Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-31/2021 06.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı İsgəndər oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin idarə müdiri D.Babayevə qarşı “idarə müdiri D.Babayev tərəfindən onlara məxsus, 2775 nömrəli texniki pasportun həmin 29 saylı ünvandan alınıb ona verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(122)-230/2021 nömrəli qərardadından İddiaçı İsgəndər oğlu tərəfindən verilmiş şikayətin mümkünlüyünün yox lanılması məsələsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İsgəndər oğlu 02 noyabr 2021-ci il tarixdə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin idarə müdiri D.Babayevə qarşı 2775 nömrəli texniki pasportun D.Babayevdən alınıb ona verilməsi barədə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək idarə müdiri D.Babayev tərəfindən onlara məxsus, 2775 nömrəli texniki pasportun həmin 29 saylı ünvandan alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 21(122)-230/2021 nömrəli qərardadı ilə İddiaçı İsgəndər oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və To rpaq Məsələləri üzrə Dövlət Xidmətinin idarə müdiri D.Babayevə qarşı “idarə müdiri D.Babayev tərəfindən onlara məxsus, 2775 nömrəli texniki pasportun həmin 29 saylı ünvandan alınıb ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmamış, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin İddiaçı İsgəndər oğluna geri qaytarılması qərara alınmışdır. Məhkəmənin qərarından narazı qalan İddiaçı İsgəndər oğlu 22 noyabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək apellyasiya şikayətini Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına göndərilməsini xahiş etmişdir. İddiaçı İsgəndər oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim S.Novruzovun çıxardığı qərarı 18 noyabr 2021-ci il tarixdə almışdır. Qərardad qanun çərçivəsində baxılmadığından onu əsassız hesab edir, rədd edir. Cavabdeh qismində idarə müdiri məhkəmədə iştirak etməmişdir. Səhhətində nasazlıqlar olduğundan 16 noyabr 2021-ci il tarixdə ərizə və evin texniki pasportunun surətini göndərmişdir. Ona verilən texniki pasportun inventar nömrəsi 2231-dir. Həmin texniki pasport X2 məxsusdur. Həmin pasportun sahibi onların ev dəftərində qeydə alınmayıb. İddia ərizəsində idarə müdiri D.Babayevi və həmin nömrəli 2231 inventarı texniki pasportun Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə gətirilməsini xahiş edib. Lakin hakim S.Novruzov buna əməl etməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin verdiyi arayışda onlara məxsus evin inventar nömrəsinin 2775 olduğu bildirilir. Hakim həmin sənədə əhəmiyyət verməmişdir. 2775 nömrəl i texniki pasportu şəhərin 29 saylı evinə tərtib ediblər. Naxçıvan şəhər inventar bürosu tərəfindən verilən sənədin surəti bunu təsdiq edir. X4 həmin sübutlara qanun çərçivəsində baxmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə cavabdeh şəxs olan D.Babayevin ona verdiyi cavaba, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin verdiyi arayışa, inventar büronun müdiri T.Cəfərovun verdiyi sənədlərə hakim düzgün qiymət verməmiş, şikayətinə isə maneçilik törətmişdir. Belə hesab edir ki, qərardad qanunsuz olduğundan ləğv edilməlidir. X5 Respublikası İnzibati Məhkəməsindən apellyasiya şikayətini Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsinə köməklik edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə təyin edilmiş məh kəmə iclasının vaxtı və yeri barədə İddiaçı İsgəndər oğluna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya 62.3-cü maddəsinə əsasən İddiaçı İsgəndər oğlunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhk əmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 361.1.1, 361.1.3 və 361.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Şikayətin mümkünlüyünü yoxlayan kollegiya belə hesab edir ki, şikayət verilən zaman Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsində nəzərdə tutulmuş tələblərə əməl olunmamışdır. Belə ki, İddiaçı İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikas ı Ali Məhkəməsinin İnzibati kollegiyasına ünvanlanmalı olduğu halda, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlanmış, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3cü maddəsinin tələbi pozulmuşdur. Eyni zamanda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində şikayət verən şəxsin tələbi konkret ifadə olunmamış, sadəcə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsindən apellyasiya şikayətini Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsinə köməklik edilməsi xahiş edilmişdir. Belə olan halda kollegiya qeyd edir ki, inzibati mübahisəyə dair işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Qeyd olunanları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, İddiaçı İsgəndər oğlunun cavabdeh Naxçıvan Mux tar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin idarə müdiri D.Babayevə qarşı “idarə müdiri D.Babayev tərəfindən onlara məxsus, 2775 nömrəli texniki pasportun həmin 29 saylı ünvandan alınıb ona verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(122)-230/2021 nömrəli qərardadından İddiaçı İsgəndər oğlu tərəfindən verilmiş şikayət mümkün hesab edilməməlidir. Kollegiya göstərilənlərə əsaslanıb və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2, 87.3, 87.4, 90.1, 90.2, 94.1 və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 366.4-cü maddələrini rəhbər tutub q ə r a r a a l ı r: İddiaçı İsgəndər oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin idarə müdiri D.Babayevə qarşı “idarə müdiri D.Babayev tərəfindən onlara məxsus, 2775 nömrəli texniki pasportun həmin 29 saylı ünvandan alınıb ona verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(122)-230/2021 nömrəli qərardadından İddiaçı İsgəndər oğlu tərəfindən verilmiş şikayət mümkün hesab edilməsin. Qərardaddan məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-31/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-31/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver