Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-32/2024 29.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X2 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X9rşı “Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi və Naxçıvan MR Dövlət Arxiv idarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcb uri iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(122)59/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv idarəsinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi və Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş mə sləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə 30 yanvar 2024-cü il tarixli ərizə ilə müraciət edərək iddia ərizəsində göstərilən Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı töhmət verilməsi barədə xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi tələbi üzrə müddətin buraxılmasının üzrlü hesab edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 21(122)-59/2024 nömrəli qərardadı ilə İddiaçı prosessual müddətin bərpa olunması barədə 30 yanvar 2024-cü il tarixli ərizəsi təmin edilməmiş, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Ar xiv İdarəsinə qarşı "Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi və Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası "Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi tələbi”nə dair hissədə mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevr al 2024-cü il tarixli, 21(122)-59/2024 nömrəli qərardadından narazı qalan İddiaçı 21 fevral 2024-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cıı il tarixli, 21(122)- 59/2024 saylı qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi məqsədilə işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad əsassızdır, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul edildiyindən ləğv edilməlidir. İşə hazırlıq mərhələsində baxılan zaman faktiki hallar üzə çıxmış və əmrin qanunsuz olması ifadələrlə təsdiq lənmişdir. xx.xx.2023 tarixində keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən şahidlərin ifadələrindən bu nəticəyə gəlmək olur ki, M.Məmmədovun imzaladığı əmrin verilməsi üçün C. Məmmədhəsənovun və Zülfiyyə İsmayılovanın məlumatı, Mürsəl Cəfərovun təqdimatı əsas göstərilmişdir. Həmin şəxslərin təqdim etdikləri məlumatlarda ifadə etdikləri fikirləri məhkəmədə verdikləri izahatlarla eynilik təşkil etmir. Adları sadalanan şəxslər verdikləri təqdimat və məlumatlarda İddiaçı guya etik davranış qaydalarını pozduğunu göstərsələr də Ümummilli lider Heydər Əliyev barəsində xoşagəlməz söz ifadə etdiklərini bildirsələr də hakim qarşısında İddiaçı həmin hərəkətləri etmədiyini və həmin sözləri eşitmədiklərini bildirmişlər. Bununla da aydın olur ki, M.Məmmədov vəzifə səlahiyyətlərindən sui istifadə edərək xx.xx.2023-cü il tarixində keçirilən kollegiyada adları sadalanan əməkdaşlara həmin məlumat və təqdimatları öz istədiyi formada yazmağı xüsusən istəmiş və işlərini itirməkdən çəkinən həmin əməkdaşlar məcburən yazmışdır. Töhmət əmrinin verilməsi üçün əsas olaraq göstərilən sənədlərin həmin şəxslərin şəxsi iradələri ilə yazılmamışdır. Həmin sənədlərin əsas gətirilərək verildiyi töhmət isə onun üzərinə mənəvi ləkə gətirir. Şəxsi işinə əlavə olaraq qalır. 2023-cü il Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanda Heydər Əliyev ili elan olunmuşdur. Həmin ildə etmədiyi əməllərə görə haqqında verilən bu töhmət ona mənəvi bir ləkə kimi üzərində qalır. Hətta ona töhmət verilməmişdən əvvəl xx.xx.2023-cü il tarixdə Mehman Məmmədov tərəfindən ona böhtan atılması ardınca xx.xx.202 3-cü il tarixdə də yenə də eyni əməlləri təkrar edərək ona töhmət verildiyi gündə o yuxarı instansiyalara Naxçıvan MR Ali Məclisinə və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsinə şifahi olaraq müraciət etmiş, ona həmin orqanlar tərəfindən bildirilmişdirki bir müddət gözləsin bu məsələ araşdırılsın. Müraciətləri araşdırılmış, nəticədə öz hüquqlarının təmin olunması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona bu şəkildə böhtan atılmağı və M.Məmmədovun onu öz otağında təhqir etməsi şərəf və ləyaqətini alçaltdığı üçün ilk öncə Naxçıvan Şəhər Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlə (şərəf və ləyaqətin alçaldılması, şəxsiyyətin təhqir olunması xarakterli) müraciət etmiş, belə bir halın mövcudluğu heç bir halda onun qanunsuz və əsassız işdən çıxarılmaq həddinə gələ biləcəyini və töhmət verilməsinin onun planının başlanğıcı ola biləcəyini güman etməmiş, məhz elə ona görə intizam tənbehindən məhkəmə qaydasında şikayət vermənin müddəti bitən kimi onu 11,04.2023-cü il tarixində işdən azad etmiş, həmin gün həm də şəhər məhkəməsindəki məhkəmənin hazırlıq iclası günü olmuş, hansı ki M.Məmmədov həmin iclasda iştirak etməmiş, elə həmin gün - xx.xx.2023-cü il tarixində onun haqqında bəhanələr və böhtanları əsas gətirərək işdən azad olunmağı haqqında əmr imzalamışdır. Məhz ona görə o, M.Məmmədovun şəxsini məhkəməyə vermiş, bu haldan sonra o, artıq Arxiv İdarəsinin işçisi olmadığından sözügedən töhmət əmrinin ləğv olunması, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ödənilməsi tələbinə dair i nzibati mübahisəyə dair iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət etmiş, iki məhkəmənin də predmeti eyni olduğuna, hadisələrin eyni mövzu üstündə cərəyan etdiyinə və iki məhkəmədə iştirak etməsi onun və ailəsi üçün müəyyən çətinlikləri yaratması səbəbindən Naxçıvan Şəhər Məhkəməsində aparılan işə xitam verilməsini məqsədə uyğun hesab etmişdir. Həmin töhmətin artıq müddətinin keçməsinə baxmayaraq Ümummilli lider Ulu öndər Heydər Əliyev haqqında heç bir xoşagəlməz söz istifadə etmədiyi halda töhmət verilməsinin ona qarşı çox ağır böhtan, ona və ailəsinə mənəvi bir ləkə hesab olunduğunu nəzərə alaraq intizam tənbehindən məhkəmə şikayəti vermək üçün nəzərdə tutulan vaxtı ötürməyinin üzrlü sayılmasını xahiş etmişdir.İddiaçı prosessual tələblərlə bağlı Azərbaycan Respublikası MPM-nin 133-c ü maddəsinə, Mülki Məcəllənin 382-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, mövcud mübahisəli vəziyyətdə işə baxan hakim heç bir halda bu yardımın həyata keçirilməsini təmin etməmiş və iddiaçıya müddətin üzürlü olmasını izah edə biləcək əlavə xahişinin verilməsinə şərait yaratmaqdan yayınaraq tələm-tələsik qərardad qəbul etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin müddətlə bağlı mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Həmçinin iddiaçı İnzibati Prosessual Məcəllənin 12.1-ci, 12.2-ci, 13cü, 48.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən “işin hallarının araşdırılması prinsipi”, “məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələbləri pozulmuşdur”. İddi açı şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 4-4.1-ci maddələrinə, “İnzibati icraat haqqında” qanunun preambulasına,həmin qanunun 2.0.2,67.1, 73.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenununun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 35.1, 81.1, 81.2, 82 və 83.1-ci maddələrinə istinad etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatlarında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cıı il tarixli, 2-1(122)- 59/2024 saylı qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi məqsədilə işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilməsini kollegiyadan xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cıı il tarixli, 2-1(122)59/2024 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutul mamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndır. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılması nı nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə qarşı "Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi barədə iddia tələbindən aydın olur ki,onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. İş materiallarında olan Naxçıvan MR Dövlət Arxiv İdarəsinin xx.xx.2023cü il tarixli, 03/16 saylı əmrinin surətindən məlum olur ki, müvafiq əmrlə “ Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.25.2.1,18.0.12-ci maddələrinə istinad olunmaqla İddiaçı barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla x arakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli s ürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddia ərizəsindən məlum olur ki, iddiaçı Məmişova X6 MR Dövlət Arxiv İdarəsinin barəsində töhmət intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrindən intizam tənbehinin elan edildiyi tarixdən xəbərdar olmuş, lakin həmin əmrin mübahisələndilməsi barədə iddia ərizəsini 27 aprel 2023cü il tarixdə poçt rabitəsinə təqdim etmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 01 may 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bununla da iddiaçı Naxçıvan MR Dövlət Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin (inzibati aktın) mü bahisələndirməsinə dair iddia ilə məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində... qaldırıla bilər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriy yənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət dairəsinə aiddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Miraqall Esko lano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Kollegiya qeyd edir ki, prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, qanunvericilikdə nəzərdə tutulan üzrlü səbəbləri təqdim etməyə borcludur. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməlidir. İddiaçının müddətin bərpa edilməsi barədə ərizəsində və apellyasiya şikayətində həmin əmrin vaxtında mübahisələndirməməsinin səbəbi kimi bu barədə şifahi formada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə, Naxçıvan MR Ali Məclisinə müraciət etməsini və Naxçıvan Şəhər Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verməsini göstərsə də qanunvericiliyin tələbinə müvafiq olaraq həmin hallar prosessual müddətin buraxılmasının üzrlü səbəbləri kimi qə bul edilə bilməz.İddiaçının Naxçıvan MR Dövlət Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin mübahisələndirməsi üçün məhkəməyə müraciət etməsinə hər hansı manenin olması müəyyən edilməmişdir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı mübahisələndirdiyi əmrin (inzibati aktın) ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumat ların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, İddiaçı şikayətində göstərdiyi digər dəlillər iddianın mahiyyəti ilə bağlı olduğundan, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin mübahisələndirməsinə dair iddiası mümkün sayılmadığı üçün qanunvericiliyin tələbinə əsasən göstərilən dəlillərə hüquqi qiymət verilə bilməz. Kollegiya göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində mübahisələndirmə haqqında iddia üzrə nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən buraxdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia çının müddətin bərpası barədə 30 yanvar 2024- cü il tarixli ərizəsini təmin etməyərək bu əsasla da iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 21(122)-59/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göst ərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X9rşı “Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi və Naxçıvan MR Dövlət Arxiv idarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(122)59/2024 n ömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-32/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-32/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver