Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-31/2024 10.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesabl anmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(122)-47/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı 07 aprel 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərə rli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 26 sentyabr 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olan 21(122)-471/2023 saylı iş üzrə cavabdeh inzibati orqanın da tabe olduğu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ola n DSMF-nun Nizamnaməsinə uyğun olaraq, cavabdeh Naxçıvan Muxtar Respublikası DSMF publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin artıq səlahiyyətli olmadığını, bu səbəbdən onun hazırkı işdə cavabdeh qismində iştirakının istisna olunduğu, ona görə iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əm ək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 21(122)-471/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən təqdim edilmiş ərizə təmin edilmiş, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş və iddia tələbinə “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 21(122)-47/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlər də işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 21(122)-47/2024 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 19 fevral 2024-cü il tarixdə apellyasiya şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixl i, 2-1(122)-47/2024 nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin qərarı ilə razı deyillər və hesab edirlər ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 21(122)-47/2024 nömrəli qərarı ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır iş lərdə 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablamaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin heç bir hüquqi əsası yoxdur. Belə ki, xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 20 dekabr 2022-ci il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasını xahiş etmişdir. Fondun Naxçıvan Şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 27 dekabr 2022-ci il tarixli, 02/1824 nömrəli məktubda iddiaçıya pensiya təyin etməkdən imtina edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azər baycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olduğu bildirilmişdir. Bildirilmişdir ki, həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınm ış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Vətəndaşın həm 25 il sığorta stajı olmadığına, həm də güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı Fondun şəhər idarəsinə təqdim edilmədiyinə görə ona güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Bununla razılaşmayan iddiaçı Fondun Naxçıvan Şəhər İdarəsinə qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək AMEA X16 laboratoriyasında müxtəlif vəzifələrdə (laborant, texnik və s.) işləmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləmiş və xx.xx.2019-cu il tarixdən bu günədək “X12 ” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyir. İddiaçı ərizəsində qeyd etmişdir ki, əmək kitabçasına və arxiv arayışlarına əsasən onun 1980-ci il tarixdən 1999-cu il tarixədək AMEA X16 laboratoriyasında işlədiyi “laborant” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxildir və hesab edir ki, cavabdehin ona pensiya təyin etməkdən imtinası əsassızdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, AMEA X16 laboratoriyası “laborant” peşəsi ilə bağlı güzəştli arayış verə bilmir və ümumiyyətlə bu arayışı təqdim etmək onun vəzifəsi deyildir. Halbuki belə bir arayış olmadan yalnız əmək kitabçası ilə iddiaçının işləmiş olduğu peşə güzəştli şərtlərlə pensiya hüququ y aradan peşə ilə uyğunluq təşkil etmir. Qeyd edirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na, “Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı” adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışda şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilməli, ümumi ifadələrdən istifadə edilməməli, sənəd məzmunca iddiaçının arayışda qeyd olun an işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməlidir. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışı Fondun şəhər İdarəsinə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı təqdim etdiyi sənədlərdə onun 1980-1999-cu il tarixlərdə AMEA X16 laboratoriyasında əmək fəaliyyəti ilə məşğul olduğu “laborant” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göst əricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Beləliklə iddiaçı güzəştli şərtlə pensiya hüququ verən peşədə işləməsinə dair sübut təqdim etmədiyi üçün və işlədiyi peşə Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıda mövcud olmadığından, eləcə də 25 il ümumi stajı toplamadığından ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmənin qərarında iddiaçıya pensiya təyinatına imtinanın əsas dəlili kimi iddiaçının həm 25 il sığorta stajının olmaması, həm də güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının Fonda təqdim edilməməsinə münasibətdə qeyd edilir ki, İddiaçı təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (4 il 9 ay 21 gün) AMEA X16 Fiziologiya laboratoriyasına laborant, xx.xx.1985-ci il tarixdən 01,05.1999-cu il tarixədək (14 il 2 ay 25 gün) mexanik, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (10 ay 17 gün) "xxxx" MMC-də fəhlə vəzifələrində işləmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara və Azərbaycan Milli Elmlər X1 2022-ci il 26 oktyabr tarixli, 07 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1980-ci il tarixli, 29 nömrəli əmrlə AMEA X16 Fiziologiya labaratoriyasına laborant vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1985-ci il tarixli, 14 nömrəli əmrlə texnik vəzifəsinə keçirilmiş və xx.xx.1999-cu il tarixli, 13 nömrəli əmrlə öz ərizəsi əsasında işdən azad edilmişdir. İddiaçının əmək kitabçası üzrə ümumi iş stajı 22 il 1 ay 15 gün olmasına baxmayaraq, x üsusi iş stajı əmək kitabçası üzrə 6 il 4 ay təşkil etmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər xüsusi iş stajı olmadığından və təqdim etdiyi güzəştli arayışda qeyd olunan vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıs”nın 22-ci bölməsində (Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər) işlədiyi “laborant” aid olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün A zərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə, 129-cu maddəsinin 3-cü hissəsinə, 149-cu maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci, 81.1-ci, 81.2-ci və 87.6-cı maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, şikayətin təmin edilməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(122)-47/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsin i kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(122)-47/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzib ati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddə sinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiə si və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyah ısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pens iya təminatı haqqında” qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. (-) -69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Hazırkı işin hallarına əsasən müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə iddiaçının 25 il stajının olmadığını, həm də güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmadığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pens iyası təyin olunmasından imtina etmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara və Azərbaycan Milli Elmlər X1 2022-ci il 26 oktyabr tarixli, 07 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1980-ci il tarixli, 29 nömrəli əmrlə AMEA X16 Fiziologiya labaratoriyasına laborant vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1985-ci il tarixli, 14 nömrəli əmrlə texnik vəzifəsinə keçirilmiş və xx.xx.1999cu il tarixli, 13 nömrəli əmrlə öz ərizəsi əsasında işdən azad edilmişdir. İddiaçının əmək kitabçası üzrə ümumi iş stajı 22 il 1 ay 15 gün olmasına baxmayaraq, xüsusi iş stajı əmək kitabçası üzrə 6 il 4 ay təşkil etmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyə n olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər xüsusi iş stajı olmadığından və təqdim etdiyi güzəştli arayışda qeyd olunan vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıs”nın 22-ci bölməsində (Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər) işlədiyi “laborant” aid olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məlum olduğu kimi, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 25 il ümumi və müvafiq s iyahı üzrə 10 il xüsusi staja malik olması faktı təsdiq edilməlidir. Cavabdeh iddiaçının əmək kitabçası üzrə həm ümumi və həm də xüsusi stajının mövcudluğunu qəbul etmir. Lakin həmin hal iş materialları ilə də təsdiq olunur. İş üzrə cavabdehin mübahisələndirdiyi hal iddiaçının həm 25 il sığorta stajı olmadığına, həm də güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməməsi və xüsusi iş stajının tam olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, iddiaçının ümumi və xüsusi iş stajı barədə məlumatlar onun əmək kitabçasında, təhsil haqqında sənədində, arxiv arayışlarında, eləcə də iddiaçının hərbi xidmətdə olmasına dair hərbi biletdə təsdiq edilmişdir. Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, əmək kitabçasındakı müvafiq qeydlərin həqiqiliyinin şübhə doğurduğuna dair cavabdeh tərəfindən heç bir irad irəli sürülməmişdir. Nəzərə alın malıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiyi şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu, baş verməmişdir. Hətta əmək kitabçasında olan qeydlərin doğruluğu cavabdeh tərəfdən də təsdiq edilmişdir. Kollegiya qeyd edir ki, 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 9.1-ci maddəsində “57” rəqəmləri “60” rəqəmləri ilə “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəs ində qeydə alınmış pensiya karitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və 9.1-ci maddə aşağıdakı redaksiyada olmuşdur. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). xx.xx.2022-ci ildə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri yeni redaksiyada verilmişdir. Həmin Qanunun 9.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir. Maddə 9.1: Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işləri n (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada). Həmin Qanunun keçid müddəalarında göstərilmişdi ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2017-ci ilin iyu lun 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsində “62” rəqəmləri “63” rəqəmləri ilə, “57” rəqəmləri “60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmçinin qeyd edilir ki, iddiaçının 56 yaş 6 ayının tamam olduğu xx.xx.2018-ci il tarixdə həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbay can Respublikası Qanununun 9.1-ci maddəsində axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) azı 20 il sığorta stajına malik olan və bu müddətin azı 10 ilini həmin işlərdə işləmiş və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi halda 56 yaş 6 ayına çatmış qadınların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması təsbit edilmişdi. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 27 dekabr 2022-ci il tarixli, 02/1824 nömrəli məktubunda qeyd olunur ki, iddiaçının 25 il stajı yoxdur və güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmamışdır. Kollegiya hesab edir ki, həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərindən 20 il ümumi,10 il xüsusi iş stajının olması şərti iddiaçıya münasibətdə mövcud olsa da digər – “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərti iddiaçının 56 yaş 6 ayının tamam olduğu xx.xx.2018-ci il tarixdə mövcud olmamışdır. On a görə də iddiaçıya həmin vaxtdan güzəşli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı olmadığından həmin tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsi də mümkün deyil. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasının və 7-ci maddəsinin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunvericilikdə nəzərdə tutulmuş 60 yaşına çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ve rən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı və ya azı 25 il ümumi stajı olmasa da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli həmin Qanunun keçid müddəalarında təsbit edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-ci maddəsi əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixdən mövcuddur. Belə ki, İddiaçı məxsus olan ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən, arxiv arayışları və digər sənədlərdən aydın olur ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (19 il 19 gün) Azərbaycan Milli Elmlər X9 Mərkəzində laborant və texnik vəzifələrində vəzifələrində, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (1 il 5 ay 8 gün) "xxxx" MMC-də fəhlə, xx.xx.2017-ci il tarixdən 01.02 2019-cu il tarixədək (1 il 10 ay 16 gün) "xxxx" MMC-də fəhlə, 30.05 2019-cu il tarixdən “X19 Məhsulları” MMC-də çörək sexində fəhlə kimi işləyir. Hazırda onun 23 ildən artıq ümumi, 10 ildən artıq xüsusi iş stajı vardır. Kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər X4 tərəfindən göndərilmiş məktublarda göstərilmişdir ki, İddiaçı 29 №-li əmrlə xx.xx.1980-ci il tarixdə AMEA X16 fiziologiya laboratoriyasına laborant vəzifəsinə işə qəbul olunub (kod-********), 14 №-li əmrlə xx.xx.1985-ci il tarixdə texnik vəzifəsinə “Bitki və sintetik mənşəli oliqofenollar laboratoriyasına” keçirilib (kod-********), 12 №-li əmrlə xx.xx.1987-ci il tarixdə “Mineral xammalın kimyası və texnologiyası laboratoriyasına” laborant vəzifəsinə keçirilib (oliqofenollar laboratoriyasının ləğv edilməsi ilə əlaqədar) (kod-********). Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğundur. Onun işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) s tajı 10 il 10 ay 12 gün təşkil etmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Nesler reaktiv, efirlər, fenollu birləşmələr, X20 ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Qərarının 8-ci bəndinə uyğundur. X8 13 №-li əmrlə xx.xx.1991-ci il tarixdə istehsalat şöbəsinə keçirilib, 13 №-li əmrlə xx.xx.1999-cu il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur. Elm və Təhsil Nazirliyi, Bioresurslar (Naxçıvan) İnstitutunun böyük elmi işçisi, X7 tərəfindən verilmiş təqdimatda qeyd olunmuşdur ki, İddiaçı 1980-1985-ci illərdə onun rəhbəri olduğu “Heyvanl arın fiziologiyası” qrupunda laborant vəzifəsində işləyib. Laboratoriyada aparılan tədqiqat işləri zamanı aşağıdakı zəhərli və zərərli kimyəvi reaktivlərdən istifadə olunub. İddiaçı tutduğu vəzifəsinə uyğun olaraq aşağıda adları qeyd olunan kimyəvi maddələrlə ( zəhərli və zərərli) işləmişdir; 1.Petroleyn efiri, 2.Selen preparatları (Natrium-selenit), 3.Nesler reaktivi (zəhərli), 4.Qensian bənövşəyi, 5.Azur-eozin, 6.Kalium-bixromat, 7.Xrompik (kaliumbixromat+H2SO4), 8.Xlorid turşusu, 9.Sulfat turşusu, 10.Azsenli Darıdağ termal suyu,
11. Hemotoksilin, 12.Eozin-BA. Elm və Təhsil Nazirliyi, X6 direktor müavini X10 tərəfindən verilmiş təqdimatda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək rəhbərlik etdiyi Mineral xammalın kimyası və texnologiyası laborator iyasında laborant vəzifəsində işləyib. Laboratoriyada aparılan tədqiqat işləri zamanı zəhərli kimyəvi maddələrdən metal arsen, arsen 3oksid, arsen 3 sulfid, arsen hidrid və arsenin digər birləşmələri ilə işləmişdir. Zəhərli maddələrlə işlədiyi üçün həmin müddətdə hər gün yarım litr süd almışdır. Bundan başqa ona 6 gün əlavə məzuniyyət verilmişdir. Həmçinin kollegiya müvafiq rəyin verilməsi üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə, Naxçıvan Muxtar Respublikası X5 müvafiq sorğular ünvanlamış, lakin sorğulara müvafiq olaraq göndərilmiş cavablarda iş üçün əhəmiyyətli məlumatlar qeyd olunmadığından onlara qiymət verilməsi zərurəti də mövcud olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 saylı əlavənin “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı: - xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər. (Vİİİ bənd Kimya istehsalatı, kod-1080A010) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:
8. Kimya istehsalatı; 8.1.1-in 14-cü yarımbən di- xüsusi istahsalat (çənlərin, tutumların tənzimlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 10 il xüsusi iş stajına malik olması inzibati işin araşdırılmış halları ilə öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsi inzibati orqandan, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu halda, müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməyi tələb edir. Həmin qanunun tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqəd ar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunmalıdır və həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması inzibati orqana qadağan edilmişdir. Bu normanın tələbləri baxımından işin halları araşdırıldıqda görünür ki, inzibati orqan iddiaçınn əmək kitabçasında olan məlumatların həqiqiliyini nəinki təkzib edən, hətta şübhə altına almağa əsas verən hər hansı sübutu təqdim etməmişdir. Cavabdeh orqanın iddiaçının pensiya təyin olunması barədə müraciəti üzrə hər hansı səmərəli araşdırma aparması müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə uyğun olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün ə həmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (1974-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur) 69-cu maddəsinə uyğun olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Göründüyü kimi iddiaçının xüsusi iş stajı həm əmək kitabçası ilə, həm də iş yerini arayışı ilə təsdiq edildiyindən, inzibati orqanın iddiaçının işlədiyi dövrdə qüvvədə olan hüquq normalarına görə bu dövrü iddiaçının sığorta stajına aid etməməkdə haqlı olmamışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xüsusi iş stajına dair iş yerinin arayışını təqdim edə bilməməsi onun həmin idarədə işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmamasına əsas ola bilməz. Belə ki, iddiaçıya məxsus olan ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qanunvericiliklə müəyyən olunmuş qay adada təsdiq olunmuş surətindəki qeydlərdən də məlum olur ki, iddiaçı Azərbaycan Milli Elmlər X9 Mərkəzində və "xxxx" MMC-də zərərli işlərdə işləmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yəni konkret olaraq bu halda iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki halların mövcudluğu cavabdeh tə şkilat tərəfindən sübut edilməlidir. Göründüyü kimi iddiaçının tələbi üzrə cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, kollegiya yuxarıda göstərilənlərə əsasən və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, birinci instansiya məhkəməsi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyini cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosi al Müdafiə Fondunun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmiş, lakin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hansı vaxtdan hesablanmasını göstərməmişdir. Kollegiya hesab edir ki, qeyd olunanlara əsasən iddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalı və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyi şdirilə bilər. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(122)-47/2024 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(122)-47/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 21(122)-47/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixdən hesablansın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada tə qdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.