Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-31/2022 24.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazova qarşı “ona maddi və mənəvi ziyan vuran Anar və C.Eyvazovdan dəymiş ziyanın ona alınıb verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(122)-172/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Şə hər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona maddi və mənəvi ziyan vuran Anar və C.Eyvazovdan dəymiş ziyanın ona alınıb verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 21(122)-172/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazova qarşı “ona maddi və mənəvi ziyan vuran Anar və C.Eyvazovdan dəymiş ziyanın ona alınıb verilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 05 avqust 2022-ci il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək qərardadın ləğv olunmasına köməklik göstərilmə sini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, hakim H.Muradov tərəfindən 02 avqust 2022-ci il tarixdə qərardad çıxarılmışdır. Qərardad qanun çərçivəsində baxılmadığından onu əsassız hesab edərək rədd edir. 1 saylı Dövlət Notariusu ev dəftərində adından sonra X1 yazıb. Mərhum babası X2 Rəfail adlı vərəsəsi yoxdur. O adda babası olsa idi müvafiq sənədləri toplayıb 1 saylı Dövlət Notariusuna təqdim edərdi. X5 adında anası yoxdur. Notarius C.Eyvazov və Anar adlı işçisi Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşmamışlar, ona maddi, mənəvi ziyan vurmuşdur. Ona görə də qərardadın ləğv olunmasına köməklik edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilm əsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı 23 avqust 2022-ci il tarixdə kollegiyaya ərizə ünvanlayaraq səhhətində nasazlıqlar olduğundan məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən bu fə sildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Şikayətin verilməsinə dair tələbləri müəyyən edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.3-cü maddəsinin tələbinə əsasən şikayətin əsaslandırma hissəsində şikayət verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Həmin Məcəllənin 87.3-cü, 87.4-cü və 87.2-ci maddələrində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellya siyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1.1, 361.1.3 və 361.1.4-cü maddələrinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı n mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Şikayətin mümkünlüyünü yoxlayan kollegiya belə hesab edir ki, şikayət verilən zaman Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmamışdır. Kollegiya qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayəti verən şəxs tələbinin nədən ibarət olmasını konkret göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi və ümumiyyətlə şikayət verən şəxs hansı qərarın qəbul edilməsi barədə tələbini dəqiq bildirməlidir, lakin İddiaçı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməm iş, o, şikayətində qərardadın ləğv olunmasına köməklik göstərilməsini xahiş etsə də tələbinin konkret nədən ibarət olmasını göstərməmişdir. Belə olan vəziyyətdə kollegiya hesab edir ki, inzibati mübahisəyə dair işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Qeyd olunanları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazova qarşı “ona maddi və mənəvi ziyan vuran Anar və C.Eyvazovdan dəymiş ziyanın ona alınıb verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 avqust 2022- ci il tarixli, 2-1(122)-172/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Kollegi ya yuxarıda göstərilənlərə əsaslanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3,85.3,87.2, 87.3, 87.4, 90.1, 90.2, 94.1-cü maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4,366.4-cü maddələrini rəhbər tutub q ə r a r a a l ı r: İddiaçı cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazova qarşı “ona maddi və mənəvi ziyan vuran Anar və C.Eyvazovdan dəymiş ziyanın ona alınıb verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(122)-172/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində Na xçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-31/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-31/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver