılığı əsasında tikintisi və fəaliyyəti gerçəkləşmiş, digər sənədlər istehsal prosesinin rəsmiləşdirilməsinə uyğun olaraq, aidiyyəti orqanlar tərəfindən rəsmi qaydada təsdiq edilmişdir. 2012-ci ilin may ayında fəaliyyət dövründə aidiyyəti orqanların heç bir iradı və müvafiq məhdudiyyəti, qərarı olmadan iş dövründə heç bir xəbərdarlıq edilmədən, qeyri-rəsmi şəkildə elektrik təchizatı dayandırılmışdır. İşin araşdırılmış hallarından və iddiaçının kollegiyadakı izahatından aydın olur ki, enerji tə chizatı şəbəkəsinə qoşulması və ya elektrik enerjisi ilə təchizatın bərpası tələb olunan çörək sexi kimi göstərilən iddiaçının bildirdiyi müəssisədə onun atası mərhum Əfqan Sadiqov sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 2012-ci ildə onun sağlığında həmin çörək sexi fəaliyyətini dayandırmışdır. İddiaçı X2 fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar çörək sexini işlətməsi üçün elektrik enerjisi təhcizatı ilə təmin edilməsi məqsədilə 2012-ci ildə dayandırılmış elektrik enerjisi verilişinin bərpası, yəni yeni müqavilənin bağlanması üçün cavabdehə müraciət etmişdir. Kollegiya iddiaçı X6 şikayətində göstərdiyi dəlillərə məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassız olmaqla, həmin şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin « Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair» 28 mart 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxs in hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Hüquq normasının müəyyənliyi, aydınlığı, birmənalılığı hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, “qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur”. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qə rar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 13-cü bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisə nin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tər kibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə - mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri i lə bağlıdır. Kollegiya iddiaçı Mənsur Sadiqovun şikayətində göstərdiyi Cavabdeh inzibati orqan olması ilə əlaqədar dəlilini əsassız hesab edir. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq olunmuş inzibati orqanların siyahısında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin Cavabdeh inzibati orqan kimi göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işi n hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddianın mümkünlüyünü yoxlayan birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən proses iştirakçılarına yardım etmək vəzifəsi icra edilməklə 21 iyul 2022-ci il tarixdə keçirilmiş şifahi məhkəmə iclasının protokoluna (iş v. 20), həmçinin iş üzrə qəbul edilmiş qərardada (iş v. 24-26) əsasən iddiaçıya haqlı olaraq iddia qaldırdığı mübahisəli məsələ ilə bağlı kommersiya məhkəməsi və ya ümumi məhkəmələrdə iddia qaldırmaq hüququ izah edilmişdir. Kollegiya qeyd edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiya məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tə ləblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, işə baxan məhkəmə tərəfindən qanunun yuxarıda sadalanan normalarının tələblərinə düzgün əməl olunmuşdur. Məhkəmənin qərardadı qanuni və əsaslı olduğundan iddiaçı X6 apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmənin qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də iddiaçı tərəfindən verilmiş apel lyasiya şikayəti təmin edilməməli, iddiaçı X6 Cavabdehnə qarşı “sahibkarlıq fəaliyyətinin bərpası və rəsmiləşdirilməsinə uyğun olaraq, müəssisənin enerji təchizatı şəbəkəsinə qoşulması və ya təchizatın bərpası tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(122)-168/2022 nömrəli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81, 87, 89, 90, 94.1-ci madd ələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı X6 Cavabdehnə qarşı “sahibkarlıq fəaliyyətinin bərpası və rəsmiləşdirilməsinə uyğun olaraq, müəssisənin enerji təchizatı şəbəkəsinə qoşulması və ya təchizatın bərpası tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(122)-168/2022 nömrəli qərardadından iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2-1(122)168/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibat

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar