Məhkəmə qərarları › İş №2-1(108)-30/2023

Ali Məhkəmə Qərar — İş №2-1(108)-30/2023

18.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-30/2023 18.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X10 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X17 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mərhum oğlu X13 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün oğluna “şəhid” statusunun verilməsi və “şəhid” adının əbədiləşdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N5 may N0N3-cü il tarixli, N-1(1NN)-43/N 0N3 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkil-nümayəndəsi Vəkil tərəfindən 05 sentyabr N0NN-ci il tarixdə imzalanmış iddia ərizəsi ilə 15 sentyabr N0NN-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum oğlu X13 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün oğluna "şəhid" statusunun verilməsi və "şəhid" adının əbədiləşdirilməsi barədə öhdəliyin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr N0NN-ci il tarixli, N-1(11N)-1N484/N0NN nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid stat usunun verilməsi tələbi barədə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan İnzibati Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N5 may N0N3-cü il tarixli, N1(1NN)-43/N0N3 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mərhum oğlu X13 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün oğluna "şəhid" statusunun verilməsi və "şəhid" adının əbədiləşdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N5 may N0N3-cü il tarixli, N1(1NN)-43/N0N3 nömrəli qərarından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegi yasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(1NN)-43/N0N3 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, oğlu X13 xx.xx.1990-cı ildə anadan olmuş və xx.xx.N008-ci il tarixdən xx.xx.N009-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.N009-cu il tarixdən xx.xx.N010-cu il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursant qismində, xx.xx.N010-cu il tarixdən xx.xx.N016-cı il tarixədək gizir qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N016-cı il tarixli, 0N1 gm №-li əmri ilə N №-li hərbi hissədə İİ taqım komandirinin müavi ni, N №-li hərbi hissənin komandirinin xx.xx.N010cu il tarixli, 056 gm №-li əmri ilə N №-li hərbi hissədə taqım komandirinin müavini, N №-li hərbi hissə komandirinin xx.xx.N014-cü il tarixli, 048 gm №-li əmri ilə nümunəvi xidmət etdiyi üçün N №-li hərbi hissədə "taqım komandiri” vəzifəsinə təyin edilərək xidmətini davam etdirmişdir. Oğlu Mirəli xx.xx.N016-cı il tarixdə "xidməti vəzifələrini yerinə yetirən zaman", verilmiş tapşırığın icrası zamanı maşın başçısı olduğu hərbi maşının içində uçuruma düşmüşdür. xx.xx.N016-cı il tarixdə isə aldığı kəllə-beyin travmasmdan hospitalda vəfat etmişdir. Övladının həlak olma səbəbi və anına diqqət olunmalıdır. Övladı hərbi xidmətdə olduğu zaman ona verilmiş döyüş təminatı tapşırığını icra edərkən, yəni hərbi hissənin döyüş təminatını gücləndirmək, artı rmaq üçün xidməti vəzifəsini yerinə yetirərkən hərbi hissəyə su doldurub aparmaq istərkən baş vermiş qəza hadisəsi nəticəsində xəsarət alaraq sonradan vəfat etmişdir. Bu hadisə oğlu və əsgər X3 xidməti vəzifələrini icra etdikləri zaman baş vermişdir. Oğlu və digər əsgərin suyu çənə dolduraraq aparmalarında məqsəd o, olmuşdur ki, həmin suyu apararaq ordunun döyüş təminatına (istifadəsinə) verilsin. Belə olduğu halda döyüş təminatı əmrini icra edərək hərbi xidməti vəzifəsini icra edərkən həlak olmuş övladı Seyidov Mirəli nə üçün şəhid hesab edilməməlidir. Bütün bunlara baxmayaraq bu günədək övladının əziz xatirəsi əbədiləşdirilməmişdir. Nəticə etibarı ilə də bu günədək övladının və övladının ailə üzvü kimi onun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş hüquqlar ı kobud şəkildə pozulmaqdadır. Çünki qanunvericiliyə əsasən övladının xatirəsi şəhid adı ilə əbədiləşdirilməli idi. Bütün bunlara baxmayaraq məhkəmə qətnaməsində göstərmişdir ki, oğlunun xidmət etdiyi hərbi hissə döyüş şəraitində yerləşən hərbi hissə olmadığı üçün tələbi əsaslı olmamışdır. Məhkəmə “qeyri-döyüş şəraitinə” əsaslanaraq iddia tələbini rədd etmişdir. Lakin qeyri-döyüş şəraitinin nədən ibarət olması barədə heç bir hüquqi əsaslandırma (araşdırma) aparmamışdır. Yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N yanvar N0N3-cü il tarixli, 358 nömrəli və 06 fevral N0N3-cü il tarixli, 567 nömrəli məktublarına əsaslanaraq nəticəyə gəlmişdir. Məhkəmə tam, hərtərəfli araşdırma aparmadan nəticəyə gəlmişdir. Belə ki, oğlunun həlak olduğu xx.xx.N016-cı il tari xində ölkəmiz döyüş şəraitində olduğu halda, necə qeyri-döyüş şəraitindən söhbət gedə bilərdi. Düzdür həmin dövr cəbhədə işğal olunmuş torpaqlarımızın geri alınması üçün real döyüş getmirdi. Lakin ölkə rəhbərimizin qətiyyətli, mübariz diplomatiyası sayəsində soyuq savaş davam edirdi. Hər bir halda həmin dövrdə belə hərbi qulluqçunun ölümünə qeyri-döyüş şəraiti adı verilməməlidir. Məhkəmə tərəfindən aşağıdakı suallara aydınlıq gətirilməmişdir.

1. Bir hərbi qulluqçunun qeyri-döyüş şəraitində həlak olması nə deməkdir?, N. Qeyri-döyüş şəraiti sözünün mənası tam olaraq nədir?,

3. Hərbi qulluqçu xidməti tapşırıqları yerinə yetirərkən dünyasını dəyişirsə bu müəyyən statusa tabe edilməlidir ya yox?. Ümmilikdə hesab edir ki, məhkəmə tərəfindən qanunsuz və əsasız bir qərar qəbul edilmişdir. Azərbayc an Respublikası Konstitusiyasının N6-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 7N-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifə daşıyır. Hər kəs üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələ rinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarının 1.N.6-cı bəndinə əsasən, həmçinin 15 iyul N009-cu il tarixli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na edilən dəyişikliyə əsasən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığını, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə şəhidlik statusu verilir. İddiaçı apellyasiya şikayətini hüquqi əsası kimi, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respubli kası qanunun 3-cü və 4-cü maddələrinə, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunun N7ci maddəsinə, Azərbaycan Respublikası MPM-nin 14.1 və 88-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, xidməti vəzifəsini, döyüş növbəsi tapşırığını yerinə yetirərkən həlak olan hər bir əsgər, maxe və zabitə şəhid statusu verilməlidir. Onun övladı da hərbi xidmət vəzifələrinin icrası zamanı döyüş növbəsi tapşırığını yerinə yetirərkən həlak olduğundan şəhid adı ilə əbədiləşdirilməlidir. Azərbaycan Respublikasında mövcud olmuş təcrübəyə əsasən, məsələn: ürək tutmasından hərbi xidmət dövrü vəfat etmiş Ağsu rayon sakini X6 şəhidlik statusu verilərək Ağsu rayonunda yerləşən şəhidlər xiyabanında dəfn edilmişdir və yaxud başqa şəxslər. Onun bundan narazı olmadığını, o da onun övladıdı r və allahdan ona rəhmət diləyir, lakin hesab edir ki, qanunlar fərdlərə görə dəyişə bilməz və qanunlarımız hər kəs üçün birmənalı şəkildə tətbiq edilməlidir. X9 təcrübəsinə diqqət edilsə görünər ki, birmənalı şəkildə hərbi qulluqçu vəfat edirsə, həmin şəxsə şəhidlik adı verilir. Bu həmin ölkənin, dövlətin ordusuna, əsgərinə olan ehtiram və qayğısıdır. Hazırda bizim qanunvericiliyimiz də hərbi qulluq dövrü həlak olmuş hərbi qulluqçulara şəhidlik adının verilməsini tənzimləyir, lakin həmin qanunları icra edən şəxslər bu məsələdə birmənalı addımlar atmırlar. Qanunvericiliyimizdəki boşluqlardan və ya qeyri-dəqiqlikdən istifadə edərək şəhidlik statusu verilməsinə maraqları çərçivəsində yanaşırlar. Bu isə bir insan olaraq, gənc övladını itirmiş valideyn olaraq onu və ailəsini çox narahat edir. Hesab edir ki, mövcud qanunvericiliyimiz düzgün şəkildə tətbiq olunmalıdır. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası İPM-nin 6N.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Naxçıvan MR İnzibati Məhkəməsinin N5 may N0N3-cü il tarixli, N-1(1NN)-43/N0N3 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XNN izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N5 may N0N3-cü il tarixli, N-1(1NN)-43/N0N3 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.N-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsi ilə yanaşı Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə şikayət başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X17 izahatlarını dinləyərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37N.7-ci maddəsinə əsasən birinci instansiya məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İş materiallarında olan; N7 iyul 1990-cı il tarixli, XV-ЖГ seriyalı, 3304N9 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş s urətindən aydın olur ki, X13 06 iyul 1990-cı il tarixdə Babək rayon Qaraxanbəyli kəndində doğulmuş, atası İddiaçı, anası X14r. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən verilmiş GH 136 nömrəli gizir hazırlıq kursunu bitirmə haqqında sertifikatın surətindən aydın olur ki, xx.xx.1990-cı il təvəllüdlü gizir X13 Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xx.xx.N009-cu il tarixdən xx.xx.N010-cu il tarixə kimi fəaliyyət göstərən motoatıcı taqım komandirinin müavini kursunu bitirmişdir. İddiaçı adına verilmiş SQ seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətindən məlum olur ki, mərhum İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N014-cü il tarixli 048 gm №-li əmri ilə N №-li hərbi hisədə “taqım komandiri” vəzifəsinə təyin edilmişdir. Silahlı Qüvvələrin B aş Klinik Hospitalı tərəfindən verilmiş AZS-106 nömrəli ölüm haqqında tibbi şəhadətnamənin surətindən aydın olur ki, xx.xx.1990-cı il təvəllüdlü X13 1N sentyabr N016-cı il tarixdə baş beyin diffuz travması, ağır yük avtomobilində olan toqquşmadan yolda bədbəxt hadisə nəticəsində ölmüşdür. Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş N0 sentyabr N016-cı il tarixli, AZİ seriyalı, 7011N6 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X13 1N sentyabr N016-cı il tarixdə Bakı şəhərində baş beyin diffuz travması, ağır yük avtomobilində olan toqquşmadan yolda bədbəxt hadisə nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında N0 sentyabr N016-cı il tarixində N96 nömrə ilə qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmət ə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş NN avqust N0NN-ci il tarixli, 560 nömrəli arayışdan aydın olur ki, xx.xx.1990-cı il təvəllüdlü X13 xx.xx.N008-ci il tarixdən xx.xx.N009-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.N009-cu il tarixdən xx.xx.N010-cu il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursant qismində, xx.xx.N010-cu il tarixdən xx.xx.N016-cı il tarixədək gizir qismində hərbi xidmət keçmişdir. "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq vəfat etdiyindən xx.xx.N016-cı il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir heyətinin siyahısından çıxarılmışdır. İddiaçı N0 iyun N0NN-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazi rliyinin Hüquq İdarəsinin rəisinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin 1-ci müavini Kadrlar İdarəsinin rəisinə müraciət edərək oğlu X13 “xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı” aldığı xəsarətdən vəfat etdiyi üçün, Azərbaycan Respublikasının Qanununa uyğun olaraq oğluna “şəhid” statusunun verilməsini xahiş etmiş, iddiaçıya göndərilmiş 0N sentyabr N0NN-ci il tarixli, T/S8470 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.N.6-cı bəndinə görə şəhidAzərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqəd ar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Mərhum gizir X7 xx.xx.N016- cı il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən Naxçıvan şəhərində avtomobil qəzası zamanı baş-beyinin diffuz travmasından aldığı xəsarət nəticəsinə xx.xx.N016-cı il tarixində Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında vəfat etməsi yuxarıda qeyd olunan normativ hüququ aktda nəzərdə tutulan döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi şəraitinə uyğun gəlmir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia ərizəsinə etirazında və etiraza əlavəsində göstərilmişdir ki, mərhum gizir X13 xx.xx.N016-cı il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən Naxçıvan şəhərində avtomobil qəzası zamanı baş-beyin diffuz travmasından aldığı xəsarət nəticəsində xx.xx.N016-cı il tarixində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etməsi döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi şərtinə uyğun gəlmədiyindən iddiaçıya bu barədə məktub göndərilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublika sı Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 №-li Qərarının 1.N.6-cı bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Mərhum gizir X7 ölümü, təqsirləndirilən şəxs X1 cinayət əm əlinin törətməsi, yol-nəqliyyat hadisəsi nəticəsində olmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.N016-cı il tarixli, 1-1(09N)-41/N016 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.N-ci maddəsi ilə təqsirli bilinib, azadlıqdan məhrum edilmişdir. Həmin hökmdə zərərçəkmiş şəxsin hüquqi varisinin (İddiaçı) onu bağışlayaraq şikayət və tələbinin olmaması göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi apellyasiya şikayətinə etirazında göstərmişdir ki, işdə olan Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.N016-cı il tarixli 1-1 (09N)-41 /N016 nömrəl i hökmündən də (hökmün N-ci səhifəsində təqsirləndirilən şəxs əsgər X3 ifadəsindən) görünür ki, mərhum gizir X13 N016-cı ilin avqust ayında N nömrəli hərbi hissədə xidmət edərkən ayın N-i “ZİL-130” markalı E N MR nömrəli avtomobildə maşın böyüyü olmuş, həmin gün onlara verilmiş tapşırıq poliqonda olan ağacların sulanması olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin NN iyul N0N3-cü il tarixli N43 nömrəli “Şəhid və şəhid ailəsi statusunun verilməsi zamanı nəzərə alınması zəruri olan “döyüş tapşırığı” və “döyüş təminatı ilə bağlı tapşırıqlar” anlayışlarının müəyyən edilməsi haqqında” əmrinin Əlavəsinin 1-ci bəndində “Döyüş tapşırığı”nın anlayışı verilmiş və nədən ibarət olması göstərilmişdir:

1. DÖYÜŞ TAPŞİRİĞİ - hərbi əməliyyatda (döyüşdə) təyin edilmiş məqsədə (hədəfə) çatmaq üçün bi r və ya bir neçə hərbi qulluqçunun, bir bölmənin (manqanın, qrupun, taqımın, bölüyün, taborun, dəstənin, hissənin, birləşmənin, birliyin, eskadrilyanın, bazanın) və qoşunların (qüvvələrin) qarşısında komandir (rəis, komandan və s.) tərəfindən qoyulmuş tapşırıqdır. Döyüş tapşırığının mahiyyəti döyüşün (əməliyyatın) məqsədindən, növündən, bölmənin (manqanın, qrupun, taqımın, bölüyün, taborun, dəstənin, hissənin, birləşmənin, birliyin, eskadrilyanın, bazanın) tərkibindən, qoşunların (qüvvələrin) quruluşundan və silahlanmasından, dost qüvvələrinin və düşmənin döyüş imkan və qabiliyyətlərindən, ərazi və hava şərtlərindən asılıdır. Həmin Əlavənin N-ci maddəsində isə “Döyüş təminatı ilə bağlı tapşırıqlar”ın anlayışı verilmiş və nədən ibarət olması göstərilmişdir: N. DÖYÜŞ TƏMİNATİ İLƏ BAĞLİ TAP ŞİRİQLAR - döyüş dəstəyi və döyüş xidmət dəstəyi tapşırıqlarından ibarətdir. N.1 DÖYÜŞ TƏMİNATİNİN DÖYÜŞ DƏSTƏYİ TAPŞİRİĞİ - döyüş bölmələrinin döyüşə (əməliyyata) hazırlıq dövründə və onun gedişində taktiki fəaliyyətlərin bilavasitə dəstəklənməsi, mühafizəsi və qorunması tədbirləridir. Döyüş təminatının döyüş dəstəyinə daxildir: artilleriya, hava və dəniz dəstəyi, hava hücumundan müdafiə, qoşun kəşfiyyatı, radioelektron mübarizə (radiokəşfiyyat), istehkam, rabitə, kimya, topogeodeziya, naviqasiya və kartoqrafiya təminatı, hidroqrafiya və hidrometeoroloji təminat, şturman xidməti, maskalanma, axtarış-xilasetmə və mühafizə fəaliyyətləri. Döyüş təminatının döyüş dəstəyi tapşırıqları müvafiq sərəncamlar əsasında döyüş və döyüş dəstəyi bölmələri tərəfindən yerinə yetirilir. Döyüş dəstəyi bölmə lərinə aiddir: raket, artilleriya, zenit, kəşfiyyat (radiokəşfiyyat), PUA, mühəndis-istehkam, rabitə, kimya, topogeodeziya, naviqasiya və kartoqrafiya təminatı, şturman xidməti, hidroqrafiya və hidrometeoroloji təminat, komendant və hərbi polis bölmələri. N.N DÖYÜŞ TƏMİNATİNİN DÖYÜŞ XİDMƏT DƏSTƏYİ TAPŞİRİQLARİ - döyüş və döyüş dəstək bölmələrinin gündəlik (o cümlədən döyüş hazırlığı) və taktiki fəaliyyətlərinin təminatı və təchizatı, müxtəlif xidmətlərin göstərilməsi üzrə tədbirlərdir. Döyüş xidmət dəstəyinə daxildir: maddi-texniki təminat, hərbi daşımalar, hərbi tikinti, mənzil istismar, yanğınsöndürmə, tibb təminatı, mənəvi-psixoloji təminat, orkestr, hərbiinzibati dəstək (şəxsi heyətin uçotu (səfərbərlik sifarişləri, kadr işi), hüquq, maliyyə, daxili təhlükəsizlik) fəaliyyətləri. Döyüş xidmət dəstəyi bölmələrinə (müəssisələrinə, təşkilatlarına) aiddir: madditexniki təminat, hərbi daşımalar, mənzil istismar, yanğınsöndürmə, tibb təminatı bölmə, müəssisə və təşkilatları, orkestr bölmələri, mənəvi-psixoloji təminat, hərbi-inzibati dəstək fəaliyyətlərini icra edən idarəetmə orqanları və təşkilatlar. N.N.1. Maddi-texniki təminat - qoşunların və qüvvələrin təyinatı üzrə döyüş fəaliyyətində tapşırıqları yerinə yetirmək üçün daim hazır vəziyyətdə saxlanması məqsədilə həyata keçirilən kompleks tədbirlərdir. Maddi-texniki təminatın əsas tapşırıqları: - Silah-sursat və texnika təminatı...; - Yanacaq təminatı...; - Ərzaq təminatı: - döyüş əməliyyatlarında iştirak edən, həmçinin bu məqsədlə hazırlanan (komplektləşdirilən) hərbi hissələrin ərzaqla, ərzaq xidmətinə aid texnika, əmlak v ə qablarla təminatının təşkil edilməsi; - döyüş əməliyyatları zamanı (müdafiədə duran, hücuma keçən və yerdəyişmə ilə əlaqədar" marş keçirən)"hərbi hissələrin (bölmələrin) qidalanmasının təşkili, həmçinin döyüş mövqelərinə isti yeməklərin və digər maddi vəsaitlərin çatdırılması. - Əşya təminatı. Qeyd olunanlardan da görünür ki, mərhum gizir İddiaçı N avqust N016-cı ildə “döyüş şəraitində yerləşməyən” N nömrəli hərbi hissənin poliqonunda olan ağacların sulanması üçün ayrılmış avtomobildə maşın böyüyü olarkən sürücü əsgər X3 “XN4” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq qəza törətməsi nəticəsində həlak olmuşdur. Həmin vaxt onun yerinə yetirdiyi vəzifənin döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlara aidiyyəti olmamışdır. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıql ara aid olan X1N təminatı növündə “döyüş əməliyyatlarında iştirak edən, həmçinin bu məqsədlə hazırlanan (komplektləşdirilən) hərbi hissələrin ərzaqla, ərzaq xidmətinə aid texnika, əmlak və qablarla təminatının təşkil edilməsi” tələbi qeyd olunmuşdur. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını tələb edir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, N.1, N.N.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə idddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə b ilər. Azərbaycan Respublikası Konstitusiyasının N6-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın: 1.1-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.N.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü i lə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və XN Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. 4.1-ci bəndin 3-cü yarımbəndinə görə şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfi yyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və XN Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30 dekabr N008-ci il tarixli qərarında göstərilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəs i Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin N6 oktyabr N016-cı il tarixli, 1-1(09N)-41/N016 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir ki, əsgər X11 N nömrəli hərbi hissədə sürücü vəzifəsində xidmət edərkən N avqust N016-cı ildə saat 09 radələrində maşın böyüyü gizir X7 rəhbərliyi ilə ona təhkim olunmuş “ZİL-130" markalı E N MR hərbi nömrə nişanlı avtomobili hərbi hissənin ərazisindəki su doldurmaq üçün düzəldilmiş xüsusi yerə sürüb orada 4 tonluq su çənini yarıyadək doldurduqdan sonra avtomobili 7N metr irəli sürüb Naxçıvan Dövlət Universitetinin ərazisində dönmə əməliyyatını həyata keçirmək məqsədi ilə avtomobili arxaya hərəkət etdirərkən “XN4” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndində göstərilən "Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələblərini pozaraq avtomobilin qabarit ölçüləri ni nəzərə alıb bu hərəkəti təhlükəsiz olaraq yerinə yetirməli, dönmə əməliyyatının təhlükəli olduğunu gördükdə isə avtomobili dayandırıb bu əməliyyatı təhlükəsiz yerinə yetirmək üçün digər tədbirlər görməli, bundan başqa dönmə əməliyyatını yerinə yetirərkən arxaya hərəkət zamanı təhlükəziliyi təmin etmək üçün lazım gəldikdə digər şəxslərin köməyindən istifadə etməli olduğu və həmin ərazidə dönmə əməliyyatını həyata keçirmək üçün kifayət qədər geniş yer olduğu halda avtomobili 1N metr arxaya hərəkət etdirib əyləci sıxmış, bu zaman avtomobil dikdən aşıb N3.7 metr yuvarlanaraq yardımçı tikiliyə dəyib dayanmış, nəticədə avtomobilin kabinəsində əyləşən maşın böyüyü gizir X13 “baş beynin ağır dərəcəli əzilməsi və qansızması, sağ alın-təpə nahiyyəsində apanevrozaltı və sağ gicgah əzələsinin hemat oması, başın sağ alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış və sağ gicgah nahiyəsinin sıyrılmış yaraları, burun sümüyünün yerdəyişən sınığı və burun nahiyəsinin əzilmiş-sıyrılmış yaraları ilə müşayiət olunan qapalı kəllə-beyin travması, hər iki bud, hər iki qasıq və sol oturaq sümüklərinin, sağ N; 4; 5; 6; 9cu qabırğaların sınıqları, hər iki ağ ciyərlərin kontuziyası, bədənin çoxsaylı qançırları və sıyrılmış yaraları” ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilən xəsarətlər alıb N016- cı ilin avqust ayının N-dən 30-dək N05 №-li hərbi hospitalda müalicə olunaraq Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına təxliyyə olunmuş, aparılan müalicə tədbirlərinə baxmayaraq E.Ş.Abdullayevin nəqliyyat maşınlarını idarəetmə qaydalarını pozması nəticəsində ehtiyatsızl ıqdan zərərçəkmiş şəxs X13 bilavasitə avtomobil qəzası zamanı almış olduğu “baş beynin ağır dərəcəli əzilməsi və qansızması ilə müşayiət olunan qapalı kəllə beyin travması”ndan 1N sentyabr N016-cı ildə ölmüşdür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kollegiyada işə baxılarkən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən göndərilmiş 17 avqust N0N3-cü il tarixli, 130N nömrəli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin şəhid və şəhid ailəsi stat usunun verilməsi zamanı nəzərə alınması zəruri olan "döyüş tapşırığı" və "döyüş təminatı ilə bağlı tapşırıqlar" anlayışlarının müəyyən edilməsi haqqında NN iyul N0N3-cü il tarixli N43 nömrəli əmrinin əlavəsinin 1-ci bəndində döyüş tapşırığının nədən ibarət olması göstərilmişdir. Belə ki, DÖYÜŞ TAPŞİRİĞİ - hərbi əməliyyatda (döyüşdə) təyin edilmiş məqsədə (hədəfə) çatmaq üçün bir və ya bir neçə hərbi qulluqçunun, bir bölmənin (manqanın, qrupun, taqımın, bölüyün, taborun, dəstənin, hissənin, birləşmənin, birliyin, eskadrilyanın, bazanın) və qoşunların (qüvvələrin) qarşısında komandir (rəis, komandan və s.) tərəfindən qoyulmuş tapşırıqdır. Döyüş tapşırığının mahiyyəti döyüşün (əməliyyatın) məqsədindən, növündən, bölmənin (manqanın, qrupun, taqımın, bölüyün, taborun, dəstənin, hissənin, birl əşmənin, birliyin, eskadrilyanın, bazanın) tərkibindən, qoşunların (qüvvələrin) quruluşundan və silahlanmasından, dost qüvvələrinin və düşmənin döyüş imkan və qabiliyyətlərindən, ərazi və hava şərtlərindən asılıdır. Əlavənin Nci bəndində döyüş təminatı ilə bağlı tapşırıqların açıqlaması verilmişdir. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqlar iki yerə bölünür. Döyüş dəstəyi və döyüş xidmət dəstəyi tapşırıqları. Döyüş təminatının döyüş dəstəyi tapşırığı, döyüş bölmələrinin döyüşə (əməliyyata) hazırlıq dövründə və onun gedişində taktiki fəaliyyətlərin bilavasitə dəstəklənməsi, mühafizəsi və qorunması tədbirləridir. Döyüş təminatının döyüş xidmət dəstəyi tapşırıqları - döyüş və döyüşə dəstək bölmələrinin gündəlik (o cümlədən döyüş hazırlığı) və taktiki fəaliyyətlərinin təminatı və təchizatı, müxtəlif xidmətlərin göstərilməsi üzrə tədbirlərdir. Döyüş xidmət dəstəyinə maddi- texniki təminat, hərbi daşımalar, hərbi tikinti, mənzil istismar, yanğınsöndürmə, tibbi təminat, mənəvi-psixoloji təminat, orkestr, hərbiinzibati dəstək (şəxsi heyətin uçotu (səfərbərlik sifarişləri, kadr işi), hüquq, maliyyə, daxili təhlükəsizlik) fəaliyyətləri daxildir. Döyüş xidmət dəstəyi bölmələrinə (müəssisələrinə, təşkilatlarına) maddi-texniki təminat, hərbi daşımalar, mənzil istismar, yanğınsöndürmə, tibb təminatı bölmə, müəssisə və təşkilatları, orkestr bölmələri, mənəvi-psixoloji təminat, hərbiinzibati dəstək fəaliyyətlərini icra edən idarəetmə orqanları və təşkilatlar daxildir. Həmçinin N.N-ci bəndin ərzaq təminatı ilə bağlı hissəsində bildirilir ki, döyüş əməliyyatlarında iştirak edən, həmçinin bu məqsədlə hazırlanan (komplektləşdirilən) hərbi hissələrin ərzaqla, ərzaq xidmətinə aid texnika, əmlak və qablarla təminatının təşkil edilməsi və döyüş əməliyyatları zamanı (müdafiədə duran, hücuma keçən və yerdəyişmə ilə əlaqədar marş keçirən) hərbi hissələrin (bölmələrin) qidalanmasının təşkili, həmçinin döyüş mövqelərinə isti yeməklərin və digər maddi vəsaitlərin çatdırılması başa düşülür. Kollegiya apellyasiya şikayətində iddiaçının qeyd etdiyi “oğlunun hərbi xidmətdə olduğu zaman ona verilmiş döyüş təminatı tapşırığını icra edərkən, yəni hərbi hissənin döyüş təminatını gücləndirmək, artırmaq üçün xidməti vəzifəsini yerinə yetirərkən hərbi hissəyə su doldurub aparmaq istərkən baş vermiş qəza nəticəsində xəsarət alaraq sonradan vəfat etməsi, oğlu və əsgər X3 xidməti vəzifələrini icra etdikləri zaman suyu çənə dolduraraq aparmalarında məqsədlərinin həmin suyu apararaq ordunun döyüş təminatına (istifadəsinə) vermək olması, belə olduğu halda döyüş təminatı əmrini icra edərək hərbi xidməti vəzifəsini icra edərkən həlak olmuş övladının nə üçün şəhid hesab edilməməsi, məhkəmə qətnaməsində oğlunun xidmət etdiyi hərbi hissənin döyüş şəraitində yerləşən hərbi hissə olmadığı üçün tələbinin əsaslı olmadığının göstərilməsi, lakin qeyri-döyüş şəraitinin nədən ibarət olması barədə heç bir araşdırma aparmaması, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N yanvar N0N3-cü il tarixli, 358 nömrəli və 06 fevral N0N3-cü il tarixli, 567 məktublarına əsaslanaraq nəticəyə gəlməsi, oğlunun həlak olduğu xx.xx.N016-cı il tarixdə ölkəmiz döyüş şəraitində olduğ u halda, necə qeyri-döyüş şəraitindən söhbət gedə bilməsi" barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından da aydın olduğu kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə...döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N-ci maddəsinin “Qeyd” hissəsinə görə ”döyüş şəraiti” dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmə nə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülür. Məhkəmənin sorğusuna cavab olaraq N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli, 56N nömrəli arayışla müəyyən edilmişdir ki, iddiaçının mərhum oğlunun xidmət etdiyi N nömrəli hərbi hissə döyüş şəraitində yerləşən hərbi hissə deyil. Sorğu ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş cavabda göstərilmişdir ki, mərhum X7 N avqust N016-cı il tarixdə Naxçıvan şəhərində, döyüş şəraitində olmayan N nömrəli hərbi hissədə xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq, hərbi hissədə və təlim mərkəzində güllərin və ağacların sulanması üçün hərbi hissəyə məxsus E N MR hərbi nömrə nişanlı avtomobil texnikası ilə su apararkən avtomobilin aşması nəticəsində həlak olması, hər hansı bir döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlara aid deyil. Kollegiya qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının oğlu mərhum X13 N nömrəli hərbi hissədə xidmətdə olduğu vaxt N avqust N016-cı ildə xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən 1N sentyabr N016-cı ildə vəfat etmişdir. Araşdırma nəticəsində iddiaçının mərhum oğlunun hərbi xidmət vəzifələrini yerinə yetirərkən vəfat etməsi müəyyən edilsə də onun xidməti vəzifəsinin icrasının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olması öz təsdiqini tapmamışdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəhid adının verilməsi üçün üsul, şərait və vəz iyyətdən asılı olmayaraq şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə mövcud olmalıdır. Qeyd olunan səbəbli əlaqə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilməmişdir. İş materiallarından da müəyyən olunduğu kimi mərhum X13 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı deyil, hərbi hissəyə avtomobilə su doldurub aparan zaman avtomobilin uçuruma düşərək aşması nəticəsində almış olduğu xəsarət nəticəsində vəfat etmişdir. Kollegiya qeyd edilənlərə əsaslanıb belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Kollegiya apellyasiya şikayətində göstərilən “məhkəmə tərəfindən aşağıdakı su allara aydınlıq gətirilməmişdir.

1. Bir hərbi qulluqçunun qeyri-döyüş şəraitində həlak olması nə deməkdir?, N. Qeyri-döyüş şəraiti sözünün mənası tam olaraq nədir?,

3. Hərbi qulluqçu xidməti tapşırıqları yerinə yetirərkən dünyasını dəyişirsə bu müəyyən statusa tabe edilməlidir ya yox?. ” qeydləri ilə bağlı xatırladır ki, müvafiq ifadələrə izah verilməsi məhkəmənin səlahiyyətləri çərçivəsində deyil. Həmçinin şikayətdə göstərilən “Azərbaycan Respublikasında mövcud olmuş təcrübəyə əsasən, məsələn: ürək tutmasından hərbi xidmət dövrü vəfat etmiş Ağsu rayon sakini X6 şəhidlik statusunun verilməsi,X9 təcrübəsinə görə birmənalı şəkildə hərbi qulluqçu vəfat edirsə, həmin şəxsə şəhidlik adının verilməsi” barədə dəlil qismində qeyd edilənlərlə bağlı kollegiya qeyd edir ki, müvafiq halların icraatda olan hazırki işə münasibətdə məcburiliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instan siyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. İnzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N5 may N0N3-cü il tarixli, N-1(1NN)-43/N0N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mərhum oğlu X13 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün oğluna “şəhid” statusunun verilməsi və “ şəhid” adının əbədiləşdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N5 may N0N3-cü il tarixli, N-1(1NN)-43/N0N3 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N5 may N0N3-cü il tarixli, N1(1NN)-43/N0N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar