Məhkəmə qərarları › İş №2-1(108)-31/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-31/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-31/2023 15.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “Şahbuz rayon Daylaqlı kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmrinin ləğv edilərək işə yenidən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(122)-573/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı 12 may 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Şahbuz rayon Daylaqlı kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmrinin ləğv edilərək işə yenidən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 21(122)-573/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “Şahbuz rayon Daylaqlı kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016cı il tarixli, 06 nömrəli əmrinin ləğv edilərək işə yenidən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 21(122)-573/2023 nömrəli qərardadından narazı qalan İddiaçı 07 iyul 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 21(122)-573/2023 nömrəli qərardadının ləğv edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2-1(108)31/2023 nömrəli qərardadı ilə İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(122)-573/2023 nömrəli qərardadından apellyasiya şikayəti ve rilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “Şahbuz rayon Daylaqlı kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmrinin ləğv edilərək işə yenidən bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(122)-573/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət mümkün hesab edilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdən Şahbuz rayon Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyə baş mühasib vəzifəsinə təyin olunmuşdur. 2016-cı ilin iyun ayında işdə heç bir nöqsanı ol madan qanunsuz olaraq tutduğu vəzifədən azad edilmişdir. İşdən azad olunması haqqında əmrinin surətini o, bir ildən sonra almış, əmək kitabçasını Şahbuz rayon Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəlikdən təhvil alan zaman ona məlum olmuşdur ki, onu Şahbuz Rayon İcra Hakimiyyətinin göstərişi ilə Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyin xx.xx.2016-cı il tarixli 06 nömrəli əmri ilə işdən azad edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, guya o, X9 üzrə Komissiyanın test imtahanından keçərək kadr gəldiyi üçün işindən azad olunub. Həqiqətdə isə bu günə kimi test imtahanından keçərək Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyə heç bir kadr nümayəndə göndərilməmişdir. O, vaxtında qanunvericiliyə uyğun olaraq bütün instansiyalara müraciət etsə də şikayətinə b axan bir orqan olmamışdır. Bunu poçt qəbzlərindən aydın görmək olur. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 13 mart 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Şahbuz Rayon İcra Hakimiyyəti başçısının 29 iyun 2015-ci il tarixli 35-S nömrəli sərəncamı ilə X9 üzrə Komissiya tərəfindən kadr göndərilənə qədər o, nümayəndəliyin baş mühasibi vəzifəsinə təyin olunmuşdur. Əgər həqiqətən də belədirsə niyə işə qəbul əmrində müvəqqəti sözü yazılmamışdır. Nəyə görə əmək kitabçasının sol hissəsində iyul ayı, sağ hissəsində iyun ayı qeyd olunmuşdur. Ərizə vermədiyi halda hansı qanunvericiliklə işindən azad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. İddiaçı 10 avqust 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyas ına daxil olmuş yazılı izahatında göstərmişdir ki, Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyin baş mühasibi vəzifəsində işləyərkən 2 dəfə Ali Məclisin sədri tərəfindən şəxsi təşəkkür almış, 28 fevral və 30 avqust tarixli “Şərq qapısı” qəzetlərində geniş işıqlandırılmışdır. X2rın ailəsi haqqında xüsusi bir verliş hazırlayıb xalqa göstərmişdir. Fəaliyyəti dövründə bir dəfə də olsun inzibati tənbeh tədbiri almamışdır. Daylaqlı kəndində doğulduğu üçün uşaqdan böyüyə hamı ona hörmət etmiş, o isə onlara qarşı nümunəvi xidməti ilə qulluq etmişdir. Onunla eyni vaxtda bu sistemdə işə qəbul edilmiş orta təhsilli nümayəndələr bu gün də öz işlərini davam etdirirlər. Ona isə deyirlər olmaz. Məsələn Ağbulaq, Külüs, Şahbuzkənd, Türkeş, Qışlaq, Nursu və s. kənd icra nümayəndəliklərində çalışa n nümayəndəlr orta təhsillidirlər. Vəzifəsindən azad olunması haqqında lazımı instansiyalara vaxtında müraciət etsə də heç bir cavab almamışdır. Həmin şikayət məktublarının poçt qəbzlərini işə əlavə etmişdir. Şahbuz rayon icra başçısına da dəfələrlə yazılı və şifahi müraciət etsə də heç bir nəticəsi olmamışdır. Əgər onu işə müvəqqəti götürmüşdülərsə nəyə görə onun işə girmə əmrində müvəqqəti sözü yazılmadığı halda işdən azad olunması əmrində bu söz yazılmışdır. X11 yarandığı gündən bu günə kimi bir nəfər də olsun kadr test imtahanından keçərək Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyə işə göndərilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 i yun 2023-cü il tarixli, 2-1(122)-573/2023 nömrəli qərardadının ləğv edilməsi kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 izahatında qanuni qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tə tbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya inzibati proses iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsiz liyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndır. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qa nunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətl ərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya qeyd edir ki, inzibati icraat qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisləndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də q aldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlə rinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Kollegiya qeyd edir ki, mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə ş ikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında olan 01 iyul 2016-cı il tarixli Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə H.Mirzəyevin 06 nömrəli əmrinin surətindən aydın olur ki, müvafiq əmrlə Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə müvəqqəti olaraq baş mühasib işləyən İddiaçı 01 iyul 2016-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından məlum olur ki, İddiaçı Şahbuz rayon Daylaqlı kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmri ilə vəzifədən azad olunduğu vaxtdan müvafiq inzibati aktdan (əmrdən) xəbərdar olmuş, lakin mübahisələndirdiyi inzibati aktın xüsusi mümkünlük şərtinə, yəni qanunla müəyyən olunmuş müddət daxilində iddi a qaldırmaq şərtinə əməl etməməklə ötən 7 il ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş və müraciət etməməsinin üzürlü səbəbdən baş verməsininə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı tərəfindən bu növ iddiaların xüsusi mümkünlük şərtinə aid olan iddia müddətinə əməl olunmadığından həmin iddiaya mahiyyəti üzrə baxılması üçün iddianın mümkünlük şərtləri mövcud deyil. İşin hallarından göründüyü kimi mübahisələndirilən inzibati akt 01 iyul 2016-cı il tarixdə qəbul edilsə də, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçı izahatında bununla əlaqədar Şahbuz Rayon İcra hakimiyyətinin başçısına, Naxç ıvan MR Prokuroruna, Naxçıvan MR Ali Məhkəməsinə, Naxçıvan MR Ali Məclisin sədrinə şikayət etməsini, lakin heç bir nəticəsinin olmamasını göstərmiş və bunun təsdiqi kimi "xxxx" MMCnin məktub və banderolların sifarişlə qəbuluna dair xx.xx.2016, xx.xx.2017-ci il tarixli qəbzlərinin surətlərini məhkəməyə təqdim etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının müxtəlif orqanlara müraciət etməsi məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş idddia müddətinin buraxılmasının üzürlü səbəbi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə akt ı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın (əmrin) ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən buraxdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddiasını mümkün saymamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birin ci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspa niyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Kollegiya qeyd edir ki, şikayətdə göstərilən digər dəlillərə (heç bir nöqsanı olmadığı, ərizə yazmadığı halda qanunsuz olaraq tutduğu vəzifədən azad edilməsi və s.) münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər iddianın əsaslılığının yoxlanılmasına aid olduğundan və hazırkı mübahisədə iddia mümkü n sayılmadığından həmin dəlillərə hüquqi qiymət verilməsi qanunvericiliyin tələbinə əsasən yolverilməzdir. Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(122)-573/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “Şahbuz rayon Daylaqlı kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmrinin ləğv edilərək işə yenidən bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(122)-573/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 21(122)-57 3/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar