Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-32/2022 02.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Dünyamalı oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh təşkilat cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından e tibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2-1(122)-89/2022 nömrəli qərardadından verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 14 aprel 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin inzibati aktının (02 fevral 2022-ci il tarixli, 01/H-11 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödəni şlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 21(122)-89/2022 nömrəli qərardadı ilə “İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi” barədə iddiasının geri götürülmüş hesab edilməsi və b u əsasla da iş üzrə icraata xitam verilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərardadından narazı qalan İddiaçı 16 avqust 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 avqust 2022ci il tarixli, 2-1(122)-89/2022 nömrəli qərardadının ləğv edilməsi və hazırkı işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı şikayətini aşağıdakı kimi əsaslandırmışdır: İddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona-İddiaçı 14 aprel 2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respubl ikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X9 şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X9 şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək hazırlıq icraatından sonra 03 avqust 2022-ci il tarixə şifahi məhkəmə baxışı iclası təyin edilmişdir. 03 avqust 2022-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında ərizə verərək iddia ərizəsinin və ona əl avə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, məhkəmənin 03 avqust 2022-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılması qərara alınmışdır. Müvafiq qərardadın qəbul edilməsindən sonra ona aydın olmuşdur ki, iddia ərizəsi üzrə irəli sürülən tələbinin başqa müstəvidə müdafiə edilməsi, təmin edilməsi əlavə prosedur hərəkətlərin edilməsi zərurətini tələb edəcəkdir. Odur ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olan-pensiya işinin bərpa olunmasına dair iddia ərizəsi üzrə icraatın davam etdirilməsini məqsədə müvafiq hesab edir. İddiaçı sonda qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2-1(122)-89/2022 nömrəli qərardadının ləğv edilmə si və hazırkı işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətə qarşı etiraz və ya izahat daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2-1(122)-89/2022 nömrəli qərardadının ləğv edilməsi və hazırkı işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh təşkilat cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X1 Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2-1(122)-89/2022 nöm rəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini və iş üzrə tərəflərin izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına ri ayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir: Belə ki, şikayətə baxılması ilə əlaqədar iş materialları tədqiqi olunan zaman müəyyən olunmuşdur ki, iş üzrə İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən ona 14 aprel 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 Şəxsin inzibati aktının (02 fevral 2022-ci il tarixli, 01/H-11 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cav abdeh "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini arzulamış, lakin prosesin gedişində xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını istəmiş və iddia tələbinə baxılmasını arzu etməmişdir. Məhz iddiaçının bu arzusunu nəzərə alan birinci instansiya məhkəməsi də yuxarıda qeyd olunan qərardadı qəbul etmişdir. İş üzrə İddiaçı verdiyi şikayətində həmin qərardadın ləğvinə əsas dəlil kimi yalnız iddia ərizəsi üzrə irəli sürülən tələbinin başqa müstəvidə müdafiə edilməsi, təmin edilməsi əlavə prosedur hərəkətlərin edilməsi zərurətini tələb edəcəyini qeyd etmişdir. Kollegiya iddiaçının birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas kimi qeyd etdiyi dəlil ə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməs i barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “...icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda”. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55. 3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir” Məhkəmə kollegiyası hesab edir ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilə nliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı baxılan halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından, yəni tərəfin özünün iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. İş materiallarından və apellyasiya şikayətinin mətnindən də aydın olur ki, iş üzrə İddiaçı bilavasitə özünün aktiv hüququndan davranaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş və birinci instansaiya məhkəməsi tərəfindən iddiaçının arzusuna uyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsində iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Bu baxımdan iddiaçıya izah edilir ki, iddiadan imtinadan fərqli olaraq iddianın geri götürülməsi şəxsin eyni tələblə yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır və həmin tələblə yenidən Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası inzibati işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qəbul edilmiş qərardad kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Şikayətdə qeyd olunan dəlil birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas sayıla bilməz. Məhz bu səbəbdən də İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci i lin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2-1(122)-89/2022 nömrəli qərardadından verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2-1(122)89/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1, 90.2, 94.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.4-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l ı r: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2-1(122)-89/2022 nömrəli qərardadından verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 21(122)-89/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vas itəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-32/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-32/2022
02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver