Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-32/2025 14.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X20 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X7 ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "İ qrup əlil X9 qulluq etdiyi dövr nəzərə alınmaqla əmək stajına əlavə edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-1(122)-212/2025 nömrəli qərarından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 noyabr 1995-ci il tarixdə anadan olmuş, 26 avqust 2018-ci il tarixdə vəfat etmiş X9 əlil kimi uşaqlıqdan vəfat etdiyi tarixədək qulluq göstərməklə bağlı təqaüdün verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə 28 iyun 2024-c ü il tarixli yeni iddia ərizəsi təqdim edərək, "İ qrup əlil X9 qulluq etdiyi dövr nəzərə alınmaqla əmək stajına əlavə edilməklə ona hüququnun yarandığı 58 yaşının tamam olduğu 01 iyul 2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 iyul 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. 27 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirirərək “İ qrup əlil X9 qulluq etdiyi dövr nəzərə alınmaqla əmək stajına əlavə edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e2-1(122)-212/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İ qrup əlil X9 qulluq etdiyi dövr nəzərə alınmaqla əmək stajına əlavə edilməklə İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e2-1(122)-212/2025 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-21(122)-212/2025 nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "l qrup əlil X9 qulluq etdiyi dövr nəzərə alınmaqla əmək stajına əlavə edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin heç bir hüquqi əsası yoxdur. xx xxxx 1965-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 08 yanvar 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək ve Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sağlamlıq imkanları məhdud olan uşağına vəfat etdiyi 23 yaşınadək qulluq edən ana kimi yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı müraciət etmişdir. Fondun Pensiya təyinatı şöbəsinin 09 fevral 2024cü il tarixli, 3-17-9-1/2-B-1094/2024 saylı məktubu ilə İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi, İddiaçı "əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajının olmadığı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan 40.320 manat pensiya kapitalından az olduğu qeyd edilmişdir. Bu da əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçı tərəfindən təqdim olunan 22 dekabr 1995-ci il tarixli, Vİ-ЖГ 349916 nömrəli X6 görünür ki, X16 16 noyabr 1995-ci il tarixdə anadan olmuşdur. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Qeydiyyat şöbəsinin 27 sentyabr 2018-ci tarixli, AZ-l s eriyalı, 598793 nömrəli ölüm haqqında Şahadətnaməsinə əsasən X16 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 31 avqust 2018-ci il tarixli, 03/298 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Bağırova X14 şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmaqla övladı X9 xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 18 yaşınadək uşaqlıqdan əlil kimi mərkəz tərəfindan sosial müavinət ödənilmişdir. İddiaçı tərəfindən Fonda əmək kitabçası təqdim edilməmişdir. Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayon Dövlət Arxivində verilmiş arayışdan görünür ki, İddiaçı 1980-cı il tarixdən 1989-cu il tarixədək M.Əzizbəyov adına kolxozda işləm işdir. Fond tərəfindən müəyyən edilmişdir ki, iddiaçı arxiv arayışında göstərilən illərin heç birində kolxozda müəyyən edilmiş əmək iştirakı minimumunu (200 adam/gün, yaxud 1400 adam/saat) yerinə yetirməmişdir. Onun sadalanan illərdə kolxozda faktiki işlədiyi müddətlər toplandıqda 6376 adam/saat təşkil etmişdir. İddiaçının kolxozda faktiki işlədiyi müddəti kolxozda müəyyən edilmiş əmək iştirakı minimumuna böldükdə (6376:1400—4 il 6 ay) onun kolxozda iş stajının cəmi 4 il 6 ay olduğu müəyyən edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənməsi Qaydalarının 3.9-c u bəndinə əsasən, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habela ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Lakin İddiaçı oğlu X9 qulluq etməsini təsdiqləyən və yuxarıda adı çəkilən normaların tələbinə uyğun olaraq səlahiyyətli orqanlar, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin də daxil olduğu komissiya tərəfindən qulluğun faktiki həyata keçirilməsi barədə tərtib edilmiş müayinə aktı yoxdur. Apellyator şikayətin hüquqi əsası kimi Azər baycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə, "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"na istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında İddiaçı izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-1(122)-212/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Şifahi məhkəmə ba xışı iclasında iddiaçının vəkili Vəkil izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-1(122)212/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-1(122)-212/2025 nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya i nstansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzi bati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icr aat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xe yrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı o lmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqla rı faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 38.1 və 38.3-cü maddəslərinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqın da” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.1-ci maddəsinə əsasən valideynlərin i itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəx slərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.4-cü maddəsinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: -3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıq da və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alına n sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1 -dək olan dövr üzrə: "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib oluna n akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən; 4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə: 1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-i n “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; 4.1.7. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə: 1. qanuni nümayəndələrə münasibətdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən; 2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin tə qaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdünün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı 09 fevral 2024-cü il tarixli, 3-17-91/2-B-1094/2024 nömrəli məktubdan aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olduğunu bildirmiş, ümumilikdə 4 il 7 ay sığorta stajı “Əmək pensiyal arı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq tələb olunan 25 il sığorta stajından az olduğundan və fərdi şəxsi hesabın sığorta hissəsində tələb olunan 40320 manat pensiya kapitalı olmadığından, ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmiş, onun "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə (yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə) əsasən 1 yanvar 2024-cü il tarixdən yaşa görə sosial müavinət hüququ olduğunu izah etmişdir. İş materiallarından aydın olur ki, atası X4, anası İddiaçı olan X16 16 noyabr 1995-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. 26 avqust 2018-ci il tarixdə Naxçıvan şəhərində “spastik serebral iflic” səbəbindən ölmüşdür. Zəki Bağı rov üçün anası Bağırova (Cəfərova) Nəzakət Yəmən qızına Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2000-ci il tarixdən (ilkin əlillik müəyyən olunan tarix) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşağa görə müavinət təyin edilərək ödənilmişdir. Zəki Bağırova xx.xx.2013-cü il tarixdən müddətsiz olaraq İ qrup əlillik müəyyən edildiyindən həmin tarixdən ona İ qrup əlilliyə görə müavinət təyin edilmiş və ödənilmişdir. Həmçinin, ona 17 mart 2014-cü il tarixli, 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “İ qrup əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilm iş və Z.Bağırov vəfat edənədək ona müavinət və Prezident təqaüdü məbləği ödənilmişdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın TSEK-də müayinə aktından çıxarışların məzmunundan aydın olur ki, xx.xx.1995-ci il təvəllüdlü X16 uşaq serebral iflicinin qalığı diaqnozu ilə İ qrup əlil kimi başqasının qulluğuna ehtiyacı olub, onun qəyyumu anası İddiaçıdır. İddiaçı övladı X9 Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 2000-ci il 30 oktyabr tarixində “Uşaq serebral iflicinin qalığı, tetraplegiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 16 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu təyin olunmuşdur. Zəki Bağırova sonuncu dəfə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 2013cü il 28 noyabr tarixində “Uşaq serebral iflicinin qalığı, tetraplegiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin olunmuşdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən uşaqlara görə güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər: 1) əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, uşaq səkkiz yaşı nadək sağ olduqda; 2) tələb olunan pensiya yaş həddinin 5 il azaldılmaqla, tamamlanması; 3) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmasından ibarətdir. İndiki halda iddiaçının hüquqi marağı məhz əlilliyi müəyyən edilmiş uşağa qulluq etdiyindən, həmin qulluq etdiyi dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla, ümumi pensiya yaş həddi 5 iİ azaldılmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət olmuşdur. Cavabdeh iddiaçı Nəzakət Bağrovanın ümumilikdə 4 il 7 ay sığorta stajı olduğundan, bu müddətin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq tələb olunan 25 il sığorta stajından az olması səbəbindən və fərdi şəxsi hesabın sığorta hissəsində tələb olunan 40320 manat pensiya kapitalı olmadığından, ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Həmçinin apellyasiya şikayətində Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənməsi Qaydalarının 3.9-cu bəndinin tələblərindən çıxış edərək İddiaçı oğlu X9 qulluq etməsini təsdiqləyən və norma tələbinə uyğun olaraq səlahiyyətli orqanlar, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin də daxil olduğu komissiya tərəfindən qulluğun faktiki həyata keçirilməsi barədə tərtib edilmiş müayinə aktının olmadığını bildirərək, bu halı mübahisələndirmişdir. İddiaçı övladı X9 Naxçıvan Tibbi-Sosial Eksp ert Komissiyası tərəfindən 2000-ci il 30 oktyabr tarixində “Uşaq serebral iflicinin qalığı, tetraplegiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu, sonuncu dəfə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 2013-cü il 28 noyabr tarixində “Uşaq serebral iflicinin qalığı, tetraplegiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin olunması, İddiaçı oğlu X9 qulluq etməsi işin mübahisəsiz halıdır. Həmçinin cavabdehin qulluğun faktiki həyata keçirilməsinin təsdiqi ilə bağlı istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başq a növə keçirilməsi və ödənməsi” Qaydaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 13 may 2022-ci il tarixli, **********1 nömrəli Qərarı ilə 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarın 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində iştirak edən X11 və X1 Zəki Fəxrəddin oğlunun 1995-ci ildə anadan olduğunu, onun doğulandan anadangəlmə xəstə olduğunu, İddiaçı oğlunun yeriyə bilmədiyini, X5 anadan olandan ölənə qədər nə yeriyə, nə də danışa bilmədiyini, oğluna anası İddiaçı baxdığını, X5 xəstə olduğu üçün hərbi xidmətə də aparılmadığını, İddiaçı uşaq doğulandan ölənə qədər ona qulluq etdiyini bildirmişdirlər. Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 07 noyabr 2013-cü il tarixli, 098760 nömrəli vəsiqədən aydın olur ki, X16 uşaqlıqdan birinci qrup əlildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsinin 2277 nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı Naxçıvan şəhəri 2 nömrəli hərbi şəhərcik, mənzil 36-da 1994-dü ildən yaşadığı, oğlu mərhum X5 xx.xx.1995ci il tarixdə anadan olduğu, ona anası İddiaçı xx.xx.2018-ci tarixədək qulluq etdiyi, xx.xx.2018-ci il tarixdə X5 vəfat etdiyi məlum olur. İş materiallarında o lan 01 dekabr 2020-ci il tarixli Naxçıvan şəhər Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSEK-də müayinə aktından çıxarışdan məlum olur ki, xx.xx.1995-ci il təvəllüdlü X9 ümumi xəstəlik səbəbindən “uşaq serebral iflicinin qalığı” diaqnozu qoyulmaqla qəyyumu anası İddiaçı müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş seriya TSE-01, 026889 nömrəli sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın müayinə aktından çıxarışdan (təkrar müayinədən keçən uşaqlar üçün) görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X9 xx.xx.2011-ci il tarixdən “uşaq serebral iflicinin qalığı” diaqnozu qoyulmuş, qəyyumu Cəfərova Nəzakət olmaqla 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuşdur. İş materiallarında olan Naxçı van şəhər Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş seriya TSE-01, 288496 nömrəli təkrar müayinədən keçən əlillər üçün müayinə aktından çıxarışdan görünür ki, 1995-ci il təvəllüdlü, Hərbi şəhərcik 2 ünvanında yaşayan X9 xx.xx.2013-cü il tarixdən ümumi xəstəlik səbəbindən “uşaq serebral iflicinin qalığı” diaqnozu qoyulmaqla müddətsiz İ qrup əlillik təyin olunmuş, başqasının qulluğuna ehtiyacı olması qeyd olunmuşdur. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən İddiaçı oğlu X9 qulluq etməsini təsdiqləyən və səlahiyyətli orqanlar, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin də daxil olduğu komissiya tərəfindən qulluğun faktiki həyata keçirilməsi barədə tərtib edilmiş müayinə aktının olmadığı bildirilərək bu halın mübahisələndirməsi əsassızdır və iddia çıya pensiya təyin edilməsindən imtinanın heç bir inzibati araşdırmaya söykənməyən formal əsaslandırılmasıdır. Məhkəmə iddiaçının əlilliyi müəyyən edilmiş uşağa qulluq etməsinə dair müayinə qulluq aktının olmamasına münasibət bildirərək qeyd edir ki, işdə olan mənzil istismar idarəsinin arayışı, qonşuların ifadələri, işin faktiki halları Zəki Bağırova anasının qulluq etməsi nəticəsinə gəlmək üçün əsasdır. Apellyator apellyasiya şikayətində iddiaçı tərəfindən Fonda əmək kitabçası təqdim edilmədiyi, Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayon Dövlət Arxivindən verilmiş arayışdan İddiaçı 1980-cı il tarixdən 1989-cu il tarixədək M.Əzizbəyov adına kolxozda işlədiyinin göründüyünü, Fond tərəfindən iddiaçının arxiv arayışında göstərilən illərin heç birində kolxozda müəyyən edilmiş əmək iştirak ı minimumunu (200 adam/gün, yaxud 1400 adam/saat) yerinə yetirmədiyinin müəyyən olunduğunu, onun sadalanan illərdə kolxozda faktiki işlədiyi müddətlər toplandıqda 6376 adam/saat təşkil etdiyini, iddiaçının kolxozda faktiki işlədiyi müddəti kolxozda müəyyən edilmiş əmək iştirakı minimumuna böldükdə (6376:1400—4 il 6 ay) onun kolxozda iş stajının cəmi 4 il 6 ay olduğunu qeyd etmişdir. Kollegiya qeyd edilən bu halla bağlı bildirir ki, İddiaçı 1980-cı il tarixdən 1989-cu il tarixədək M.Əzizbəyov adına kolxozda deyil, Xok kəndində yerləşən M.Əzizbəyov adına sovxozda işləmiş və onun iş stajı kolxozda müəyyən edilmiş əmək iştirakı minimumu (200 adam/gün, yaxud 1400 adam/saat) tətbiq edilərək hesablanmamalıdır. Belə ki, kollegiya tərəfindən iş materiallarına əlavə edilmiş Kəngərli Rayon Dövlət Arx ivi tərəfindən verilmiş 14 mart 2000-ci il tarixli, 53 nömrəli və 06 avqust 2024-cü il tarixli, 39 nömrəli arxiv arayışlarından müəyyən edilmişdir ki, Bağırova (Cəfərova) X13 M.Əzizbəyov adına sovxozda işləmiş, İddiaçı adı əməkhaqqı kitablarında “X17” kimi qeyd edilmiş, 1980-1989-cu illər ərzində aylar üzrə əmək haqqı almış və bu məbləğlər müvafiq cədvəldə əks edilmiş, lakin 1980 və 1989-cu illərin əmr kitablarında (işə girmə və işdən azad edilmə əmrlərinə) adına rast gəlinməmişdir. Kolegiya 14 mart 2000-ci il tarixli, 53 nömrəli arxiv arayışı əsasında İddiaçı 19801989-cu illər ərzində ümumilikdə 5 il 11 ay sığorta stajı, 06 avqust 2024-cü il tarixli, 39 nömrəli arxiv arayışı əsasında isə 5 il 9 ay sığorta stajı olduğunu müəyyənləşdirmişdir. Göründüyü kimi arxiv arayışları arasında sığor ta stağında 2 ay fərq vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Kollegiya normanın məzmunundan çıxış edərək İddiaçı 1980-1989-cu illər ərzində ümumilikdə 5 il 11 ay sığorta stajının olduğu qənaətinə gəlir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məluma tların tələb olunması qadağandır. Həmçinin kollegiya hesab edir ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçının əlilliyi müəyyən edilmiş övladına 18 yaşınadək qulluq etdiyi 1995-2000-ci illər də tam olaraq ona münasibətdə ümumi iş stajı kimi nəzərə alınmalıdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Normanın məzmunundan belə aydın olur ki, “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” dedikdə yəni əlilliyin müəyyənləşdirilmə anı maddədə nəzərdə tutulan qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qəra rın qəbul edildiyi tarixdir. Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur) 3-cü, 14-cü və 67-ci maddələrinə əsasən İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa qulluq edən şəxslərin əmək pensiyası almaq hüququ var və həmin şəxslərə qulluq edilməsi müddəti iş stajına daxil edilir. Uşaqlıqdan əlil olanların həmin uşaqları səkkiz yaşınadək tərbiyə etmiş anaları 50 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda yaşa görə pensiya almaq hüququna malikdirlər. Bu halda uşaqlıqdan əlillərə 16 yaşınadək əlil uşaqlar da aid edilir. Qeyd olunan normaların məzmunundan isə məlum olur ki, əlillik müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əlilliyin müəyyənləşdirilməsi barədə qərarın qəbul edildiyi t arixdən deyil, əlillik “anadangəlmə” və ya “uşaqlıqdan” olaraq müəyyənləşdirilməklə ümumi qulluqetmə müddəti nəzərə alınmalıdır. Kollegiya əlilliyi olan və onlara qulluq edən şəxslərin hüquqlarının daha səmərəli müdafiəsinin təmin edilməsi baxımından əlilliyə əsas olan xəstəliyin, çatışmazlığın və ya pozuntunun “anadangəlmə” və ya “uşaqlıqdan” yaranmasını elə əlilliyin də həmin vaxtdan yaranması kimi qəbul edilməsini və əlilliyi olan şəxsə qulluqetmə müddətinin həmin vaxtdan hesablanmasını daha məqsədəmüvafiq hesab edir. Bununla belə, əlilliyə səbəb verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi hazırki mübahisə üzrə mühüm əhəmiyyət kəsb edir. İş materiallarından aydın olur ki, xx.xx.1995-ci il təvəllüdlü X16 1996-cı ildə Əziz Əliy ev adına Naxçıvan MR X23 PHŞ-nin nevrologiya şöbəsində stasionar müalicə alıb, adına 1996-cı il tarixli 74 nömrəli tibbi kart qeydə alınmışdır. Kollegiyanın Naxçıvan MR Səhiyyə Nazirliyinə ünvanlanmış sorğusuna 03 mart 2025-ci il tarixli, 3-28-34/2-389/2025 nömrəli məktubla cavab olaraq, İddiaçı 16 noyabr 1995-ci il tarixdə anadan olmuş, 26 avqust 2018-ci il tarixdə vəfat etmiş oğlu X9 aid 1996- cı il tarixli 74 nömrəli tibbi karta əsasən “Xroniki bətndaxili hipoksiya, Ensefalopatiyadan sonra hemiparez” diaqnozu ilə müalicə aldığı, bu diaqnozun ananın bətndaxili xəstəlikləri hesabına inkişaf etdiyini və ağırlaşma ilə nəticələndiyini, bu müddət ərzində, yəni uşağın doğulduğu vaxtdan xəstəliyə görə müavinət aldığı tarixədək (xx.xx.2000-ci ilədək) uşağa ana tərəfindən qulluq edildiyini, bun dan əlavə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlillik altsistemindən əldə olunmuş məlumatlara əsasən, “Uşaq serebral İflicinin qalığı, tetraplegiya” diaqnozu ilə (X2 Vİ sinif - Sinir sistemi xəstəlikləri G80-G83 - Serebral iflic və digər paralitik sindiromlar G82 - paraplegiya və tetraplegiya G82.5 - Dəqiqləşdirilməmiş tetraplegiya) xx.xx.2000-ci il tarixdən 16 yaşı tamam olanadək “bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi və ya iflic, dayanıqlı yayılmış hiperknezlər (ikili atetoz, xoreotetoz tipli) nəzərə çarpan kordinasiya pozulmaları meyarına uyğun olaraq müavinət təyin edildiyini bildirmişdir. Kollegiyanın Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin tabeliyi ndə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış sorğusuna 12 mart 2025-ci il tarixli, 3-17-9-4/2-522/2025 nömrəli məktubla cavab olaraq, İddiaçı övladı X9 NMR Uşaq Xəstəxanasının göndərişi əsasında 30 oktyabr 2000-ci il tarixində Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “Uşaq serebral İflicinin qalığı, tetraplegiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 16 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu (30 noyabr 2011-ci il tarixinədək) təyin olunduğu, mərhum Z.Bağırova sonuncu dəfə Komissiya tərəfindən 28 noyabr 2013-cü il tarixində “Uşaq serebral İflicinin qalığı, tetraplegiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik təyin edildiyi, əlavə olaraq Z.Bağırova əlillik təyin olunması üçün Komissiyaya müraciət edilən zaman t əqdim olunan sənədlər əsasında anadangəlmə əlil olub-olmadığının müəyyənləşdirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş Əziz Əliyev adına Naxçıvan MR X15 uşağın inkişaf tarixi adlı forma 112-dən aydın olur ki, X16 1995-2000-ci illərdə, o cümlədən 2013-cü ilə qədər daimi nəzarətdə olmuşdur. Həkim tərəfindən aparılmış müayinələr nəticəsində qeyd olunmuşdur; xx.xx.1996-cı il tarixli müayinə nəticəsində “...uşağın yüksək hərarəti olmuş, qıcolma tutmaları olmuş və uşaq Nehrəm kənd xəstəxanasında qosbitalizə olunub”, xx.xx.1996-cı il tarixli müayinə nəticəsində “...uşağın ümumi vəziyyəti orta ağır dərəcədədir...”, xx.xx.1997-ci il tarixli müayinə nəticəsində “...uşağı yoxladım, uşaq yerimir, ananın dediyinə görə uşaq Bakı şəhərində müalicə alır...”, xx.xx.1998-ci il tarixli müayinə nəticəsində “...uşaq fiziki və psixi inkişafdan geri qalır, konsultasiya üçün nevropataloqa göndərilir...”, xx.xx.1998-ci il tarixli müayinə nəticəsində “...uşaq fiziki və psixi inkişafdan geri qalır...”, xx.xx.2000-ci il tarixli müayinə nəticəsində “...uşağın vəziyyəti orta ağırdır, fiziki və psixi vəziyyəti tam geri qalır, yeriyə və danışa bilmir, ananın dediyinə görə uşaq doğulandan xəstədir, bir neçə aylığından qıcolma tutmaları keçirib, tutmalardan sonra inkişafdan geri qalıb...”, xx.xx.2006-ci il tarixli müayinə nəticəsində “...uşaq anadangəlmə xəstədir...”. Həmçinin Bakı şəhər nevroloji uşaq xəstəxanasının 29 yanvar 2001-ci il və 04 iyun 2001-ci il tarixli forma 027-dən aydın olur ki, X16 orada müalicə almış ona serebral İflicinin qalığı, tetraplegiy a diaqnozu qoyulmuşdur. Formalarda “...uşaq anadangəlmə xəstədir, anananın dediyinə görə bir neçə dəfə müalicə alıb, amma müalicənin heç bir effekti olmadı, uşağın bütün ətraflarında hərəkət məhdudluğu var, oturmur, dura bilmir, heç bir kəlmə söz demir, inkişafdan tam geri qalır...”, həmçinin “... doğuş çətin olub, uşaq bir neçə aylığından qıcolma tutmaları keçirib, tutmalardan sonra uşaq zehni və fiziki inkişafdan geri qalıb, yerimir, danışmır, qidalanma, udma zəifdir, əzələ tonusu aşağıdır...” deyə qeyd olunub. Kollegiya qeyd olunan hallarla bağlı belə nəticəyə gəlir ki, X16 anadangəlmə xəstə olmuş və onun bu xəstəliyi əlilliyinə səbəb olmuş, həmçinin anası İddiaçı tərəfindən ona anadan olduğu vaxtdan qulluq edilmişdir. Beləliklə, İddiaçı tərəfindən anadangəlmə əlil (xəstə) olan oğlu X 9 qulluq etdiyi 1995-2000-ci illər konkret olaraq anadan olduğu vaxtdan Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ilk əlilliyin müəyyən edildiyi vaxtadək xx.xx.1995-xx.xx.2000-ci (4 il 11 ay 14 gün) illər də əlilliyin həmin vaxtdan yaranması kimi qəbul edilərək iş stajına əlavə edilməklə hesablanmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının nəzərə alınmalı olan arxiv arayışlarına əsasən 5 il 11 ay iş stajı, xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək – 12 il 11 ay 25 gün, xx.xx.2013-cü il tarixdən vəfat etdiyi xx.xx.2018-ci il tarixədək – 4 il 10 ay 1 gün və nəzərə alınmayan uşağa qulluq dövrü - 4 il 11 ay 14 gün nəzərə alındıqda, iddiaçının cəmi sığorta stajı 28 il 8 ay 10 gün təşkil edir. Beləliklə, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 25 il ümumi staja aid ol an şərt ödənilmiş olur. Eyni zamanda kollegiya onu qeyd edir ki, iddiaçıya münasibətdə işin yuxarıda qeyd edilən halları əsasında azı 25 il iş stajı tamamlandığından, cavabdehin şikayətinin digər hissədə (fərdi şəxsi hesabın sığorta hissəsində tələb olunan 40320 manat pensiya kapitalı olmaması) dəlillərinin əlavə araşdırılması zərurəti olmadığından, hazırki iş üzrə 25 il iş stajının ödənilməsinin nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçıya münasibətdə yaşa görə penisya təyin edilməsi üçün qanunla tələb olunan hər iki şərt ödənildiyindən (yaş həddi və ümumi iş stajına aid şərt), yaşa görə pensiya hüququ yaranmışdır. Bu baxımından kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquq i qiymət verilmiş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-1(122)-212/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri v ə Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "İ qrup əlil X9 qulluq etdiyi dövr nəzərə alınmaqla əmək stajına əlavə edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-1(122)-212/2025 nömrəli qərarından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhk əməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-1(122)212/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər