Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-30/2025 06.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 21(122)-115/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müdafiə nazirinin müavini – X6 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmrinin (kapitan İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilməsi və “kapitan” hərbi rütbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, müdafiə nazirinin müavini – X6 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmrinin (kapitan İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilməsi və “kapitan” hərbi rütbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahi ş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Tural Əliyev) 10 yanvar 2025-ci il tarixli, 2-1(122)-115/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, müdafiə nazirinin müavini – X6 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmrinin (kapitan İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilməsi və “kapitan” hərbi rütbəsinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X7 apell yasiya şikayətinin geri götürülməsi barədə ərizə ilə müraciət edərək, birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətini geri götürdüyünü, bunun hüquqi nəticələrinin ona aydın olduğunu bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X7 apellyasiya şikayətini geri götürməsinin səbəbini onunla izah etmişdir ki, mübahisənin məhkəmədən kənar həlli ilə bağlı iddiaçı ilə razılıq əldə edilmişdir. Odur ki, hazırkı iş üzrə mübahisənin davam etdirilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin geri götürülməsi barədə ərizənin qəbul edilməsinə və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azə rbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsini iş materialları ilə birgə tədqiq edərək, iddiaçının ərizəyə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 88-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 21(122)-115/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası
Məhkəmə qərarları › İş №2-1(108)-30/2025
Ali Məhkəmə Qərardad — İş №2-1(108)-30/2025
06.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver