Məhkəmə qərarları › İş №2-1(108)-32/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-32/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-32/2023 21.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh X7 Hərbi-Həkim Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh X7 Hərbi-Həkim Komissiyasına qarşı "X7 Hərbi-Həkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli arayışı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı alınmasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(122)-36/2023 nömrəli qərarından İddiaçı tə rəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X7 Hərbi-Həkim Komissiyasına qarşı 02 dekabr 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək X7 HərbiHəkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli qərarı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı almağının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması və qərara düzəlişin edilməsi öhdəliyinin cavabdeh X7 Hərbi-Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 16 dekabr 2022-ci il tarixdə iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin "X7 Hərbi-Həki m Komissiyasının 06 noyabr 2022-ci il tarixli arayışı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı alınmasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 21(122)-307/2022 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 16 dekabr 2022-ci il tarixli ərizəsi təmin olunmuş, İddiaçı cavabdeh X7 Hərbi-Həkim Komissiyasına qarşı "X7 Hərbi-Həkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli arayışı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı alınmasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin ü zərinə qoyulması tələbi” həcmində icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(122)36/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh X7 Hərbi-Həkim Komissiyasına qarşı "X7 HərbiHəkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli arayışı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı alınmasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(122)36/2023 nömrəli qərarından narazı qalan İddiaçı 10 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnz ibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(122)-36/2023 saylı qərarının tamamilə ləğv olunması və xəstəliyinə fərqli vaxtlarda fərqli diaqnozlar qoyulduğu üçün xəstəliyin daha dəqiq öyrənilməsi və mübahisəli diaqnozların (rəylərin) aydınlaşdırılması üçün Məhkəmə Tibbi Ekspertizasına tibbi ekspert rəyinin alınması üçün göndərilməyini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək AR Ordusunda həqiqi hərbi xidmətdə gizir, zabit qismində xidmət etmişdir. xx.xx.20022-ci il tarixdən qanunsuz olaraq xəstə olduğu halda xəstəlik ilə deyil, xidməti uyğunsuzluq ilə ehtiyata buraxılmışdır. 2021-ci il noyabr ayından etibarən səhətində xəstəlik yaranmış, bu tarixdən etibarən dəfələrlə ambulator müalicə almağına bax mayaraq səhətində dəyişiklik olmamış və daha da ağırlaşmışdır. 2021-ci il noyabr ayından 2022-ci ilin avqust ayınadək (9 ay) “hər iki ayağın və baldırın aşağı 1/3 hissəsinin naməlum mənşəli dermotiti, kontakt dermotit, naməlum mənşəli eritemor səpkilər” diaqnozlarından müalicə almışdır, həmin ilin avqust ayında isə (1 ay) hemorragik vaskulit (sual altında) diaqnozundan stasionar müayinədə olmuş, müalicə almışdır. Hərbi-Həkim Komissiyasının 23 avqust 2022-ci il 1105 nömrəli xəstəlik arayışında hemorragik vaskulit (sual altında) diaqnozu qoyularaq “stasionar müayinə, müalicə və şəhadətləndirilməsi məsləhətdir” qərarı çıxarılmasına baxmayaraq ondan aşağı tibb müəssisəsi olan N nömrəli hərbi hissənin həkim komissiyası N avqust 2022-ci ildə heç bir müalicə və ya müayinə aparmadan; xəstəliyin ağ ırlığına baxmadan 1 gün içində “hərbi xidmətə yararlıdır” qərarı vermişdir. 29 avqust 2022-ci il tarixdən (qərardan 2 gün sonra) ehtiyata buraxılmış, 2022-ci ilin dekabr ayında Naxçıvan MR İnzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək məhkəmə prosesi davam etmişdir. 16 mart 2023-cü il tarixli qərardadında fərqli vaxtlarda fərqli diaqnozlar qoyulduğundan xəstəliyin xarakterindən asılı olaraq həkim mütəxəsisi cəlb olunmaqla təkrar şəhadətləndirilməsi qərara alınmışdır. Hərbi-Həkim Komissiyası aprel ayında yenidən şəhadətləndirilməni keçirmiş, 2 mütəxəssis rəyini və xəstəliyin gedişatını, ağırlığını yenidən nəzərə almadan müvafiq qanunvericiliyə zidd formada qərar çıxarmışdır. Hərbi-Həkim Komissiyasının 529 nömrəli arayışında bir çox qanu n pozuntuları vardır. Açıqca arayışda qeyd edilən xəstəliyin diaqnozu ilə “Xəstəliklər Cədvəlinin” müvafiq bəndi üst-üstə düşmür(yəni maddə açıqca təhrif olunmuş, çünki qeyd edilən bənddə elə bir diaqnoz yoxdur) və xəstəlik düzgün qiymətləndirilməmişdir. Məhkəmə prosesində qarşı tərəfin nümayəndəsi niyə 2 mütəxəssisin rəyinin nəzərə alınmadığını, diaqnozun niyə təlimatda qeyd olunan norma ilə üstüstə düşməməsini (normanın təhrif olunması), Komissiya sədrinin niyə mütəxəssis rəyləri ilə razılaşmadığını izah edə bilməmiş, sadəcə olaraq Komissiya sədrinin əsaslandırmadan qərar vermək belə səlahiyəti olduğunu qeyd etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsi qətnaməsinin əsalandığı Hərbi Həkim Komissiyaslnın arayışının düzgünlüyünü şübhə altında saxlayan məhkəməyə yazılan xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023. tarixli məktublarda və onlara əlavə edilən qoşmalarda kifayət qədər dəlil və qanunvericilik pozuntuları qeyd olunmuşdur. Bundan əlavə olaraq iki vəsatət verilmişdir. Sorğunun göndərilməsi ilə bağlı yazılı, ekspertizanın təyin olunması ilə bağlı şifahi (qarşı tərəfin razılığı ilə). Şəhadətləndirmə zamanı Komissiya üzvləri-həkim mütəxəssislərin rəyi ilə Komissiya sədrinin qərarı arasında əsaslandırılmamış ziddiyət vardır, bunun üçün də xəstəliyin düzgün qiymətləndirilməsi üçün xx.xx.2023-cü il tarixli iclasda vəsatət qaldırdığını, lakin məhkəmə vəsatəti təmin etmədiyini və iclas protokolunda da vəsatət qaldırmağı qeyd edilməyib. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə uyğun olaraq Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual pr insiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya tərəfindən iş üzrə hərtərəfli və tam araşdırmanın təmin edilməsi məqsədilə 15 avqust 2023-cü il tarixli 2-1(108)-32/2023 nö mrəli qərardadla ekspertiza təyin edilmiş və ekspertin qarşısına İddiaçı hər iki ayağında olan yaraların diaqnozunun müəyyən edilməsi, onun hər iki ayağında olan yaraların səbəb əlaqəsinin müəyyən edilməsi və hərbi xidmətə yararlı olub-olmamasının müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsi barədə suallar qoyulmuşdur. Ekspertizanın aparılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. Qərardada əsasən ehtiyatda olan kiçik leytenant İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tibbi müayinədən keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə uyğun olaraq şəhadətləndirilmiş, İddiaçı dair 18 oktyabr 2023-cü il tarixli 10822 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” tərtib olunmuş və Şəhadətnamə 19 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş İddiaçı dair 18 oktyabr 2023-cü il tarixli 10822 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”yə görə “.....Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Piqmentli kserodermiya. İkincili osteopeniya. Hər iki gözün miopiyası M1,0D, şüşəvari cismin bulanması nəticəsində görmə itiliyinin 0,03-ə qədər azalması, korreksiya ilə 0,8 olmaqla. Soltərəfli xroniki koxlear nevrit. Soltərəfli neyrosensor ağıreşitm ə. Pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. İ (birinci) dərəcəli dişləm anomaliyası. Kəsici dişlər arası məsafə 3 (üç) mm. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli"nin 10b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”. “Piqmentli ksrerodermiya. İkincili osteopeniya. Hər iki gözün miopiyası M1,0D, şüşəvari cismin bulanması nəticəsində görmə itiliyinin 0,03-ə qədər azalması korreksiya ilə 0,8 olmaqla. Soltərəfli xroniki koxlear nevrit. So ltərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşidilməsi ilə” diaqnozu üzrə “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır”; “İ (birinci) dərəcəli dişləm anomaliyası. Kəsici dişlərarası məsafə 3 (üç) mm”. Diaqnoz üzrə “Ümumi Xəstəlikdir” səbəb əlaqəsi təsdiq olunmuşdur. Məhkəmə baxışının gedişində İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli 10822 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” şəhadətnaməsi ilə şəhadətləndiyi üçün inzibati iş üzrə mübahisə qalmadığından iş üzrə icraata xitam verilməsini kollegiyadan xahiş etmişdir. Eyni zamanda cavabde h X7 Hərbi-Həkim Komissiyasının nümayəndəsi X5 ərizə ilə kollegiyaya müraciət edərək, İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 18 oktyabr 2023-cü iltarixli 10822 nömrəli şəhadətnaməyə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”, “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” qərarının verldiyini, Naxçıvan Muxtar Respublikası Mərkəzi Hərbi-Həkim Komissiyasının verilən qərarla razı olduğunu və iş üzrə mübahisə qalmadığı üçün məhkəmənin verəcəyi qərara etirazlarının olmadğını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3 maddəsinə uyğun olaraq “Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələb inin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir”. Kollegiyaya təqdim edilmiş və mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş sənədlərdən İddiaçı xidmətə yararsızlığının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli 10822 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” ilə təsdiq olunduğu görünür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin tam təmin olunduğu, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı, yuxarıda istinad olunan normalara əsasən iş üzrə məhkəmə icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respu blikası İnzibati Prosessual Məcəlləsinin 39.3 və 67.3-cü maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı cavabdeh X7 Hərbi-Həkim Komissiyasına qarşı "X7 Hərbi-Həkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli arayışı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı alınmasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar